Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb etdi
ABŞ Prezidenti Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib.

"Report” xəbər verir ki, Ağ Ev rəhbəri bunu "Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp İran problemini həll etmək üçün ABŞ Ordusundan istifadə etmək istəmədiyini, lakin Vaşinqtonun səbrinin tükəndiyini vurğulayıb.

Bundan əlavə, o bildirib ki, İranın ali lideri Əli Xameneyinin yerini bilir, buna baxmayaraq Vaşinqton hələlik onu aradan götürməyi planlaşdırmır.

"Biz İranın ali rəhbərinin harada gizləndiyini bilirik. O, çox asan hədəfdir, lakin orada təhlükəsizlikdədir. Biz onu hələlik öldürməyəcəyik. Mülki şəxslərə və ya ABŞ hərbçilərinə raket atılmasını istəmirik. Bizim səbrimiz tükənir”, - Tramp qeyd edib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu "Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb. Bu əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir..

İsrail Hərbi Hava Qüvvələri İranın müxtəlif bölgələrində, o cümlədən Tehranda bir neçə dəfə hücumlar həyata keçirib və burada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri də daxil olmaqla bir neçə yüksək rütbəli iranlı hərbçi, həmçinin bir sıra nüvə alimləri həlak olub. Ölkədəki bir neçə nüvə obyekti, o cümlədən Natanz və Fordoda, həmçinin İranın ölkənin müxtəlif bölgələrindəki hərbi mövqeləri də vurulub.
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 ABŞ və Böyük Britaniya danışıqlarında kuryoz hadisə Trampı üzr istəməyə məcbur etdi
18 İyun 2025 Xameneyi Heydər Əliyev görüşündən bir yarpaq
18 İyun 2025 Konqresə ABŞ-nin İsrail-İran müharibəsində iştirakını qadağan edən qətnamə təqdim edildi
18 İyun 2025 Əgər İsrail bu zərbələrə davam edərsə… - Pezeşkian
18 İyun 2025 Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani
18 İyun 2025  Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq - KİV
18 İyun 2025 “İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” - VİDEO
18 İyun 2025 Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub - KİV
18 İyun 2025  Çin İsrailin İrana hücumlarından narahatdır
17 İyun 2025 Putindən İran üçün sürpriz plan: DÜNYA bu təkliflə ÇALXALANIR
17 İyun 2025 İsrail İranı vurmazdan 2 saat əvvəl TÜRKİYƏNİ xəbərdar edibmış - ŞOK DETALLAR
17 İyun 2025 Eyni anda ölkədəki HƏR KƏSƏ göndərildi - ŞOK yaradan mesajda GÖRÜN NƏLƏR YAZILIB
17 İyun 2025 Gundemxeber.Az » Dünya » Tramp: "Emmanuel Makron Həmişə Hər Şeyi Səhv Başa Düşür" Tramp: "Emmanuel Makron həmişə hər şeyi səhv başa düşür"
17 İyun 2025 Qərbi Azərbaycan Xronikası: "Aşağı Necili sakinləri daim ermənilərin ayrı-seçkiliyi ilə üzləşiblər"
17 İyun 2025 SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı
17 İyun 2025 İran İsrailin gizli hərbi bazalarının 3D görüntülərini paylaşıb
17 İyun 2025 Trampdan sərt çağırış: “Hamı dərhal Tehrandan çıxsın!” – “İran razılaşmalı idi!” -TƏCİLİ!
17 İyun 2025 "İran boğazı bağlayarsa, qlobal bazar PARTLAYA bilər!" - İqtisadçıdan ŞOK TƏHLİL
17 İyun 2025 Amerika hərəkətlənir - ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq
17 İyun 2025 RUSİYANIN “TƏŞƏKKÜR MƏDƏNİYYƏTİ” - Təyyarəmizə görə üzr istəməyən Kremlin bugünkü təşəkkürünə ehtiyacımız varmı?

Dünyapress TV

Xəbər lenti