Ardını oxu...
Çox güman ki, kimsə sadəcə artıq içib...
Bizdə o qədər qızıl var ki, onu səpələməyə belə hazırıq...
"Kupol" mədənindən Krasnoyarska qızıl külçələrini daşıyan An-12 hava yük təyyarəsi Yakutsk hava limanından havaya qalxarkən yükün bir hissəsini itirib.

Təyyarənin göyərtəsində doqquz tona yaxın qızıl və platin külçələri var idi!

Hadisənin səbəbi yükün göyərtədə düzgün bərkidilməməsi idi: buna görə saxlama rampasının bir hissəsi uçdu.
Qarşıdan gələn hava axını yük lyukunun qapılarından birini qopardıb və qızıl yaxınlıqdakı avtomobil bazarına və uçuş zolağına səpələnib.
İlkin hesablamalara görə, hadisə nəticəsində təxminən 3 ton qızıl yerə səpilib
Hazırda 170-dən çox külçə tapılmışdır.
Qiymətli metalın cari kotirovkalarını nəzərə alsaq, təyyarədə daşınan qiymətli metalın dəyəri təxminən $3,82 milyard təşkil edirdi. Beləliklə, təyyarə təsadüfən Yakut torpaqlarını təxminən 120 min dollar varıandırıb.
trendru.info
TEREF
Ardını oxu...
May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.

Bu barədə Sherg.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, İran İslam Respublikası ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar.

Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunub, eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilib.

Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran İslam Respublikası ərazisində saxlanılıb.

Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülüb.

Müqabil tərəfdən verilən məlumata əsasən saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları olduğu bildirilib.

Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

Ardını oxu...
  518  11.05.2025 00:54  Maraqlı A  A 

Yatmazdan əvvəlki zaman sehrli sayılır. Qırmızı sap həqiqətən möcüzələr yaradır. Yatmazdan əvvəl sadəcə bu iki sehrli sözü de - və həyatına sevgi, bolluq və firavanlıq daxil olacaq. Yatmazdan əvvəlki anlar sehrli hesab olunur, çünki bu zaman insan şüuraltısına toxuna və taleyini dəyişə bilər. Pulun dərhal gəlməsi necə mümkündür - bunu molfar və ekstrasens izah edir.

Bu sözləri sizə təqdim edirik:

Beləliklə, yatağa uzananda sadəcə bu sözləri söylə:

"Mən bütün dünyaya minnətdaram."

Və gün ərzində baş verən bir neçə gözəl anı xatırla. Bunu gündəlik vərdişə çevir - və həyatının necə dəyişdiyinə təəccüblənəcəksən. Qırmızı sap həqiqətən möcüzələr yaradır. Sevgi həyatına gəlsin deyə qırmızı sapı yastığın altına qoyun. Böyük pul əldə etmək üçün onu pulqabınıza qoyun. Karyeranızın sürətlə yüksəlməsi üçün otaq bitkisinin içinə yerləşdirin. Uğuru cəlb etmək üçün cibinizdə gəzdirdiyinizə əmin olun. /lent.az

 
 
 
Ardını oxu...
  

Goranboy rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Kənd sakinləri – 51 yaşlı Arzu Cabbarova məxsus 12 baş, 67 yaşlı Rafiq Ələsgərova məxsus 52 baş mal-qara zəhərlənərək tələf olub.

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb fermada təmizlik məqsədilə istifadə olunan kimyəvi maddə olub.

Hadisə ilə bağlı müvafiq qurumlar araşdırma aparır.//APA

 
 
 
Ardını oxu...
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Musavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyasını dayandırması ilə bağlı ƏHD-in mətbuat xidmətinə açıqlama verib.

Teleqraf Qüdrət Həsənquliyevin açıqlamasını təqdim edir.

"Tofiq Yaqublunun ailə üzvləri, səmimi tərəfdarları reallıq hisslərini itirməməli, hesab edirlərsə ki, onun həyatı üçün təhlükə yaranıb, o halda təkəbbürü bir yana qoyub, Prezidentdən onun bağışlanmasını xahiş etməlidirlər. Söhbət insan həyatından gedirsə, kimin haqlı olması məsələsi kənara qoyulmalıdır. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən Təlimata əsasən aclıq edən şəxsin tələbləri əsassız sayılarsa o, müalicə müəssisəsinə yerləşdirilməli və həkim nəzarətində saxlanılmalıdır. Həyatı üçün təhlükə yaranarsa və qida qəbulundan imtinanı davam etdirərsə, şəxsi ləyaqəti alçaldılmadan hərəkətləri məhdudlaşdırılmaqla və qida borusuna zond salınmaqla məcburi qidalandırılmalıdır. Tofiq Yaqublu haqlı olaraq vəziyyəti o həddə çatdırmadı. Düşünürəm Prezident də bunu nəzərə alar və onu əfv edər" - deyə, millət vəkili qeyd edib.

Q.Həsənquliyevin sözlərinə görə, ƏHD partiyası insan hüquqlarını müdafiə təşkilatları tərəfindən həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərləri azad olunarsa, bunu düzgün qərar hesab edər: "Çünki bu qərar humanist addım olmaqla, siyasi baxımdan milli birliyə xidmət edər, cəmiyyət tərəfindən alqışlanar, ölkəmizə qarşı beynəlxalq miqyasda kampaniya aparanlara da əlavə bəhanə verilməz. Bundan başqa qarşıdan mətbuatın 150 illiyi gəlir, çox istərdik bütün jurnalistlər bu əlamətdar tarixi azadlıqda qeyd etsin. Həmin şəxslərin çoxu artıq xeyli müddətdir azadlıqdan məhrum edilib və inanıram ki, çoxları azad olunacaqları təqdirdə fərqli davranış sərgiləyəcəklər".
 
Ardını oxu...
Osman Gündüz: “Bu fırıldaq sxemlərinin effektivliyi bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır”

Azərbaycanda kiberdələduzluq, bank kartlarından oğurluq geniş vüsət alıb. Demək olar ki, hər gün vətəndaşların pul kartlarından minlərlə manatın yoxa çıxması, qəsb edilməsi barədə rəsmi məlumat yayılır. Daxili İşlər Nazirliyinin (DİN) son məlumatında qeyd edilib ki, mayın 6-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3400, 2500, 2000, 1500, 1302, 999, 840, 490, 285, 161, 30, 16, 5 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Qeyd olunub ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər vətəndaşa məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar, yaxud pul yoxdursa, kredit formasında zərər vurulacaq.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmaq tövsiyə edilir. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə vermək olmaz, çünki təhlükə var!”, - deyə DİN vətəndaşlara müraciət edib

Kartlarından pul “çəkilən” vətəndaşların əksəriyyəti isə deyir ki, kart məlumatlarını heç kimlə bölüşməyiblər. Bəs o zaman sual meydana çıxır: oğrular bu məlumatları necə əldə edirlər ki, vətəndaş soyğuna məruz qalır?

Multi-Media Mərkəzinin rəhbəri, mütəxəssis Osman Gündüz ölkədə əsas problemlərdən birinə çevrilmiş məsələ ilə bağlı öz fikirlərini səsləndirib. Ekspert təsdiqləyib ki, DİN hər gün bu barədə faktlarla dolu həyəcan siqnalı versə də, problem azalmır, əksinə artır və dərinləşir: “Açıq görünür ki, bu, artıq tək-tək hadisələr deyil, sistemli və kütləvi xarakterli cinayət dalğasıdır. Təəccüblənməmək mümkün deyil: axı son 2-3 ildə ölkədə bu sahədə müsbət istiqamətdə ciddi addımlar atılıb. Yəni hər şey artma istiqamətində olub: maarifləndirmə kampaniyaları güclənib, kibermütəxəssislərin sayı xeyli artıb, infrastruktur müasirləşdirilib, DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb, ortada konkret müsbət nəticələr var. Bu Baş İdarə ilə banklar arasında real vəziyyətdə işləyən “anti-fraud system” qurulub və s. Amma maraqlı və absurd olan budur ki, nəticə fərqli istiqamətdə inkişaf edir - kibercinayətkarlıq artır, daha hədəfli və ağıllı formalar alır”.

“Hər gün külli miqdarda talamalar var. Burada nəsə çatışmır və çox güman ki, bu çatışmazlıq texnologiya ilə bağlı deyil, insan amili ilə bağlıdır. Artıq müşahidələrimə əsaslanaraq belə qənaətə gəlmişəm ki, bu fırıldaq sxemlərinin effektivliyi bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır. Sadəcə təsadüfi nömrələrə zəng vurulmur. Əksinə, dövriyyəsi olan, kartında pul olan “yağlı müştərilər” hədəf seçilir. Bu isə bizə əsas verir ki, məlumat sızıntısı ehtimalını ciddi şəkildə araşdıraq”, - deyə Gündüz əlavə edib.

Onun sözlərinə görə, əgər bu qədər kütləvi şəkildə, yüksək məbləğli və dəqiq hədəflərlə dələduzluqlar həyata keçirilirsə, bu artıq adi bir bank əməkdaşının fərdi bir müştəri məlumatını sızdırması və ya satışı ola bilməz: “Bu, yüksək səviyyədə məlumat bazasına çıxışı olan şəxslərin, bəlkə də sistemli şəkildə bu məlumatları fırıldaq şəbəkələrinə ötürməsi ilə bağlı ola bilər. Bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər. Lakin ən çox ehtimal bank məlumat bazaları ilə bağlıdır”.

“Hesab edirəm ki, fərdi məlumatların qorunması haqqında qanunvericilik təcili şəkildə sərtləşdirilməlidir. Banklarda və mobil operatorlarda müştəri bazasına çıxışı olan bütün əməkdaşlar üzrə daxili audit və təhlükəsizlik yoxlamaları həyata keçirilməlidir. Məsuliyyət yalnız istifadəçiyə yox, məlumatı qorumağa borclu olanlara da şamil edilməlidir. Əgər bu sahədə ciddi araşdırma və hüquqi mövqe ortaya qoyulmasa, kibercinayətkarlıq daha da sistemli xarakter alacaq”, - deyə mütəxəssis vurğulayıb.

O.Gündüz qeyd edib ki, hər gün açıqlanan statistikalarla yalnız vətəndaşlar yox, dövlətin rəqəmsal etimadı və maliyyə sabitliyi də zərbə altında qalacaq: “Belə davam edərsə vətəndaşlar kartlarında pul saxlamaq istəməyəcəklər. Bu, dolayısıyla nəqdsiz ödənişlərə, şəffaflığın zəifləməsinə, rəqəmsal transformasiyaya mənfi təsir göstərəcək. Ümid edirəm təhlükəsizliyə cavabdeh olan əlaqədar qurumlar da baş verənlərin fərqindədir və ciddi tədbrilər görüləcək”.

Müəllif: Banu Çiçək
ayna.az
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun, Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayevin və "ƏR TRANSPORT" MMC-nin faktiki rəhbəri Ədalət Quliyevin həbsinin təfərrüatları məlum olub.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, adı çəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həbs edilib.

Onlar ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıblar.

Belə ki, onlar Pərviz adlı vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik yaradıblar. Malların buraxılması üçün vətəndaşdan 8 min manat rüşvət alıblar.

Rüşvət alınan şəxs Pərviz adlı vətəndaş olub. İstintaqla müəyyən edilib ki, Pərviz Elşan Adbullayevin tanışıdır. Onun Elşana pul borcu da olub.

Pərviz gömrükdən mal gətirən zaman onun yükləri Məzahir tərəfindən saxlanılıb. Əvvəlcə malların buraxılması üçün 22 min manat pul tələb edilib. Sonda 8 min manata razılıq əldə olunub. Həbs edilən şəxslər iddia ediblər ki, Pərviz Elşanın borcunu qaytarmadığı üçün belə bir oyun qurublar. Onlar Pərvizdən rüşvət yox, Elşanın borcunu geri almaq istəyiblər.

Rüşvət tələb ediləndən sonra Pərviz adlı şəxs DGK-yə məlumat verib. Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Pərvizin üzərinə kamera yerləşdirilib və 6 min manat rüşvəti verən zaman təqsirləndirilən şəxslə saxlanılıb. İstintaq zamanı tərəflər arasındakı yazışmalar da sübut kimi ələ keçirilib.

Pərviz dindirilən zaman deyib ki, Elşana borcu olub. Amma bu rüşvət məsələsinin borcla heç bir əlaqəsi olmayıb. Onun sözlərinə görə, tələb edilən 8 min manatın 6 min manatını verdikdən sonra maşınlarını gömrükdən buraxıblar.

Plan belə olub ki, Elşan tanışlıqdan istifadə edib Pərvizə tələb edilən məbləği deyib. Elşan Pərvizdən pulu Ədalətə verməsini istəyib. Alınan pulun əsas hissəsi də Məzahirə çatıb.

İstintaq materiallarına əsasən tərəflər arasındakı yazışmaların bir hissəsini təqdim edirik:

Elşan: Pərvizin nömrəsi məndə yoxdur. Onun nömrəsini at, danışım.

Ədalət: Vaxt gedir, danış. Çalış ki, söz al. Asta-asta və sözünü de.

Ədalət: Tezləşdir. "Obeddən" sonra gec olacaq. Sonra gələcək üçün də heç nə edə bilməyəcəyik.

Ədalət: Onların qara siyahısında düşdünsə, getdin.

Elşan: Yığıram "adboy" verir. Bəlkə yazım buna? Nə məsləhət görürsən? Deyim ki, bu qədər ver, çəkil dur qıraqda. Mən də işini həll edim. Deyim ki, xaçmazlı kimi gömrükçülər mənə zəng vurub. Bəlkə belə deyim ona?

Ədalət: Əla, gözəl. De, malı tökəcəklər, eyniləşdirmə aparacaqlar, sayacaqlar, burnundan gələcək. Tam qorxut. De ki, 22 min ver, dur qıraqda. Gömrüyə nə keçiriləcəksə, özümüz keçirəcəyik.

Həbs edilən Elşanla Pərviz adlı vətəndaşın yazışması:

Elşan: Pərviz, o adam mənə zəng eləməyib. Fikrin varsa ver. Yoxdursa, deyim ki, bu adamın fikri yoxdur. O da işini bilsin. Yaxşı deyil. Mən istəmirəm, o zəng edib soruşsun ki, nə oldu, niyə vermədi?

Pərviz: Elşan müəllim, 100 faiz veriləcək. Mənim maşınım da oardadır. Qaçan yerim yox, maşını da çıxartmamışam. Düzdür, buraxılış verilib. Sağ olsun. İndi işdir oldu. Narahat olmayın çatdıracaqlar.

Məhkəmə təqsirləndirilən şəxsləri törədilən cinayət əməlində təqsirli bilərək ağır şəkildə cəzalandırıb.

Hökmə əsasən Məzahir İsmayılov 9 il 6 ay, Elşan Abdullayev və Ədalət Quliyev 9 il azadlıqdan məhrum ediliblər.
Ardını oxu...
 
Ardını oxu...
Bakıda qəzalı və kəskin qəzalı vəziyyətdə olan binaların mərhələli şəkildə sökülməsi planlaşdırılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata əsasən, hazırda paytaxt üzrə 194 bina və 6 415 mənzili əhatə edən tədbirlərin icrasına start verilib. Bu proses yalnız şəhərin simasının yenilənməsinə deyil, daşınmaz əmlak bazarında mühüm dəyişikliklərə də yol aça bilər.
Lakin illərdir köhnə və qəzalı binaların sökülməsi ilə bağlı müxtəlif proqram və planlar açıqlansa da, bu prosesin real icrasında ciddi ləngimələr müşahidə olunur. Sakinlərin razılığının alınması, alternativ mənzillə təminat məsələləri, maliyyə vəsaitlərinin ayrılması və texniki prosedurların vaxt aparması kimi səbəblər bu ləngimənin əsas amilləri sırasında yer alır. Bəzi hallarda isə bina sakinləri ilə investorlar arasında razılaşmanın əldə olunmaması layihələrin illərlə uzanmasına gətirib çıxarır.
Bəs növbəti söküntü işləri harada aparılacaq və proses nə zaman başlayacaq?
Tribunainfo.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı News24.az-a açıqlamasında bildirib ki, mövcud proqram çərçivəsində artıq qiymətləndirmə işləri aparılıb və müəyyən binalarla bağlı tenderlər elan edilib:
“Proses əslində gedir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı qiymətləndirmə işləri aparıb və hətta tenderlər elan edib. Düzdür, proqramda binaların hamısının yerində tikinti nəzərdə tutulmur. Onların bəziləri sökülür və sakinlərə kompensasiya verilməklə ərazidən köçürülür. Amma elə ərazilər var ki, orada söküntünün aparılması və yeni binaların tikilməsi mütləqdir”.
Ekspertin sözlərinə görə, hazırda paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami və digər rayonlarında kifayət qədər köhnə və təhlükəli binalar mövcuddur. Bu binaların bəzilərində hələ də vətəndaşlar yaşayır ki, bu da həm onların həyat təhlükəsizliyi, həm də şəhərsalma baxımından ciddi problemlər yaradır:
“Bu proses mərhələli şəkildə davam edəcək və hər birinin yerində müasir yaşayış kompleksləri inşa ediləcək. Bu, təkcə şəhərin görüntüsünü dəyişmək üçün yox, həm də vətəndaşların daha təhlükəsiz və rahat yaşayış şəraiti ilə təmin olunması baxımından vacibdir. Proses Bakı şəhərinin baş planına uyğun şəkildə həyata keçirilir və bu il ərzində sürətləndirilməsi ilə bağlı müvafiq göstərişlər də verilib. Böyük ehtimalla ilin ortalarından sonra daha fəal dinamika müşahidə olunacaq”.
Ramil Osmanlı həmçinin qeyd edib ki, bu tip yenidənqurma və söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Belə ki, yeni layihələr bazara daxil olduqca, həm qiymət dinamikasında, həm də təklif strukturunda dəyişikliklər baş verə bilər.
 
Ardını oxu...
Məlum olduğu kimi, ötən gün ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bakalavriat üzrə hər bir təhsilalana düşən 4 illik təhsil haqları bəlli olub. Lakin bəzi təhsil ekspertləri xüsusilə “TikTok”-dakı paylaşımlarında bunu təhqil haqlarınına artırılması kimi təqdim ediblər.

Belə ki, bu qərarda dövlətin bir tələbə üçün il ərzində çəkdiyi xərclərdən söhbət getməsinə baxmayaraq, bəzi təhsil ekspertləri bunu təhsil haqlarının artması kimi təqdim ediblər. Bu isə vətəndaşlarda ajiotaj yaradıb.

Daha dəqiq desək, “TikTok”-da təhsil ekspertləri bununla bağlı çox sayda paylaşım edərək insanları çaşdırıblar. Həmin paylaşımlar “TikTok” sosial şəbəkəsinin Azərbaycan seqmentinə geniş əks-səda doğurub.

Təhsil eksperti Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanda mahiyyət etibarilə, bütün tələbələr ödənişli oxuyur:

“Sadəcə olaraq, dövlət yüksək bal toplayan tələbələrin təhsil haqlarını ödəyir. Əslində, universitet publik hüquqi şəxs olduğuna görə bütün tələbələr üçün pul alır. Onu ya tələbə, ya da dövlət ödəyir.

Burada adambaşına düşən xərclər məsələsindən söhbət gedir. Adambaşına düşən xərcin müəyyənləşməsi isə təhsil haqlarının artması və ya azalması demək deyil. Dövlət pulsuz oxuyan bir tələbə üçün universitetə ödənilən pulu müəyyən edir. Yəni, qərardakı əsas meyar məhz budur”.

Ekspert qeyd edib ki, bəzi şəxslər sosial şəbəkələrdə yalan məlumatlar paylaşaraq kontingent yığmağa çalışırlar:

“Xüsusilə də “TikTok”-da verilən hər bir informasiya daha sürətlə yayıldığı üçün təhlükələrə səbəb ola bilər. Təəssüf ki, bizdə bu sahədə müəyyən qədər boşluqlar var. Sosial şəbəkələrdə nəzarətsizliyin olması bir çoxlarına meydan açır.

Onlar istədiyi yalan məlumatlarla izləyiciləri səhv istiqamətləndirirlər. Belə hallar yolverilməzdir və onlara nəzarət olunmalıdır. Nəzarət olmadığı üçün belə yalan məlumatlar qısa zamanda minlərlə insana çata bilir”.
 
Ardını oxu...
Sosial şəbəkələrdə bəzi səhifələr var ki, izləyiciləri aldatmaqla məşğuldur.

Tribunainfo.az xəbər verir ki, bu cür səhifələrdən biri “TikTok” platformasında fəaliyyət göstərərək, abituriyentləri və onların valideynlərini hədəfə alıb.

Həmin səhifə Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi loqo və adından istifadə edərək, “pulunu ver, balını artırım” çağırışı ilə paylaşımlar edir və müəyyən məbləğ qarşılığında DİM tərəfindən keçirilən imtahan ballarını artıra biləcəyini vəd edir.

Təəssüf ki, səhifənin rəy bölməsində yüzlərlə insanın bu saxta vədlərə inandığı və aldandığı açıq-aydın görünür.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu cür hallarla rastlaşan həm abituriyentlər, həm də valideynlər diqqətli olmalıdırlar.

“Əlbəttə ki, DİM-in informasiya məlumat bazalarına kiminsə daxil olması, kiminsə orada nəyisə dəyişməsi və ya nəyəsə müdaxilə etməsi mümkün deyil.

Burada ən əsas məsələlərdən biri maarifləndirmədir. DİM olaraq, abituriyentlərə və onların valideynlərinə tez-tez müraciət edirik ki, sosial şəbəkələrdə rəsmi olmayan bu cür səhifələrlə rastlaşanda çox diqqətli olsunlar. Çünki o səhifələri işlədənlər qurumun adından, loqosundan və ya abreviaturundan istifadə edərək insanları aldatmaqla məşğuldurlar.

Sosial şəbəkə açıq məkan olduğu üçün burada, ilk növbədə, hər kəsin diqqətli olması tələb olunur. Məsələn, baxırsan ki, kimlərsə hansısa səhifəni qısa müddətdə yaradırlar, bir həftə, on gün fəaliyyət göstərirlər, izləyici toplayırlar, sonra ya adını dəyişirlər və ya bağlayırlar.

Bu cür hallarla rastlaşdıqda biz həmin səhifələri mütləq şəkildə şikayət edirik. Bundan əlavə, bu cür səhifələrin linklərini hüquq-mühafizə orqanlarına göndəririk. Çünki burada vətəndaşların aldadılması faktı olur. Həmin fakt əsasında əməli törədənlərə hətta cinayət işi açıla bilər.

Biz daim elan edirik ki, əgər kimsə bu cür səhifələrin qurbanı olubsa, mütləq şəkildə DİM-ə müraciət etsin, biz faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaq, ya da özləri birbaşa aldadılmaları ilə bağlı hüquq-mühafizə orqanlarına, DİN-ə məlumat versinlər.

Bir daha valideynlərə müraciət edərək bildiririk ki, bu cür məsələlərdə son dərəcə diqqətli olsunlar və övladlarına nəzarəti əldən verməsinlər”, – deyə X.Xanlarzadə bildirib.
 

Dünyapress TV

Xəbər lenti