ABŞ həqiqətən də Çinlə dialoqa getmək niyyətindədirsə, təhdid və təzyiq taktikasından əl çəkməlidir. Bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Jian ABŞ prezidenti Donald Trampın Çin məhsullarına rüsumların gözlənilən azaldılması ilə bağlı bəyanatını şərh edərkən deyib.
"Əgər ABŞ həqiqətən də problemi dialoq və danışıqlar yolu ilə həll etmək istəyirsə, təhdid və təzyiqlərdən əl çəkməli və Çinlə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa getməlidir", - deyə Lin Jian qeyd edib.
Tramp əvvəllər demişdi ki, nə vaxtsa Çinə idxal rüsumlarını azaldacaq, çünki bu addım olmadan Vaşinqton və Pekin bir-biri ilə iş görə bilməyəcək.