
Bir az əvvəl mediada bir xəbər qarşıma çıxdı. Türkmənistandan idxal edilən pomidor məhsulundan virus aşkarlandığı üçün bu ölkədən pomidor idxalına qadağa qoyulub.
Görün ölkənin kənd təsərrüfatı nə günə düşüb ki, Türmənistandan da daxili bazarlara xarab pomidorlar doldurulur.
Pomidor strateji ərzaq məhsulu sayılır. Lakin ölkədə istehsal üzrə maya dəyərinin çox bahalaşması istixanaların sayının azalmasına səbəb olub.
2024-cü ildə istixana pomidor istehsalı 16,4% azalaraq tədarük 224,9 min tona düşüb. Bu azalma, istixana sayının və ümumi sahəsinin azalması ilə əlaqələndirilir.
Tam gerçək mənzərədir. Hansı istixana işlədən sahibkarla söhbət etdimsə eyni sözü dedilər, "ya arxanda kimsə olmalıdır ki, oğurluq mavi qaz işlədə biləsən, ya da bağlayıb gedib Dağıstanda açasan istixananı".
Təkcə son 4 ildə Şəmkir rayonundakı pomidor təsərrüfatlarının sayı yarıbayarı azalıb. Səbəb maya dəyərinin bahalaşması, xərclərin çoxalmasıdır.
Rəsmi statistikaya əsasən 2023-cü ildə Azərbaycan 141,081 min ton ,2024-cü ildə isə 145,6 min ton pomidor ixrac edib. Aqrar Sığorta Fondunun məlumatına əsasən 2024-cü ildə daxili tədarü 328 min 131 ton olub.
Təsəvvür edirsiniz ölkənin daxili bazarında pomidor 1 kq 2.50-3 AZN olduğu bir vaxtda yerli istehsal Rusiyaya daşınır(əsas alıcı Rusiyadır).
Bazar boşalır və nəticədə İrandan(50-60%), Türkiyədən (30-40%), Gürcüstandan (5-10%) geni dəyişdirilimiş, sağlamlığa zərəli olan pomidor idxal edilir.
Daxildə pomidor tədarükü azalır. Tədarük edilən də xaricə daşınır. Əvəzində təhlükəli bir vəziyyətdə idxaldan asılı vəziyyətə düşürük.
Az əvvəl mediadan olan dostlara açıqlama verdim. Dostumuz, dəyərli Millət Vəkilimiz Vüqar Bayramov da bu mövzuya toxunub. İdxaldan asılılıq, idxalın az qala hər gün yüksələn xətlə artması ölkəni yaxşı gələcəyə aparmır.
Razi Abasbəyli
TEREF