"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Məlum olduğu kimi, "Temu" onlayn satış platformasında məhsullar son dərəcə aşağı qiymətlərlə satılır. Biz buradan 13 dollara smart saat, 5 dollara köynək, 7 dollara ayaqqabı ala bilərik.

Bəs, niyə əşyalar bu qədər ucuzdur?

TNS mövzu ilə bağlı araşdırma aparıb.

"Temu" Çin alış-veriş saytı "Pinduoduo"nun qardaş şirkətidir və hər ikisi "PDD Holdings"ə məxsusdur. "Temu" geyimdən tutmuş elektronikaya qədər müxtəlif kateqoriyalarda geniş çeşiddə məhsullar təklif edir.

"Temu" "Amazon" və "Aliexpress" kimi onlayn satış platformalarından daha ucuz məhsul təklif edir. Səbəb nədir? Burada tələ varmı?

Birinci səbəb. "Temu" məhsulları vasitəçilərdən yox, birbaşa fabrikdən alır. Çində geniş təchizatçılar şəbəkəsi ilə əlaqələr qurub. Bunların əksəriyyəti birbaşa istehlakçılara satan istehsalçılardır. Satış baş verəndə "Temu" satıcılardan kiçik bir komissiya alır. Qazancı satıcılarla bölüşmək üçün "Temu"dan başqa vasitəçi yoxdur. Nəticədə, satıcılar aşağı qiymət təyin edə, lakin yenə də yüksək gəlir əldə edə bilərlər. Əksər hallarda müştərilər bir neçə dollar ödəməklə gözləntilərinə uyğun məhsul əldə edə bilirlər.

İkinci səbəb. "Temu" ziyanına satış strategiyasından istifadə edir. Yəni, əvvəlcə ziyanına aşağı qiymətə sataraq bazarı ələ keçirmək.

Çünki şirkətin xərclədiyi vəsait külli miqdardadır. Bilirsiniz ki, "Temu"nun reklamları demək olar, bütün sosial platformalarda qarşımıza çıxır. Bunun üçün də "Temu" hər gün milyonlarla dollar pul xərcləyir. Bunu satışa fokuslanan psixoloji fənd hesab etmək olar. Məsələn, gerisayım başlayır, endirim kampaniyası bitir, son şans və s. Həmçinin, "Temu" virus marketinqindən (dostunu da dəvət et, qazan) istifadə edir. Beləcə, biz özümüz də bilmədən "Temu"nun müştərisinə çevrilirik.

Üçüncü səbəb. "Temu" böyük həcmli satışlardan və şəxsi məlumatların əldə olunmasından qazanır. Çünki şirkət bizim bütün əsas məlumatlarımız - dostlarımızın əlaqə nömrəsindən tutmuş məkanımıza qədər hər şeyi bilir.

Hələ 2023-cü ildə kibertəhlükəsizlik mütəxəssisləri "Temu"nun həddən artıq şəxsi məlumatlar topladığını aşkar ediblər. Digər fakt, dünyanın müxtəlif yerlərində hökumətlər onların təhlükəsizlik siyasətini araşdırmağa başlayıblar. Bəzi ölkələr "Temu"nu bloklamağı düşünürlər.

Axı, "Temu"dan təhlükəsiz necə istifadə edək?

Öncə, ödənişi maaş kartınızla yox, digər kartlarla edin. Həmin kartın da balansında az məbləğ saxlayın. İkincisi, "Temu"nun kontaktlara girişini bağlayın. Üçüncüsü, pulsuz hədiyyə almağa aşırı fokuslanmayın. Bu, bir tələ taktikası ola bilər.

Bölmənin digər xəbərləri

10 May 2025 Tramp Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada azaltmaq niyyətində deyil
10 May 2025 770 min manat vergi borcu olan şirkət - “Bitel” MMC kimindir?
09 May 2025 Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? - Nazirlikdən CAVAB
08 May 2025 Fed Faiz Qərarını açıqladı! - Trampın çağırışına uymadılar
08 May 2025 Amerikalı dev banka tarih verdi: Türkiye ekonomisindeki tehlikeyi açıkladı
07 May 2025 Azərbaycanda Türkiyə ilə bağlı gözlənilməz dəyişiklik – Yeni ölkə…
07 May 2025 İdxaldan asılılıq, idxalın az qala hər gün yüksələn xətlə artması ölkəni yaxşı gələcəyə aparmır.
07 May 2025 Rusiyalı finans nəhəngi neftin 45 dollara düşəcəyini, dolların isə 125 rubl olacağını deyir - AKTUAL
06 May 2025 3 gündə 1 milyonluq tender udan şirkət- “VNM SERVİS”
06 May 2025 Türkiyədə yeni maaşlar bəlli oldu – DİQQƏT
06 May 2025  Quru sərhədlər bağlanandan aviaşirkətlərin gəliri 6 dəfə artıb: 2,1 milyard - İLGİNC FAKT
06 May 2025 Nərimanovda 4 milyona bina evi satılır – Dubleks mənzil yoxsa ikiqat qiymət?
06 May 2025 Azərbaycanın dövlət büdcəsi “aşıb-daşır” - Gəlir proqnozdan çox olub, artıqlıq yaranıb
05 May 2025 ÖLKƏ İÇİ KRİMİNAL DÜNYA GÜNDƏM MEDİA ŞOU-BİZNES "Al" Marketlər bağlanır - SON DƏQİQƏ
05 May 2025 Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
05 May 2025 "Tesla"da satışların azalması Maskı çətin vəziyyətə salıb" - "The Wall Street Journal"
03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı

Dünyapress TV

Xəbər lenti