![]() |
![]() ![]() ![]() |
|
"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqada mövsümün ən yaxşı futbolçusu seçilib.
Bu barədə Premyer Liqanın mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
2024/2025 mövsümündə 32 yaşlı futbolçu İngiltərə çempionatının 37 matçında iştirak edib, 28 qol vurub və 18 məhsuldar ötürmə edib. Salah "Liverpul"la Premyer Liqanın qalibi olub.
"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç İspaniya çempionatının 38-ci turunda "Real Sosyedad"la oyunda (2:0) iştirak etməklə kral klubunun heyətində "Santyaqo Bernabeu"dakı son oyununu keçirib.
Komandanın futbolçuları xorvatiyalı yarımmüdafiəçini mühasirəyə alıb, bir neçə dəfə atıb-tutublar.
Daha sonra Modriç demək olar ki, hamı ilə bir-bir qucaqlaşıb.
Qeyd edək ki, 39 yaşlı Modriç komandanın tərkibində qarşıdan gələn klublararası dünya çempionatında iştirak edəcək.
Modriçlə yanaşı, "Real Madrid" baş məşqçisi Karlo Ançelotti ilə də vidalaşıb. Son nitqində italiyalı mütəxəssis göz yaşlarına hakim ola bilməyib.//Oxu.az