Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
ABŞ-nin Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində magistr təhsili alan azərbaycanlı tələbələr İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin də nümayiş olunacağı qondarma “erməni soyqırımı”nın anım günü tədbirinin ləğv edilməsinə nail olublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə həmin tələbələrdən Ceyhun Xəlilov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, sözügedən tədbirdə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayiş etdiriləcəyini görən kimi digər magistr tələbələri İnqilab Hüseynzadə və Murad Qurbanovla “LLM Advising Office”ə (universitetin magistr mərkəzi) yollanıblar:
“Münaqişənin tarixi, 1905-ci ildən bəri Azərbaycan xalqının məruz qaldığı sistematik qırğınlar, BMT-nin 4 qətnaməsi, Xocalı soyqırımı və ən əsası hazırda davam edən sülh danışıqlarından söz açdıq. Bu tədbirin Azərbaycanı birbaşa soyqırımda günahlandırdığını diqqətlərinə çatdırdıq. Əlavə olaraq, tədbirin təsviri hissəsində “Artsakh” sözünün işlədilməsinin bizim ərazi suverenliyimizə birbaşa zidd olduğunu bildirdik.
Növbəti gün “Advising Office”in rəhbəri hər üçümüzü şəxsən qəbul edərək uzun müzakirə apardı. Qeyd etdi ki, tədbir kifayət qədər “offensive”də olsa, insanların sağlamlığı üçün ciddi təhdidlər də olsa, bütün deyilənlər yalan da olsa, ABŞ Konstitusiyasının 1-ci əlavəsinə əsasən, heç kimin tədbiri ləğv etmək hüququ yoxdur. Bu halda biz də Azərbaycana qarşı baş verən qırğınlar, habelə Vətən müharibəsi dövründə Gəncə və Bərdəyə olan hücumlarla bağlı stend açmaq istədiyimizi dedik.
Daha sonra tədbirin təşkilatçısı olan İnsan Hüquqları Mərkəzinin direktor müavini ilə bu məsələni müzakirə etdik. Bütün narazılıqlarımızı və etirazlarımızı bildirdik. Qeyd etdik ki, hüquq fakültəsində dərs deyən Beynəlxalq Ədalət Məhkəməsinin köhnə sədri, hakim Joan Donoghue belə qeyd edir ki, münaqişə artıq bitib. Və bu tədbirin keçirilməsi yalnız provokativ xarakter daşıyır. Sülh danışıqlarına xələl gətirir.
Nəticədə əvvəlcə qondarma qurumun tarixin ən qaranlıq nöqtəsinə göndərilmiş adı silindi. Direktor müavini isə bildirdi ki, tədbir başlamazdan əvvəl özü şəxsən təkzib verərək bu tədbirin qondarma hadisələrin anım gününə heç bir aidiyyəti olmadığını bildirəcək. Və bu gün artıq tədbir ləğv edildi”.

Bölmənin digər xəbərləri

15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM
24 May 2025 “Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Arayik Harutyunyan

Dünyapress TV

Xəbər lenti