Ardını oxu...
İranın qərbindəki Kirmanşah əyalətində ildırım vurması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.
Bu barədə əyalətin fövqəladə halların idarə olunması təşkilatının rəhbəri Əlireza Heydari "Tasnim" agentliyinə müsahibəsində bildirib.
Hadisə yerinə həkimlər cəlb olunub və zərərçəkənlərə lazımi köməklik göstərilib.
 
Ardını oxu...
Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Tribunainfo.az xəbər verir ki, Hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20-də qeydə alınıb.

1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Mübahisə nəticəsində M.Əmirov atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib.

M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
 

Ardını oxu...
 

Ötən əsrin 60-cı illərində SSRİ-də dövrünün ən qəddar cinayətkarlarından birinə çevrilən sürücü Anatoli Utkinin hekayəsi uzun müddət məxfi saxlanılıb. Bu, “proletariatın dahi rəhbəri” Leninlə bağlı məsələ olub. Çünki qatil Utkin də Lenin kimi Ulyanovskda dünyaya gəlib – ondan çox-çox sonralar, 1942-ci ildə.

Onun doğulması qalmaqalsız ötüşməyib: cəbhədən qayıdan atası arvadının xəyanətindən şübhələnərək uşaqdan imtina edib. Ümidsiz vəziyyətə düşən ana xalq üsullarından istifadə edərək hamiləliyi sonlandırmağa çalışsa da, cəhd uğursuz alınıb və sağlam oğlan uşağı dünyaya gətirib.

Utkin adi uşaq kimi böyüyüb, yaşıdları arasında seçilməyib və məktəbdən sonra peşə məktəbini bitirib, hərbi xidmətdə olub, sürücü kimi işə düzəlib. Ailə qurub iki övlad böyüdən gənc ünsiyyətcil və mehribanlığı ilə ətrafdakılarda şübhə doğurmayıb.

Ardını oxu...

Çoxları onu tamamilə normal, hətta xoş bir insan kimi xatırlayıb. Onun Volqaboyu ərazini lərzəyə salan dəhşətli cinayətlər törədən şəxs olması insanlarda təəccüb doğurub. Utkinin qəddar cinayətkara çevrilməsinə tam olaraq nə səbəb olduğu hələ də sirr olaraq qalır.

Uşaq qatili

Anatolinin ilk cinayəti 1968-ci il martın 31-də baş verib. Utkin yolda xəstəxanadakı anasının yanına gedən Terenqulski rayonunun sakini, 14 yaşlı Liza Makarovanı avtomobilinə əyləşdirib. İki ay sonra onun meyiti evindən 300 kilometr aralıda, Otvel çayında tapılıb. Zorakılıq izləri və xarakterik xəsarətlər ölümün təbii səbəblərdən olmadığını göstərib. Onun şəxsi əşyalarından saatı yoxa çıxıb.

Demək olar ki, dərhal Ulyanovsk yaxınlığındakı Penza vilayətində, Barış şəhərindən uzaq olmayan bir meşədə 17 yaşlı Valya Ananiçevanın cəsədi tapılıb. Lizada olduğu kimi, Valyanın bədənində də zorakılıq əlamətləri aşkarlanıb. Onun isə qızıl sırğaları itib. Bir həftə sonra Penza vilayətində manyak 13 yaşlı Tanyanı tutub. Qız gəzintidən sonra evə getsə də, mənzilinə çata bilməyib. Cəsəd daha sonra xarakterik xəsarətlərlə tapılıb.

Ardını oxu...

1968-ci ilin payızında Barışda Lyuba Stroqonova adlı qız evinin girişində hücuma məruz qalıb. Hücum edən şəxs ona xəsarət yetirib, Lyuda onu itələyərək girişə qaçıb. O, yüksək səslə kömək çağırmağa başlayıb. Dərhal qonşular hadisə yerinə gəldiyi üçün cinayətkar qorxudan qaçmalı olub. Lyubanın qonşusu İqnatyev onun arxasınca düşüb. Manyak yoxa çıxsa da, İqnatyev bir neçə ildən sonra onunla yenidən görüşüb.

Bu dəfə şahidlər həmin vaxt yaxınlıqda yük maşınının dayandığını görüblər. Milis cinayətkarın sürücü ola biləcəyinə dair nəzəriyyə irəli sürüb. Nəticədə avtomobilin markasının “Kolxida” olduğu müəyyən edilib. Lakin şübhəlilərin siyahısına yüzə yaxın sürücü daxil edilib.

Növbəti qətl 1968-ci ilin noyabrında baş verib. Yük avtomobilinin sürücüsü 10 yaşlı Lyuba Stoyakı nəqliyyat vasitəsinə mindirib və bu, onun son səfəri olub. Uşağın meyiti üç aydan sonra şəhərdən kənarda tapılıb. Ana qızını corabından tanıyıb.

Ardını oxu...

1969-cu ilin mayında Ulyanovskın tam mərkəzində daha bir cinayət baş verib. Gənc qadının meyiti rayon milis idarəsinin binasının yaxınlığında, Karl Marks küçəsində tapılıb.

Öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib

Bundan sonra bir neçə il silsilə cinayətlər dayanıb. Sonradan məlum olub ki, Utkin həmin vaxt adi bir oğurluğa görə həbs olunub. Uzun müddət axtarışda olan qatil üç ilini cəzaçəkmə müəssisəsində keçirib. 1972-ci ildə manyak Lyuba Stroqonovanı ölümdən qoruyan İqnatyevi hədəf alıb. İqnatyevin meyidi Ulyanovsk yaxınlığındakı dərədən tapılıb.

1972-ci ilin dekabrında Mullovka yaxınlığında gənc qadının cəsədi tapılıb. Anatoli onu öldürüb və qızıl-zinət əşyalarını oğurlayıb. Elə həmin ay hava limanına getməyə çalışan bir qız yoxa çıxıb. Meyit Sviyağa çayından çıxarılıb, lakin mərhumun kimliyini müəyyən etmək mümkün olmayıb.

1973-cü ilin qışında Barışdakı Qladışev toxuculuq fabrikində baş verən yanğın zamanı dispetçer Natalya İsayeva ölüb. Faciə günü o, işçilərə maaş verməli olub. Pulla dolu seyfi aça bilməyəcəyini anlayan manyak qadına hücum edib və onun həyatına son qoyub, sonra isə cinayətin izlərini gizlətmək üçün binanı yandırıb.

Ardını oxu...

Hadisə yerindən əhəmiyyətli sübut kimi bir vedrə dizel yanacağı tapılıb. Hər fabrik işçisinə ona təhkim edilən əşyalar verildiyinə görə vedrənin Anatoli Utkin adlı sürücüyə məxsus olduğu ortaya çıxıb. Milis axtarış qərarı ilə onun evinə gələndə öldürülən şəxslərin zinət əşyaları ilə bəzədilən gəlincik aşkar ediblər. İstintaqa SSRİ baş prokurorunun yanında xüsusilə mühüm işlər üzrə müstəntiq Lyubimov rəhbərlik edib.

Cinayət işinin həcmi artıb: onlarla epizodun incələnməsi, rayonlara səfərlər etmək lazım gəlib. Çətinliyə bir çox qurbanların, onların qohumlarının və şahidlərinin artıq Ulyanovskdan kənarda, məsələn, Perm, Ryazan və Kuril adalarında yaşamağa başlaması səbəb olub.

Utkinin ailəsi və həmkarlarının onu müsbət insan kimi səciyyələndirməsi və onun haqqında pis heç nə deyə bilməməsi də təəccüb doğurub. Məhkəmədə Utkin özünü təqsirli bilməyib. Proses zamanı binanın yanında təcili yardım maşını dayanmadan növbətçilik edib və mərhumların bir çox yaxınlarının dinləmələr zamanı halı pisləşib.

13 dekabr 1974-cü ildə Anatoli Utkin bütün maddələr üzrə təqsirli bilinib. O, ölüm cəzasına məhkum edilib. Hökm 1975-ci il sentyabrın 12-də həyata keçirilib.

Ardını oxu...

Bu əhvalat gizli saxlanılıb. SSRİ-də, xüsusən də Leninin yubileyi ərəfəsində onun doğulduğu şəhərdə manyaklardan danışmaq qadağan edilib. Ona görə də qəzetlərdə Utkin işi haqqında bir cümlə belə yazılmayıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Ardını oxu...
Mayın 1-də Quba-Xaçmaz yolunun Barlı kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı VAZ-2115 markalı avtomobilin xəsarət alan sürücüsü Elvin Süleymanov Baku TV-yə danışıb.

Onun sözlərinə görə, hadisə zamanı qarşısına qəfil çıxan "Mercedes" markalı avtomobillə toqquşmamaq üçün sükanı kanala tərəf yönəltmək məcburiyyətində qalıb:

"Maşını saxlaya bilmədiyim üçün kanala yönəldim və digər tərəfə uçdum. Qəza nəticəsində qabırğam zədələndi. Yanımda olan xalam oğlu isə xəsarət almadı", - deyə sürücü bildirib.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə aid olduğu iddia edilən, paytaxtın Tbilisi prospektində dəyəri 8 milyon dollar olan dəbdəbəli villa satışa çıxarılıb.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, villa ona məxsus deyil: "Satışa çıxarılan villanın qətiyyən bizimlə əlaqəsi yoxdur. İlk dəfədir sizdən eşidirəm.

Bizim satışa çıxarılan villamız yoxdur. Kimə aid olduğunu bilmirəm", - deyə o qeyd edib.
 
Ardını oxu...
Zaqatalada qanunsuz olaraq çoxsaylı ağac kəsməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, rayon ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin bir hissədə ibtidai istintaqı yekunlaşdırılıb.

İstintaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevin cari ilin fevral ayında rəsmi icazə sənədlərinə yalan məlumatlar daxil etməklə Zaqatala rayon sakini Muhuma Qudayev tərəfindən rayonun Maqov kəndi ərazisindən keçən yolun üzərindəki 136 min manat dəyərində olan müxtəlif növ ağacların şəxsi məqsədlər üçün ekoloji tələblərə zidd olaraq kəsilməsini təşkil etməsinə, bununla da çoxsaylı ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüstəm Paşayevə Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Muhuma Qudayevə isə həmin Məcəllənin 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə), 32.5, 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşmaya köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığının törədilməsinə köməkçilik) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, Baş idarədə istintaq edilən digər cinayət işi üzrə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan çoxsaylı ağacların rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsinə, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda hər iki halda Zaqatala rayonu Maqov və Lahıc kəndlərində ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi Akif Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla qanunsuz rəy verməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən olunub.

İlkin sübutlarla İlham Novruzov Cinayət Məcəlləsinin 32.3,259.4 və 309.2-ci, Akif Məmmədov həmin Məcəllənin 309.2 və 313-cu, Anar Hüseynova isə 259.4 və 32.5, 309.2-ci maddələri ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda sözügedən cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
 
Ardını oxu...
ETN bir-bir məzunlara zəng edib deyirki UNEC-in Dərbənd filialı diplomlar verilmir. Gedin hara şikayət edirsiz edin biz vermirik. Gedin sizi kim qəbul edib UNEC-ə onu məhkəməyə yəni rektor Ədalət Muradovu verin məhkəməyə bizdən diplom gözləməyin.
Bizdə Cənab Prezident İlham Əliyevə Mehriban xanım Əliyevaya prezident aparatına, hüquq mühafizə orqanlarına məhkəməyə müraciət edirik. Hər dəfəsində məhkəmə təxirə salınır.
TEREF bildirir ki, bu barədə UNEC-in Dərbənd filialında təhsil almış və məzun olan tələbələr poçtumuza şikayət ünvanlayıblar.
Onlar şikayətlərində yazırlar:
ETN-nin hüquqşünası məhkəməyə gəlmir. Üstəlikdə bizə acıqlı şəkildə təzyiq göstərirlər ki, ərizəni geri çəkin. Onsuzda Cənab Nazir Emin Əmrullayev diplom verməyəcək. Belə şey harda görülüb ki cənab nazir diplom verməsin? Əgər tələbə oxuyub bitiribsə heç bir kəsiri yoxdursa yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçibsə heç kəsin ixtiyarı yoxdur tələbənin diplomu verilməsin. Emin Əmrullayev məzunların haqqını kobud şəkildə tapdalayır. Məzunlar əmək bazarına yəni işə daxil ola bilmirlər hərbi xidmətlərini 1 il yox 1 il 6 aya başa vururlar. Burda səbəb nədir diplomun verilməməyində?
Bu günə qədər 3nəfər məzun fərdi qaydada inzibati məhkəməyə verib və məhkəmə prosesi dəfələrlə təxirə salınıb ETN- hüquqşünasları məhkəməyə gəlməyiblər. Və qəsdən məhkəmə prosesi uzadılır.
Ardını oxu...
Bakının Səbail rayonunda yerləşən 239 nömrəli məktəbin 7-ci sinif şagirdi Y.Talıbov dərs zamanı sinif yoldaşı tərəfindən döyülüb.

TEREF Teleqraf-a istinadən xəbər verir ki, nəticədə onun qolu sınıb, sol biləyindən və sağ baldırından zədə alıb.

Şagirdə 15 saylı poliklinikada tibbi yardım göstərilib.

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları faktla bağlı məktəbdə olublar.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı 239 nömrəli məktəbdən bildirilib ki, aprelin 30-da dərsdən öncə (saat 07:40-da) təhsil müəssisəsinin 7-ci sinfinin iki şagirdi arasında münaqişə yaranıb:

"Lakin uşaqlar bu haqda müəllimlərə və məktəb rəhbərliyinə heç bir məlumat verməyiblər. Şagirdlərdən birinin barmağından zədə aldığı haqda valideyn bu gün sinif rəhbərini məlumatlandırıb".

Bildirilib ki, mayın 1-də şagirdlərin valideynləri məktəbə dəvət edilib:

"Şagirdlərdən birinin valideyni məktəbə gəlməsə də, digər valideynlə söhbət aparılıb, övladının davranışına diqqətin artırılması yönündə tövsiyələr verilib. Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq maarifləndirici tədbirlərə başlanılıb. Məktəbdə şagirdlərin davranış qaydalarına əməl etmələrinə diqqət daha da artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır".
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Bakının bəzi ərazilərində köhnə tikililərin sökülməsinə başlanılıb.

TEREF İTV-yə istinadən xəbər verir ki, paytaxtın 20-ci sahə adlanan ərazisi, Çernyaxovski küçəsində artıb sakinlərin bir qismi köçürülür.

Lakin verilən kompensasiya ilə razılaşmayanlar da var.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, mövcud evlərin sökülməsi və ərazinin abadlaşdırılması planlaşdırılır. Artıq həmin ünvanlarda yerləşən 34 mənzil üzrə kompensasiya ödənilib.

Sakinlərin köçürülməsi təmin edilib.

Digər ərazilərdə yaşayan vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələrinin bağlanması və ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb.

AzFakt.com xəbər verir ki, aidiyyəti qurumların təmsil olunduğu Komissiya Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq paytaxtda və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq.

Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur.

Ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya həyata keçirəcək.
 
Ardını oxu...
Xəzər dənizinin Qazaxıstan sahilində 88 suitinin cəsədi aşkarlanıb.

Bu barədə TNS "Sputnik Kazaxstan" saytına istinadla xəbər verir.

Qeyd olunub ki, onların ölüm səbəblərini müəyyən etmək çətindir. Buna səbəb heyvanların ehtimal olunan ölümlərindən 2-3 həftə sonra tapılmasıdır.

Bildirilir ki, bu dövrdə bölgədə qərb küləyi üstünlük təşkil edib, bu da suitilərin cəsədlərinin sahilə çıxmasına səbəb olub.
 

Dünyapress TV

Xəbər lenti