Ərdoğan "Haber Global"a 2 mükafat təqdim etdi — VİDEOYaradılıb 07.05.2025 10:07 | Baxış sayı: 47Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Global Media Group"a daxil olan "Haber Global" telekanalına iki mükafat təqdim edib."Haber Global" xəbər verir ki, mükafatlar sayca onuncu dəfə keçirilən "Anadolu Media Mükafatları" tədbirində verilib.Tədbirdə yerli və beynəlxalq media nümayəndələrinə mükafatlar təqdim olunub.Mükafat alanlar arasında "Haber Global" telekanalının "Kontra" verilişi də olub. Proqram ilin idman verilişi adına layiq görülüb.Verilişin aparıcılarından biri olan Nihat Kahveciyə mükafatı R.T.Ərdoğan təqdim edib.Bundan başqa, Türkiyə lideri telekanalın baş redaktoru Taha Dağlıya plaket təqdim edib.Daha ətraflı videoda: Facebook-da paylaş