Ardını oxu...
Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ ilə əlaqədar, bu sualla əlaqədar da Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütamadi olaraq müraciət olunur:
Hansı səbəbdən ağır və zərərli iş şəraitli iş yerində işləməyimizə, buna görə əlavə əmək haqqı, əlavə məzuniyyət günləri almağımıza baxmayaraq, güzəştli şərtlərlə pensiyaya çıxa bilmirik, peşə və ya vəzifələrimizin adla AR-sı Nazirlər Kabinetinin 12 saylı qərarında olmur? Fikrimcə çox haqlı bir sualdır.
Belə ki,demək olar ki,AR Nazirlər Kabinetinin bu sahədə 3 müxtəlif qərarları vardır və bu qərarlar ilkin görünüşdə müxtəlif olan əmək münasibətlərini tənzimləsədə, hər üçü də təqribən eyni əmək münasibətlərinə aiddir:
Belə ki,"Əmək şəraiti ağır və zərərli olduğuna
görə": Nazirlər Kabinetinin 92 nömrəli qərarı bu səbəbdən -əlavə məzuniyyət,137 nömrəli qərarı - əlavə əmək haqqı, 12 saylı qərarı isə -güzəştli şərtlərlə pensiya hüququ nəzərdə tutur.
AR Nazirlər Kabinetinin 3 qərarını birləşdirən yeganə və ümumi şərt: "Əmək şəraitinə görə işlərin ağır və zərərli" olmasıdır.Bu da işçilərə ağır və zərərli iş şəraitinə görə: əlavə əmək haqqı, əlavə məzuniyyət hüququ və güzəştli şərtlərlə əmək pensiyası hüququ nəzərdə tutur.
Bu səbəbdən də maraqlıdır, görəsən hansı səbəblərdən: Nazirlər Kabinetinin 92 və 137 saylı qərarı ilə zərərli və ağır əmək şəraitinə görə əlavə əmək haqqı ödənilən və ya əlavə məzuniyyət günləri alan işçilərin vəzifə və ya peşələrin adları bir çox hallarda AR Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Siyahıda olmur. Ümid edirik ki, AR-nın Nazirlər kabinetinin qərarlarında olan bu uyğunsuzluq aradan qaldırılacaq və işçilərin bu sahədə olan əmək və pensiya hüquqları bərpa olunacaq.
Azər Quliyev.
TEREF
Ardını oxu...
İordan çayının Qərb sahilində naməlum İsrail vətəndaşları BMT-nin Ümumdünya Ərzaq Proqramına (WFP) məxsus karvanın yükünün bir hissəsini məhv ediblər.

Bu barədə dünya təşkilatının daimi nümayəndəsinin müavini Fərhan Haq brifinqdə bildirib.

Onun sözlərinə görə, insident çərşənbə günü baş verib, yük maşınlarında ərzaq olub: “İordan çayının Qərb sahilində İsrail vətəndaşları konvoyun yüklərinin bir hissəsini boşaldaraq məhv ediblər”.

Karvan Qəzza zolağına daxil olduqdan sonra daha bir insident yaşanıb.

“Qəzzada BMT obyektlərinə doğru gedən yardım maşınları silahlı şəxslər tərəfindən boşaldılması nəzərdə tutulmayan ərazilərə yönləndirilib. BMT yerli iqtidar orqanları ilə anlaşılmazlığı aradan qaldırıb. Bütün yük maşınları Qəzzanın şimalında BMT-nin təyin etdiyi ərazilərə çatıb, yardım paylanması davam edir”, – o qeyd edib.
TASS
 
Ardını oxu...
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyindən Hurriyyet.Az-a verilən xəbərə görə, istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdən istifadəsinə, vaxt və xərclərin optimallaşdırılmasına istiqamətlənmiş tədbirlər həyata keçirilir. Şəbəkələrə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digər bu kimi səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi. Bununla əlaqədar olaraq, Tarif (qiymət) Şurasının 3 may 2024-cü il tarixində keçirilmiş iclasında Energetika və İqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib. Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib: - 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt; - 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt; - 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt; - Orta gərginlik üzrə 170 manat/kVt. Yeni tənzimləməyə əsasən məişət abonentləri üzrə 1 fazlı təchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kVt-dan da başlaya bilər. Bu halda tələb olunan güc 3 kVt-dək olduqda xərc enir, 4 kVt olduqda xərc sabit qalır, 5 kVt və ondan artıq olduqda isə xərc artır. Qeyd edək ki, tələb olunan gücdən asılı olmayaraq əhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir. Həmçinin yeni ödəmə məbləğlərinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri 60-76% azalır. 3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də azalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ artır. Eyni zamanda, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkənin gücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcək. Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərclərini aradan qaldırmaqla ümumi xərclərinin azalmasına səbəb olacaqdır. Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib: - Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə - 271 manat; - Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə - 160 manat. Yeni tənzimləmələrə qədər qazpaylayıcı şəbəkəyə qoşulma işləri istehlakçılarla podratçılar arasında razılaşmaya uyğun qiymətlə həyata keçirilirdi. Yəni, tənzimləmədən əvvəl istehlakçılara şəbəkəyə qoşulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqli qiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid və optimal qiymətlər müəyyənləşib. Qeyd edək ki, illik qoşulmaların 99%-i məişət qaz qurğularını təşkil edir ki, onun da 96%-i əhali abonentlərinə aiddir. Beləliklə, böyük çoxluqda istehlakçıların qazpaylayıcı şəbəkəyə qoşulması prosesi optimallaşdırılıb və bu sahədə xərclərin azalmasına imkan yaranıb. Lakin, ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə və sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması ilə bağlı tikinti obyektləri tənzimlənmiş tariflərlə yalnız fiziki qoşulmaya görə ödəniş edəcəklər. Qoşulma ilə əlaqədar digər işlər, yəni, layihə smeta sənədlərinin hazırlanması, tikinti obyektindən qoşulma nöqtəsinə kimi olan hissədə işlərin görülməsi tənzimlənmədiyi üçün icraçı ilə bağlanmış müqavilələr əsasında sifarişçinin vəsaiti hesabına həyata keçiriləcəkdir. Elektrik və təbii qaza qoşulmayla bağlı həyata keçirilən yeni tənzimləmələr bu sahədə şəffaflığı artıracaq, istehlakçıların keyfiyyətli xidmətlərdən faydalanmaqla vaxt və xərclərinin optimallaşdırılmasına imkan yaradacaq, enerji təchizatı müəssisələrinin dayanıqlı və keyfiyyətli xidmət göstərməsinə töhfə verəcək. Qərarlar 3 iyun 2024-cü il tarixindən qüvvəyə minəcək. Həmçinin iclasda yeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
 
 
 
Ardını oxu...
Azərbaycanın ərzaq sektorunda əhəmiyyətli paya malik olan “Azərsun Holdinq” şirkəti qanunsuz işçi çalışdırmaqda ittiham edilir.

32gun.az xəbər verir ki, şirkətdə aparılan araşdırmalardan sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati iş başlanıb.
Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, yəni, qanunsuz işçi çalışdırmaqla bağlıdır.
İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
“Azərsun Holdinq”ə qarşı irəli sürülən ittiham təsdiqini tapacağı təqdirdə şirkət böyük məbləğdə cərimələnə bilər.
192.1-ci maddədə nəzərdə tutulan inzibati cəza növü belə deməyə əsas verir. Bu maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
“Azərsun Holdinq”in hüquqi şəxs olduğunu nəzərə alsaq, o zaman şirkətə 20-25 min manat civarında cərimə sanksiyası tətbiq ediləcəyini güman etmək olar.
“Azərsun Holdinq”in sahibi Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Abdolbari Gozaldır. Azərbaycan mediası onunla bağlı tənqidi materiallarla zəngindir.
 
Ardını oxu...
Son günlər aktual olan məsələlərdən biri də orta ümumtəhsil məktəblərinin X-XI siniflərində tədrisin təşkili ilə bağlıdır.

Belə ki, bugünlərdə sosial şəbəkələrdə X-XI siniflərdə təhsilin ödənişli olması təklifi çox səsləndirilir. Bəzi ekspert və valideynlər bunu əsasən onunla əlaqələndirirlər ki, onsuz da IX sinifi başa vurduqdan sonra şagirdlər repetitor yanına gedir və ailə həm məktəbə xərc çəkir, həm də repetitora ödəniş etməli olur. Ona görə də yalnız məktəbə ödəniş etməklə bu problem həll etmək olar.

Digər tərəfdən, valideynlər bildirirlər ki, X-XI-ci siniflərdə şagirdlər repetitor yanına getdikləri və məktəbdə dərs keçirilmədiyi üçün davamiyyət azalır. Bu baxımdan şagirdlərə X-XI siniflərdə “sərbəst davamiyyət” tətbiq edilə bilər.

Orta məktəblərdə X-XI siniflərdə təhsilin ödənişli olması və yaxud “sərbəst davamiyyət”in tətbiqi nə dərəcədə realdır?

Təhsil üzrə ekspert Elşən Qafarov “Cebhe.info”-ya bildirib ki, ümumiyyətlə, orta ümumtəhsil müəssisələrində 10-11-ci siniflərində təhsilin ödənişli olması fikri məntiqdən uzaqdır:

“Azərbaycan hüquqi dövlətdir və bütün münasibətlər qanunvericilik əsasında tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsində konkret göstərilir ki, dövlət standartlarına uyğun olaraq dövlət mülkiyyətində olan təhsil müəssisələrində ümumi təhsil pulsuzdur. O ki qaldı repetitorlara ödəniş edilməsinə, o tamamilə başqa bir mövzudur. Bu, ona bənzəyir ki, ağacın bir budağı quruyur, deyirik ki, gəlin kökünü də yerdən çıxaraq”.

Ekspert xatırladıb ki, Nazirlər Kabinetinin 19 yanvar 2010-cu il 10 saylı qərarı ilə təhsil müəssisələrinin sahibkarlıq və innovasiya fəaliyyəti ilə məşğul olma qaydaları müəyyən edilib:

“Təhsil müəssisələrinə ödənişli əsaslarla əlavə məşğələ keçməyə icazə verilir. Ancaq bu gün ümumtəhsil məktəblərinin nə müstəqil balansları, nə bank rekvizitləri var. Bu əlavə məşğələlərə görə ödənişlər hara gedir? Bu gün ümumtəhsil məktəblərində əlavə məşğələlərə görə repetitorluq edənlər hər uşağa görə 5- 10 manatdan məktəb direktoruna vəsait ödəyirlər. Burada “qara iqtisadiyyat” yaranır”.

Ekspertin sözlərinə görə, problemin həlli bu deyil, problemin həlli repetitorluğu aradan qaldırmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) kimi “Çin səddinin” maneələrini aradan götürməkdir:

“Digər tərəfdən, ümumtəhsil məktəblərini publik hüquqi şəxsə çevirmək məsələsini həll etmək lazımdır. Bununla bağlı Nazirlər Kabinetinə qərar layihəsi verilib və hələ təsdiq olunmayıb. Ümumtəhsil məktəblərində təhsil pulsuz olduğuna görə “təhsili ödənişli edək” anlayışı özü kökündən səhvdir. Təəssüf edirik ki, cəmiyyətdə artıq belə fikirlər yaranıb. Onun da səbəbi repetitorluğun sistemə çökməsi, ümumi təhsilin tamamilə “metastaz” verməsidir. Repetitorluğun minimuma endirilməsi üçün müvafiq tədbirlər görmək olar. Bu tədbirlərdən biri DİM-in imtahan mexanizmində dəyişikliklər etməkdir.

İmtahanları şagirdlərin bilik və bacarığına uyğunlaşdırmaq lazımdır. Səslənən fikirlər kökündən yalnışdır, qəbuledilməzdir. Bunu deyən şəxslərin təhsil qanunvericiliyi və təhsil sistemindən anlayışı yoxdur. Şagirdin dərsə getməməsinin səbəbi DİM-in buraxılış imtahanını tərdis ilinin başa çatmasına 10-12 həftə qalmış keçirməsidir. Həmin buraxılış sinifləri üçün tədris artıq bitmiş sayılır. Bu da dövlətin təhsil qanunvericiliyinə ziddir. Məktəbi ödənişli sistemə çevirmək yox, DİM-in qanunvericiliyi pozmasının qarşısını almaq lazımdır”.
 

Ardını oxu...
Aqstafa rayonu, Sadıqlı kənd sakini, Qarabağ qazisi Əfəndiyev Ramin Mübariz oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, dəfələrlə rayon İcra Hakimiyyətində qəbulda olsa da, işlə təmin olunmasına kömək etmirlər:

“Mən, Əfəndiyev Ramin Mübariz oğlu, yazaraq bildirirəm ki, İkinci Qarabağ Müharibəsinin iştirakşısı olmuşam. 2-ci qrup əliləm. Qardaşım Əfəndiyev Amil də veterandır.

İşlə bağlı icra başçısının qəbulunda olmuşuq. Bizə bildirirlər ki, iş yoxdur. Bəs, biz nə edək, nə ilə məşğul olaq? Bu qədər işsizlik olar?

Deyirlər ki, gedin gözləyin, iş olanda sizə məlumat verəcəyik. Amma heç bir məlumat vermirlər. Bu gedişlə heç vaxt da iş olmayacaq”.
Ardını oxu...
"Hazırda dünya təhsilinin, dünya ali təhsil seqmentinin elə bir inkişaf mərhələsidir ki, orada ümumiyyətlə, bu detallar üzərində düşünməyə sadəcə vaxt qalmır".

Bunu Redaktor.az-a Bakı Biznes Universitetinin oğlan tələbələrinin saqqalları olması səbəbindən dərsə buraxılmamasına münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, belə hallar birmənalı qarşılanmır:

"Təsəvvür edək ki, dünyanın hansısa bir nüfuzlu universiteti belə bir qadağa qoyur ki, şortla dərsə gələn, yaxud da ki, saqqalla dərsə gələn tələbələr dərsə buraxılmasın və onlara qarşı qadağa şamil olunsun:

"Yəni bu, sadəcə təsəvvürə gəlmir. Bu gün ali təhsil seqmenti, tələbədən tədqiqatçılıq bacarığı, öyrəndiyi nəzəri metodologiyanı istehsalatda tətbiq etməyi, tədqiqat aparmağın modern üsullarını tələb etməyi daha çox uyğun bilir, nəinki bu cür yanaşmalar. Yəni dünya universitetləri və uğurlu universitet üçün fərq etməz, bunun tələbəsi dərsə şortla gəlir, bunun tələbəsi dərsə saqqalla gəlir və sair. Bu məsələ sırf təhsil, akademik yanaşdıqda deyə biləcəyim sözlərdir. Məsələn, ikinci tərəfi odur ki, hər bir universitetin hüquqi cəhətdən haqqı var ki, öz daxili nizam-intizam qaydalarını tətbiq etsin və orada oxuyan tələbələrə bu nizam-intizama uyğun tədrisini təşkil etsin. Bu, onların haqqıdır, onların hüquqi öhdəliyidir. Düzmü edirlər, səhvmi edirlər, artıq hərəkətdirmi, əksik hərəkətdirmi, bu, artıq söhbətin bir başqa yoludur. Özəl bir tədris müəssisəsidir, öz daxili qayda-qanunu qoyub. Mənim aləmimdə universitet üçün maraqlı olan tələbənin geyimi, onun saqqal saxlaması, onu saçını necə kəsdirməsi deyil, onun fiziologiyası, fiziki görüntüsü deyil, onun beyni, onun bacarığı daha maraqlı olardı. Amma məsələnin digər tərəfi də odur ki, özəl bir tədris müəssisəsi öz nizam-intizam qaydalarını tətbiq etmək səlahiyyətinə sahibdirlər. Burada artıq seçim tələbənin üzərinə düşür. Mən də təbii ki, istəməzdim ki, bizim tələbələri saqqal qadağasına görə, şort qadağasına görə incitsinlər. Amma burada məsələ elədir ki, universitet də öz qaydalarını tətbiq etməyə çalışır. Bu lazımdırmı? Yalnız bir halda lazımdır ki, indi bəzi radikal din nümayəndələri, dini kəsimlər uzun formada saqqal saxlayırlar, tələbələrin hansısa birisi bu istiqamətdə meyilli olsa, onlara qarşı qadağa qoymaq, lazım gəlsə, başqa sərt tədbirləri görmək olar".

Ekspert dedi ki, burada məsələ fiziki görüntüdən gedir.

"Yəni gənc tələbələrdir, sırf fiziki görünüş olaraq, "şarm" olaraq saqqal saxlamağa maraqlıdırlar. Bu gün biz ali təhsillə bağlı detalları danışarkən, ümumiyyətlə bu kimi məsələlərin müzakirə müstəvisinə çıxmasına qarşı olmalıyıq. Bu gün universitet başqa cür qadağa qoymalıdır. Universitet qadağa qoymalıdır ki, ingilis dilində esse yaza bilməyən, yaxud tədqiqat bacarığı zəif olan, daha sonra müəyyən bu kimi bacarıqları yerində olmayan tələbələr öz üzərində işləsinlər və müəyyən qadağalar bu rakursdan qoyulsun. Tələbənin fiziki görünüşünə görə hər hansı bir qadağanın tətbiqi, o qədər də vacib olmayan təhsil hadisəsidir", - deyə E.Nuri bildirdi.
 
Ardını oxu...
"AZƏRİQAZ" İstehsalat Birliyinin işçiyə verdiyi bu cavabını əsaslı və qanuni hesab etmirəm:
NHMT sədri Mirvari x. Qəhrəmanlı:"Azəriqaz" İstehsalat Birliyində: eyni şöbədə çalışan iki işçi (biri qadın olmaqla) tarif dərəcəsinin artırılması üçün SOCAR İRD-nin təşkil etdiyi imtahanda iştirak edib. Hər ikisi də eyni balı toplayıb: 20 bal. İmtahanda iştirak edəndən biri (qadın) həmin şöbədə 20 il, o biri şəxs (kişi) həmin şöbədə 4 ay çalışır. "Azəriqazda" iş stajı cəmi 17 il. Nəticədə xanım yox, o biri işçinin tarif dərəcəsi artırılıb. Xanımın "niyə", və "hansı meyar və kriteriyalar əsas götürülüb" kimi suallarına cavab verilmir Bu halda sual: "Azəriqaz" İB, seçim zamanı hansı amillərə və meyarlara üstünlük verib?
Azəriqaz İB: AR Əmək Məcəlləsinin 156.3- cü hissəsinə görə işçilərə növbəti əməyin ödənilməsi və ixtisas dərəcəsinin verilməsi növbəli və ya növbədənkənar artırıla bilər. Birliyin İdarəetmə Aparatının müvafiq struktur bölməsində yaranmış vakant yer üzrə bir aşağı dərəcədə işləyən ən yüksək eyni dərəcəli mütəxəssislərin hər ikisinin namizədliyinə birlikdə baxılmış, onların hər ikisi kvalifikasiya tələblərini (təhsil və iş stajı baxımından) ödədikləri üçün biliklərin yoxlanılması imtahanına cəlb edilmişdir. Əməkdaşlarımızın hər ikisi 20/20 bal toplamışdır. Vakant yer sayı bir vahid, namizəd sayı iki nəfər olduğu üçün işəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156. 3-cü hissəsi ilə ona verilmiş hüquqlarından istifadə edərək mülahizəsinə əsasən əməkdaşların birinə birinci növbədə növbəti əməyin ödənilməsi dərəcəsini vermiş, digər əməkdaşı isə Kadr Ehtiyatı Bazasına daxil etmişdir. Məlumat üçün bildiririk ki, Kadr Ehtiyatı Bazasına daxil edilmiş namizədlərin imtahan tarixindən etibarən bir il müddətində həmin struktur bölmədə vakant yer yarandıqca növbəlilik əsasında yerləşdirilməsi təmin edilir. Yeri gəlmişkən, həmin struktur bölmədə bu dövrdə daha bir vakant yerin yaranması gözlənilir. Həmin yer yarandıqda digər əməkdaşa növbəti əməyin ödənilməsi dərəcəsinin verilməsi təmin olunacaq.
NHMT sədri M. Qəhrəmanlı: "Azəriqaz" İB-yi verdiyiniz bu cavab - verilən sualı tam əhatə etmir. Əlbəttə, işəgötürənin işçini - işdə irəli çəkmək kimi hüquqi vardır. Təşkilatımız da buna ancaq sevinə bilər. Qüvvədə olan AR-n Əmək Məcəlləsində bu barədə kifayət qədər maddi və digər hüquq normaları vardlr. İşçi və ya biz bunu, yəni, işçinin irəli çəkilib, taarif dərəcəsinin artırılmasını mübahisə etmirik ki. lakin, burada əsas sual ondan ibarətdir ki, nədən eyni bal toplamış işçilərdən birinə üstünlük verilib, xanım işçi hansı meyarlara, hansı kriteriyalara əsasən, hətta iş stajı çox olduğu bu halda belə irəli çəkilmir. Bu halda Diskriminasiya hallarına yol verilibmi, burada qohumbazlıq, tanışlıq və sair hallar varmı ?
NHMT hüquqşünası Azər Quliyev: "Azəriqaz" İB-yi. Burada bir işçinin, əmək funksiyaları və digər əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar üstünlükləri, peşəkarlıq, staj və sair digər üstün meyarları əsaslandırılmalıdır. Bir işçinin digər işçiyə qarşı olan əsaslandırılmış üstünlükləri. Belə bir üstünlük və ya digər meyarlar olmadan bu qaydada əsaslandırma düzgün deyil və ayrı seçkilik hesab olunur. Qeyd olunan cavab qanuni deyil, AR Əmək Məcəlləsinin 16-cı maddəsinin pozulması və diskriminasiyadır.
Azer Quliyev
TEREF
 
 
 
Ardını oxu...
Bugünlərdə jurnalist dostlarımızdan biri ilə axşam saatlarında şəhərin mərkəzində- “Torqovı”da gəzişirdik. Gördüyüm mənzərə məni heyrətləndirdi. Yerli sakinlərdən çox ərəb və Asiya ölkələrindən olan (hindistanlı, pakistanlı) turistlərə rast gəldik.

Onları daha çox hansısa yungüləxlaqlı xanım təsiri bağışlayanlara “padxod” etməyə cəhd edən və ya həmin ərazidə sayın durmadan artan “gecə klubları”nın önündə boyunlarını bükən vəziyyətdə görmək mümkündür.

Həmkarım dedi ki, “İçəri şəhər” kimi tanınan ərazidə də çoxlu sayda turistə rast gələ bilərik, ancaq onların davranışları və maraq dairələri tam fərqlidir.

Getdik, doğrudan da deyilən kimidir. “İçəri şəhər”də daha çox Rusiyadan gələn slavyan görkəmli turistlər gözə dəyir.

Onları restoranlarda mədəni şəkildə oturub, xüsusi zövqlə Azərbaycan mətbəxindən yeməklər dadlıqlarını, ya da bələdçilərin köməyi ilə tarixi abidələrlə tanış olduqlarını görmək mümkündür.

Bu gün səhər “Ağ şəhər”in yaxınlığında olan “Nizami” parkında oldum. Burada gəzən çoxlu sayda rus turistlərə də “qidlər”in parkın qədim tarixi və Nobel qardaşları ilə bu məkanın hansı əlaqələrinin olması haqda məlumat verildiyini gördüm.

Amma etiraf edim biz də Rusiyaya gedəndə teatr, muzeylər, tarixi yerlərdən daha çox başqa yerlərə üz tuturuq. Deyəsən, bu məsələdə uzun illər vahid dövlətin tərkibində yaşadığımız ruslara deyil, din qardaşlarımız ərəblərə oxşamışıq.

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az
 

Dünyapress TV

Xəbər lenti