b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_30567fdc1bf6c16f96fe37b6de89bc34.jpg
  

Xəbər verdiyimiz kimi, dünən Muay-Tay Federasiyasının sədri Araz Musayev Antalyada bıçaqlanıb.

Musavat.com xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Araz Musayevə edilən hücumda 4 nəfər iştirak edib, onlardan biri Rusiyaya qaçıb.

Artıq bildirildiyi kimi, onlardan ikisi, Azərbaycan vətəndaşları Antalya hava limanında saxlanılıb. Üçüncü şübhəli Rusiyaya qaçmağı bacarıb, dördüncü şəxs isə hələ də axtarışdadır. Onun axtarışı davam edir.

Şübhəlilərin Türkiyəyə giriş tarixləri və onların icarəyə götürdüyü avtomobillər araşdırılıb. Polis bu qənaətə gəlib ki, dörd nəfərdən ibarət qrup əvvəlcədən planlaşdırılmış və qəsdən adam öldürmək məqsədilə hücumu həyata keçirmək üçün Türkiyəyə gəlib.

Polis əməkdaşları müəyyən ediblər ki, Araz Musayevi bıçaqlayan iki şübhəli hadisə yerindən taksi ilə uzaqlaşıb.

Qeyd edək ki, hadisə İFMA üzrə dünya çempionatının keçirildiyi Antalyada baş verib. Turnirdə Azərbaycandan 14 idmançı iştirak edir və nümayəndə heyətinə Araz Musayevin özü rəhbərlik edir.

Ötən gün Azərbaycan təmsilçilərindən biri yarımfinala yüksəlib. Lakin günorta saatlarında Musayevlə türkiyəli idmançı arasında münaqişə yaranıb. Təşkilatçıların səyi ilə qarşıdurma tez aradan qaldırılıb və yarış davam edib.

Lakin günorta fasiləsi zamanı Musayevlə Türkiyə nümayəndə heyətinin rəhbəri arasında yeni mübahisə başlayıb. Tərəflər idman kompleksinin kənarına çıxıblar və mübahisə fiziki toqquşmaya çevrilib.

Nəticədə Araz Musayev kürəyindən bıçaqlanıb. O, təcili olaraq xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Son məlumata görə, Musayevin vəziyyəti sabit, lakin ağır olaraq qiymətləndirilir.

İqbal RZAYEV,
Musavat.com

 

Bölmənin digər xəbərləri

31 May 2025 Xocəsən qəsəbəsindəki yanğın söndürülüb
31 May 2025 Bu ərazilərdə 15 dayanacaq pavilyonu quraşdırılacaq
31 May 2025 Bakıda iş adamı tapançalı “lotuların” göstərişi ilə 550 minə qol çəkib - ŞOK TƏFƏRRÜAT
31 May 2025 Respublika ərazisində 2025-ci iliyun ayına olan hava proqnozu
31 May 2025 Oğul atasına görə cavabdeh deyil, amma..
30 May 2025 Həbs yerləri və cəzaçəkmə müəssisələrində qida təminatı problemi:
30 May 2025 Bakını ermənilərdən qoruyan qoçu - Qoçu Nəcəfqulu.
30 May 2025 Fərid Xəzər Universitetinə bıçaqla giribmiş - DETALLAR
30 May 2025  Valideynlərin KÜLLİ MİQDARDA PUL ÖDƏYİRLƏR, üstəlik uşaqları da döyürlər - Özəl bağçaların aqibəti necə olacaq?
30 May 2025 Bakıda böyük söküntü işləri başladı, park salınacaq - TƏFƏRRÜAT
30 May 2025  Yavər Camalovun ailəsi onun mirasına sahib çıxa bilmir - TƏFƏRRÜAT
29 May 2025 Bakıda universitetdə qanlı hadisə - 20 yaşlı tələbə bıçaqlandı
29 May 2025 Hərbi hissə komandiri cinayət işini bağlamaq istədi - 150 minlik tələyə düşdü
29 May 2025 İstirahətə gedəndə bu rəng geyinməyin - Gənə yapışa bilər
29 May 2025 Hakerlər balları artıra bilir? - DİM-dən cəlbedici təkliflərə CAVAB
29 May 2025  Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş - ŞOK DETALLAR
28 May 2025 Aytən Səfərova DİM-i tənqid etdi
28 May 2025 İranda güclü zəlzələ baş verdi
28 May 2025 Lisey və gimnaziyalara qəbul prosesinə dəyişikliklərə aydınlıq gətirilib
27 May 2025 " İmtahana az qalmış verdiyiniz yanlış qərarı uşaqlara açıqlaya bilmirik."-

Dünyapress TV

Xəbər lenti