b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_c7196b5f9cfed3b1db4666aa0910c319.jpg
 

Ötən əsrin 60-cı illərində SSRİ-də dövrünün ən qəddar cinayətkarlarından birinə çevrilən sürücü Anatoli Utkinin hekayəsi uzun müddət məxfi saxlanılıb. Bu, “proletariatın dahi rəhbəri” Leninlə bağlı məsələ olub. Çünki qatil Utkin də Lenin kimi Ulyanovskda dünyaya gəlib – ondan çox-çox sonralar, 1942-ci ildə.

Onun doğulması qalmaqalsız ötüşməyib: cəbhədən qayıdan atası arvadının xəyanətindən şübhələnərək uşaqdan imtina edib. Ümidsiz vəziyyətə düşən ana xalq üsullarından istifadə edərək hamiləliyi sonlandırmağa çalışsa da, cəhd uğursuz alınıb və sağlam oğlan uşağı dünyaya gətirib.

Utkin adi uşaq kimi böyüyüb, yaşıdları arasında seçilməyib və məktəbdən sonra peşə məktəbini bitirib, hərbi xidmətdə olub, sürücü kimi işə düzəlib. Ailə qurub iki övlad böyüdən gənc ünsiyyətcil və mehribanlığı ilə ətrafdakılarda şübhə doğurmayıb.

0bec0c57-8044-48b6-a8e5-2c1fd2be3143.jpg (54 KB)

Çoxları onu tamamilə normal, hətta xoş bir insan kimi xatırlayıb. Onun Volqaboyu ərazini lərzəyə salan dəhşətli cinayətlər törədən şəxs olması insanlarda təəccüb doğurub. Utkinin qəddar cinayətkara çevrilməsinə tam olaraq nə səbəb olduğu hələ də sirr olaraq qalır.

Uşaq qatili

Anatolinin ilk cinayəti 1968-ci il martın 31-də baş verib. Utkin yolda xəstəxanadakı anasının yanına gedən Terenqulski rayonunun sakini, 14 yaşlı Liza Makarovanı avtomobilinə əyləşdirib. İki ay sonra onun meyiti evindən 300 kilometr aralıda, Otvel çayında tapılıb. Zorakılıq izləri və xarakterik xəsarətlər ölümün təbii səbəblərdən olmadığını göstərib. Onun şəxsi əşyalarından saatı yoxa çıxıb.

Demək olar ki, dərhal Ulyanovsk yaxınlığındakı Penza vilayətində, Barış şəhərindən uzaq olmayan bir meşədə 17 yaşlı Valya Ananiçevanın cəsədi tapılıb. Lizada olduğu kimi, Valyanın bədənində də zorakılıq əlamətləri aşkarlanıb. Onun isə qızıl sırğaları itib. Bir həftə sonra Penza vilayətində manyak 13 yaşlı Tanyanı tutub. Qız gəzintidən sonra evə getsə də, mənzilinə çata bilməyib. Cəsəd daha sonra xarakterik xəsarətlərlə tapılıb.

444b4da7-4ed4-442e-bcd7-61347e94f727.jpg (73 KB)

1968-ci ilin payızında Barışda Lyuba Stroqonova adlı qız evinin girişində hücuma məruz qalıb. Hücum edən şəxs ona xəsarət yetirib, Lyuda onu itələyərək girişə qaçıb. O, yüksək səslə kömək çağırmağa başlayıb. Dərhal qonşular hadisə yerinə gəldiyi üçün cinayətkar qorxudan qaçmalı olub. Lyubanın qonşusu İqnatyev onun arxasınca düşüb. Manyak yoxa çıxsa da, İqnatyev bir neçə ildən sonra onunla yenidən görüşüb.

Bu dəfə şahidlər həmin vaxt yaxınlıqda yük maşınının dayandığını görüblər. Milis cinayətkarın sürücü ola biləcəyinə dair nəzəriyyə irəli sürüb. Nəticədə avtomobilin markasının “Kolxida” olduğu müəyyən edilib. Lakin şübhəlilərin siyahısına yüzə yaxın sürücü daxil edilib.

Növbəti qətl 1968-ci ilin noyabrında baş verib. Yük avtomobilinin sürücüsü 10 yaşlı Lyuba Stoyakı nəqliyyat vasitəsinə mindirib və bu, onun son səfəri olub. Uşağın meyiti üç aydan sonra şəhərdən kənarda tapılıb. Ana qızını corabından tanıyıb.

91ed11a2-79bb-4806-abbe-88e298d7d1e9.jpg (65 KB)

1969-cu ilin mayında Ulyanovskın tam mərkəzində daha bir cinayət baş verib. Gənc qadının meyiti rayon milis idarəsinin binasının yaxınlığında, Karl Marks küçəsində tapılıb.

Öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib

Bundan sonra bir neçə il silsilə cinayətlər dayanıb. Sonradan məlum olub ki, Utkin həmin vaxt adi bir oğurluğa görə həbs olunub. Uzun müddət axtarışda olan qatil üç ilini cəzaçəkmə müəssisəsində keçirib. 1972-ci ildə manyak Lyuba Stroqonovanı ölümdən qoruyan İqnatyevi hədəf alıb. İqnatyevin meyidi Ulyanovsk yaxınlığındakı dərədən tapılıb.

1972-ci ilin dekabrında Mullovka yaxınlığında gənc qadının cəsədi tapılıb. Anatoli onu öldürüb və qızıl-zinət əşyalarını oğurlayıb. Elə həmin ay hava limanına getməyə çalışan bir qız yoxa çıxıb. Meyit Sviyağa çayından çıxarılıb, lakin mərhumun kimliyini müəyyən etmək mümkün olmayıb.

1973-cü ilin qışında Barışdakı Qladışev toxuculuq fabrikində baş verən yanğın zamanı dispetçer Natalya İsayeva ölüb. Faciə günü o, işçilərə maaş verməli olub. Pulla dolu seyfi aça bilməyəcəyini anlayan manyak qadına hücum edib və onun həyatına son qoyub, sonra isə cinayətin izlərini gizlətmək üçün binanı yandırıb.

1b611219-3267-421d-8d35-573821764dd0.jpg (119 KB)

Hadisə yerindən əhəmiyyətli sübut kimi bir vedrə dizel yanacağı tapılıb. Hər fabrik işçisinə ona təhkim edilən əşyalar verildiyinə görə vedrənin Anatoli Utkin adlı sürücüyə məxsus olduğu ortaya çıxıb. Milis axtarış qərarı ilə onun evinə gələndə öldürülən şəxslərin zinət əşyaları ilə bəzədilən gəlincik aşkar ediblər. İstintaqa SSRİ baş prokurorunun yanında xüsusilə mühüm işlər üzrə müstəntiq Lyubimov rəhbərlik edib.

Cinayət işinin həcmi artıb: onlarla epizodun incələnməsi, rayonlara səfərlər etmək lazım gəlib. Çətinliyə bir çox qurbanların, onların qohumlarının və şahidlərinin artıq Ulyanovskdan kənarda, məsələn, Perm, Ryazan və Kuril adalarında yaşamağa başlaması səbəb olub.

Utkinin ailəsi və həmkarlarının onu müsbət insan kimi səciyyələndirməsi və onun haqqında pis heç nə deyə bilməməsi də təəccüb doğurub. Məhkəmədə Utkin özünü təqsirli bilməyib. Proses zamanı binanın yanında təcili yardım maşını dayanmadan növbətçilik edib və mərhumların bir çox yaxınlarının dinləmələr zamanı halı pisləşib.

13 dekabr 1974-cü ildə Anatoli Utkin bütün maddələr üzrə təqsirli bilinib. O, ölüm cəzasına məhkum edilib. Hökm 1975-ci il sentyabrın 12-də həyata keçirilib.

458aa2cf-ef07-4673-ba23-eb8277b227a1.jpg (309 KB)

Bu əhvalat gizli saxlanılıb. SSRİ-də, xüsusən də Leninin yubileyi ərəfəsində onun doğulduğu şəhərdə manyaklardan danışmaq qadağan edilib. Ona görə də qəzetlərdə Utkin işi haqqında bir cümlə belə yazılmayıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Bölmənin digər xəbərləri

03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı

Dünyapress TV

Xəbər lenti