Pakistan Cammu və Kəşmiri güclü atəşə tutduYaradılıb 10.05.2025 09:47 | Baxış sayı: 22Cammu və Kəşmirin bir neçə ərazisi Pakistandan güclü atəşə tutulub.Bu barədə “Hindistan Tayms” qəzeti məlumat yayıb.Nəzarət Xətti boyunca yerləşən Uri, Punç və Kupvara əraziləri hücuma məruz qalıb.Bundan əlavə, Hindistanın PTİ xəbər agentliyi Pakistanın Şrinaqar hava limanına dron hücumu barədə məlumat yayıb.“Röyters” agentliyi isə hava limanı yaxınlığında 10 partlayışın baş verdiyini bildirib. Facebook-da paylaş