Ardını oxu...
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kəlbəcər rayonu Məmmədsəfi kənd yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə başladığı açıq tenderə yekun vurduğunu elan edib. Bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderin qalibi “BUREAU MÜHİT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 188.130 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat portalda 29.05.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, elə həmin gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Kəlbəcər rayonu Qanlıkənd kənd yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə keçirilmiş tenderin də nəticələri açıqlanıb. Bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderin də qalibi “BUREAU MÜHİT” MMC seçilib və tərəflər arasında 189.620 manat dəyərində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BUREAU MÜHİT” (VÖEN: 2006792941) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.06.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev.82, m.3, qanuni təmsilçisi kimi isə Bayramov Toğrul Şahin oğlu qeyd olunub.

Bəs Bayramov Toğrul Şahin oğlu kimdir. O, “Ulduz İnformasiya Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə” İB sədridir. Bayramov Toğrul Şahin oğlu həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür. O, 11 sentyabr 2021-ci il tarixində Komitədə gizli səsvermə yolu ilə keçirilən seçkilərdə vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 18 namizəd arasından səs çoxluğu qazanan 11 nəfərdən biri olub, Şuraya üzv seçilib.

Bəs qanun necə, Bayramov Toğrul Şahin oğlunun qanuni təmsilçisi olduğu “BUREAU MÜHİT” MMC-nin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçirdiyi satınalmalarda iştirakına yol verirmi?

“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı (Satınalmalarda maraqlar toqquşması) maddəsində gıstərilir: 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;

Belə olduğu təqdirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi buna necə yol verib?

Qey dedək ki, bunlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə “BUREAU MÜHİT” MMC arasında bağlanan ilk satınalma müqavilələri deyil. Belə ki, 20.05.2024-cü ildən 29.05.2025-ci ilə qədər tərəflər arasında ümumi dəyəri 1408180 manat olan 7 satınalma müqaviləsi bağlanılıb.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarındann da göründüyü kimi “BUREAU MÜHİT” MMC 18.06.2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 sentyabr 2021-ci il tarixində keçirdiyi iclasından da məlum olur ki, MMC-nin qanuni təmsilçisi Bayramov Toğrul Şahin oğlu Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvü seçilib.

Qeyd edək ki, Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvü seçildikdən səkkiz ay sonra Toğrul Bayramovun qanuni təsilçisi olduğu “BUREAU MÜHİT” MMC Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə işbirliyinə başlayıb və 28.04.2022-ci ildən 01.11.2023-cü ilə qədər ümumi dəyəri 1 945 510 manat olan 8 satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onun tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi qurumun İctimai Şurasının üzvü olan Toğrul Bayramovun qanuni təsilçisi olduğu “BUREAU MÜHİT” MMC ilə sob üç ildə 3 353 690 manat məbləğində satınalma müqavilələrim bağlayıb. Bütün bu müqavilər bir mənbədən satınalma metodu ilə bağlanıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Dövlət Satınalmaları Haqqında” Qanunun digər tələblərini də pozub. Belə ki, sözügedən Qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
Amma Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onlarla əvəzedicisi və alternativi olan, bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, elektron mediada yayılan məlumatlara görə Qarabağda görülən işlərə cəlb olunan “BİMD” QSC və “Feniks-AA” MMC də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yaxın şirkətlərdir. Qurumun sədri Anar Quliyev başda olmaqla digər rəsmi şəxsləri də mediada dərc olunmuş bu kimi məlumatlara münasibət bildirməyib. Bu da onların törətdikləri qanunsuzlarla razı olduqlarına bir işarədir.

Aktualinfo.org
Ardını oxu...
Özünə kosmetoloq, üstəlik də doktor deyən Elnarə adlı bir qadın var. Bakıda- metronun Nizami stansiyasının yaxınlığında yerləşən bir binada özünə otaq götürüb, kosmetoloji xidmət göstərir.
Vaxtaşırı da Tolikin "Tarixin bir günü" verilişinin qonağıdır. Bu Elnarə xanımdan kosmetoloq kimi işləmək üçün sertifikatının, icazəsinin olub-olmadığını soruşdum. Deyir, məni Tolik yaxşı tanıyır. Tolikin məsələyə nə aidiyyatı var?
Bunu başa düşmədim. Aparıcı məgər həkimlərə rəy verəndir? Elnarə xanım, siz nədən narahatsınız?
Əgər qanuni olaraq fəaliyyət göstərirsinizsə, adınız Vahid Səhiyyə İnformasiya Sistemində çıxacaq. Amma mən jurnalist olaraq sorğu ilə bunu hələ öyrənməmişəm. Niyə belə xoflanırsınız?
Deyirsiniz, 20 nəfər işçiniz var. Çox gözəl. Bu qədər insanın işlə, pulla təmin olunmasına yalnız sevinə bilərəm. Amma sizin sosial şəbəkələrdəki videoçarxlarda "Elnarə Canlı Beauty Center" adlı salonunuzda ancaq özünüz görünürsünüz.
Heç özünü təqdim etmədən whatsapp nömrəmə yazan köməkçiniz də deyəsən kadrlarda yoxdur. Siz mənə dediniz ki, lisenziyamı və diplomumu göndərə bilərəm. Mən də dedim göndərin.
Bunun əvəziində köməkçiniz səsli mesajlar göndərərək mənə az qala jurnalistikadan dərs keçərək bir az da hədələyici tonda danışıb, sonra da ofisə dəvət edir. Guya jurnalistin whatsapp üzərindən kimləsə əlaqə saxlayıb məlumat almaq hüququ yoxdur. Bu hansı qanunda yazılıb? Göstərin, oxuyub bilək.
Ardını oxu...
Elnarə xanım ölkənin xüsusi səlahiyyətli şəxsidir ki, jurnalist gedib yalnız onunla ofisində görüşsün? Bu nə məntiqdir? Elnarə xanımın öz instagram hesabında mobil nömrəsi qeyd olunub, mən də bu nömrəyə yazıb əlaqə saxlamışam. Həm jurnalist, həm də vətəndaş kimi onun nə dərəcədə qanunauyğun fəaliyyət göstərməsi mənə maraqlıdır.
Səhiyyə qaydalarına əsasən kosmetoloq ixtisasca həkim-dermotoloq olmalı və belə mərkəzlər klinikaların tərkibində yerləşməlidir. Biz sizin nümunənizdə bunu görmürük. Əgər dürüstsünüzsə, buyurub şəffaf şəkildə mediaya açıq olun.
Məni araşdırmaq istəyiniz olduğu kimi, mənim də sizi araşdırmaq istəyim, haqqım var. Jurnalisti israrla ofisinizə çağırmaqda məqsədiniz nədir? Hesab edək ki, mən jurnalist kimi deyil, müştəri kimi müraciət edən bir vətəndaşam. Gəlməmişdən əvvəl xidmət göstərəcək həkimin diplomunun, xüsusi icazə tələb edən sənədlərinin olub-olmaması mənə vacibdir. Qorxusu-hürküsü olmayan adam reklamına ilk növbədə diplomu, sənədləri ilə başlayar.
Mən buradan səhiyyəmizə cavabdeh bütün qurumlara- Səhiyyə Nazirliyinə, TƏBİB-ə, eləcə də digər dövlət təşkilatlarına səslənib xahiş edirəm ki, "Elnarə Canlı Beauty Center"-in, onun rəhbəri, özünü Dr.kosmetoloq Elnarə xanım kimi təqdim edən bu şəxsin fəaliyyətinin qanunlarımıza nə dərəcədə uyğun olub-olmadığını müəyyənləşdirsinlər.
Sima Babayeva
TEREF
 
Ardını oxu...
Bakıda yerləşən məşhur hotellərdən birinin ərazisində fəaliyyət göstərən restoran barədə sosial şəbəkələrdə ciddi narazılıqlar yayılıb. Müştərilər Ramada otelinin ərazisində yerləşən Marmaris restoranında yaşadıqları xoşagəlməz təcrübəni ictimailəşdiriblər.

AzPost xəbər verir ki, istifadəçilər səhər yeməyi adı ilə getdikləri məkanda köhnə məhsullar və bərbad xidmətlə qarşılaşıblar. Sosial şəbəkə istifadəçisi Fatimə Amrali Şıxveli paylaşımında bildirib ki, restoranda hər şey köhnə və istifadəyə yararsız vəziyyətdə olub. Onun sözlərinə görə, isti yemək sifariş verdikdən tam iki saat sonra gəlib və o da cəmi bir boşqabla təqdim olunub.

“Demək olar ki, ac gəlib evdə yedik. Çörək, meyvə, şokolad yağı – hamısı köhnə idi. Hər şey bərbad, xidmət sıfır səviyyəsində idi”, – deyə o qeyd edib.

Digər istifadəçi Solmaz Cahangirova isə qeyd edib ki, bu restoran hələ açıldığı ilk gündən narazılıqlarla gündəmdədir. Onun sözlərinə görə, illər öncə gedəndə də eyni vəziyyətlə üzləşiblər.

Restoran və otelin digər xidmətləri barədə də narazılıqlar səsləndirilib. Abbas Diyar adlı istifadəçi bildirib ki, Ramada otelinin SPA və hovuzları da bərbad vəziyyətdədir: “Hovuzlar xlorlu gölməçəni xatırladır. SPA isə girilməz haldadır.”

Hazırda restoran və otel rəhbərliyindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib. Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri bu cür xidmət səviyyəsinin paytaxtın mərkəzində yerləşən və özünü nüfuzlu məkan kimi təqdim edən obyekt üçün qəbuledilməz olduğunu bildirirlər.
 

Ardını oxu...
     

Həkim – kosmetoloq işləyən Elnarə Təhməzova   qanunsuz fəaliyyət göstərir?
Ardını oxu...
XALQ-ın əməkdaşı özünü sosial hesablarında estetik həkim kimi təqdim edən “dr.elya.aesthetiic” barədə ilginc faktlar aşkarlayıb.
Ölkədə tibbi təhsili olmayan bir çox şəxslər öz çirkin əməllərini davam etdirməkdədir.
Hüquq-mühafizə orqanları ayrı-ayrı şəxsləri məsuliyyətə cəlb etsədə, belə məqamlar bitmək bilmir. Özəl klinikalarda müxtəlif estetik prosedurlar həyata keçirən,tibbi təhsili olmayan şəxslər fəaliyyətini gizli şəkildə davam etdriməkdədir.
Bakıda sosial hesablarda özünü dr.elya həkim kimi təqdim edən Elnarə Təhməzova da bu kimi qanunsuz fəaliyyət göstəriməkdədir.
Sosial hesablarında,bütün estetik prosedurlar, full face, endolazer, liposaksiya əməliyyatı,-Face-Body, Lipofiling-face body,popolifting və sair estetik prosedurlar həyata keçirməsi ilə bağlı və sosial hesabında bu kimi prosedurları görüntüləri paylaşılması bir daha onu göstərir ki, Səhiyyə Nazirliyinin heç bir icazəsi,qərarı və tələbi gərəkmir?
Ardını oxu...
Səhiyyə  Nazirliyinin  Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və  digər рrоsеdurlar  aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.
 
Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji və estetik fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji,və tibbi preparatları istifadə olunması ilə bağlı məlumtlar var.
Ardını oxu...
Araşdırmalarımız nəticəsində “estetik həkim” Elnarə Lətifova  Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin  sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik  olmadan fəaliyyət göstərir.
İddialara görə özünü həkim kimi təqdim “dr.Elya.aesthetiic” kimi təqdim edən Elnarə Təhməzova  tibbi prosedurları  həyata keçirərək qanunvericiliyimizi heçə sayır.
Ardını oxu...
Məsələ ilə bağlı “dr.Elya.aesthetiic” kimi təqdim edən Elnarə Təhməzovandan açıqlama almaq istəsəkdə  asistenti əməkdaşımıza bildirib ki, vaxtı yoxdur sizinlə danışa bilməz.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qanununa əsasən   tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.
 
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Araşdırmalarımız davam edir.
Ardını oxu...

 

Ardını oxu...

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Kühüldağ zirvəsinin ərazisi aktiv şəkildə satılır.

"DogruXeber.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə insanoid.com saytına alpinist və qayaya dırmaşma üzrə məşqçilərdən ibarət bir qrup idmançı məlumat verib.

Onların sözlərinə görə, bir neçə gün əvvəl bu dağ ərazisi qayaya dırmaşma festivalına ev sahibliyi edib.

"Bu tədbiri dağın qanunsuz tikintidən, qaya məhvindən və ətraf mühitin çirklənməsindən qorunması üçün keçirdik. Məqsədimiz bu ərazinin idmançılar üçün qorunmasına dəstək vermək və ictimaiyyətin diqqətini problemin həllinə yönəltmək idi. İdmançılar qayaların üzərindəki yazıları, hisləri və zibilləri təmizləmək üçün iməciliklər keçirirdi,” – deyə idmançılar bildiriblər.

Qeyd edilib ki, qayaya dırmaşma alpinizmin mühüm tərkib hissəsidir və təbii qayalıqlarda məşqlər bu sahədə peşəkarlığın artması baxımından vacibdir. Alpinistlər Federasiyasının dəstəyi ilə köhnə sığorta nöqtələri yenilənib, yeni marşrutlar salınıb. Xatırladaq ki, qayaya dırmaşma artıq bir neçə ildir ki, olimpiya idman növü statusuna malikdir.

Lakin bütün bu səylərə baxmayaraq, yaxınlarda dağın zirvəsində qaya dağıdan buldozerlər müşahidə olunub. Alpinistlər Federasiyasının prezidenti Muxtar Babayev bu tikinti işlərinin dayandırılması üçün Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi müraciət göndərsə də, Kühüldağda işlər davam edir.

Daha da narahatedici məqam: onlayn əmlak saytlarında dağın zirvəsində yerləşən 7 sot torpaq sahəsi 350 min manata satışa çıxarılıb.

Alpinistlərin sözlərinə görə, Kühüldağ — Bakıda təbii qaya relyefi üzərində məşq və yarışların keçirilə bildiyi yeganə məkandır.

Məsələnin hüquqi tərəfini araşdırmaq məqsədilə media nümayəndələri əmlakı satışa çıxaran maklerlə əlaqə saxlayıblar. O, torpağın "kupçası” olduğunu bildirsə də, onu təqdim etməyib.

Bununla yanaşı, Sabunçu Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və digər aidiyyəti qurumlara rəsmi sorğular göndərilib — dağın idman məqsədilə istifadə olunan və şəhər üçün əhəmiyyətli olan bu təbii ərazisinin satışının hüquqi əsası olub-olmadığı aydınlaşdırılmağa çalışılır.

Ardını oxu...

 

 
Ardını oxu...

Missiya.Az rəhbəri, jurnalist Nicat Dağlar Gəncə Dövlət Universitetində tüğyan edən rüşvət barəsində danışıb.

"DogruXeber.az" məlumat verir ki, jurnalist video çıxışında GDU-da baş verənləri açıqlayıb. //Tribunainfo.az
Həmin video çıxışı təqdim edirik:

 

 
Ardını oxu...
Elm və təhsil naziri Emin Əmrullayevlə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin arasında münasibətlər daha kəskin xarakter alıb. İctimaiyyətin sərt qınağına tuş gələn DİM sədrinin Əmrullayevin təlimatı ilə hədəfə götürüldüyü bildirilir.

Yenisabah.az məsələnin təfərrüatını öyrənə bilib. Məlum olub ki, nazir Abbaszadəni “yıxmaq” üçün son döyüşə başlayıb. Onun bu dəfəki silahı cəmiyyətdə kifayət qədər hörmət və etibar sahibi olan aparıcı təhsil ekspertləridir. Əmrullayev təhsil dairəsində olan bu şəxslərin vasitəsilə DİM sədrini ictimai rəydə nüfuzdan salmaq və beləliklə də onun gedişini sürətləndirmək istəyir.

Qeyd edək ki, təhsil ekspertləri DİM sədrini bu dəfə ən zəif yerindən vururlar. Onlar cəmiyyəti inandırmağa çalışırlar ki, Abbaszadə blok imtahanlarının birinci cəhdində abituriyentləri qəsdən çətin suallarla sınağa çəkir. Bu iddia təkcə abituriyentləri deyil, onların valideynlərini də əməlli-başlı qəzəbləndirib. Sosial şəbəkələrdə DİM sədrinin əleyhinə səslənən ittihamlar da bunu sübut edib.

Məleykə Abbaszadəyə qarşı səslənən digər ittiham isə abituriyentlər vasitəsilə külli miqdarda vəsait əldə etməsi ilə bağlıdır. Blok imtahanlarının ikinci cəhdində təxminən 60 min abituriyentin iştirak etməsi gözlənilir. Bu isə DİM-in büdcəsinə 5 milyon 600 min manatın daxil olması deməkdir. Opponentlər iddia edirlər ki, Abbaszadənin bu addımı əhalinin sosial cəhətdən həssas təbəqəsi üçün ağır zərbədir.

M.Abbaszadə həm də repititor hazırlığı ilə məşğul olan kursların marağına xidmət etməkdə günahlandırılır. Hətta DİM sədrinin özünün analoji fəaliyyətlə məşğul olan bir neçə hazırlıq kursuna sahib olduğu bildirilir. İddialara görə, Abbaszadə buraxılış və blok imtahanlarının suallarını həmin kursların tədris proqramlarına uyğunlaşdırır. Buna görə də repetitor yanına getməyən ancaq məktəblərin verdiyi təhsillə kifayətlənən abituriyentlər zəif nəticə göstərirlər.

Məlumatlı şəxs bizimlə söhbət zamanı Emin Əmrullayevin konkret hədəfini açıqlayıb. Onun sözlərinə görə, Əmrullayevin məqsədi Abbaszadəni vəzifədən uzaqlaşdırmaq deyil, bütövlükdə DİM-in ləğvinə nail olmaqdır. O, ləğv olunacaq DİM-in səlahiyyətlərini ələ keçirməklə gələcəkdə nəhəng bir dövlət qurumuna rəhbərlik etməyi hədəfləyir.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Bakıda ev şəraitində eltisinə qanunsuz bədənşəkilləndirmə əməliyyatı həyata keçirərək ölümünə səbəb olmaqda təqsirləndirilən “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova məhkəmə hökmü ilə cəzalandırılıb. Məhkəmənin hökmünə əsasən, Ülviyyə İlyasova 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olan Ülviyyə İlyasova “WhatsApp” statusunda işdə olduğunu bildirirək paylaşım edib:

"Bu çətin günlərdə yanımda olan hər kəsə sonsuz təşəkkürlər. 1 il 40 gün çəkən bu haqsızlıq sonunda öz yerini tapdı. Canlarım mənim, narahat olan hər kəs, yaxşı ki, varsınız. Allah gözəl qəlbinizə görə versin. Sizi sevirəm. Həyatda hər şey qarşılıqlıdır. Hər gün işdəyəm, buyurub gələ bilərsiniz".

Qeyd edək ki, Ülviyyə İlyasova aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün xəstədə qanaxma başlayıb və Ü.İlyasova onu köməksiz vəziyyətdə qoyub. Nəticədə Səbirə Vəliyeva kəskin qanitirmədən dünyasını dəyişib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda tender anlayışı formaldırmı? Yoxsa pulla danışanlar üçün sistemdə xüsusi yollar, görünməyən qapılar açılır? Təbii kifayət qədər ciddi sualdır. Biz aşağıdakı yazıda faktlarla sübut edəcəyik ki, maləsəf, hələ də dövlətimizin büdcə pulları kimlər üçünsə peşkəş edilməkdədir. Hələ də bəzi işbaz məmurlar var ki, dünənə qədər büdcəmizi sümürən dələduzları dövlət büdcəsinə şərik qoşur. Maləsəf bu faktdır və "DİA-AZ" olaraq aşağıda həmin faktlardan birini - Dövlət Su Ehtiyatları Agentliyində baş verməkdə olan TENDER KORRUPSİYASINI təqdim edəcəyik...
Beləliklə... Bu gün keçmiş "Azərsu" – ölkənin su və kanalizasiya infrastrukturuna cavabdeh olan dövlət qurumu – milyonlarla manatlıq layihələri tendersiz şəkildə bir şirkətə verir: "EREN" şirkəti... Bəli... yəqin ki bu şirkət sizlərə tanı gəldi. "Azərsu"nunun əvvəlki rəhbərliyi - Qorxmaz Hüseynovun vaxtında bu şirkətin kəsdiyi başa sorğu-sual yox nidi və sorğusuz-filansız "Azərsu" tenderləri bu şirkətə verilirdi. Çünki az qala ayrılan tender vəsaitinin 20 faizi geriyə "otkad" kimi Qorxmaz müəllimə qayıdırdı. Elə indi də elədir... Qorxmaz Hüseynov yoxdur... amma onun QORXMAZ "EREN" şirkəti var...
Tender keçirilmədən 20 milyon manatlıq layihələr
Son dövrlər 19-20 milyon manatlıq layihələrin tender keçirilmədən, birbaşa Eren şirkətinə verildiyi iddia olunur. Halbuki Azərbaycan bazarında qeydiyyatda olan yüzlərlə şirkət var ki, bu layihələr üzrə həm texniki imkanlara, həm də daha aşağı qiymət təklifinə malikdir.
Lakin onların sənədlərinə baxan belə olmur. Rəqabət sıfırlanır. Ədalət ikinci plana keçir. Və nəticədə – ictimai vəsaitlər yüksək qiymətlərlə xarici şirkətlərə ötürülür.
Ardını oxu...
Köhnə rəhbərlik – köhnə əlaqələr
Məlumata görə, bir neçə il əvvəl "Azərsu"da keçmiş rəhbərlik dövründə "Eren" şirkəti ilə sıx əməkdaşlıq olub. Adları hallanan Qorxmaz və Elman adlı şəxslərin, "Eren" şirkətinə böyük layihələri tender olmadan ötürdüyü deyilir. Məlumata görə, "Eren" şirkəti aldığı pulların 20%-ni onlara geri “təqdim edirmiş. Bu, həmin şirkətin daxili çevrələrində etiraf edilmiş məlumatlar sırasındadır.
Yeni rəhbərlik, köhnə metod
Yenilənmiş rəhbərliklə yollar axtaran "Eren" şirkəti, son 2-ildə yenidən sistemə inteqrasiya olunmağı bacarıb. Və bu dəfə də nəticə dəyişməyib: yenə də bütün böyük layihələr yenidən "Eren"ə verilir.
Layihələrin siyahısı artıq gizli deyil
"DİA-AZ" olaraq araşdırmalarımız nəticəsində ortaya konkret dəlillər də çıxarmışıq. Məsələn, bu günə qədər "Eren" şirkətinin iştirak etmədən aldığı layihələrə aşağıdakılar daxildir:
• Zığ-Hövsan kanalizasiya kollektorü
• Müşfiqabad hövzəsi üzrə gətirici kollektor mikrotunel quyuları
• Xankəndi kollektoru
• Tərtər sol sahil kanalı
• Kəlbəcər infrastruktur layihəsi
və digərləri.
Bu layihələrin əksəriyyəti 50-100 milyon manat arasında dəyərə malikdir.
Ardını oxu...
Sual açıq qalır: Eren kimdir və AXI NİYƏ?
"Eren" şirkətinin rəhbəri Eren Mollaoğlu bu gün Azərbaycanda tender sistemi ilə “öz dilində danışmağı bacaran” biri kimi tanınır. Tender olmadan layihə almaq, istədiyi işi götürmək, rəqibləri kənarlaşdırmaq onun üçün çətin deyil.
Bu vəziyyət yalnız yerli sahibkarların hüquqlarını pozmur, eyni zamanda xalqın büdcəsinin qeyri-şəffaf şəkildə istifadəsinə yol açır.
Hesabatlılıq və şəffaflıq haradadır?
"Azərsu" və digər dövlət qurumları üçün bu sual təkcə hüquqi deyil, həm də mənəvi məsuliyyətdir:
Niyə tenderlər real keçirilmir?
Niyə hər dəfə eyni şirkət qalib olur?
Niyə yerli şirkətlər rəqabətdən kənarlaşdırılır?
Və ən əsası: bu işlərdən kim qazanır? Xalqmı, yoxsa şəxsi maraqlarmı?
VƏ NƏHAYƏT...
Bu yazı bir iddia deyil, görünənlərin və eşidilənlərin səsidir.
Bu ölkədə ədalətli tender sistemi qurulmayınca, ictimai vəsait yalnız seçilmişlərin sərvətinə çevriləcək...
BU DA SON DEYİL...
Bizi izləyin və növbəti yazıda Eren Mollaoğlunun öz dilindən etirafları təqdim edəcəyik. Artıq "Azərsu" tenderlərinin hansı formada təşkil olunduğunu detal-detal biləcəksiniz...
Bizi izləməyə davam edin...
 

Dünyapress TV

Xəbər lenti