Ardını oxu...
Bakının Nizami rayonu, Tofiq Abbasov küçəsində MTK-nın gecə saatlarında apardığı söküntü işləri sakinlərin narazılığına səbəb olub.
TEREF-in xəbərinə görə, bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib.

"Burada hansısa MTK ərazi alıb, bina inşa edəcək. Kiminsə və ya kimlərinsə pul qazanması vətəndaşlarımızın istirahətindən üstün deyil. Gecənin bu saatında, hamının istirahət etdiyi, yatdığı bir zamanda söküntü işləri aparmaq nə deməkdir?! Kimsə pul qazanacaq deyə vətəndaşlarımız şəxsi mənzillərində rahat istirahət etməməlidirmi?! Bunun uşağı var, xəstəsi var… İnsanları bu qədər heçə saymağa nə ad vermək olar?! Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?! Buradan mənə ünvanlanmış vətəndaş müraciətlərini nəzərə alaraq, aidiyyatı dövlət qurumlarına səslənirəm: Tədbir görün! Sabah 100-200 vətəndaş çıxıb yol bağlayanda, etiraz edəndə, aksiya keçirəndə kimlərə xoş olacaq? Yalnız dövlətimizin düşmənlərinə xoş ola bilər!Hesab edirəm ki, vətəndaşlarımızda süni narazılıq yaradıb da ölkə rəhbərliyinə qarşı yönəltməklə yerli icra hakimiyyətinin rəhbərliyi kimlərə xidmət edir? Bunlar araşdırma mövzusu olmalıdır. Heç bir iş vətəndaşın huzurundan önəmli deyil", - o qeyd edib.(Pravda.az)

 
 
 
Ardını oxu...
Xırdalan şəhəri ərazisində ağaclar gecə ilə qanunsuz olaraq kökündən çıxarılaraq aparılıb.

Bu barədə məlumat Baku.ws-in "qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə ötən gecə saat 2-də, Misir parkı ilə üzbəüz ərazidə qeydə alınıb.

Şikayətçinin sözlərinə görə, ərazidə obyekt tikintisi aparılır. Bu səbəbdən də ağacları çıxarıblar. Daha sonra ağaclar çıxarılan hissəni torpaqla örtüblər.

Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, ağaclar sözügedən ərazidəki qeyri-yaşayış obyektinin sahibi Abbas Yusifov tərəfindən götürülüb:

"Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə ilə Qalibiyyət küçələrinin kəsişməsində, Misir parkı ilə üzbəüz ərazidə ağacların götürülməsi faktı müəyyən edilib.

Araşdırma zamanı ağacların sözügedən ərazidəki qeyri-yaşayış obyektinin sahibi Abbas Yusifov tərəfindən götürüldüyü məlum olub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

Hadisə yerindən görüntüləri təqdim edirik:
Qlobal.az
 
Ardını oxu...
"ANC GROUP" MMC-yə məxsus olan "Rahat" marketlər şəbəkəsi, deyəsən müştərilərinin sağlamlığında "narahatlıq yaratmağı qarşısına məqsəd qoyub".

Belə ki, zaman-zaman "süni qiymət artımları", "vaxtından əvvəl bahalaşma", "şokolad oğurlayan yaşlı insanı döyməsi", "piştaxtada başqa qiymət göstərib, kassada bir başqa qiymət çıxarmas"ı və sair ilə gündəmdə olan, "Rahat" marketlər şəbəkəsi insanların elə müştərilərin dili ilə desək, "əsəblərini gərən" yenilikləri ilə öz işini davam etdirir.

"DogruXeber.az" qeyd edir ki, hələ 2016-cı ilin oktyabr ayında gözdən pərdə asmaq üçün "xalq günü" aksiyasına start verən bu marketlər şəbəkəsi güya xalqı düşündüyünü göstərmək üçün bəzi məhsullara bu aksiya çərçivəsində "endirim" edirdi. Xalqın əksər hissəsinin şəbəkə marketlər arasında "Rahat" marketin ən bahalı olduğunu demələrindən belə görünür ki, sözügedən şəbəkə xalqı yalnız "aksiya günləri" düşünür. Amma, biraz diqqətli olduqda isə onların xalqı deyil, yenə də özlərini düşündükləri, daha çox qazanc əldə etmək üçün bu vasitələrə əl atdıqları aydın görünür.

Baxın, "bir şokolada görə yaşlı insanın vəhşicəsinə döyülməsi" barəsində xəbər yayılır, çox qısa zamanda həmin xəbər bütün saytlardan silinir və yerini şəbəkənin "açıqlama"sı alır ki, "adam oğurluq edib qaçanda, yıxılıb, xəsarət alıb".

Tamam, deyək ki, buna "inandıq". Keçək "xalq günü" aksiyası xəbəri ilə birlikdə saytlarda yayılan digər "yenilik" məlumatlarına.

Yazıya diqqət edin!

"Son zamanlar bir sıra marketlərdə eyni malın rəfdə və kassada fərqli qiymətə olma problemi haqlı olaraq ictimaiyyətin narahatlığına səbəb olur. Bu cür xoşagəlməz halların aradan qalxması üçün “Rahat” market rəhbərliyi bir sıra qətiyyətli addımlar atıb.
Belə ki, şəbəkənin bütün filiallarında “eyni barkodda və eyni adda olan məhsulun rəf və kassa qiymətlərində fərq yaranarsa, müştəri daha ucuz olanı ödəyir” mətnli elan diqqətimizi çəkdi."

Qeyd edək ki, bu yazı dərc edildikdən qısa müddət sonra Zaur Əkbər adlı facebook istifadəçisi öz şəxsi profilində bir neçə dəfə "Rahat " marketdə piştaxtada gördüyündən artıq ödəniş etdiyini bildirir. Fərqinə vardığında və etiraz etdiyində, çalışanların araşdırıb, fərqi təsdiqlədiklərini deyir".

Ardını oxu...
Qeyd edək ki, bu kimi hallar bu gün də "Rahat " qarışıq bütün marketlər şəbəkəsində yaşanmaqdadır.

"Qiymət artımı gözlənilir" sözünü eşidər-eşitməz bunu ilk reallaşdıran marketlər şəbəkəsi də məhz "Rahat" marketlər şəbəkəsidir ki, bunu vətəndaşlar özləri deyirlər.

Keçmiş "neft kralı" Rövnəq Abdullayevin şərikli bizneslərindən biri olduğu və müavinlərindən birinin nəzarətində olduğu deyilən bu marketlər, bəzi "yeniliklər"i ilə deyəsən bu "nəzarətdən kənara çıxa biliblər". Ya bəlkə də elə "nəzarət altında" insanların, nəinki "cibinə girməyin", hətta "girdikləri cibləri axırına kimi soymağın" da "çəmini tapıblar".

Belə ki, alıcıların redaksiyamızın əməkdaşlarına bildirdiklərinə, eləcə də əməkdaşlarımızın bu bilgilər əsasında apardıqları müşahidələrə əsasən deyə bilərik ki, sözügedən marketlər şəbəkəsində, alınmış məhsulları yığmaq üçün xəzinədarın (kassa) yanında yalnız marketin adı yazılmış ödənişli salafan paketlər qoyulub. Alınmış məhsulların hamısı - yəni sabun, şampun və digər kimyəvi tərkibli məhsullar, çörək və sair ərzaq məhsulları bir paketə yığılır. Yəni kimyəvi tərkibli yuyucu vasitələri ayrıca qoymaq üçün sadə salafan paketlər istifadə olunmur. Müştərilər tərəfindən dəfələrlə iradlar bildirilsə də, Qaradağ rayon Müşfiqabad filialında mağaza müdiri, "bizə belə tapşırılıb, icazə yoxdur" cavabını verir.

Bütün məhsulları hər yerdən daha baha qiymətə satan "Rahat" marketə deyəsən "aclıq üz verib" ki, "yumurtadan yun qırxmağa" başlayıb.

El sözüdür, "yeməklə doymayıb, yalamaqla doymağa çalışır". Piştaxta ilə xəzinədar arasındakı qiymət fərqləri və yuxarıda da qeyd etdiyimiz kimi "əl yandıran" bahalıq azmış kimi, paketlərə də "qənaət rejimi" tətbiq olunur.

P.S: Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az
 
 
 
Ardını oxu...
Sabunçu rayonu ərazisində tikinti işləri (daha doğrusu qanunsuz tikintilər) davam etdirilir.

"DogruXeber.az"a daxil olan məlumata görə rayonun Kürdəxanı qəsəbəsi ərazisində hektarlarla kənd təsərrüfatı təyinatlı ərazilər həyətyanı sahə kimi hissə-hissə bölünüb, vətəndaşlara satılıb. Artıq, bir neçə ildir ev tikib yaşayanlar da var, hazırda tikilməkdə olan yaşayış evləri də.

Bəzi məmurların yazılmamış qanunlarla idarəçiliyi - VİDEO

Sabunçuda neft ərazisində aparılan qanunsuz işlər - FOTO
Bu qanunsuz işdə dövlət qurumları "yaxasını kənara çəkir" - Bəs günahkar kimdir ? // FOTO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Qeyd edək ki, həmin ərazilərdə artıq, məskunlaşmış 10-larla sakinlər gileylənirlər ki, "nəmişlik, rütubət divarları və tavanı qaraldıb, asma və digər xəstəliklərə səbəb ola biləcək nəmli qoxu da bir tərəfdən insanın ciyərlərini və hətta gözlərini belə göynədir". Demək ki, inzibati əraziyə cavabdeh qurum (yəni, rayon rəhbərliyi) bu insanları nəzərə almadan, "tüpürüb barmağına, girişib pul saymağa".

Yeri gəlmişkən, Sabunçu rayon rəhbərliyinin vətəndaşlara qarşı laqeydliyinin daha bir bariz nümunəsi "Mədən-2" küçəsindəki 130-dan çox yaşı olan yaşayış binasının təhlükəli vəziyyətdə olmasıdır. Hazırda, həmin binada yaşayan 20-dən çox ailənin yuxuları ərşə çəkilib. Ardıcıl, gələn zəlzələ xəbərlərinə rəğmən, Adil Vəliyev də Sahil qəsəbəsi. Əlyar Gülməmmədov - 4 ünvanındakı 117 ailəni taleyin ümidinə buraxan həmkarı Süleyman Mikayılov kimi bu binanın sakinlərini "planları xaricində saxlayıb".

117 ailənin yaşadığı bu bina taleyin ümidinə buraxılıb - İcra Hakimiyyətinin "tükü də tərpənmir"

Amma, rayonun demək olar hər tərəfində aparılan tikintilərə baxanda, belə görünür ki, hörmətli Adil müəllimin "başı daha mühüm işlərə qarışıb". (Red: Əşşi imkan ver dəə, görmürsən ki, pul sayıram?!) Baxmayaraq ki, o, işlərin də yayımladığımız məlumatların şərh bölməsində və iki sorğuya bir konvertdə göndərdikləri hər iki cavabda onlara aidiyyatı olmadığını bildirmişdilər.

Bəli, doğru anladınız, iki aya yaxın müddətdə, ayrı-ayrı vaxtlarda göndərilən iki ayrı sorğuya bir neçə dəfə agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı efirindən səsləndikdən, şərh bölməsində yazdıqlarına münasibət bildirdikdən və nəhayət zəng edib sorğular göndərdiyimizi təkrar nəzərə çatdırdıqdan sonra Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bir konvertin içində iki nüsxə eyni cavab göndərildi.

Sabunçu rayon rəhbərliyinin "konvertə belə qənaət etməsi"ndən bəlli olur ki, i"srafçılığa yol verməyi xoşlamırlar". Yəqin bu səbəbdəndir ki, yerli əhalinin məlumatına görə hətta, köhnə neft quyuları, köhnə göl yerləri məişət tullantıları ilə doldurulub (daha doğrusu dolu göstərilib) vətəndaşlara satılır, üstəlik orada aparılan tikintilər də görməzdən gəlinir. Nə zibil boşa gedir, nə də yararsız ərazilər. Eynilə, Sabunçu rayon Sabunçu qəsəbəsində Elşən Mehdiyev küçəsində olduğu kimi.

Onsuzda, qısa müddətdən sonra yaxşı doldurulmadığı üçün çökəcək olan tikintilərin də, orada toplanmış məişət tullantılarının, antisanitariyanın yaratdığı fəsadların da ağrısını pulunu verib o, ərazilərdən yer alan vətəndaşların özləri çəkəcək. Necə deyərlər, o, insanlar min bir əziyyətlə qazandıqları külli miqdarda pulu xərcləyərək, cibləri və sağlamlıqları üçün yaxın gələcəkdə reallaşacaq böyük problemlər aldıqlarının hələ ki, fərqində deyillər.

Bundan əlavə, xatırlayırsınızsa, Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə inşa edilmiş və artıq uzun müddətdir fəaliyyətdə olan avtoyuma məntəqəsinin üstündə əlavə iki mərtəbənin inşa edildiyi barəsində məlumat vermişdik.

Sabunçu rayon İcra Hakimiyyəti həmin məlumatın şərh bölməsində yazdığı açıqlamada bildirib ki, "24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanla təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3-cü bəndinə əsasən tikinti işlərinin dayandırılması məqsədilə müvafiq tədbirlər görülməsi üçün aşkar olunmuş pozuntu barədə 30.12.2023-cü il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumatlandırılmış, buna dair bütün məlumatlar isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir".

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?
Şəhərsalma və Arxitektura Komitəsi isə göndərdiyimiz sorğuya cavabında, sözügedən ərazidə qanunsuz tikinti aparıldığını təsdiq edir və barəsində tədbir görülməsi üçün Sabunçu Rayon İcra Hakimiyyətinə göndərildiyini deyir.

"SOCAR" nəft şirkəti də həmçinin, bildirir ki, "Müraciətlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən tikilinin yerləşdiyi torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra, Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "Balaxanı Operating Kompani LTD Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, MMC-nin sözügedən müraciətləri aidiyyəti üzrə baxılması, nəticəsi barədə redaksiyaya və SOCAR-ın Baş ofisinə məlumat verilməsi üçün, "Balaxanı Operating Kompani LTD Şirkətinə göndərilir."

Əmlak Məsələləri Dövlət Xidməti də "cavab"ında bildirir ki, tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə göndərib.

"SOCAR" neft şirkətindən başqa, adı çəkilən hər üç qurumun cavabı adamda, sanki tikintini aparan sahibkara "işi başa çatdırması üçün vaxt qazandırmaq" təsəvvürünü yaradır. Və budur, sözügedən obyekt tikintisi yekunlaşmaq üzrədir. Aidiyyatı qurumlar isə, bu qanunsuzluq faktı barəsində tədbir görmək yerinə, bir-birinə ötürə-ötürə hərəsi öz yaxasını məsuliyyətdən kənara çəkir.

Deyilənə görə, sözügedən tikintini aparan sahibkar özü də,"Mən işimi yuxarı ilə görürəm", deyə arxayınçılığını ifadə edib.

O, zaman sual yaranır, bəs qanunsuzluq hallarına aidiyyatı qurumlar müdaxilə etməyəcəksə, bütün qanunsuz hallarını öz mənfəətlərinə çevirəcəklərsə, bu dövlət qurumları nə üçün var?

Niyə dövlət büdcəsindən maaş alıb, büdcəni israf edirlər?

Ən maraqlısı!

Ölkədə baş verən qanunsuzluqların qarşısını kim alacaq?

Düşünürük ki, adıçəkilən qurumların elə sorğularımıza verdikləri cavablardan bu sualımıza cavablarını da təxmin etmək olar...

Bu gedişlə ölkədə vəziyyət - tragikomediya...
Kinoda deyildiyi kimi - "Əvvəli (maraqlar təmin olunana qədər) ağlamalıdır, dalı (təmin olunduqdan sonra) hırıldamalı".

Nə deyək?! Binəva xalqın ümidi göydə Allahadır, yerdə ölkə başçısına. Ümid edirik ki, çox yaxın günlərdə ölkə başçısı ölkənin daxilində yalnız özünə və yaxınlarına xidmət edən, dövlətə qarşı vətəndaşlarda narazılıq yaradan bütün məmurların barəsində lazımı tədbirlər görəcək.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
          
Ardını oxu...
Internet üzərindən Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələr Müdriyyətinin direktoru Elşad Hacıyev haqqında araşdırma apardıqda,onun qanunazidd əməlləri barədə dəfələrlə yazıldığına rast gəlmək olar.Yazıların məzmununa və faktlara nəzər saldıqda aydın olur ki,Elşad Hacıyev rəhbəri olduğu müəssədə "isdədiyi kimi" hərəkət edir.Mətbuatda bu qədər yazılanlara baxmayaraq heç bir yuxarı instansiyadan və yuxarı orqanlardandan Elşad Hacıyev haqqında cavab tədbiri görülməyib.Bu günlərdə Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumata görə axır ki, Hesablama Palatası Səhiyyə Nazirliyinin TOMM-da yoxlamalar aparmağa başlayıb. Ehtimal olunur ki, aparılan yoxlamanın nəticəsi olaraq TOMM-dan işdən çıxarılan işçilərin hüquqları bərpa olunacaq və Elşad Hacıyevin özü gətirdiyi işçilərə nə səbəbə ikiqat əmək haqqı verdiyini araşdıracaq.
Ardını oxu...
Mediatv.az-a daxil olmuş məlumatda bildirilir ki, Hesablama Palatası 2023-cü ildə eyni tərkibdə yoxlama aparmışdır. O nəticəyə gəlmək olar ki, burada şübhəli əməliyyatlar olduğunu yəqinləşdiriblər və bu il də təkrar yoxlama aparılır.Hesablama Palatası həm də 90 çarpayılıq Şuşa MRX-nın yarımçıq tikintisinin başa çatmamasının səbəblərini araşdırır.Şuşa MRX-si bu il təhvil verilməlidir. 1-ci mərhələ üzrə tender qiyməti 40,8 milyon manatdır. Tikintinin təhvil vaxtının azalmasına baxmayaraq 2-ci mərhələ üzrə hələ tender keçirilməyib. Çünki, o işçiləri ora-bura göndərir ki, qiymətləri qaldırıb 2-ci mərhələni də 40,0 milyona çatdırsın. Bu da 90 çarpayılıq xəstəxananın qiymətini 80,0 milyona çatdırır. Yəqin ki, bu vəsaitə əvəllər belə 4-5 xəstəxana tikmək olardı. Görəsən, Ağdam MRX-sı nın tikintisi, Maştağa qəsəbəsində Narkoloji dispanserin tikintisi, və Cəlilabad rayonu Göytəpə Şəhərində xəstəxana binalarının tikintisi işləri başlanılıbmı, halbuki, 4-7 ay ərzində bu işlər yekunlaşmalı idi.
Elşad Hacıyevin bu işləri vaxtında tamamlaya bilməsinin səbəbi kimi bu işdə səriştəsi olmayan və "özünə yaxın" olan şirkətləri tenderin qalibi etməsi gösdərilir. Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün bir neçə ildə yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır. Aparılan yoxlamanın nəticəsi olararaq hər-halda bir neçe dəfə mətbuatda işıqlandırılmış nöqsanların aradan qaldıracağına ümüdvarıq.
Redaksiyamızı məlumatlandıran mənbənin bildirdiyinə görə Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələr Müdriyyətinin direktoru Elşad Hacıyev bir neşə gün əvvəl, Bakı şəhərində ən bahalı şadlıq evlərindən hesab edilən “Halikarnas Bahkçısı” restoranında bütün idarə işçilərini, podratçıları və digər şəxsləri yığaraq 1000 nəfərə yaxın adamlarla oğluna dəniz kənarında dəbdəbəli toy etmişdir. Bakının elit və ən bahalı restoranlarında biri olan “Halikarnas Bahkçısı” restoranında bir yerin qiyməti 300 manatdan başlayır.Toyda ağ balıq kababından tutmuş ən bahalı içkilərə qədər masalara düzülüb. Habelə, qonaqlara qara kürü də verilib.Toya dəvət olunan şou-biznes nümayəndələrinə böyük məbləğdə qonorar ödənildiyi bildirilir.Prezident dəfələrlə məmurlara xəbərdarlıq edib ki, dəbdəbəli toy-nişan, ad günü ziyafətləri etməsinlər, israfçılığa yol verməsinlər.Təbii ki, hər kəs övladına gözəl məclis təşkil etmək istəyir. Amma məmurlar gərək təvazökar olsunlar.Çox təəsüflər olsun ki Elşad Hacıyev deyilən tövsiyələrə və edilən qadağalara belə məhəl qoymur. Bununla belə,E.Hacıyevin oğluna xoşbəxtlik arzulayırıq.Deyilənələrə görə Elşad Hacıyev etdiyi əməllərə görə Bakı şəhərini tərk etməyə hazırlaşır.

Davamı var..
TEREF olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Ardını oxu...
Bir neçə gün bundan öncə "TikTok" femoneni olan İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) ittihamları ilə həbs həyatı yaşamış "Baboş" ləqəbi ilə tanınan Babək Cabbarovun yaşadığı Bərdə rayonuna onun milyoner dəstəkçisi "TikTok"da "Quseynoff_009" ləqəbi ilə tanınan Emin Hüseynovun bahalı "Gelandewagen" maşını ilə gəlməsi demək olar gündəmi və sosial şəbəkələri zəbt edib.

"Azərbaycan Reallığı"na sözügedən milyoner fanatla bağlı təsdiq olunmuş bir neçə məlumatlar daxil olub.

Həmin şəxs Göygöl şəhəridə yerləşən “Quseynoff vodka” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbəridir. Hal-hazırda onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə ittihamı ilə cinayət işi başlanılıb, etibarlı mənbənin məlumatına görə (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) (Saxta aksiz markalarının dövriyyəsi) (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma) və (Vəzifə səlahiyyətlərində sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Satış obyektində aparılmış axtarışlarla sözügedən müəssisəyə məxsus külli miqdarlarda keyfiyyətsiz spirtli içki məhsulları və saxta aksiz markaları aşkarlanaraq maddi sübut qismində götürülüb. Həmçinin onun barəsində bir neçə ay bundan öncədə Gəncə şəhərində dostu ilə birlikdə şəhər sakininin üzərinə hucum edərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Buna görə də Cinayət Məcəlləsinin 221.2.1 ittihamı ilə məhkum olunublar

Ardını oxu...
" ,,Azəriqaz" İstehsalat Birliyində və Qaz İxrac İdarəsində 2009-cu ildən sonra belə bir adət-ənənə yaranıb: köhnə, tam təkmilləşmiş işçilər sıxışdırılıb çıxarılır və yaxud da "ağzına kilid vurulur". Vəzifələrə savadsız, yaltaq, iş bilməz keçmişi ləkəli, abonentlərə qarşı qəddarlığı ilə seçilənləri gətirirlər". Bu barədə dia-az.info-ya edilən müraciətdə deyilir.
Müraciət müəllifləri eyni zamanda sözügedən idarədə böyük yeyinti faktını da ortaya çıxarıblar ki, bu da gərəkən qurumların diqqətini mütləq cəlb edəcək.

Narazı işçilər yazır: "Qurğu və avadanlıqların əksəriyyəti texniki tələblərə cavab vermir. 1958-ci ilin avadanlıqlarını rəngləyib, texniki cəhətdən istismara yararlı göstərirlər.

Təsərrüfatdan xəbərsiz işçiləri attestasiya edir, istismardan xəbərsizlər rəhbərlik edir. Hətta Departament rəisləri də var ki, anlayılşları yoxdur bu sahədən...

Bir araşdıran olsa, burda böyük yeyinti var..."
 
Ardını oxu...
Kimliyindən aslı olmayaraq hansısa rayona icra başçısı təyin edilən zaman, ölkə Başçısı şəxsən özü təyin ediləcək şəxsi qəbul edir. Qəbul zamanı təyin edildiyi rayonda insanlara xidmət etməyi tapşırır və onlardan əvvəl rəhbər olmuş şəxslərin etdiyi səhvləri etməməyi tapşırır. Yox əgər tövsiyyələri dinləməyib eyni səhvləri etsələr onları, onlardan öncə icra başçısı olmuş şəxslərin aqibəti gözləyir.

Amma görnür Anar Tağıyev ölkə başçısı ilə görüşdə ona edilən tövsiyyələri dinləməyibdi. Əgər elə olmasaydı A.Tağıyev təyinatından indiyənə kimi etdiyi səhvləri etməzdi.

Anar Tağıyevin icra başçısı olduğu şəhərdə şikayətlərin ardı arası kəsilmir.

Bu gün Yevlax rayonundan paylaşılan görüntü isə bardağı daşıran son damla oldu.

Belə ki, Yavlax rayonunun mərkəzi küçələrinin birində yerləşən binanın baş tərəfinə vurulmuş Ulu Öndər Heydər Əliyevin şəkli yarasız vəziyyətə düşüb. Amma nədənsə başı başqa işlərə qarışan Anar Tağıyev o, şəkli görmür. Bu isə özmnövbəsində Müstəqil Azərbaycanın qurucusuna qarşı hörmətsizlikdi.

Görəsən Anar Tağıyev kimlərə güvənir ki belə məsuliyyətsizlik edir?

24xeber.az
 
Ardını oxu...
Azəriqaz İB Lənkaran RQİS, Lerik XS-dən yazdılar:
Problem
- Azəriqaz İB Lənkəran RQİİ-nin 7 xidmət sahəsi var, Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik, Cəlilabad və Biləsüvar xidmət sahələri, Bildiyimiz kimi, vətəndaşların fərdi elərində kütləvi surətdə texniki baxışlar aparılır. və bu texniki baxış aktları bir bir skan olunaraq abonentin yeni yaradilmiş müayinə aktlar bazasına işlənilir. Umumiyyətlə bu xidmət sahələrinin əmlakinda olan kompyuter vasitələri coxda yaxşı vəziyyətdə olmamasini nəzərə alib Birlik tərəfindən hər xidmət sahəsinə 1-ədəd HP markalı yeni nəsil kompyuteri ayrılıb. Lakin Lerik XS-nin rəisi tərəfindən öz istifadəsində olan köhnə kompyuteri satış xidmətinə verib özü isə təzəni götürüb otaqda film seyr edir. Onu da qeyd edirik ki, təzə kompyuterdə 2 dəqiqə ərzində 1 akt müayinə bazasina işlənilməsi mümkün olsa da köhnə kompyuterdə bu proses 6-8 dəqiqəyə başa gəlir.
Təklif və xahiş!
Azəriqaz İB rəhbərliyi ayrilan kompyuterlərin paylama cədvəlinə uygun kompyuterləri paylayin əgər bu kompyuterlər müayinə aktlarının işlənməsi üçün gəlibsə onu icra edən işciyə verin və nəzarət edin
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
“Masallı Elektrik Şəbəkəsinin əməkdaşları qanunsuz olaraq obyektimə gələn elektrik xəttini kəsmək istəyirlər”

Bu sözləri Masallı rayonu Ərkivan qəsəbə sakini Əliyev İbrahim Nağı oğlu tərəfindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, nüsxəsi - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazova, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova göndərilən şikayət məktubunda yazılıb.

Bir nüsxəsi də Asiya.az-a daxil olan şikayət məktubunu təqdim edirik:

“Cənab Prezident! Şikayətim Masallı Elektrik Şəbəkəsindəndir. Çıxarışla mülkiyyətimdə olan qeyri yaşayış sahəsinə qonşuluqda yerləşən sahibkara məxsus transformatordan üç fazalı 15 kVt-luq elektrik xətti çəkdirmişəm. Obyektimdə elektrik enerjisi təminatında “güc çatışmazlığı”, işıqların yanıb-sönməsi barədə məlumat almaq üçün 14.02.2024-cü il tarixdə “Azərişıq” ASC-nin Masallı ASAN Xidmət Mərkəzində yerləşən nümayəndəliyinə rəsmi müraciət etdim. Mənə bildirdilər ki, müraciətiniz qeydə alındı. Sizə cavab məktubu gələndən sonra yaxınlaşarsınız. Mənə SMS gəldi və mən yenidən “Azərişıq” ASC-nin Masallı ASAN Xidmət Mərkəzində yerləşən nümayəndəliyinə yaxınlaşdım. Burada mənə bildirdilər ki, 995 manat pul ödəyəcəyim təqdirdə tranformatora baxış keçirə bilərlər. Maddi imkanım olmadığından bu istəyimdən imtina etdim. Üzərindən üç ay keçdikdən sonra Masallı Elektrik Şəbəkəsinin əməkdaşları mənə təhdid və təziq altında həmin 995 manat pulu zorla ödətdirmək istəyirlər. Ödəməyəcəyim təqdirdə obyektimə gələn elektrik xəttinin kəsiləcəyi ilə məni hədələyirlər. Açıq-aşkar bildirirlər ki, hara istəyirsən şikayət et, qorxumuz yoxdur. 23.04.2024-cü il tarixində mən təkrarən “Azərişıq” ASC-nin ASAN Xidmət Mərkəzində yerləşən nümayəndəliyinə rəsmi ərizə ilə müraciət edərək 14.02.2024-cü il tarixdəki ərizəmin nəzərə alınmamasını xahiş etdim. Həmin ərizəm dərhal portala yerləşdirilmişdir. Lakin yenə də Masallı Elektrik Şəbəkəsinin əməkdaşları öz qanunsuz əməllərindən əl çəkməyərək mənə əsassız və qanunazidd olaraq obyektimə gələn elektrik xəttinin kəsiləcəyi barədə bildirişlər göndərirlər.

Cənab Prezident! Belə məmurlar sizin siyasətinizin əksinə “xidmət” edən şəxslərdir. Sizdən bir vətəndaş, bir sahibkar olaraq xahiş edirəm, qanun bilməyən, rayonumuzda reket fəaliyyəti göstərərək sahibkarları bezdirən, onları şantaj edən “Azərişıq” ASC-nin əməkdaşları barədə qanuna müvafiq ölçü götürülməsi üçün tapşırıq verəsiniz."

TEREF olaraq sahibkar tərəfindən ittiham edilən “Azərişıq” ASC-nin mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti