Ardını oxu...
Bu gün, 00:07           
Azərbaycan Dövlət Turizm Agentliyi (ADTA) Avropa ölkələrində təbliğat xidmətlərinin satınalınması layihəsini həyata keçirə bilməyəcək.

Tribunainfo.az xəbər verir ki, buna səbəb tenderin ləğv olunmasıdır.
Qeyd edək ki, Agentlik Avropanın bir çox ölkələrində turizim təbliği məqsədi ilə yol şouları təşkil etmək niyyətində olub. 873 min 931 min manatlıq layihəyə əsasən həmin şoular İtaliya, Polşa, Çexiya, Almaniya, Avstriya və İsveçrədə reallaşdırılmalı idi.
Bildirək ki, sözügedən dövlət qurumu son zamanlar Azərbaycanda turzimin təşviqi istiqamətində bir sıra bahalı layihələr həyata keçirib. Ötən il bu məqsədlə bir neçə milyon manat xərclənsə də, ölkəyə gələn turistlərin sayında elə də ciddi dəyişiklik olmayıb.
Bəzi ekspertlər hesab edirlər ki, Turizm Agentliyinin ciddi layihələrinin olmasına baxmayaraq, strategiyası yanlışdır. Onlar hesab edirlər ki, xaricdə Azərbaycanı turizm sahəsində bu şəkildə təbliğ etmək effekt vermir. Onlar yenə də real rəqəmləri əsas tutaraq, bu qənaətə gəldiklərini bildirirlər. Üstəlik, bu işlərin bahalı olduğunu və həddindən artıq çox pul xərcləndiyini də qeyd edirlər.
 

Ardını oxu...
Terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə mühakimə edilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda əvvəlcə dövlət ittihamçısı tərəfindən ittiham elan olunub.

İttihama görə, mütəşəkkil dəstənin üzvləri Şükür Həmidli və Elşən Mustafayev “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının tərkibində silahlı münaqişələrdə iştirak ediblər. Onlar Suriya Ərəb Respublikasının ərazisində müxtəlif terrorçu qruplaşmaların tərkibində döyüşlərə qoşulub və hökumət qüvvələrinə qarşı silahlı əməliyyatlarda iştirak ediblər. Həmçinin onların xarici ölkə ərazisində insanların vahiməyə salınması məqsədilə törədilən partlayışlar və digər cinayətlərdə iştirakları müəyyən edilib.

İttihamda qeyd olunur ki, Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov sosial şəbəkələr vasitəsilə terrorçuluğun maliyyələşdirilməsinə çağırışlar ediblər. Onlar imkansız insanlara yardım adı ilə ianələr toplayaraq həmin vəsaitləri mütəşəkkil dəstənin digər üzvlərinə ötürüblər və bununla da terrorçuluğun maliyyələşdirilməsinə dəstək veriblər.

DTX-də aparılan istintaqla təqsirləndirilən şəxslərin terror fəaliyyətinə dəstək məqsədilə xarici ölkələrdəki müəyyən şəxslərə maliyyə vəsaiti köçürdüklərini sübut edən dəlillər toplanıb.

Anar Salamzadə ifadəsində deyib ki, o, heç bir terror fəaliyyətini maliyyələşdirməyib. Sadəcə Suriyada yaşayan və ailə quran uşaqlıq dostu Şükür Həmidliyə humanitar məqsədlə maddi yardım edib:

“Onun imkanı yaxşı deyildi. Mən də onun dolanışığı üçün sədəqə toplamışam. 2015-ci ildə Suriyaya gedib və orada yaşayıb. O deyirdi ki, müharibə gedir, qaçqınlar çadırlarda yaşayır. Mən də yardım məqsədilə pul göndərmişəm. Mən onun İŞİD üzvü olmadığını bilirdim. O, digər silahlı qruplaşmanın üzvü idi və “zalımlara qarşı döyüşdüyünü” deyirdi. Göndərdiyim pullarla çadır, ərzaq və dərman aldığını göstərən videolar da göndərib”.

Salamzadə qeyd edib ki, “Şəki paxlavası” satmaqla məşğul olub, həm Azərbaycanda, həm də xarici ölkələrdəki ehtiyaclı şəxslərə yardım etməyə çalışıb. O, pul göndərdiyi şəxslərdən rəsmi hesabat tələb etmədiyini bildirib, sadəcə çəkilən videolardan pulların ehtiyaclara xərcləndiyinə əmin olub:

“Elşən kart lazım olduğunu dedi və ailəsini dolandırmaq üçün pul yığmaq lazım olduğunu bildirdi. Mən də öz adıma kart aldım, həmin karta müxtəlif şəxslər pul atıb. Ümumilikdə 30 min dollar pul toplandı”.

Digər müttəhim Xəqani Ömərovun sözlərinə görə, işdə adı keçən Elşən Mustafayev onun yeznəsi olub. Ömərov qeyd edib ki, bacısı 2013-cü ildə birinci həyat yoldaşı Elxan ilə Suriyaya köçüb:

“Orada bacımın birinci ailəsi dağıldı. Sonra bacım Elşən Mustafayev ilə ailə qurub. Bacım orada özünə ev alıb. Mən də buna görə bacıma pul göndərmişəm. Amma nə qədər pul göndərdiyimi unutmuşam. Amma bacım Elşən Mustafayev ilə ailə qurandan sonra pul göndərmişəm. Elşən də öz işi ilə məşğul olan şəxs olub. Orada müharibə getdiyi üçün bacımı geri göndərməsini xahiş etmişəm. Amma onunla Sumqayıtda ev almaq barədə söhbətimiz olmayıb. Amma Elşənin anası, bacısı Sumqayıtda yaşayıblar. Onlar da Elşənə yardım ediblər. Yardım üçün toplanan pulları kartdan çıxarmışam və özümdə saxlamışam. 30 min dollar toplandı, mən də həmin pulu onlara verdim. Üstünü düzəldəndən sonra orada ev aldılar. Pulu kimin göndərməsini bilməmişəm və tanımamışam”.

Xəqani Ömərov əlavə edib ki, Elşən Mustafayevin Suriyada “Abu Usama” ləqəbi ilə tanındığını bilib, lakin onun konkret hansı fəaliyyətlə məşğul olduğunu dəqiqləşdirməyib.

Məhkəmə prosesi mayın 27-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Ardını oxu...
Azərbaycanda şəhər və rayon icra hakimiyyətləri xidməti avtomobillər üçün mütəmadi olaraq yanacaq alırlar.

İqtisadiyyat.az icra hakimiyyətlərinin benzini hansı şirkətə məxsus yanacaq doldurma məntəqələrindən aldıqları ilə bağlı material hazırlayıb.

Araşdırma nəticəsində bu il üçün əksər rayon icra hakimiyyətlərinin premium markalı benzini (Aİ 95) "Azpetrol”dan, bir icra hakimiyyətinin "Lukoil”dan, digər bir icra hakimiyyətinin isə "İst Petrol”dan aldığı məlum olub. Açıqlanan məlumatlarda bu il xidməti avtomobilləri üçün "Socar” brendli YDM-lərdən benzin alan rayon icra hakimiyyətlərinə rast gəlinməyib.

Bu il xidməti minik avtomobilləri üçün Aİ-95 markalı benzinin satın alınması ilə bağlı yanacaq doldurma məntəqələrinə sahib olan şirkətlərlə müqavilə bağlayan icra hakimiyyətləri aşağıdakılardır:
Ardını oxu...
 
Ardını oxu...
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yol son 20 gün ərzində ikinci dəfə çöküb.

Aprelin 16-sı baş vermiş çökmə zamanı minik avtomobili həmin çuxura düşərək ciddi zərər görmüşdü.

Sürücülər bildirirlər ki, ötən gün də həmin çuxura digər minik avtomobili düşüb. Onlar deyirlər ki, dayanıqlı təmir işləri aparılmadığından yolda yağış yağan zaman yenidən eyni vəziyyət yaranır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, həmin ərazidə yağış sularının idarə olunması üçün işlər həyata keçirilir. Gün ərzində təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, təmir-tikinti işləri yekunlaşdıqdan sonra çökmüş hissədə asfalt örtüyü yenidən bərpa ediləcək.

 
Ardını oxu...
Xəzər rayonu, Binə qəsəbəsində havanı bürüyən kəskin qoxu sakinlərin narahatlığına səbəb olub.

Bu barədə Sitat.info-ya sakinlər məlumat verib.

Onların sözlərinə görə, havadan kəskin pas qoxusu gəlir və qapı-pəncərələri bağlasalar da, bu qoxu evlərə sızıb.

İnsanlar zəhərlənmə ehtimalından narahatdırlar. Xüsusilə azyaşlıların səhhətinə ziyan dəyəcəyindən ehtiyat edirlər. Evlərdə kəskin qoxudan nəfəs almaq mümkün deyil. Qeyd edək ki, bu durum bütün Binə ərazisində müşahidə olunur.

Dövlət qurumların məsələyə operativ reaksiya vermələri xahiş olunur.
 
Ardını oxu...
“Bolt” taksi şirkəti müştərilərin cibinə girmək üçün təzə metod tapıb.

Bu barədə “Bolt”dan tez-tez istifadə edən Tacəddin Poladzadə bildirib. O qeyd edib ki, sifariş verib təsdiq edəndən sonra sizə göstərilən qiymət mənzil başına çatanda 2 dəfə artıq göstərir:

“Sürücü bir rəqəm deyir, sən də sürücüyə and-aman edirsən ki, vallah, mən sifarişi vuranda bu qiymətin yarısı idi.

Sürücülərdə təbii ki, günah yoxdu. Günah bu sistemi düzüb qoşmaqda şəxsən məsuliyyət daşıyan” Bolt” taksi xidmətinin Azərbaycandakı rəhbərliyinin üzərinə düşür.

Müştəri xidmətləri bərbad vəziyyətdə. Yazırsan, saatlarla gözlədirlər. Mən hələ belə fırıldaq görməmişəm digər taksi şirkətlərində. “Bolt”da bu artıq neçənci dəfədir başıma gəlir. Bir sözlə, “Bolt” taksi xidmətinə bir quş!”.

Qarşı tərəfi dinləməyə hazırıq.
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün - bəli, hər gün vətəndaşların bank kartlarından 25-30 min manat civarında vəsait kiberdələduzluq yolu ilə oğurlanır. Bu rəqəmlər artıq adi statistikaya çevrilib. Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu barədə faktlarla dolu həyəcan siqnalı verir, lakin problem azalmır, əksinə, dərinləşir”.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

O qeyd edib ki, bu, sistemli və kütləvi xarakterli cinayət dalğasıdır:

“Təəccüblənməmək mümkün deyil: axı son 2-3 ildə ölkədə bu sahədə müsbət istiqamətdə ciddi addımlar atılıb. Yəni hər şey artma istiqamətində olub. Maarifləndirmə kampaniyaları güclənib, kibermütəxəssislərin sayı xeyli artıb, infrastruktur müasirləşdirilib, DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb, konkret müsbət nəticələr var ortada, Baş İdarə ilə banklar arasında real vəziyyətdə işləyən anti-fraud sistem qurulub və s. Amma maraqlı və absurd olan budur ki, nəticə fərqli istiqamətdə inkişaf edir: kibercinayətkarlıq artır, daha hədəfli və ağıllı formalar alır.

Hər gün külli miqdarda talamalar var. Burada nə isə çatışmır, çox güman ki, bu çatışmazlıq texnologiya deyil, insan amilidir”.

Ekspert müşahidələrinə əsaslanaraq belə qənaətə gəlib ki, bu fırıldaq sxemlərinin effektivliyi bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır:

“Sadəcə təsadüfi nömrələrə zəng vurulmur. Əksinə, dövriyyəsi olan, kartında pul olan “yağlı müştərilər” hədəf seçilir. Bu isə bizə əsas verir ki, məlumat sızıntısı ehtimalını ciddi şəkildə araşdıraq. Şübhələr nəyə əsaslanır? Əgər bu qədər kütləvi şəkildə, yüksək məbləğli və dəqiq hədəflərlə dələduzluqlar həyata keçirilirsə, bu, artıq adi bir bank əməkdaşının fərdi bir müştəri məlumatını sızdırması - satışı ola bilməz.

Bu, yüksək səviyyədə məlumat bazasına çıxışı olan şəxslərin, bəlkə də sistemli şəkildə bu məlumatları fırıldaq şəbəkələrinə ötürməsi ilə bağlı ola bilər.

Bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər, lakin ən çox ehtimal bank məlumat bazaları ilə bağlıdır.

Nə etməliyik?

1. Fərdi məlumatların qorunması haqqında qanunvericilik təcili şəkildə sərtləşdirilməlidir.

2. Banklarda və mobil operatorlarda müştəri bazasına çıxışı olan bütün əməkdaşlar üzrə daxili audit və təhlükəsizlik yoxlamaları həyata keçirilməlidir.

3. Məsuliyyət yalnız istifadəçiyə yox, məlumatı qorumağa borclu olanlara da şamil edilməlidir və s.

Əgər bu sahədə ciddi araşdırma və hüquqi mövqe ortaya qoyulmasa, kibercinayətkarlıq daha da sistemli xarakter alacaq.

Hər gün açıqlanan statistikalarla yalnız vətəndaşlar yox, dövlətin rəqəmsal etimadı və maliyyə sabitliyi də zərbə altında qalacaq.

Belə davam edərsə, vətəndaşlar kartlarında pul saxlamaq istəməyəcəklər. Bu, dolayısı ilə nağdsız ödənişlərə, şəffaflığın zəifləməsinə, rəqəmsal transformasiyaya mənfi təsir göstərəcək.

Ümid edirəm, təhlükəsizliyə cavabdeh olan əlaqədar qurumlar da baş verənlərin fərqindədir və ciddi tədbirlər görüləcək”.
 
Ardını oxu...
Yasamal rayonunda, “Nizami” metrostansiyasının qarşısında mopedlə qadını vuraraq ölümünə səbəb olan Faiqin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

"Referans" xəbər verir ki, 2006-cı il təvəllüdlü Faiq Qurbanəli oğlu Əlirzayev idarə etdiyi “Tufan” markalı mopedlə Rəna Quliyevanı vurub. Ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib.

Faiq məsuliyyətə cəlb edilib. Dindirilən zaman əməlindən peşman olduğunu deyən Faiq bildirib ki, mərhumun ailəsi ilə barışıb.

Hadisə ötən ilin yay ayında baş verib. Faiq Türkiyənin Tokat şəhərində təhsil alırmış. O, yay tətili üçün Bakıya gələndə moped alaraq kuryerlik etməyi planlaşdırıb. Faiq mopedi Türkiyədə birlikdə təhsil aldığı Əliağa adlı dostu ilə alıb. Mopedi əsasən Əliağa idarə edirmiş.

Faiq son olaraq “Şaurma nömrə 1”də işə düzəlibmiş. Hadisə günü mopedlə həmin istiqamətə gedirmiş. Mopeddə Əliağa da əyləşibmiş. Qəza zamanı Əliağanın baş geyimi olub. Faiqdə baş geyimi olmadığı üçün xəsarət alıb.

Mərhumun bacısı hüquqi varis kimi tanınıb. Onun ifadəsindən məlum olub ki, bacısının evə gəlmədiyindən xəbər tutan kimi polisə xəbər veriblər. Bacısının evinə gedərək qapısını sındırıblar. Lakin onun evdə olmadığını görüblər. Onlar bacısının ölümündən 4 gün sonra xəbər tutublar.

Məhkəmə Faiq barəsində 1 il cəza təyin edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Ardını oxu...
Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb.

TEREF APA-ya istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.

Bu addıma hər hansı izahat verilməsə də, onun fəaliyyətinə görə Rusiyaya girişinə qadağa qoyulduğu ehtimal edilir. Hazırda Azər Badamov təyyarədədir və geri qayıdır.

Çox güman ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyeva media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu qara siyahıya salıb.

Son dövrlərdə Rusiyada diskriminasiya və rasizmə əsaslanan düşüncələrlə qərarların qəbul edilməsi tendensiyası güclənir. Bu xüsusda, MDB ölkələrinin vətandaşlarına münasibətdə atılan addımlar, Azərbaycana qarşı törədilmiş kiber hücumlar və sair digər hallar qeyd oluna bilər.
 
Ardını oxu...
  

Rusiyanın Krasnodar diyarının Gələncik şəhərində baş verən sürüşmə nəticəsində Qırğızıstan vətəndaşları həyatlarını itirib.

Musavat.com xəbər verir ki, məlumatı Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilir ki, "Rusiyanın səlahiyyətli orqanlarından alınan məlumata görə, Gələncikdə tikinti obyektlərindən birində tikinti işləri aparılarkən qruntun çökməsi baş verib, nəticədə 3 işçi - Qırğızıstan vətəndaşı dağıntılar altında qalıb".

Xarici İşlər Nazirliyi əlavə edib ki, Qırğızıstan səfirliyi Rusiyanın səlahiyyətli orqanları ilə əlaqə saxlayır.

Qeyd edək ki, Gələncikdə tikinti işləri zamanı qaya uçub, 4 nəfər xəsarət alıb. Bir qurban sınıq və əzilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib, üçü dağıntılar altında qalıb.
Rusiyanın Krasnodar İstintaq Komitəsi çökmə faktı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 216-cı maddəsi (tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət işi açıb.

Qeyd edək ki, aprel ayında Rusiyada qırğızların işlədiyi və yaşadığı yerlərə Rusiya polisinin əsassız basqınları qeydə alınıb. Basqınlar zamanı çoxsaylı Qırğızıstan vətəndaşına qarşı zorakılıq və qəddarlıq nümayiş etdirilib. Bununla bağlı Qırğızıstan XİN Rusiyaya nota verərək günahkarların cəzalandırılmasını tələb edib.

Musavat.com

Dünyapress TV

Xəbər lenti