Ardını oxu...
   

Ermənilər indi də Putini aldatmaq istəyir: yeni yalanlar uydurmağa başlayıblar

Ermənilər və onların bir sara havadarları zaman-zaman Azərbaycana böhtan atırlar ki, guya Qarabağda erməni abidələri dağıdılıb. Amma bunu sübut edən fakt ortaya qoya bilmirlər. Onlardan fərqli olaraq, Azərbaycan ermənilərə aid tikililərə toxunmur. Hərçənd onların heç biri qədim deyil. Bununla belə, erməni təbliğat maşını yalanlar üfürməkdə davam edir.

Bu dəfə erməni mediası (nyus.am) uydurub ki, guya Azərbaycan Ağdərənin Vəng kəndində “1941-45-ci illər vətən müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni, "artsax" azadlıq müharibəsi qurbanlarının xatirəsini əbədiləşdirən xaçkarı və həlak olmuş azadlıq döyüşçülərinin heykəlləri olan xatirə divarını dağıdıb". Əlavə edilib ki, bu informasiya “artsax monu” feysbuk səhifəsində qeyd olunub.

Lakin bunun bir cəfəngiyyat olduğu məlumdur. Əvvəla, axtarış zamanı feysbukda “artsax monu” adlı səhifə çıxmır. İkincisi, bu yalanın məhz indiki ərəfədə tirajlanması təsadüfi deyil. Çünki nasizm üzərində qələbənin 80 illiyi yaxınlaşır, Rusiya lideri Azərbaycan Prezidentinə bu münasibətlə təbrik məktubu göndərib, dövlət başçısının da Moskvadakı paradda iştirakı gözlənilir. Belə bir vaxtda ermənilər Rusiyanın diqqətini cəlb etməyə, Azərbaycanı ləkələməyə çalışırlar.

Yeri gəlmişkən, müharibə canisi Vitali Balasanyan bu il nasist Almaniyası üzərində qələbənin 80-ci ildönümünü xatırladaraq, “erməni xalqının da böyük və ümumi qələbəyə öz qəhrəmanlıq töhfəsini verdiyini” və guya həmin müharibədə iştirak eləmiş hayların 90 min nəfərinin “artsax”dan olduğunu iddia edib. Halbuki o vaxt (1941-1945) Qarabağda uşaqlı-qadınlı-qocalı heç o qədər erməni yaşamayıb. O, bunu Putinə məktubunda qeyd etmişdi.

İndi isə bu ağ yalanın erməni mediasında işıqlandırılması ilə nəyə nail olmaq istəyirlər? Bu, Putinə yarınmaq deyilmi?

Ardını oxu...

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilər Qarabağdakı abidələrlə bağlı zaman-zaman siyasi möhtəkirlik edirlər. Beynəlxalq təşkilatlara yanlış məlumat verərək Azərbaycana qarşı qərəzli sənədlərin qəbul olunmasına çalışırlar. Bəzən bu istəklərinə nail də olurlar: “Əslində bəzi beynəlxalq təşkilatlar və mərkəzlər də ermənilərin bu yalanlarına uymağı özləri də istəyirlər. Çünki onların Azərbaycana qarşı qərəzli mövqeyi var, bəzilərinə erməni diasporu, erməni lobbisi təsir göstərir. Müstəqil siyasət həyata keçirən Azərbaycanı bu şəkildə ram eləməyə çalışırlar. Bir tərəfdən Qarabağdan ermənilərin zorla köçürüldüyü yalanını yayırlar, o biri tərəfdən Qarabağdakı erməni "tarixi abidələri"nin guya dağıdıldığı uydurmasını dünyaya car çəkirlər. Bir tarixçi kimi əminliklə deyirəm ki, Qarabağda tarixi erməni abidəsi yoxdur və heç zaman olmayıb. Çünki ermənilər o əraziyə Çar Rusiyası tərəfindən 19-cu əsrdə köçürülüblər. O zamana qədər Qarabağda heç vaxt erməni yaşamayıb. Qarabağda erməni millətinin tarixən yaşadığını təsdiqləyən bir dənə də olsun tarixi fakt, dəlil, abidə, qəbir və digər sübutlar yoxdur. Qarabağdakı alban xristian abidələrini ermənilər xislətlərinə uyğun olaraq erməni abidələri kimi təqdim edirlər. Həmin abidələri isə Azərbaycan dövlət səviyyəsində qoruyur və bərpası işlərini həyata keçirir".

A.Nağı vurğuladı ki, ermənilər əllərində abidələrin dağıdılmasını əks etdirən bir dənə də olsun fakt olmadan yalan danışırlar. 1941-1945-ci il müharibəsi ilə bağlı qurulmuş abidəyə də Azərbaycan heç bir zərər vurmayıb: “Azərbaycan xalqına, dövlətinə qarşı cinayətlər, qətliamlar, vandallıqlar həyata keçirmiş erməni quldurlara qurduqları bədnam "abidələr" isə təbii ki, dağıdılmalıdır. Çünki həmin quldurların etdikləri cinayətlər II Dünya müharibəsində nasistlərin etdiklərindən də betər cinayətlər olub. İnsanlıq əleyhinə cinayətlər törətmiş quldurlara abidə ucaltmaları ermənilərin faşist düşüncəli olduğunun bir sübutudur. O qədər həyasızlaşıblar ki, Putini də aldatmağa çalışırlar. Vitali Balasanyan Putinə müraciətində II Dünya müharibəsində ölmüş 90 min erməninin Qarabağda yaşayan ermənilər olduğunu yazır, eyni zamanda Azərbaycana qarşı işğalçılıq müharibəsində insanlıq əleyhinə cinayətlər törətmiş erməniləri İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşmüş insanlarla eyniləşdirir. Öz aləmlərində Putini aldadacaqlarını zənn edirlər".

Həmsöhbətimiz dedi ki, Azərbaycan hərbi canilərə ucaldılmış hər hansı “abidə”ni öz ərazisində saxlaya bilməz. Bunu hər kəs bilməlidir: “Müəyyən məsələlərdə Azərbaycan tolerantlıq nümayiş etdirir. Ancaq hesab edirəm ki, bu məsələdə tolerantlığa yer ola bilməz”.

Akif Nağı onu da qeyd etdi ki, Xocalı canisi Serj Sərkisyanın bu yaxınlarda verdiyi müsahibədə Qarabağa getmək şansı olsaydı birinci valideynlərinin və dostlarının məzarlarını ziyarət edəcəyini söyləməsi əslində ermənilərin “Qarabağda abidələrimiz, qəbirlərimiz dağıdılır” vay-şivəninin tamamilə əsassız olduğunu dolayısı ilə ifşa etmiş olur: "Deməli, Serj Sərkisyan kimi hərbi cani azərbaycanlıların abidələri və qəbirləri dağıtmadığına əmindir, bilir ki, Azərbaycan tolerantdır və ermənilərdən fərqli olaraq heç vaxt abidələri, qəbirləri dağıtmaq və yer üzündən silmək kimi vandallıqla məşğul olmurlar. Yəni Sərkisyan əmindir ki, onun kimi qulduru yetişdirmiş valideynlərinin və hərbi cani olan dostlarının qəbirləri salamatdır. Ancaq Serj Sərkisyan Qarabağa ayaq basmaq haqqını itirib. O özü də etiraf edib ki, Xocalı soyqırımının təşkilində şəxsən iştirak edib. Bu cinayəti onun Azərbaycan torpağına ayaq basmaq hüququnun olmadığını deməyimiz üçün kifayətdir. Sərkisyan və Balasanyan kimi kimi canilər bundan sonra Azərbaycan torpağına ancaq əli qandallı məhbus kimi ayaq basa bilərlər".    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Ardını oxu...
  

Ötən gün (5 may) saat 16:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin sərhəd istiqamətində yerləşən mövqelərinin birində (yer dəqiq məlum deyil) növbəti təxribat qeydə alınıb.

Musavat.com xəbər verir ki, yayılan videoda erməni hərbçisinin səngərin üzərində yarıçılpaq halda rəqs etdiyi, qeyri-etik hərəkətlər nümayiş etdirdiyi və Azərbaycan hərbçilərinə qarşı erməni dilində təhqiramiz ifadələr səsləndirdiyi görünür. Bu isə açıq şəkildə erməni tərəfinin məqsədli şəkildə Azərbaycan ordusunu təxribata çəkməyə çalışdığını göstərir.

Qeyd edək ki, bu ilk belə hal deyil. Daha əvvəl də erməni tərəfi təxribat məqsədilə öz kəndlərini, o cümlədən Xoznavarı atəşə tutaraq vəziyyəti gərginləşdirməyə çalışıb.

Toğrul İSMAYIL,
Musavat.com

 

 
 
 
 
 

 

 
 
 
Ardını oxu...
1994-cü ildə atəşkəsin imzalanmasının səhv olduğunu iddia edənlər vəziyyətə dərindən bələd deyildilər. Deyirlər ki, niyə döyüşləri dayandırdınız? Yaxşı, əgər dayandırmasaydıq, Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki, tanıyın?

TEREF Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Ermənistan Universitetində tələbə və müəllimlərlə görüşü zamanı 1994-cü il mayın 12-də Azərbaycanla imzalanmış atəşkəs (Bişkek protokolu – red.) barədə danışarkən bildirib.

Onun sözlərinə görə, əsas məsələ hərbi əməliyyatlar zamanı ərazi ələ keçirmək deyil:

“Çünki həmin torpaqları saxlamaq və qorumaq üçün sonradan ciddi imkanlara malik olmaq lazımdır. Biz o vaxt cəbhə xəttini iki-üç dəfə genişləndirib onu müdafiə edə biləcək gücdə idikmi? Əlbəttə ki, xeyr”.

Sərkisyan qeyd edib ki, həmin sənədə Dağlıq Qarabağın “nümayəndəsi” də imza atmışdı və Azərbaycan xüsusən Aprel döyüşlərindən sonra bu “reallığı” sıradan çıxarmağa başladı.
 
Ardını oxu...
Bu xalq elə bir tarixi köklərə bağlıdır ki, tarixin müəyyən zamanlarında dövlətçiliyimizin başında qara buludlar əsəndə ayrı-ayrı yerlərdə olsa da, xalq yenə hansısa bir qəhrəmanının çevrəsində birləşərək düşmənə qarşı mübarizə aparıb. Bu qəhrəmanlarımzdan biri də Sultan bəy Sultanovdur. O Sultan bəy ki, Zəngəzurun kiçik bir obasında dünyaya gəlsə də, xalqımızın dar günündə düşmənə qarşı apardığı mübarizəsi ilə səsi-sorağı Azərbaycanın hər yerinə yayılmışdı. Bu o Sultan bəydir ki, onun adı belə düşmənlərinin canına qorxu salırdı.
Xalq qəhrəmanı Sultan bəy Əlipaşa bəy oğlu Sultanov 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında doğulmuşdur. Hazırda Laçın rayonunun Kürdhacı kəndi adlanan o kəndin əslində adı Qurdqajı olub. Car Rusiyasının Azərbaycanı işğalından sonra bir sıra yer adlarımızın ya qəsdən dəyişdirilməsi, ya da rus dilinə uyğunlaşdırılması baş vermişdi ki. bu kəndlərdən biri də Qurdqajı kəndinin adı idi. Rəsmi sənədlərdə Kürdhacı adlandırılan bu oykonim yerli əhalinin dilində Qurdqajı kimi tələffüz edilir və "qurd dərəsi", "qurd aşırımı" şəklində izah olunur. Kəndin adının belə dəyişməsi rus dilində olan dəftərxana qeydlərindən və ədəbiyyatdan uğursuz tərcümənin nəticəsidir
Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il hadisələri ilə bağlıdır. O dönəmdə Azərbaycan türklərinin dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edirdi, onun isə ən yaxın yardımçısı böyük oğlu Sultan bəy idi. Sultan bəyin fəaliyyətinin ikinci hissəsi 1918-ci il olayları ilə bağlıdır. 1918-ci ildən başlayan erməni vəhşiliyi və işğalına qarşı Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki türk kəndlərinin mühafizə olunmasında mütəsna xidmətləri olmuş, Zabux dərəsində mühasirəyə alının Andranıkın dəstəsinin əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış, Azərbaycanın güney torpaqlarına keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdir.
1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurdu. Bu vaxtdan etibarən Azərbaycan bəyləri öz vətənlərində qaçaq vəziyyətində yaşamağa başladılar. Onlar elə arxalanır, onları el saxlayırdı. Sultan bəy Sovet Hakimiyyətindən qaçaq vəziyyətdə Kürdhacı kəndində "Gorgahat"ın (çox sıx meşəlik) meşəsində, bir yarğana pənah gətirmiş, yarğanda gizlənirmiş. Ermənilərin hiylələri ilə bolşeviklər Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Türkiyə dövlətinə müraciət etdikdə Türk dövləti 1923-cü ildə hər iki qardaşı – Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb Qars vilayətinin Köçqoy mülk və malikənə verərək təhlükəsiz həyat şəraiti ilə təmin edir.
Sultan bəy 1942-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.
Sultan bəyin mühacirət həyatı haqqında az məlumat var. Nəvəsi Elburus Muradovun dedıyıni görə Adil Laçın (Adil Laçının ulu babası ilə Elburus Muradovun ulu babası doğmaca qardaşdır) adlı şəxsin köməyi ilə o babasının Qars vilayətinin Koçqoy kəndində hələ XIX yüzildən laçınlıların məskunlaşdığını öyrənib. Sultan bəyin Ərzurumda, Konyada dəfn olunması haqda versiyalar mövcuddur. Elbrus Muradov Qars ilinin Koçqoy kəndinə gedərək yerli əhalinin yardımı ilə Sultan bəyin məzarını aşkar etmişdir.
Sultan bəy digər bir xalq qəhrəmanımız olan Teymur bəy Həsənbəyovun qızı Dilruba xanımla ailə qurmuşdu. Onların Ənvər bəy, Çingiz bəy, Yusifkamal bəy adlı oğulları və Bəyim xanım adlı qızı vardı. Qanlı sivet imperiyası Sultan bəyin Azərbaycanda qalan bir sıra ailə üzvlərini Qazaxıstan çöllərinə sürgün edilmişdir. 1956-cı ilə qədər sürgündə qaldıqdan sonra yenidən Azərbaycana gəlmişlər.
Ardını oxu...
Bu gün Sultan bəyin də, qardaşı Xosrov bəyin də və onların timsalında bu yurd uğrunda can verən, can alan bütün şəhidlərimizin də ruhları şaddır ki, uğrunda can verdikləri yurdları azaddır . Gün gələcək, hazırda öz torpaqları özünə sərhəd olan Azərbaycanımızın bütün əraziləri yenə birləşərək Bütöv Azərbaycan qurulacaq.
M.Afət
TEREF
 

Ardını oxu...
 

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.

Musavat.com xəbər verir ki, Ağdam rayonunun yenidən qurulmuş Sarıcalı kəndinə bu mərhələdə 35 ailə – 158 nəfər köçürülür.

Köçürülən ailələrdən 16-sı (82 nəfər) Bakı şəhərindən, 14-ü (52 nəfər) Ağdam, 3-ü (12 nəfər) Yevlax, 2-si (12 nəfər) isə Ağcabədi rayonlarındandır.

Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Beləliklə, bu köç prosesi ilə rayonun Sarıcalı kəndinə köçürülənlərin sayı 767 nəfərə (184 ailə) çatacaq.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülmüş keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.



Siyasi partiyaların nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri təşkil olunub.

Musavat.com bildirir ki, ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da Laçına yola düşüblər.

Səfər iştirakçıları Laçında görülən bərpa-quruculuq işləri ilə əyani surətdə tanış olacaqlar.

Siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu cür layihələr bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətində demokratik prinsip və dəyərlərə üstünlük verməsinin təzahürüdür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə siyasi münasibətlər müstəvisində təşviq olunan sağlam siyasi dialoq mühiti çərçivəsində təşkil olunan bu səfər sayca altıncıdır.

Bundan öncə ölkə siyasilərinin birgə səfərləri Xankəndi, Ağdam, Şuşa (2 dəfə) və Zəngilana təşkil olunub. Belə ki, partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri 2021-ci ilin martın 17-də Ağdam şəhərinə, ikinci birgə səfəri 2021-ci il oktyabrın 7-də Şuşa şəhərinə təşkil edilib. Növbəti səfər çərçivəsində siyasilər Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 2022-ci ilin iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak ediblər. 2022-ci il iyunun 24-də gerçəkləşmiş dördüncü birgə səfərin ünvanı Zəngilan, beşinci səfərin ünvanı isə 2025-ci il martın 6-da Xankəndi, Əsgəran, Xocalı olub.

Xalidə Gəray
Musavat.com

 
 
 
Ardını oxu...
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Xocalı şəhərinə yola salınıb.

"DogruXeber.az" xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 138 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, 28.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı şəhərinə cəmi 85 ailə (342 nəfər) köçürülmüşdür.

Ardını oxu...
ABŞ-nin Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində magistr təhsili alan azərbaycanlı tələbələr İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin də nümayiş olunacağı qondarma “erməni soyqırımı”nın anım günü tədbirinin ləğv edilməsinə nail olublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə həmin tələbələrdən Ceyhun Xəlilov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, sözügedən tədbirdə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayiş etdiriləcəyini görən kimi digər magistr tələbələri İnqilab Hüseynzadə və Murad Qurbanovla “LLM Advising Office”ə (universitetin magistr mərkəzi) yollanıblar:
“Münaqişənin tarixi, 1905-ci ildən bəri Azərbaycan xalqının məruz qaldığı sistematik qırğınlar, BMT-nin 4 qətnaməsi, Xocalı soyqırımı və ən əsası hazırda davam edən sülh danışıqlarından söz açdıq. Bu tədbirin Azərbaycanı birbaşa soyqırımda günahlandırdığını diqqətlərinə çatdırdıq. Əlavə olaraq, tədbirin təsviri hissəsində “Artsakh” sözünün işlədilməsinin bizim ərazi suverenliyimizə birbaşa zidd olduğunu bildirdik.
Növbəti gün “Advising Office”in rəhbəri hər üçümüzü şəxsən qəbul edərək uzun müzakirə apardı. Qeyd etdi ki, tədbir kifayət qədər “offensive”də olsa, insanların sağlamlığı üçün ciddi təhdidlər də olsa, bütün deyilənlər yalan da olsa, ABŞ Konstitusiyasının 1-ci əlavəsinə əsasən, heç kimin tədbiri ləğv etmək hüququ yoxdur. Bu halda biz də Azərbaycana qarşı baş verən qırğınlar, habelə Vətən müharibəsi dövründə Gəncə və Bərdəyə olan hücumlarla bağlı stend açmaq istədiyimizi dedik.
Daha sonra tədbirin təşkilatçısı olan İnsan Hüquqları Mərkəzinin direktor müavini ilə bu məsələni müzakirə etdik. Bütün narazılıqlarımızı və etirazlarımızı bildirdik. Qeyd etdik ki, hüquq fakültəsində dərs deyən Beynəlxalq Ədalət Məhkəməsinin köhnə sədri, hakim Joan Donoghue belə qeyd edir ki, münaqişə artıq bitib. Və bu tədbirin keçirilməsi yalnız provokativ xarakter daşıyır. Sülh danışıqlarına xələl gətirir.
Nəticədə əvvəlcə qondarma qurumun tarixin ən qaranlıq nöqtəsinə göndərilmiş adı silindi. Direktor müavini isə bildirdi ki, tədbir başlamazdan əvvəl özü şəxsən təkzib verərək bu tədbirin qondarma hadisələrin anım gününə heç bir aidiyyəti olmadığını bildirəcək. Və bu gün artıq tədbir ləğv edildi”.
Ardını oxu...
Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır.

Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır".

Ardını oxu...
  

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür.

APA xatırladır ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu.

Prezident İlham Əliyevin bildirdiyi kimi, 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası deməkdir.

 
 
 

Dünyapress TV

Xəbər lenti