Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? -
Azərbaycanda bir sıra siyasi partiyalara dövlət tərəfindən verilən vəsait dayandırılıb. Buna səbəb onların maliyyə hesabatlarını düzgün təqdim etməməsi olub.

Modern.az məsələ ilə əlaqədar Maliyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev sorğumuza cavab olaraq bildirib ki, “Siyasi partiyalar haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən siyasi partiyanın fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə vəsait nəzərdə tutulur.

2025-ci ilin dövlət büdcəsində bu məqsəd üçün 6 milyon manat nəzərdə tutulub və həmin vəsait qanunvericiliyə uyğun olaraq Milli Məclisdə təmsil olunan, həmçinin irəli sürdüyü namizədləri keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin təmsilçiliyi olmayan siyasi partiyalar arasında bölüşdürülür:

"Qeyd edirik ki, irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalara ayrılan illik dövlət maliyyə yardımının yuxarı həddi həmin partiyanın təqdim etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmalarının (dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə alınmadan) iki mislindən çox ola bilməz.

Həmin partiyalara il üzrə təqdim edilmiş maliyyə hesabatında göstərilən illik daxilolmaları nəzərə alınmaqla vəsaitin partiyalar arasında bölüşdürülməsi təmin edilir. Təqdim olunmuş hesabatda illik daxilolmaları mövcud olmayan sözügedən siyasi partiyalara vəsaitin ayrılması nəzərdə tutulmur".
 

Bölmənin digər xəbərləri

10 May 2025 "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
10 May 2025 Tramp Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada azaltmaq niyyətində deyil
10 May 2025 770 min manat vergi borcu olan şirkət - “Bitel” MMC kimindir?
08 May 2025 Fed Faiz Qərarını açıqladı! - Trampın çağırışına uymadılar
08 May 2025 Amerikalı dev banka tarih verdi: Türkiye ekonomisindeki tehlikeyi açıkladı
07 May 2025 Azərbaycanda Türkiyə ilə bağlı gözlənilməz dəyişiklik – Yeni ölkə…
07 May 2025 İdxaldan asılılıq, idxalın az qala hər gün yüksələn xətlə artması ölkəni yaxşı gələcəyə aparmır.
07 May 2025 Rusiyalı finans nəhəngi neftin 45 dollara düşəcəyini, dolların isə 125 rubl olacağını deyir - AKTUAL
06 May 2025 3 gündə 1 milyonluq tender udan şirkət- “VNM SERVİS”
06 May 2025 Türkiyədə yeni maaşlar bəlli oldu – DİQQƏT
06 May 2025  Quru sərhədlər bağlanandan aviaşirkətlərin gəliri 6 dəfə artıb: 2,1 milyard - İLGİNC FAKT
06 May 2025 Nərimanovda 4 milyona bina evi satılır – Dubleks mənzil yoxsa ikiqat qiymət?
06 May 2025 Azərbaycanın dövlət büdcəsi “aşıb-daşır” - Gəlir proqnozdan çox olub, artıqlıq yaranıb
05 May 2025 ÖLKƏ İÇİ KRİMİNAL DÜNYA GÜNDƏM MEDİA ŞOU-BİZNES "Al" Marketlər bağlanır - SON DƏQİQƏ
05 May 2025 Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
05 May 2025 "Tesla"da satışların azalması Maskı çətin vəziyyətə salıb" - "The Wall Street Journal"
03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı

Dünyapress TV

Xəbər lenti