Ağdam rayon Birinci Yüzbaşlı kəndin orta məktəbinin direktoru Polad Zeylanov şagirdlərdən birinə qarşı ağlasığımaz bir qadağa tətbiq edib.
Gundeminfo.az-a daxil olan müraciətdə yeniyetmənin dayısı Umud Nəsibov bildirib ki, o qanunsuzluğu aşkarladığı və məktəbə gələn yoxlamaya həqiqəti dediyi üçün cəzalandırılıb. Yeniyetmə şagird məktəbə gələn yoxlamaya deyib ki, onlara nə coğrafiya dərsi keçilmir, nə də fakultətiv məşğələ. Bundan sonra da direktor Polad Zeynalov başlayıb yeniyetmədən qisas almağa. Həm də bu qisas uşağı dövlətə məxsus təhsil ocağından kənarlaşdırmaqla, onu dərslərə buraxmamaqla yekunlaşıb.
Polad Zeynalov Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.