Ardını oxu...
Bu ilin ilk 3 ayında Azərbaycandan xarici ölkələrə 1 009,4 ton kartof ixrac edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son 3 ayda ixrac olunan kartofun təxminən 82%-i, yəni 831 tonunun ixracı mart ayında həyata keçirilib.

Məlumat üçün bildirək ki, mart ayında xaricə satılan kartofun bir kiloqramının orta gömrük dəyəri 56 qəpik (33 sent) olub.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, mart ayında ölkə daxilində kartofun pərakəndə satış qiyməti 1 manat 25 qəpik təşkil edib.

Açıqlanan rəsmi göstəricilərdən də göründüyü kimi, xaricə satılan kartofun qiyməti daxili bazarda satılan kartofun qiymətindən 2,2 dəfə ucuz olub.


Ardını oxu...
Bu ilin I rübündə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçılardan daxil olan 1 462 müraciətə baxıb.

İndex.az agentliyə istinadən xəbər verir ki, təmin olunmuş 595 müraciət əsasında 55 608 manat vəsait istehlakçılara qaytarılıb.

“İstehlakçı hüquqlarının qorunmasına yönələn tənzimləyici tədbirlər istehlakçıları bazarda qarşılaşa biləcəkləri ədalətsiz biznes təcrübələrindən qoruyur. Rəqabətli bazar şəraitinin inkişafını stimullaşdırmaqla istehlakçıların iqtisadi gücünü və seçim imkanını artırır”, – məlumatda qeyd olunub.
 
Ardını oxu...
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xətti ilə bağlı tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir.

İndex.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

“Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri həyata keçirilir. Ələtdən Osmanlı istiqamətli olan hissədə cüt xəttli dəmir yolunun yenilənməsi işləri aktiv olaraq davam edir. Eyni zamanda, Osmanlıdan Astaraya qədər işlər aparılır. Yolun ümumi uzunluğu 243 kilometr təşkil edir”, – o vurğulayıb.

Xatırladaq ki, bu layihə “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb. Dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb.

Ox üzrə uzunluğu 245 km olan bu yolda təmir işləri 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 131 süni mühəndis qurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçid, eləcə də heyvanların keçməsi üçün alt keçidlərin və müxtəlif ölçülü suötürücü boruların tikintisi daxildir. Birinci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur.

Ələt-Osmanlı-Astara dəmir yolu xətti sonuncu dəfə 1980-ci illərdə əsaslı təmir olunub. Dəmir yolunun tikintisinin əhəmiyyəti ölkənin tranzit potensialının artırılmasına, Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanmasına, eləcə də ümumi dəmiryol infrastrukturunun yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd edilən istiqamətdə avtomobil yolları ilə bir çox eyni səviyyəli kəsişmələrin müxtəlif səviyyəli kəsişmələrlə əvəzlənməsi işləri görülür.

Bu gün, 00:06           
Ardını oxu...

XALQ.AZ xəbər verir ki, “Zeytun Pharma” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Zeytun Pharma” ilə bağlı işə 22 aprel tarixində Nizami rayon Məhkəməsində baxılacaq. İş hakim hakim Nəriman Mehdiyevin icraatındadır.
Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidiri. Mal ölkəyə gətirilmədiyi təqdirdə sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.Tribunainfo.az

Zeytun” aptek bu tələbləri pozdu Pravda.az

Qeyd edək ki, ölkənin bir çox yerində fəaliyyət göstərən “Zeytun” apteklər “Zeytun Pharma” MMC-yə məxsusdur. Şirkətin əsas ofisi Z.Əliyeva küç. 93, BEGOC biznes mərkəzindədir.
Ardını oxu...
“Zeytun Pharma” şirkətinin rəhbəri Bəhruz Şirəliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
Ardını oxu...
Hər ötən gün ərzaq məhsulların qiyməti bir az da artır. Xüsusilə əsas istehlak mallarındakı bahalaşma, əhalinin gündəlik həyatına birbaşa təsir edir.

Bəs qarşıdakı günlərdə hansı ərzaqların bahalaşması gözlənilir? Qiymət artımının səbəbləri nədir və bu prosesin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı iqtisadi məsələlər üzrə ekspert Xalid Kərimli Referans- a açıqlamasında bildirib ki, əslində uzunmüddətli dövrdə hər şeyin bahalaşacağı gözləniləndir. Ölkədə illik inflyasiya təxminən 5–6% səviyyəsində proqnozlaşdırılır. Qısamüddətli dövrdə isə, sabah bazarda nə bahalaşacaqsa, bunu ancaq bahalaşdıranlar bilir. Belə halların qabaqcadan dəqiq proqnozu yoxdur. Tarif Şurasının qiymət artımı qərarları siyasi xarakter daşıyır – bu gün də ola bilər, beş ay sonra da. Ümumilikdə, qiymətlər daim artır. Statistikaya əsasən, son bir ildə ödənişli xidmətlər 7.5%, ərzaq məhsulları 6%, qeyri-ərzaq malları isə 4%-dən çox bahalaşıb.

Ekspert onu da vurğulayıb ki, hazırda xüsusilə duru yağlar, kərə yağı və ət məhsullarının qiymətində artım müşahidə olunur. Hökumətin son qərarları da inflyasiyanı artırıb. Belə ki ötən ilin ikinci yarısında dizel və benzinin, bu ilin əvvəlindən isə işıq və qazın qiyməti artırıldı. Minimal əməkhaqqı da yüksəldildi. Dövlətin bu sahələrdəki qiymət artımı biznesə də təsir göstərir. Çünki bu məhsul və xidmətlərdə alternativ yoxdur – yəni işığı və benzini başqa yerdən almaq mümkün deyil. Bu da ümumi bahalaşmaya yol açır.

"Sahibkarların bütün xərcləri – o cümlədən işçilik – artır və bu da qiymət artımına səbəb olur. Rəqabət imkan verdikcə, qiymətlər yüksəlir. Mərkəzi Bankın son məlumatına görə, inflyasiya ölkədə "dözümlülük həddinin" yuxarı səviyyəsindədir. Meyvə-tərəvəz qiymətləri mövsümə uyğun olaraq müəyyən qədər ucuzlaşsa da, ötən illə müqayisədə yenə də baha olacaq",- deyə ekspert qeyd edib.
 
Ardını oxu...
Ötən həftənin şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41 min 48 manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, aprelin 12 və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11 min 100, 10 min 283, 4 900, 2 537, 2 520, 2 183, 1 500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - DİN vətəndaşlara bir daha müraciət edib.

Bəs daha çox hansı bankların kartından pul oğurlanır?

Sosial şəbəkələrdəki narazılıq dolu paylaşımlarda daha çox nədənsə “Kapital Bank”ın adına rast gəlinir. İnformasiya kommunikasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov kiberdələduzluq halları ilə mübarizənin vacibliyinə və təhlükəsizlik tədbirlərinin artırılmasına dair fikirlərini “Cebheinfo.az”-la bölüşüb.

Onun sözlərinə görə, müəyyən bank kartlarında daha çox pul vəsaitinin oğurlanması həmin bankların istifadəçi sayının çoxluğu ilə bağlıdır:

“Həftəsonu vətəndaşların bank kartlarından 41 min manatdan çox vəsaitin oğurlanması faktı kiberdələduzluq hallarının ölkədə nə qədər aktual və təhlükəli olduğunu bir daha göstərdi. Ən çox yayılan üsullar fişinq, sosial mühəndislik və telefonla aldadıcı zənglərdir ki, bu üsullarla şəxsi bank məlumatları əldə olunaraq vəsaitlər oğurlanır. Bu halların müəyyən banklarla daha çox əlaqələndirilməsi əsasən həmin bankların istifadəçi sayının çoxluğu ilə bağlıdır. Daha geniş istifadəçi bazasına sahib olan banklar dələduzlar üçün potensial hədəf olaraq seçilir, bu isə onların adlarının daha tez-tez hallanmasına səbəb olur”.

O bildirib ki, burada əsas məsələ bankın adı deyil, riskin kütləviliyidir:

“Ən effektiv müdafiə vasitəsi isə vətəndaşların şəxsi məlumatlarını paylaşmamaq vərdişini formalaşdırması, bankların isə təhlükəsizlik sistemlərini davamlı olaraq yeniləməsi və ictimai maarifləndirməni gücləndirməsidir. Şübhəli zəng və mesajlara cavab verməmək, bank məlumatlarını heç kəslə paylaşmamaq bu halların qarşısını almaqda vacib addımlardır”.
 
Ardını oxu...
“Bank Avrasiya” ASC 2025-ci ilin birinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bankın cəmi öhdəliklər və kapitalı azalaraq ötən ilin sonunda 200 milyon 977 min manatdan 196 milyon 400 min manata düşüb. Bankın əməliyyat mənfəəti ötən ilin birinci rübündəki 1,485.77 min manatdan 1,389.03 min manata düşüb.

Teleqraf xəbər verir ki, maliyyə qurumunun kredit portfelinin həcmi azalıb. Belə ki, bankın kredit portfeli ilin əvvəlindəki 136 164.09 min manatdan aprel ayının 1-nə 131 627.41 min manata düşüb. Azalma əsasən biznes və daşınmaz əmlak kreditlərində baş verib. “Bank Avrasiya” ASC-nin biznes kreditləri üzrə portfeli yanvarın 1-nə olan 62,479.99 min manatdan aprelin 1-nə 59,196.53 min manata düşüb.

Vaxtı keçmiş kreditlərin portfeldə çəkisi 16%-ə çatıb

Bankdakı vaxtı keçmiş kreditlərin portfeldə çəkisi 16%-ə yüksəlib. Xatırladaq ki, 2025-ci ilin yanvarın 1-nə bu faiz nisbəti 13,63%(18 milyon 556 min manat) təşkil edirdi. Aprelin 1-nə olan rəqəmlərə görə, bankın ümumi kredit portfelində 20 milyon 177.16 manat kreditin vaxtı keçib. 20 milyon 177 min manat kreditin 3 milyon 336 min 73 manatı qeyri-qənaətbəxş, 1 milyon 918 min manatı təhlükəli, 15 milyon 673 min manatı ümidsizdir.

Bankın maliyyə hesabatından belə aydın olur ki, vaxtı keçmiş kreditlərin 5,16%-i, yəni 6 miylon 789 min manatı sənaye (hesabat dövründə bu sahəyə 17,771.60 min manat kredit verilib), 5,19%-i - 6 milyon 837 min manatı kənd təsərrüfatı (hesabat dövründə bu sahəyə 10,561.44 min manat kredit verilib) sektorundadır. İlin birinci rübündə bankın fiziki şəxslər üzrə kredit portfeli 72 milyon 430 min olub. Bunun 2,19%-i yəni, 2 milyon 881 min manatının vaxtı keçib. Bank əsasən ipoteka kreditləri üzrə götürülən vəsaitlərin vaxtında ödənilməsində çətinliklərlə üzləşib. Portfeldəki 2 milyon 881min manat vaxtı keçmiş kreditin 2 milyon 289 min manatı yaşayış sahəsinin alınmasına ayrılan vəsaitlər üzrədir.

Yeri gəlmişkən, bank əsasən kreditləşməni paytaxtda apardığı üçün vaxtı keçmiş kreditlərin də regionlar üzrə bölgüsündə Bakı birinci sırada yer alır. Paytaxtda verilən 109 milyon 142 min manat kreditin 10 milyon 698 min manatının vaxtı keçib.

Bankın iqtisadiyyata ayırdığı vəsaitləri geri ala bilməməsi maliyyə vəziyyətini ağırlaşdırıb. Balansdan silinmiş ümidsiz kreditlərin manatla əsas məbləği 7 milyon 293 min manat, xarici valyutada 3 milyon 307 min manat olub.

Bankın aktivlər üzrə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 13 milyon 327 min manata çatıb. Zərər kimi tanınan ehtiyat xərclərinin artımı əslində bankın aktivlərinin sağlamlaşdırılması tədbirlərinin zəif effekt verməsini, eyni zamanda problemli aktivlərin artıdığını göstərir.

Əhalinin bankdakı pulları azalıb

Bu ilin yanvar-mart aylarında “Bank Avrasiya”nın öhdəlikləri 6 milyon 427 min manat azalaraq 109 milyon 905 min manata düşüb. Bankın depozit portfeli kiçilib. Ötən ilin sonunda 63,14 milyon manatdan bu ilin mart ayının sonuna 57 milyon 380 min manata düşüb. Azalma həm fiziki, həm də hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə baş verib. Fiziki şəxslərin əmanətlərində 2,238.67 min manat, hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə isə 3,395.91 min manat azalma baş verib.

Bankın əhalidən vəsaitlərin cəlbində yaşadığı problem müştərilərə ayrılan borc vəsaitlərinin azalmasını şərtləndirib. Digər tərəfdən bank kreditləri ilə yanaşı, bankın qiymətli kağızlara yatırdığı vəsait eləcə də maliyyə sektoru üzrə tələbləri məhdudlaşıb.

Bankın subordinasiya borc öhdəlikləri ötən ilin sonundakı 903.71 min manatdan bu ilin birinci rübündə 1,473.6 min manata yüksəlib.

Qeyd edək ki, ötən ilin noyabrında bankın səhmdarları siyahısında dəyişiklik olub. Bankın nizamnamə kapitalının 37,5 faiz hissəsinə malik “YevroStandart” MMC-nin payı “Top Properties” MMC-yə satılıb.

Eyni zamanda, bankın digər səhmdarı – “PMD Group” MMC-nin nizamnamə kapitalındakı 37,5 faiz iştirak payının 12 faizi “Top Properties” MMC-yə, 24,5 faizi artıq 25 hissəyə sahib olan “Azbizneskom” MMC-yə və 1 faizi isə Rüstəm Eynullayevə satılıb.

Bununla da bankın nizamnamə kapitalının 49,5 faizinə “Top Properties” MMC, 49,5 faizinə “Azbizneskom” MMC və 1 faizlik hissəsinə isə R.Eynullayev sahiblik edir.

Xatırladaq ki, “Bank Avrasiya” ASC 2007-ci ildən fəaliyyət göstərir.
Ardını oxu...
Hazırda dünya iqtisadiyyatında ciddi rəqabət var. Xüsusilə də Çinlə Amerika Birləşmiş Ştatları arasında olan rəqabət daha böyükdür. Bəzi proqnozlara görə ABŞ Rusiya - Ukrayna müharibəsində istəyinə nail ola bilməsə və Çinlə rəqabətdə nisbətən geriyə qalsa dollar ucuzlaşa bilər. Dolların ucuzlaşması gözlənilirmi? sualı isə maliyyə dəyişiklərini izləyən vətəndaşlar üçün aktual mövzulardandır.

Qlobal iqtisadi proseslər, ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən qəbul edilən qərarlar, dünya bazarında neftin qiymətindəki dəyişikliklər və regional siyasi hadisələr dolların məzənnəsinə birbaşa təsir göstərir. Bu baxımdan dolların ucuzlaşıb-ucuzlaşmayacağı ilə bağlı proqnozlar həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən maraqla izlənilir. Gələcək dövrdə baş verə biləcək valyuta dəyişikliklərini anlamaq üçün iqtisadi tendensiyalara nəzər salmaq vacibdir.

Mövzuyla bağlı iqtisadçı - alim Emin Qəribli REFERANS-ın suallarına açıqlama verib: Həmsöhbətimiz vurğulayıb ki, bu gün dolların ucuzlaşması aktual deyil. Amma istənilən ssenari ola bilər. Bu geniş bir mövzudur. ABŞ prezidenti Donald Tramp bu gün lazımı tədbirlər görür ki, Amerika iqtisadiyyatı güclənsin. Dollara gəldikdə isə dollardan imtina edə bilməz. Donald Tramp seçki qabağı kompaniyasında deyirdi ki, elektron pullara keçid baş verəcək, valyuta bazarlarını stimullaşdıracaq. Lakin hələlik görür ki, tariflə əlaqədar bu gömrük siyasətinə əsaslanıb. İndi isə deyə bilərik ki, elektron pulların buraxılması barədə heç bir məlumat yoxdur.

Ekspert hesab edir ki, hazırda dollarla bağlı narahatlıq yoxdur. Bundan başqa müsahibimiz onu da bildirib ki, bu gün ABŞ iqtisadiyyatı qətiyyən zəifləmir. Sonrakı dövrlərdə ola bilər ki, dəyişikliklər və fors - major hadisələr baş versin. Ancaq bu hadisə haqqında danışmaq hələ tezdir.

"İndi görürük ki, Donald Tramp maliyyə bazarlarına, xüsusən də pul siyasətinə dair heç bir addım atmayıb və hazırlıq görmür",- deyə Emin Qəribli əlavə edib.
 
Ardını oxu...
Bu ilin ilk iki ayı ərzində Azərbaycan xarici ölkələrə 3 milyon 339 min dollar dəyərində 220 milyon 730 min ədəd siqaret ixrac edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, siqaret ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıb.

Qeyd edək ki, Azərbaycan bu il siqaretləri iki ölkəyə – Gürcüstan və Rusiyaya satıb. Gürcüstana 177 milyon 980 min ədəd, Rusiyaya isə 42 milyon 750 min ədəd siqaret satılıb.

Gürcüstana satılan siqaretin bir qutusunun (20 ədəd) orta gömrük dəyəri 28 sent (48 qəpik), Rusiyaya satılan siqaretin bir qutusunun orta gömrük dəyəri isə 20 sent (35 qəpik) olub.

Məlumat üçün bildirək ki, bu ilin ilk iki ayında Azərbaycanda 2 milyard 26,3 milyon ədəd siqaret istehsal edilib.

Onu da qeyd edək ki, ötən il Azərbaycanda “Azneft”dən sonra ən çox vergi ödəyən şirkət siqaret istehsalı ilə məşğul olan “Tabaterra” MMC olub. Bu şirkət il ərzində dövlət büdcəsinə 689,3 milyon manat vergi ödəyib.

Xatırladaq ki, Vergi Məcəlləsinin 187-ci maddəsinin tələbinə əsasən, aksizli malların, o cümlədən də siqaretin ixracı sıfır dərəcə ilə vergiyə cəlb olunur. Bu səbəbdən də “Tabaterra” MMC-nin büdcəyə ödədiyi vergilər Azərbaycanda satılan məhsullar hesabına formalaşıb.

Hazırda siqaretin hər qutusuna (20 ədəd) 91 qəpik aksiz vergisi tətbiq edilir.
 
 
 
Ardını oxu...
Almaniyanın gələcək kansleri kimi göstərilən Fridrix Merts ABŞ prezidenti Donald Trampın ticarət siyasətinin dünyada yeni iqtisadi çətinliklərə yol aça biləcəyini düşünür.

Musavat.com xəbər verir ki, o bu fikirlərini Almaniyanın “Handelsblatt” qəzetinə verdiyi müsahibə zamanı səsləndirib.

Merts bildirib ki, dünya iqtisadiyyatında böhran qaçılmazdır, lakin onun nə vaxt və hansı səbəbdən baş verəcəyini indidən dəqiq söyləmək mümkün deyil.

“Əgər Trampın kurs davam edərsə, böhran gözləniləndən daha tez başlaya bilər. Biz, avropalılar, bu riskə qarşı ciddi və əsaslandırılmış strategiya ilə hazır olmalı və cavab verməliyik”, – deyə, Merts vurğulayıb.
 

Dünyapress TV

Xəbər lenti