Ardını oxu...


Media Təhlil Mərkəzinin (MTM) Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində cari ilin əvvəlindən 27 may 2025-ci il tarixinədək işğaldan azad olunmuş ərazilərə 1015 ailə, ümumilikdə isə 4239 sakin köç edib.

Cari ilin I yarımilliyinin yekunlaşmasına 1 aydan bir az artıq vaxt qalmasına baxmayaraq, bu müddətdə qeydə alınan sakin sayı üzrə köç göstəricisi daha öncə qeydə alınan yarımilliklərə nisbətən daha çoxdur.

Ötən yarımilliklər arasında müqayisə apardıqda, işğaldan azad olunmuş ərazilərə köç edən ailə sayına görə ən yüksək göstəricinin 1010 ailə olmaqla 2023-cü ilin II yarımilliyi üzrə qeydə alındığı müşahidə olunur.

Ətraflı məlumat üçün bildirək ki, 2022-ci ilin II yarımilliyindən, daha dəqiq desək, 19 iyul 2022-ci il tarixindən cari ilin 27 may 2025-ci il tarixinədək 3632 ailə - 14480 nəfər işğaldan azad olunmuş ərazilərə köç edib.

Ardını oxu...


27 may 2025-ci il tarixinədək işğaldan azad olunmuş ərazilərə edilən köç sayının rayonlar üzrə bölgüsünə baxsaq, bu müddət üzrə sakin sayı üzrə ən çox köç 3136 nəfər (823 ailə) olmaqla Füzuli rayonu üzrə qeydə alınıb. Qeyd edək ki, cari tarixədək Füzuli rayonu üzrə yalnız rayonun mərkəzi olan Füzuli şəhərinə köç edilib.

Sakin sayı üzrə ən çox köç edilən 2-ci rayon 3129 nəfər (847 ailə) olmaqla Laçın rayonudur ki, burada Laçın şəhəri, Zabux kəndi və Sus kəndilərinə qayıdış baş tutub. Ayrı-ayrılıqda qeyd etsək, bu müddət ərzində Laçın şəhərinə 2091 sakin (571 ailə), Zabux kəndinə 823 sakin (217 ailə), Sus kəndinə isə 215 sakin (59 ailə) köç edib.

Köç edən sakin sayı üzrə növbəti sırada 2293 nəfər (512 ailə) olmaqla Cəbrayıl rayonunun mərkəzi olan Cəbrayıl şəhəri qərarlaşıb

Bu müddət ərzində Şuşa rayonunun mərkəzi olan Şuşa şəhərinə isə 1409 nəfər (376 ailə) köçüb.

Vurğulayaq ki, Ağdam rayonu üzrə köç rayonun Sarıcalı kəndinə 775 nəfər (186 ailə), Kəngərli kəndinə isə 693 nəfər (157 ailə) olmaqla baş tutub. Qeyd edək ki. Sarıcalı kəndinə köç cari ilin mart ayından, Kəngərli kəndi üzrə də cari ilin may ayından başlanılıb. Ümumilikdə, indiyədək Ağdam rayonuna 1468 sakin (343 ailə) köç edib.

Xocalı rayonu üzrə köç göstəricinə nəzər yetirsək, indiyədək 1186 nəfərin (266 ailə) köç etdiyinin şahidi olarıq. Daha dəqiq desək, Xocalı rayonunun Xocalı şəhərinə 346 nəfər (86 ailə), Ballıca kəndinə isə 840 nəfər (180 ailə) köç edib.

Cari tarixədək Ağdərə rayonuna 988 sakin (290 ailə) köç edib. Belə ki, Ağdərə rayonunun Talış kəndinə 90 nəfər (20 ailə), Həsənriz kəndinə 306 nəfər (90 ailə), Suqovuşan kəndinə isə 592 nəfər (180 ailə) köç edib.

Nəzərinizə çatdıraq ki, Zəngilan rayonuna köç yalnız Ağalı kəndi üzrə 871 nəfər (175 ailə) olmaqla qeydə alınıb.

Ardını oxu...


27 may 2025-ci il tarixinədək işğaldan azad olunmuş ərazilərə edilən köç sayının rayonlar üzrə bölgüsünə baxsaq, bu müddət üzrə sakin sayı üzrə ən çox köç 3136 nəfər (823 ailə) olmaqla Füzuli rayonu üzrə qeydə alınıb. Qeyd edək ki, cari tarixədək Füzuli rayonu üzrə yalnız rayonun mərkəzi olan Füzuli şəhərinə köç edilib.

Sakin sayı üzrə ən çox köç edilən 2-ci rayon 3129 nəfər (847 ailə) olmaqla Laçın rayonudur ki, burada Laçın şəhəri, Zabux kəndi və Sus kəndilərinə qayıdış baş tutub. Ayrı-ayrılıqda qeyd etsək, bu müddət ərzində Laçın şəhərinə 2091 sakin (571 ailə), Zabux kəndinə 823 sakin (217 ailə), Sus kəndinə isə 215 sakin (59 ailə) köç edib.

Köç edən sakin sayı üzrə növbəti sırada 2293 nəfər (512 ailə) olmaqla Cəbrayıl rayonunun mərkəzi olan Cəbrayıl şəhəri qərarlaşıb

Bu müddət ərzində Şuşa rayonunun mərkəzi olan Şuşa şəhərinə isə 1409 nəfər (376 ailə) köçüb.

Vurğulayaq ki, Ağdam rayonu üzrə köç rayonun Sarıcalı kəndinə 775 nəfər (186 ailə), Kəngərli kəndinə isə 693 nəfər (157 ailə) olmaqla baş tutub. Qeyd edək ki. Sarıcalı kəndinə köç cari ilin mart ayından, Kəngərli kəndi üzrə də cari ilin may ayından başlanılıb. Ümumilikdə, indiyədək Ağdam rayonuna 1468 sakin (343 ailə) köç edib.

Xocalı rayonu üzrə köç göstəricinə nəzər yetirsək, indiyədək 1186 nəfərin (266 ailə) köç etdiyinin şahidi olarıq. Daha dəqiq desək, Xocalı rayonunun Xocalı şəhərinə 346 nəfər (86 ailə), Ballıca kəndinə isə 840 nəfər (180 ailə) köç edib.

Cari tarixədək Ağdərə rayonuna 988 sakin (290 ailə) köç edib. Belə ki, Ağdərə rayonunun Talış kəndinə 90 nəfər (20 ailə), Həsənriz kəndinə 306 nəfər (90 ailə), Suqovuşan kəndinə isə 592 nəfər (180 ailə) köç edib.

Nəzərinizə çatdıraq ki, Zəngilan rayonuna köç yalnız Ağalı kəndi üzrə 871 nəfər (175 ailə) olmaqla qeydə alınıb.Təhlil.az

Ardını oxu...
Ardını oxu...
Azərbaycan İqtisadiyyat Nazirliyinin rəsmi veb saytının – “www.economy.gov.az”ın əsas səhifəsində yerləşdirilən interaktiv məlumatlar hissəsində səhvə yol verilib.
Yeniavaz.com xəbər verir ki, interaktiv məlumatlar hissəsində xəritə üzərində mövcud iqtisadi və inzibati rayonlar qeyd olunub.
Qeyd edək ki, bu hissədə hər bir şəhər və rayon üzrə ən vacib sosial-iqtisadi göstəricilər – ərazi, əhali sayı, sənaye, kənd təsərrüfatı istehsalı və bu cür məlumatlar yer alıb.
Lakin, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi interaktiv məlumatlar hissəsində Azərbaycan rayonlarından biri – Ağdərə yer almayıb.
Ardını oxu...
Xatırladaq ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək, mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. Bu barədə “Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və Prezident İlham Əliyev tərəfindən 5 dekabr 2023-cü il tarixində təsdiqlənib.
Bundan sonra – 27 dekabr 2023-cü ildə Azərbaycan Prezidenti bu Qanunun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Fərmanı imzalayıb.
Onu da qeyd edək ki, artıq rəsmi statistik göstəricilər arasında Ağdərə rayonu ilə bağlı məlumatlar da yer alır.
 

Ardını oxu...


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib.

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlət başçısına burada yaradılan şərait barədə məlumat verib.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır.

***

Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub.

Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb.

***

Sonra Prezident İlham Əliyev Bəylik kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailə - 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır.

Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.


Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...


Ardını oxu...

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Bununla da, işğaldan azad olunan ərazilərimizdə üçüncü beynəlxalq hava limanı fəaliyyətə başladı.

Laçın Hava Limanı Şərqi Zəngəzurda fəaliyyət göstərməklə strateji əhəmiyyəti ilə yanaşı, eyni zaman iqtisadi üstünlüklərə də malik olacaq. Çünki Şərqi Zəngəzurun uzun müddət işğal altında qalması onun potensialından istifadə edilməsinə imkan verməyib. Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi.

Şərqi Zəngəzur Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı həmin bölgələrdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan yaradır. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Şərqi Zəngəzur ən qədim insan məskənlərindən biri hesab olunur və bu da son dekadalar məşhur olan tarixi turizmin inkişafını stimullaşdırır. Bu baxımdan, həmin rayonlarımıza kifayət qədər çoxlu sayda turistlərin gələcəyi gözlənilir və bu da strateji əhəmiyyət daşıyan Laçın hava limanının rentabelli işləməsinə şərait yaradacaq.

İstifadəyə verilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır.
Vüqar Bayramov Millət Vəkili
Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.

"DogruXeber.az" xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısı İlham Əliyevə fabrik barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.

Bildirildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.

Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib.

“Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək.

Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır.

“Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq.

Regionda yeni iş yerlərinin yaradılması, infrastrukturun bərpası və sahibkarlıq fəaliyyətinə dəstək iqtisadi fəallığın canlanmasına səbəb olur. “Laçın Aqro-Sənaye Parkı” bu xüsusda olduqca mühüm rol oynayır.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

"DogruXeber.az" xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə 48 ailə - 206 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Ardını oxu...
  

Baş nazir Əli Əsədov Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb.

Musavat.com-un məlumatına görə, sərəncamda deyilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin razılaşdırılmış təklifləri nəzərə alınaraq Laçın rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Laçın Hava Limanına beynəlxalq status verilsin.

Xarici İşlər Nazirliyi bununla bağlı müvafiq beynəlxalq təşkilatlara məlumat göndərməlidir.


Ardını oxu...
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Arayik Harutyunyanın yer aldığı videomaterial nümayiş etdirilib və o, dövlət ittihamçılarının suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, videokadrlarda təqsirləndirilən şəxsin Samvel Karapetyanla birgə tankın üzərində oturub durbinlə ərazini müşahidə etdiyi görünür.

Dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran A.Harutyunyan videomaterialda danışdıqlarını yalan adlandırıb, bu fikirləri qardaşının adından səsləndirdiyini deyib.

O, Güllücə kəndinin (Ağdam rayonunun kəndidir – red.) tutulması barədə videoda səsləndirdiyi fikirlərlə bağlı isə bildirib: “Biz Güllücəyə girdik deyəndə 8-ci alayı nəzərdə tuturdum”.

Məhkəmə prosesində nümayiş olunan fotoşəkillərin bəzilərində Arayik Harutyunyan özünü tanıyıb. Şəkillərin əksəriyyətində o, hərbi formada görünür.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə BMT-nin qətnamələrinin niyə icra olunmaması barədə suallar verib.

O, suallara cavabında deyib: “Bu barədə qərar var idi. Amma niyə yerinə yetirilməməsini bilmirəm. Mən Levon Ter-Petrosyanla da görüşmüşdüm. Başa düşdüm ki, yekdillik olmayıb”.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran təqsirləndirilən şəxs 2018-2019-cu illərdə Ermənistanla keçmiş qondarma qurum arasında keçirilən iki iclasın birində iştirak etdiyini bildirib və deyib: “2020-ci ilin may ayında “prezident” vəzifəsini qəbul etdim. İyun ayında Ermənistanın baş naziri Nikol Paşinyandan xahiş etmişəm ki, iclas çağırsın. İstəyirdim ki, Azərbaycanla danışıqlar olsun, yekun razılığa gəlinsin. Həmin söhbətin içində BMT-nin dörd qətnaməsi də var idi”.

Dövlət ittihamçısı Vüsal Əliyevin Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərinin talanması barədə sualına cavab verən A.Harutyunyan qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 26-da davam etdiriləcək.

Ardını oxu...
Azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi Qərargahın bu gün Ağdam şəhərində keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

Dünyapress TV

Xəbər lenti