Ardını oxu...
Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü İzabel Şnabel qlobal ticarətdə parçalanmanın inflyasiyanı artıracağını və iqtisadi artımı azaldacağını və bu vəziyyətin struktur riski yaratdığını vurğuladı.
Avropa Mərkəzi Bankının (AMB) İcraiyyə Şurasının alman üzvü İzabel Şnabelin Parisdəki SciencesPo Universitetində “Avro məkanında artımın canlanması” adlı təqdimatı AMB-nin saytında dərc olunub.

Şnabel təqdimatında qlobal ticarətdə ciddi pozuntuların dünya miqyasında inflyasiyanın bir neçə faiz bəndi yüksəlməsinə səbəb ola biləcəyini, lakin təsirlərin aradan qaldırılması üçün illər lazım olacağını bildirib.

Qlobal ticarətdəki parçalanmanın iqtisadi artımı da əhəmiyyətli dərəcədə azaldacağını vurğulayan Schnabel, "Ticarətin parçalanması iqtisadi böyümə və inflyasiya üçün struktur olaraq zərərlidir" ifadəsini işlədib.

Geosiyasi qeyri-müəyyənlik, proteksionizm və iqtisadi siyasətlə bağlı artan qeyri-müəyyənliyə diqqət çəkən Şnabel ABŞ-ın qlobal iqtisadiyyatdakı roluna diqqət çəkib.

İzabel Şnabel qeyd edib ki, ABŞ-ın ticarət və iqtisadi siyasətləri Avropada iqtisadi qərarlara təsir edə bilər.
 
Ardını oxu...
Dünya yeni iqtisadi xaosa sürüklənir, Azərbaycanı nələr gözləyir...

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp dünyanın əksər ölkələrinə gömrük tarifləri tətbiq edib. Bundan sonra ABŞ-yə məhsul ixrac edən şirkətlər tətbiq olunan tariflərə uyğun rüsum ödəyəcəklər. Tramp digər postsovet ölkələri ilə yanaşı Azərbaycana da “ilişib”, amma nisbətən “insfalı” yanaşıb – biz 10 faiz ödəyəcəyik.

Dünyanın ən böyük iqtisadiyyatına malik olan ölkənin bu qərarı müttəfiqlərdə və başqa dövlətlərdə narahatlıq doğurub. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Trampın qərarının bütün dünya üzrə biznes və istehlakçılara zərbə olacağını bəyan edib. Azərbaycanın ABŞ-nin qərarından narahatlığı yoxdur, çünki bu ölkəyə vur-tut 135 milyon dollarlıq mal satmışıq, amma ABŞ-dən ötən il aldığımız məhsulların dəyəri 1 milyard 617 milyon dollar olub. Bu o deməkdir ki, xarici ticarətdə Birləşmiş Ştatlar ilə 1 milyard 482 milyon dollarlıq mənfi saldoya malikik.

Trampın elan etdiyi ticarət müharibəsinin Azərbaycana dolayı təsirləri isə mütləq olacaq. İqtisadçı Rövşən Ağayev hesab edir ki, qlobal iqtisadi resessiyanın başlaması riski xeyli yüksəkdir. Onun sözlərinə görə, hazırkı şərtlərdə qlobal iqtisadi böhranın ən böyük zərbəsini iqtisadiyyatı şaxələnməmiş, resurs gəlirlərindən yüksək asılılığı olan, primitiv istehsal strukturuna malik ölkələr alacaq. “Dünya iqtisadiyyatında mümkün daralma enerji daşıyıcılarının qiymətlərinin aşağı çəkəcək. Orta və uzun müddətli dövrdə maliyyə bazarlarındakı çalxantılar aktivlərin də dəyərsizləşməsi riski yaradır. Hər kəs ən pis ssenariləri masasının üzərində, gözünün qabağında tutmalıdır”, - iqtisadçı vurğulayıb.


R.Ağayevin dediyi “iqtisadiyyatı şaxələnməmiş, resurs gəlirlərindən yüksək asılılığı olan, primitiv istehsal strukturuna malik ölkələrdən” biri də Azərbaycandır. Ölkə iqtisadiyyatı əsasən neft-qaz sektorunun üzərində dayanıb, ixracın 92 faizindən çoxunu bu məhsullar təşkil edir. Ticarət müharibəsnini enerji qiymətlərinə mənfi təsir edəcəyi barədə proqnozlar da Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Çünki neft hasilatının ilbəil kəskin azaldığı mərhələdə qiymətlərin ucuzlaşması ölkə iqtisadiyyatına ciddi problemlər, o cümlədən milli valyutanın dəyərsizləşməsini qaçılmaz edir.

Yeri gəlmişkən, ölkədə devalvasiya gözləntiləri var. Bu günlərdə Mərkəzi Bankın bundan sonra hərraclarda banklara nə qədər dollar satdığı barədə məlumat açıqlamamaq qərarı verməməsi narahatlığın əsassız olmadığını ortaya qoyur. “Hərraclarda formalaşan məzənnənin sabit qalması və bankların valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə təqdim edilməsi artıq aktual hesab olunmur”, - MB-dan verilən açıqlamada deyilir.

Bu gün baş bank elan edib ki, aprel ayının 1-nə valyuta ehtiyatları son bir ayda 0.32% və ya 34.7 milyon dollar artaraq 11 milyard 26.5 milyon dollara çatıb. Amma bu artım cüzidir, son 1 ildə ehtiyatların 5.4% və ya 627.9 milyon dollar azalmasının yanında kiçik rəqəmdir. MB ötən 1 ildə ehtiyatların hansı səbəbdən bu qədər əriməsinə aydınlıq gətirməyib. Amma ötən il və 2025-ci ilin əvvəlində valyuta bazarında baş verənlərə nəzər saldıqda ehtiyat valyutanın hara xərclədiyi barədə təsəvvür yaranır.

Qeyd edək ki, 2024-cü il ərzində banklara ümumilikdə 7.7 milyard dollardan çox valyuta satılıb. Bu göstərici 2023-cü illə müqayisədə 84.8% çoxdur. Həmin il ərzində keçirilən valyuta hərraclarında cəmi 3 milyard 878.53 milyon dollar satılmışdı.

2025-ci ilin yanvar ayı ərzində isə Mərkəzi Bankda keçirilən 8 valyuta hərracında 500 milyon dollara yaxın valyuta satılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.6 faiz çoxdur. Ötən ilin yanvar ayı ərzində keçirilən 7 valyuta hərracında banklara 417.1 milyon ABŞ dolları satılmışdı.

Baş bank artıq bu tip məlumatları açıqlamayacaq. İqtisadçı Rövşən Ağayev Pressklub.az-a deyib ki, əvvəla, bu qərar Mərkəzi Bank kimi son dərəcə əhəmiyyətli bir qurumun tərəfindən şəffaflıq prinsipinin pozulmasıdır: “Bizimkilər Türkiyə Mərkəzi Bankının təcrübəsinə baxsın, onlar ehtiyatların həcmi ilə həftəlik məlumatlar açıqlayırlar. Həmçinin banklara satdıqları valyuta həcmini ictimaiyyətə təqdim edirlər”.

Digər səbəbə gəlincə, R.Ağayev qeyd edir ki, məlumat qapalılığı yaratmaqla ekspert cameəsini və medianı informasiyasız saxlamağa, mümkün olduğu qədər valyuta bazarında gedən proseslərlə bağlı müstəqil analizlərin az olmasına çalışırlar. “Guya bununla müəyyən dövrlərdə valyuta bazarında panik əhval-ruhiyyə yaranmasının qarşısını almağa nail ola biləcəklərini düşünürlər”, - iqtisadçı bildirib.

İqtisadçı İlham Şaban isə düşünür ki, Mərkəzi Bank bu məlumatları açıqladıqca nə qədər neqativ fikirlər səsələndirildiyini görür: “İctimaiyyət də hay-küyə düşüb dollar alır, kimi bankdakı manat depozitini dollara çevirir, kimi də ümumiyyətlə pulu “yastıq altına” saxlamağa yönəldir”.


İqtisadçı vurğulayır ki, burada bir günah da hökumətin üzərindədir: “Məmurlar özləri bilavasitə cəmiyyətə mütəmadi mesajlar vermir, hökumətin özünün sevib-seçdiyi “ictimai fəal mütəxəssislər” isə lazımi qədər ictimaiyyəti inandıra bilmirlər və sair...”

Xatırladaq ki, Azərbaycan 2015-ci ildə iki dəfə devalvasiyanın acı təcrübəsini görüb. Həmin dövrdə Mərkəzi Bank manatın məzənnəsini qorumağa milyardlarla dollar xərclədikdən sonra qəflətən devalvasiya qərarı verdi. Nəticədə iqtisadiyyata ağır zərbə dəydi, bankların, şirkətlərin, iş adamlarının, sadə vətəndaşların borcu dəfələrlə artdı, onların bir çoxu müflisləşdi. Azərbaycan iqtisadiyyatı bəzi parametrlər üzrə hələ də devalvasiyaya qədərki göstəricilərini bərpa edə bilməyib. Neft hasilatının sürətlə azalması, dünyada gedən proseslər – müharibələr, ABŞ prezidentinin elan etdiyi tariflər də Azərbaycan kimi resursdan asılı ölkələr üçün yaxşı perspektiv vəd etmir. Hökumət növbəti böhrana hazırlaşmalıdır. Mərkəzi Bankın dollar satışı haqda məlumatları qapalı saxlamaq qərarı kimi addımlar dərdə çarə deyil...
pressklub
 
Ardını oxu...
Azərbaycanda bank sektoru 2025-ci ilin ilk iki ayında ötən ilin eyni dövrü ilə müqayisədə daha az mənfəət əldə edib.

Belə ki, bankların xalis mənfəəti 14,3%, əməliyyat mənfəəti isə 7,7% azalıb. Bu, sektorda müəyyən iqtisadi amillərin təsirini göstərir və gələcəkdə bank bazarının necə dəyişə biləcəyi ilə bağlı suallar yaradır.

Bank mənfəətinin azalmasına səbəb nədir? İnsanların banka qoymaga pulu, ya banklara etimadı yoxdur?

Bunun arxasında faiz dərəcələrinin dəyişməsi, kredit portfelindəki risklər, depozitlərə marağın azalması və inflyasiya kimi faktorlar dayana bilər.

Ekspertlər bildirirlər ki, bu tendensiya davam edərsə, bankların strategiyasında dəyişikliklər qaçılmaz olacaq. Mövzu ilə əlaqədar "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, burada söhbət bankların əmanət portfelindən, verdiyi kreditlərdən, aktivlərindən və ya kapitalından getmir:

“Məsələ mənfəətlə bağlıdır, yəni qazancın azalması gəlirlə xərclər arasındakı fərqin daralmasıdır. Son illərdə bankların əmanətləri artıb, insanlar daha çox vəsait yatırır, banklar isə daha çox kredit verir. Lakin bütün bunlara baxmayaraq, mənfəət azalır. Bu, nə ilə əlaqəli ola bilər? Birincisi, problemli kreditlərin sayının artması mümkündür. Yəni banklar verdikləri kreditlərin bir hissəsini geri ala bilmirlər, nəticədə həmin kreditlər "ölür" və banklar üçün itkiyə çevrilir.

Digər bir səbəb isə kredit faizlərinin aşağı salınması ola bilər. Bəzi banklar kredit faizlərini endirib, bu da onların gəlirlərinin azalmasına səbəb olur. Bununla yanaşı, bəzi banklar əmanət faizlərini artırıblar. Müştərilərə daha çox faiz ödəmək isə xərclərin artmasına gətirib çıxarır və nəticədə mənfəət azalır. Yəni az gəlir, çox xərc yaranır”.

Bundan başqa, bankların əməliyyat gəlirlərinin azalması da prosesə təsir edə bilər:

“Məsələn, pul köçürmələri və digər bank xidmətləri üzrə gəlirlər azalıbsa, bu da ümumi mənfəətə təsir edir".

Ekspert hesab edir ki, bankların öz xərcləri də artmış ola bilər:

"Məsələn, maaş fondunun böyüməsi, informasiya texnologiyalarına və təhlükəsizliyə yatırılan investisiyaların artması mənfəətin azalmasına səbəb ola bilər. Son dövrlərdə bank kartları ilə bağlı fırıldaqçılıq hallarının artması bu sahəyə daha çox maliyyə resursu ayırmağa məcbur edir. Təhlükəsizlik sistemlərinin gücləndirilməsi isə əlavə xərc yaradır və nəticədə mənfəət azalır. Hər bir bankın vəziyyəti fərqli ola bilər, lakin ümumilikdə bu amillərin hər biri mənfəətin azalmasına təsir edən əsas səbəblər kimi qiymətləndirilə bilər”.
 
 
 
Ardını oxu...
“Forbes” jurnalı 2025-ci il üçün dünya milyarderlərinin siyahısını açıqlayıb və bu siyahıda Azərbaycan əsilli şəxslər də yer alıb.
Yeniavaz.com xəbər verir ki, “Forbes”in siyahısına daxil edilən 3 028 milyarder arasında 4 nəfər azərbaycanlı var.
Qeyd edək ki, bu milyarderlərin hamısı Rusiyada yaşayır və onların əsas gəlir mənbələri də həmin ölkə ilə bağlıdır.
Azərbaycan əsilli milyarderlərin ən varlısı dünya milyarderləri siyahısında 62-ci sırada yer alan Vahid Ələkbərovdur. O, eyni zamanda Rusiyanın ən varlı şəxsi hesab olunur.
74 yaşlı Vahid Ələkbərovun ümumi sərvəti 28,7 milyard dollardır və son bir ildə bu məbləğ təxminən 100 milyon dollar artıb.
Vahid Ələkbərovdan sonra ən varlı azərbaycanlılar Zarax İliyev və Qod Nisanov hesab olunurlar. Zarax İliyev dünya milyarderlərinin siyahısında 1072-ci, Qod Nisanov isə 1074-cü sırada qərarlaşıb.
Onların hər birinin 3,4 milyard dollar sərvətə sahib olduğu bildirilir. Son bir ildə hər ikisinin sərvəti təxminən yarım milyard dollar artıb.
Dünya milyarderlərinin siyahısında yer alan sonuncu azərbaycanlı isə Fərhad Əhmədovdur. O, 2 110-cu sırada yer alıb və 1,6 milyard dollar sərvəti var. Son bir ildə onun sərvətində heç bir dəyişiklik olmayıb.
Qeyd edək ki, 4 il əvvəl – 2021-ci ildə dünya milyarderləri siyahısında 5 azərbaycanlı olub. 2021-ci ildə Araz Ağalarov 1,2 milyard dollarlıq sərvəti ilə “Forbes”in siyahısında yer alıb. Lakin son 4 ildir ki, Araz Ağalarov milyarderlər siyahısına daxil ola bilmir.
Ardını oxu...

 
Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqələrinin qalibləri “Azərbaycan Beynəlxalq Bankı” ASC (VÖEN - 9900001881) və “Kapital Bank” ASC (VÖEN - 9900003611) olub.
Yeniavaz.com xəbər verir ki, DSMF-nin Aparatında əmək haqlarının, eləcədə DSMF tərəfindən icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınmasına görə ABB-yə 22 milyon 981 min 530 manat 5 qəpik ödəniləcək.
Bundan başqa, DSMF tərəfindən icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinə görə “Kapital Bank”a 24 milyon 560 min 167 manat 80 qəpik veriləcək.
Qeyd edək ki, göstəriləcək xidmətlər bir illik dövrü əhatə edəcək.
Ardını oxu...
"Azercell Telekom" MMC abunəçilərindən mobil nömrələrdən istifadəyə görə aylıq xidmət haqqı tutur.

Valyuta.az xəbər verir ki, “Azercell” bu rüsumu 2 manat müəyyənləşdirib.

Qeyd edək ki, bu xidmət haqqı hər ay telekommunikasiya xidmətlərindən istifadə haqlarının ümumi həcminin 2 manatdan az olduğu təqdirdə tətbiq edilir. Aylıq xidmət haqqı hesablanarkən Paycell və Simkredit xidmətlərindən istifadə nəzərə alınmır.
 
Ardını oxu...
"Su İdmanı Sarayı" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən inşaat materialları və alətlərin satın alınması üçün keçirilən tenderin qalibi müəyyən edilib.

32gun.az-ın məlumatına görə, "GÜVƏN LUX" MMC tenderdə qalib gəlin. Tərəflər arasında 194.508,56 AZN-lik müqavilə bağlaması gözlənilir.

Lakin tenderin nəticələri mübahisələrə səbəb olub. Belə ki, qalib şirkət "GÜVƏN LUX" MMC-nin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Bu, belə böyük məbləğdə müqavilənin bu qədər kiçik kapitalı olan şirkətə verilməsi ilə bağlı suallar doğurur.

"GÜVƏN LUX" MMC-nin qanuni təmsilçisi Elmar Həmidov Ramiz oğludur. "Su İdmanı Sarayı" MMC-nin direktoru isə Tələt Məmmədov Balakişi oğludur.

"Su İdman Sarayı"nın nizamnamə kapitalı 420.736.722,60 AZN-dir.
 
Ardını oxu...
Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 17,8 milyon manat (598,7 milyon dollar) vergi və rüsum daxil olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% və ya 48,5 milyon manat çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında gömrükdən dövlət büdcəsinə 969,3 milyon manat (570,2 milyon dollar) daxil olub.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə gömrükdən büdcəyə daxil olan vəsaitlər ümumi ticarət dövriyyəsinə, o cümlədən idxala nisbətdə azalıb.
Belə ki, ötən ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 7 milyard 226,6 milyon dollar, idxalın ümumi dəyəri isə 2 milyard 446,6 milyon dollar olub.
Bu isə o deməkdir ki, ötən ilin yanvar-fevral aylarında büdcəyə daxil olan vəsait xarici ticarət dövriyyəsinin 7,9%-nə, idxalın isə 23,3%-nə bərabər olub.
Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 8 milyard 904,5 milyon dollar, idxalın ümumi dəyəri isə 4 milyard 138 milyon dollar olub.
Nəticədə bu ilin yanvar-fevral aylarında büdcəyə daxil olan vəsait xarici ticarət dövriyyəsinin 6,7%-ni, idxalın isə 14,5%-ni təşkil edib.
Ardını oxu...
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, ötən illə müqayisədə idxal təxminən 2 dəfə artsa da, büdcəyə ödənilən vergi və rüsumlarda ciddi artım olmayıb.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, idxal artdığı halda, gömrük vergi və rüsumlarının azalması bir neçə səbəbə görə baş verə bilər:
“Bunlardan biri odur ki, bəzi malların idxalı gömrük rüsumlarından azad olunur və bu zaman büdcəyə daxil olan vəsaitlər də azalır. Ötən illə müqayisədə idxalın 2 dəfə artmasının əsas səbəbi Dövlət Neft Fondunun böyük miqdarda qızıl alması ilə bağlıdır. Rəsmi məlumatlar göstərir ki, Neft Fondu bu ilin ilk iki ayında ölkəyə təxminən 1,5 milyard dollar dəyərində qızıl gətirib. Fondun xaricdən gətirdiyi qızıllar gömrük rüsumundan azad olunduğu üçün idxalın 2 dəfə artması büdcə daxilolmalarına heç bir təsir etməyib”.
 
Ardını oxu...
Ramazan ayının bitməsi ilə Azərbaycanda toy mövsümü canlanıb. Əslində, şadlıq sarayları orucluqda da boş dayanmayıblar və sifarişlər qəbul ediblər. Hazırda əksər restoranlarda aprel ayı üçün bütün günlər doludur. Bəs yeni toy mövsümündə qiymətlər necədir?

Teleqraf mövzu ilə bağlı Bakının məşhur şadlıq sarayları arasında sorğu keçirib.

Paytaxtın populyar və bahalı şadlıq saraylarından biri sayılan “Saphir Saray”ın böyük zalında menyu 160 manatdan, kiçik zalda isə 120 manatdan başlayır. Beləliklə, restoran toy etmək istəyən cütlüklərə 180, 200, 220, 250-320 manatlıq menyular təklif edir. “Saphir Saray”da ən bahalı menyu isə 450 manatdır.

Birdəfəyə 700 nəfərlik qonaq qəbul etmək imkanı olan “Grand Opera Hall”un toy menyusu 110-dan 170 manata qədərdir.

“Elux Event Hall”da menyu 220 AZN-dən başlayır. Restoranın meneceri bildirib ki, iyun ayına qədər qiymət artımı gözlənilmir. Lakin sentyabrdan toy menyusu 250 manata qədər bahalaşacaq.

1000 nəfərlik qonaq qəbul etmək üçün hər cür şəraiti olan “Buta Palace”ın menyu qiymətləri 150 manatdan 270-300 manat arasında dəyişir.

“Hollywood” şadlıq sarayı evlənmək istəyən müştərilərinə 2 menyu təklif edir. Birinci “Standart” adlanır, qiyməti 130 manatdan başlayır. Digər menyu isə “Premium”dur. Burada qiymət 160-200 manatdır.

Menyusu 100 manatdan aşağı olan restoran da tapmağa çalışdıq.

“Mona Liza” şadlıq sarayında 200 nəfərlik zalda bir nəfər üçün menyunun qiyməti 80 manat, 500 nəfərlik zalda isə 60 AZN-dir.

“Çıraq Palace”da menyu 50-55, “Grand Neon” sarayının 100-200 nəfərlik zallarında toy menyusu 55-80 manat arasında dəyişir.

“Alp Saray”da isə qiymətlər 75 manatdan başlayaraq 160-a qədər yüksəlir.

“Versal Hall”un menyusu 75 AZN-dən başlayır. Yeri gəlmişkən, bu restoranın meneceri son qiyməti açıqlamadı.

“Hissa Saray”da menyunun qiyməti qonaq sayına görə dəyişir. Minimum qiymət 60, maksimum isə 90 manatdır.

Paytaxtda fəaliyyət göstərən digər şadlıq saraylarında menyu qiymətləri aşağıdakı kimi dəyişir:

“Aura Hall”da menyunun qiymətləri 50 manatdan başlayır, 65-70 manata qədər artır.

“Nazlı Saray”ın kiçik zalında 50-60-70, böyük zal üçün 55-65-75 manat ödəmək lazımdır.

“Ağ Saray”da da iki zal var: 80-200 və 450-500 nəfərlik. Menyular adambaşına 75 manatdan 165 manata qədər dəyişir.

“Niaqara” şadlıq sarayında da iki zal mövcuddur. 100-250 nəfərlik kiçik və 250-550 nəfərlik böyük zal. Menyu da 55 manatdan başlayır.

Bakının ən ucuz şadlıq saraylarından biri “Mübarək”dir. Buranın iki zalı var: 150 və 200-300 nəfərlik. Menyusu isə 28-29 manatdır.

Qeyd edək ki, yuxarıda təqdim olunan qiymətlər adambaşına nəzərdə tutulub.
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp administrasiyasının aprelin 2-də tətbiq etməyi planlaşdırdığı yeni tariflərin bütün ölkələrə təsir edəcəyinə söz verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, prezident təyyarəsinin göyərtəsində jurnalistlərə açıqlama verərkən bildirib.

D.Tramp rüsumların ABŞ-nin ticarət balansının ən bariz şəkildə pozulduğu 10-15 ölkəyə təsir edib-etməyəcəyi ilə bağlı sualın cavabında belə deyib: “Biz bütün ölkələrdən başlamalı və nəyin baş verdiyini gözləyib görməliyik. Mən heç vaxt 15 ölkə ilə bağlı şayiə eşitməmişəm.

Belə baxanda tariflər haqqında danışdığımız bütün ölkələrə təsir edəcək. Biz isə bütün ölkələr haqqında danışırıq, yalnız bəziləri haqqında yox”.

D.Tramp ABŞ tariflərinin daha əvvəl digər ölkələrin Amerika ixracatına tətbiq etdiyi tariflərdən çox daha yumşaq olacağını söyləmişdi. “Tarixdə heç bir ölkə soyulmadığı kimi bizi soyublar. Lakin biz yenə də onlara qarşı daha yumşaq olacağıq. Buna baxmayaraq, bu, ölkə üçün əhəmiyyətli puldur”, - o demişdi.

Daha əvvəl ABŞ Prezidenti aprelin 2-dən idxal olunan mallara “güzgü rüsumları” tətbiq etmək niyyətində olduğunu açıqlamışdı. Onun sözlərinə görə, Braziliya, Hindistan, Kanada, Çin, Meksika və Aİ ölkələri ABŞ-yə orta hesabla ABŞ-nin tətbiq etdiyi gömrük rüsumlarından qat-qat yüksək tariflər tətbiq edirlər.
 

Dünyapress TV

Xəbər lenti