Ardını oxu...
Abşeron rayonu, Saray qəsəbəsi, Mir Cəlal küçəsi 30 ünvanında yaşayan Məmmədova Zümrüd Abutalı qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin anadangəlmə ruhi xəstə, Kanner (autizm) sindromlu, müddətsiz əlil, 25.08.2006-cı il doğumlu övlad Heydərli İbrahim Fərid oğlunun əlilliyini təyin etməməsinə etiraz edir:

“Hörmətli Redaksiya!

Diqqətinizə çatdırım ki, 2006-cı il doğumlu anadangəlmə əlil oğlumuz Heydərli İbrahim Fərid oğlunu hərbi tibb komissiyası yararsız hesab edib.

ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) isə əlillik təyinatından heç bir əsas olmadan imtina edib. Halbuki Səhiyyə Nazirliyinin baş psixiatrı Fuad İsmayılov, Sumqayıt şəhər psixiatriya xəstəxanası oğluma "orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə F71.1" diaqnozu qoyub.

DTSERA hansı əsasla əlillik təyinatı aparmayıb? Bu, özbaşınalıqdır, oğlum 18 ildir müddətsiz əlildir, əyani görmək olur ki, özünü idarə edə bilmir, təbii ehtiyaclarını da kənardan köməklə edir.

Sizdən özbaşınalığa son qoyulmasını, özbaşöna kəsilən əlilliyin və pensiyanın bərpasını təmin etmək üçün səlahiyyətinizdən yararlanmağı xahiş edirəm”.

ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən “Hürriyyət”ə bildirilib ki, Abşeron rayon sakini, 2006-cı il təvəllüdlü Heydərli İbrahim Fərid oğlu “İnzibati icraat haqqında” Qanuna əsasən, 18.11.2024 və 26.11.2024-cü il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib:

“Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Həmçinin Heydər İbrahimli müayinə zamanı heç bir tibbi sənəd təqdim etməyib.

Bu səbəbdən də müvafiq qanunvericiliyə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib”.

Hazırladı: Jalə FAMİLQIZI
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Samux rayonu, Sərkar kənd sakini Bağırova Aytən Çingiz qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Cənab Nazir!

Mən, Bağırova Aytən Çingiz qızı, yazaraq diqqətinizə çatdırıram ki, keçən ilin iyul ayında işlə bağlı Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənovaya müraciət etmişdim. O, sənədlərimi təqdim etməyimi istədi. Sənədlərimi verən zaman isə bildirdi ki, iş olan kimi sizə xəbər verəcəyik.

Bir müddət sonra, yəni sentyabr ayında Samux rayonu, Ziyadlı kəndində dayə işi olduğunu öyrəndim. Gedib maraqlandım, niyə iş üçün çağırılmadığımı öyrənməyə çalışdım. Mənim bu sorğu-sualım müdirin xoşuna gəlmədi. Mənə bildirdi ki, həmin işi şəhidin qardaşı yoldaşına vermişik. Bu zaman mən də dedim ki, "şəhidin qızı deyil, yoldaşı deyil, qardaşının yoldaşına iş vermək məcbur idi?". Əlavə etdim ki, mən də şəhid qızıyam, onlardan daha çətin vəziyyətdə olan insanlar var... Nurlana xanım isə "yaxşı edib işi ona vermişəm, ürəyim kimə istəyir, ona da verəcəm", - dedi.

Keçən ilin oktyabr ayında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevun qəbulunda oldum. Anar müəllim dərhal Nurlana xanımla danışdı, bildirdi ki, "baxçada iş olan kimi şəhid qızını işlə təmin edin".

Noyabr ayında yenidən iş oldu. Amma bu dəfə də Nurlana xanım qərəzli şəkildə məni yox, digər vətəndaşı işlə təmin etdi. Yenidən Nurlana xanımın qəbuluna getdim. Bu dəfə də bildirdi ki, "əcəb edib götürmüşəm, kimi istəyirəm, onu da götürəcəm, hara istəyirsən, kimə istəyirsən get şikayət et. Dedi ki, hətta istəyirsən Prezidentə şikayət et".

Cənab Prezident!

Cənab Nazir!

Mən şəhid qızıyam və təcili iş axtarıram. Lakin Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana xanım mənə qarşı qərəzli yanaşaraq, işlə təmin olunmağıma imkan vermir.

Qeyd edim ki, artıq 2-ci dəfədir məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edirəm. İlk müraciətimdən sonra mənə zəng gəldi, şikayətimi dinlədilər. Sonradan Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova ilə danışılandan sonra mənə dedilər ki, "Nurlana xanım sizdən qabaq olduqları üçün o xanımları işlə təmin edib".

Belə çıxır ki, Nurlana xanım Prezidentin sərancamını heçə sayır? Mən şəhid qızıyam, mənim müraciətimə növbədən kənar baxılmalı deyildimi?!

Mən heç kəsdən pul, yaxud da yardım istəmirəm. Öz əziyyətimlə pul qazanıb, ailəmin yanında olmaq istəyirəm. Xahiş edirəm, vəziyyətimi nəzərə alıb göstəriş verəsiniz. Məndən əvvəl işə götürülən adamlar niyə şəhid ailəsindən qabaq işlə təmin olunub, onun araşdırılması üçün də tapşırıq verin.

Bir daha deyirəm, səbəbini bilmirəm, amma Nurlana xanım qərəzli şəkildə məni işlə təmin etmir".

Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi dərc edirik:

 
Ardını oxu...
Müştəri məmnuniyyətini pozması, qüsurlu mal satması ilə bağlı tez-tez gündəm olan Embavud(Embawood) MMC artıq bir müddətdir istehlak bazarına nəzarət edən qurumların da diqqət mərkəzindədir. İlin əvvəlində istehsalat sahəsindən atmosferə tüstünün yayılması ilə bağlı məsuliyyətə cəlb edilərək, cərimələnən şirkət barəsində mart ayında növbəti protokol tərtib edildi. Embavud bu dəfə də qüsurlu mal satmaqda və xarab malı geri qaytarmamaqda günahlandırıldı. Şirkətin fəaliyyətindəki qüsurlar təkcə atmosferi çirkləndirib, qüsurlu mal satmaqla bitmir.

Bundan əvvəl idarəçilik qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsi ilə (Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması) protokol tərtib olunaraq məhkəməyə verilmişdi. Dövlət Gömrük Komitəsi isə İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən Embavud MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib etmişdi. Protokola Sumqayıt Şəhər Məhkəməsində baxılmışdı. Beləliklə, ölkədəki mebel bazarının 70 faizinə nəzarət edən şirkətin istər ixrac-idxal qaydalarını pozması, istərsə də qüsurlu mal satması dəfələrlə ictimailəşdirilib, hətta cəzalar tətbiq edilib. Lakin görünən odur ki, cəzalar "Embavud" MMC-nin fəaliyyətində müsbətə doğru dəyişiklik yaratmayıb.

Bu gün şikayətlərin böyük hissəsi qüsurlu mal kateqoriyasına aiddir. Sifarişlə mebel hazırlanarkən istehlakçılarla müqavilələrin bağlanması, malların çatdırılması və quraşdırıldıqdan sonra təhvil-təslim aktının tərtibi, sifarişlərin müqavilədə nəzərdə tutulan vaxtda və formada tam icra edilməsi müştərilərə vəd edilən səviyyədə deyil. Bir çox halda isə ünvana çatdırılan mebellərin keyfiyyəti reklam olunduğu, hətta vitrindəkindən qat-qat aşağı, materialları fərqli olur.

Vaxtı keçmiş sertifikatlar

Embavud MMC-nin məhsulları illər əvvəl malik olduğu keyfiyyəti itirib. Bu gün 2004-cü ildə şirkətə verilən İSO 9001:2000 Beynəlxalq "Keyfiyyətin İdarə Edilməsi Sistemi" üzrə sertifikata yenidən baxılmasına ehtiyac yaranıb. Yeri gəlmişkən, həmin sertifikatın etibarlılıq müddəti 3 ildir. Embavud həmin vaxtdan sonra yenidən sertifikatlaşdırma auditi keçirməyib. MMC-nin 2015-ci ildə aldığı İSO 14001 ..2004 Beynəlxalq "Keyfiyyətin İdarə Edilməsi Sistemi" üzrə sertifikatın da müddəti (3 illikdir) başa çatıb. Onu da qeyd edək ki, bu sertifikat təşkilatların ətraf mühitə təsirlərini idarə etməsi, azaltması və hüquqi tələblərə uyğun işləməsi üçün bir çərçivə təqdim edir. Görünür, elə bu sertifikatının yararlıq müddəti keçdiyi üçün cari ilin əvvəlində şirkət istehsalat sahəsindən tüstünü atmosferə rahat yayıb. Başqa tərəfdən İSO 14001 ..2004 nömrəli sertifikat artıq yoxdur, yəni etibarsızdır. Bu versiya 2015-ci ildə yenilənib və ISO 14001:2015 versiyası ilə əvəz olunub. ISO 14001:2004 üzrə verilmiş bütün sertifikatlar isə 2018-ci ilin sentyabrına qədər keçərli hesab edilib.

Saxta brendlər

Bu gün Embavud MMC ölkədə ümumilikdə 140-a yaxın mağazası ilə "Madeyra", "Embakitçen" (Embakitchen) brendləri adı altında fəaliyyət göstərir. Əslində MMC bu adlarla mebel sənayesində yeni ixtiralar etməyib. Məsələn, "Madeyra" – şirkət rəhbərliyinin portuqalca "ağac" sözünün səsləndirilməsindən ilhamlanaraq yaratdığı bu "brend" əslində MMC-nin köhnə kolleksiyasını və ən ucuz xammaldan hazırlanan məhsulları özündə birləşdirir. Yəni adının əksinə olaraq, "Madeyra"nın mebellərinin istehsalında istifadə edilən xammalın ağacla əlaqəsi yoxdur.

"Embakitçen" mebellərinin istehsalı isə "Embavud" şirkətinə məxsus 3 fabrikdə həyata keçirilir. İddia edilir ki, istehsalda Avtsriyanın beynəlxalq "Blum" şirkətindən və Türkiyənin "Samet" firmasından alınan keyfiyyətli materiallardan istifadə edilir. Halbuki beynəlxalq rəqabət qabiliyyətli mebel istehsal etmək üçün əsas şərt təkcə xammal yox, muasir texnoloji avadanlığın mövcudluğu və düzgün marketinq strategiyasıdır. Başqa tərəfdən mətbəx mebelleri şirkət tərəfdən sifariş götürülür. Bu zaman müştəriyə MDF təklif edilir. Mebelin iç hissəsi laminat, üz hissəsi MDF membran və MDF akril olur. Yəni ölkədə fəaliyyət göstərən istehsal sexlərindəkı xammaldan fərqlənmir.

Müştəri şikayətləri

"Müştəriyəm, şikayətim var" sosial qrupunda Embavud məhsullarının keyfiyətinə görə ən çox tənqid edilən, şikayət yazılan şirkətdir. Məsələn, Şahin Əlizadə adlı müştəri paylaşımında bildirib ki, martda "Embavud" şirkətindən nağd ödəniş edərək məhsul alıb. Məhsul ünvana işlənmiş, tozlu və qüsurlu formada göndərilib. Müştəri malı geri qaytarmağa qərar verib. Bu zaman şirkət 30 manat cərimə tətbiq edib.

Günel Quliyeva adlı müştəri isə paylaşımında qeyd edib ki, 30.12.2021 tarixində bu sirkətdən açılan masa alıb. Masanı istifadə etmək uçun açanda materialın keyfiyyətsiz oldugunu görüb. 10 gün ərzində stolun üzü qabıq qoyub. İstehlakçı 10.01.2022 tarixində şirkətə yaxınlaşıb məhsulun vəziyyəti ilə bağlı məlumat verib və geri qaytarılmasını tələb edib. Lakin şirkət bununla razılaşmayıb.

Embavud rəqəmlərdə

Son iki ildə Embavudun məhsullarının qiyməti azı iki dəfə bahalaşıb. Paralel olaraq da şirkətin borcu artıb. 2023-cü ilin audit hesabatına əsasən dövrün sonuna şirkətin uzunmüddətli debitor borcu 14 milyon 623 min manat olub. Pul vəsaitləri isə ilin əvvəlindəki 1 milyon 222 min manatdan 351 min manata düşüb. Uzunmüddətli faiz xərcləri yaradan öhdəlikləri 16 milyon 837 min manat olub. Beləliklə, şirkətin uzunmüddətli öhdəlikləri 2023-cü ilin əvvəlindəki 67 milyon 754 min manatdan 75 milyon 956 min manata yüksəlib. Bundan əlavə əməliyyat gəlirləri 2022-ci ilin sonundakı 61 milyon 856 min manatdan 59 milyon 726 min manata düşüb. Əməliyyat mənfəəti 542 min 494 manat təşkil edir. Halbuki 2023-cü ilin əvvəlində bu rəqəm 624 min 226 manat idi.

Hesabat dövründə xalis məfəəti 65 min manat azalaraq 433 min manat təşkil edib. Maraqlıdır ki, audit hesabatında şirkətin satışları, Tiflisdə, Qazaxıstanda açdığı fabriklərin maliyyə göstəriciləri ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, 1996-cı ildə fəaliyyətə başlayan Embavud ilk fabrikini Masallıda qurub. 2000-ci il Xırdalanda ikinci fabrikini açıb. 2002-ci il Embavud brendi bazara çıxarılıb. 2005-ci ildə regional anbarlar qurulub. 2006-cı il – Tiflisdə, 2010-cu il Ukraynanın qərbində - Samborda, 2014-ci il Qazaxıstanda mebel fabrikləri açılıb. Özbəkistanda, Tacikistanda mağazaları var.

Sonxeber.az
 
Ardını oxu...
"RR-Construction"da Rafael Abdullayev zülmü davam edir. 7NEWS.az xəbər verir ki, bu barədə evi dağıdılan, torpağı zəbt olunan Bakı sakini şikayət edib. Onun sözlərinə görə şirkətə rəhbərlik edən Rafael-Nadir Abdullayev, eyni zamanda, Rəşad-Rüfət Əliyev qardaşları ona məxsus olan 3 sot torpağa və tam təmirli mənzilə əl qoyurlar. Videodan da göründüyü kimi, şikayətçinin 1 sot torpağı artıq zəbt olunub, kommunal xətləri dağıdılıb. Bununla kifayətlənməyən "RR-Construction" MMC-nin sahibi şikayətçinin həyətinə çirkab suları boşaldır.
7NEWS.az oladaq "RR-Construction" MMC haqqında qısa araşdırma elədik və əldə etdiyimiz məlumatlar insanı dəhşətə gətirir.
"RR Constructions” MMC Bakıda fəaliyyət göstərən qalmaqallı şirkətlərdən biri kimi tanınır. "RR Constructions” MMC-nin direktoru Nadir Abdullayevin qardaşı Rafael Abdullayev 2017-ci ildən 2019-cu ilədək Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan öncə də sözügedən ərazi ilə bağlı ciddi şikayətlər daxil olsa da, Yasamal İcra Hakimiyyəti və Arxitektura Komitəsi susmaqda davam edir.
Məlumat üçün qeyd edək ki, Paytaxtın Yasamal rayonunun "Kubinka” kimi tanınan ərazisində bir ildən çoxdur ciddi söküntü işləri aparılır. Söküntü işləri başa çatandan sonra burada çox mərtəbəli yaşayış binaları tikiləcək. İşlər heç də qaydasında getmir. Sakinlər çox pis şərtlərlə üz-üzə qaldıqlarını deyirlər. Əlibaba Abdullayev küçəsində evləri hasara alıblar. Söküntünü "RR Construction” şirkəti həyata keçirir. Sökülən evlərin yerində "İmperial Rezidence” salınacaq. Sakinlər şərtlərlə razı deyil. Evlərini tərk etməyənlər söküntü işlərini aparanların yaşayış yerlərini bilərəkdən zədələdiyini dilə gətirir.

"RR Construction”un şərtləri belədir ki, sakinlər evlərini tərk etsin, kirayə mənzillərdə yerləşsinlər. Bina hazır olandan sonra yeni mənzillərə köçə bilərlər. Sakinlər şirkətin vədlərinə inanmır. Deyirlər ki, şirkətin əməkdaşlarından biri rəhbərliyin vədlərinə inanmamağı tövsiyə edib. Buna görə də ümumi etimadsızlıq yaranıb. Sakinlər hesab edir ki, evlərini tərk edib kirayəyə üz tutmaq böyük riskdir. Yəni sonradan yeni mənzillərə qovuşmaya bilərlər.

Məsələ burasındadır ki, bu kimi problemlər Bakı Şəhər İcra Hakimiyyətinin 05.08.2018-ci il tarixli, 250 saylı "Qəzalı vəziyyətdə çoxmənzilli binaların sökülüb yenidən layihələndirilməsi və tikintisi üçün torpaq sahəsinin istifadəyə verilməsi haqqında” sərəncama əsasən həll olunmalıdır. Sərəncamın 2-ci bəndində qeyd edilir ki, ərazidə yerləşən və qeyri-yaşayış tikililərinin sökülməsi, həmin tikililərin mülkiyyətçiləri ilə mülki münasibətlərin qarşılıqlı razılaşma əsasında mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənməsi "RR CONSTRUCTİONS” MMC tərəfindən təmin edilsin. 5-ci bəndində isə bildirilir ki, yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaq.
Məsələ burasındadır ki, Şəhərsalma və Arxitektura Komitəsi bu və bu kimi şirkətlərə tikinti icazəsi verir, sağlam şirkətlər isə tamamilə məhv edilib. Son baş verən hadisələr onu deməyə əsas verir ki, Komitənin rəhbəri Anar Quliyev ölkənin tikinti sektorunu iflic edib.
 
Ardını oxu...
UNEC "nəzdində" Sosial-iqtisadi kollecinin başının üstündən duman əskilmir ki, əskilmir. Bu dəfə kollecin Monitorinq və Qiymətləndirmə şöbəsi əməkdaşlarının xidməti otaqlarında yanğın baş verib. Yanğın aprelin 6-da bazar günü olub. Təsadüfən direktor özünü çatdırıb və digər əhəmiyyətsiz sənədlərin yanmasının qarşısını alıb. Amma yanan sənədlər "təsadüfən" çox əhəmiyyətli sənədlər olub.
Məsələn, kəsir imtahanı verən uşaqların siyahısı, ərizələri, ödəniş qəbizləri və.s olan qovluq yanıb.
Rəsmi mövqe belədir ki, ilk baharın günəşı bazar günü çox yandırıcı olub. Pəncərədən günəşin şüası düşüb güzgünün üstünə nətər bərq vurubsa kəsilən uşaqların siyahısı olan qovluq həngamiyə dözə bilməyib və alışıb-yanıb. Bu zaman direktor və kollecin yeni təsərrüfat müdiri sayıqlığı itirməyiblər, daha böyük "itkinin" qarşısını alıblar. Ayıbdı, vallah bu milləti əməli-başlı dolamaqdı. Sanki təhsil müəssisində deyil, jek- in anbarından bəhs edirik.
Ardı var...
Qelender Muxtarli
TEREF
 
Ardını oxu...
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Mona Liza” şadlıq sarayında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra ciddi nöqsanlar müəyyən edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, şadlıq sarayının mətbəxinə və toy şənliyinin keçirildiyi zala baxış keçirilən zaman müxtəlif həcmdə aşkar saxtalaşdırma əlamətləri olan, küstar üsulla doldurulmuş, keyfiyyət və təhlükəsizliyinə dair sənədləri olmayan “Oneqin” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Agentlik tərəfindən həmin içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb və məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə laborator müayinələrə cəlb olunub.

Həmçinin yoxlama zamanı şadlıq sarayında yararlılıq müddəti bitmiş kolbasa məhsulu, üzərində etiket məlumatları və müvafiq sənədləri olmayan turşu və pendir məhsulları da aşkar edilib. Eyni zamanda qida obyektində sanitar-texniki və sanitar-gigiyenik tələblərin gözlənilmədiyi, ət, tərəvəz və alkoqollu içkilərin saxlandığı soyuducunun divar hissələrinin və rəflərinin, həmçinin ət asılan qarmaqların korroziyaya uğradığı, ətin emalı, xammalın qəbulu və anbar sahələrində kanalizasiya və su borularının izolyasiya edilmədiyi, alkoqolsuz içkilərin birbaşa boruların altında saxlandığı, havalandırma sisteminin qurulmadığı, isti yeməklərin hazırlandığı və quru məhsul anbarı sahələrində tavanın tamlığının pozulduğu, doğrama lövhələrinin təmizlənmədiyi, işçi heyətin soyunub-geyinmə otağı ilə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı məlum olub.

Fakt bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Qeyd edək ki, “Mona Liza” şadlıq sarayı Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmova məxsus olması ilə bağlı mətbuatda yazılar dərc olunub. Bu məlumat təkzib olunmayıb.
Ardını oxu...
 
Ardını oxu...
Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzi ilə bağlı şikayətlərin ardı-arası bitmir. Qanunsuz tikinti icazələrindən tutmuş büdcə talanına, məmur süründürməçiliyindən tutmuş tender maxinasiyalarına qədər ən müxtəlif qanun pozuntusu bu qurumun gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilib.

Burada baş verənlərlə bağlı redaksiyamıza daxil olan məlumata görə, Ramin Abdullayevin rəhbərlik etdiyi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin korrupsiyalaşmış məmurlarından biri də sədrin xüsusi etimadını qazanan Cavid adlı şəxsdir. Yaxın çevrəsində “dollar Cavid” kimi tanınan, əslən Şamaxıdan olan bu şəxsin sözügedən ləqəbi onun dollara olan hədsiz sevgisi ilə bağlıdır. Mənbənin bildirdiyinə görə, Cavid adlı şəxs bir müddət gəlirli işlərdən uzaq saxlanılıb və bu dövrdə Ramin Abdullayevə qarşı qara piar kampaniyası təşkil edib. Mətbuatdakı emissarları vasitəsi ilə, Arxitektura və Şəhərsalma Komitəsi və Ərazi Tikinti Planlaşdırma Mərkəzi haqqında tənqidi materiallar təşkil edən “Şamaxılı Cavid”in AAF parkdakı qalmaqallı tikinti və bir çox bu kimi faktları mətbuata ötürdüyü bildirilir. Bu prosesdən sonra özünün idarədəki mövqelərini möhkəmlədən Cavid müəllim qısa müddətdə səs-küylü layihələrə imza atıb. Bununla bağlı mənbənin AzToday.org-a bildirdiyinə görə Sumqayıt bulvarında, Biləcəri qəsəbəsində və bu günlərdə Əcəmi metrostansiyası yaxınlığındakı ağac kəsilməsi ilə müşayət olunan qanunsuz tikililərin xeyir-duasını məhz Cavid müəlim verib.
Əmlak komitəsində yüksək vəzifə sahibləri ilə əlaqələr quran bu bacarıqlı məmur iş adamlarının qanunsuz tikililərinə qanun donu geyindirməklə milyonlar qazana bilir. Cavid adlı bu şəxs verdiyi bütün qanunsuz tikinti icazələrinə, habelə göz yumduğu qanunsuz tikililərə görə istədiyi rüşvəti manatla deyil, məhz dollarla tələb edir. Onun 621 avtomobil seriyasına isə marağı ayrıca bir mövzudur...

Yenixeber.org
 
Ardını oxu...
Fuad Hacıyevin vətəndaşı aldatdığı iddia olunur.

TEREF xəbər verir ki, belə bir iddia ilə Musavat.com-a Bəşirli Nərmin Xaqani qızı müraciət edib.

Şikayətçi bildirib ki, Fuad Hacıyev onu və ailəsini Kanadaya işçi vizası ilə göndərmək üçün 2019-cu ildə onlardan 50 min manat alıb:

“Fuad xaricdə təhsil almağa imkan yaratmaq və işçi vizası ilə başqa ölkələrə göndərmək adı ilə onlarla insanı aldadıb. Onlar arasında mənim də ailəm var.

Biz əvvəlcə pulun yarısını ödədik. Fuad dedi ki, yarısını da ödəməliyik. Əks halda əvvəlcə ödədiyimiz pul batacaq. Bizi qorxuya saldı. Məcbur qalıb evimizi satdıq və pulu ödədik. Hətta işdən belə çıxdıq ki, bir aya artıq Kanadaya köçəcəyik. Beləliklə, həm işimizdən olduq, həm də evimizdən. Vaxt gəlib çatanda bu adamı tapa bilmədik. Xeyli söz-söhbətdən sonra bizə sənəd göndərdi ki, bir ay ərzində bizdən aldığı pulları geri qaytaracaq, amma etmədi. Hər dəfə bir bəhanə ilə yoxa çıxırdı.

2020-ci ildə Daxili İşlər Nazirliyinə müraciət etdik, nazirin qəbulundə olduq. Bundan sonra iş başladıldı və Fuadın həbsinə qərar verildi. O, həbsə girəndən sonra anası və bacısı bizə yalvardı ki, ailədə başqa işləyən yoxdur, şikayəti geri götürsək, bu pulu bizə hər ay 3 min olmaqla geri qaytaracaqlar. Fuadın ailəsi və vəkili öz adlarından sənəd gətirdilər ki, zamin dururlar və pulun qaytarılmasında məsuliyyət onların üzərinə düşür. Biz razılaşdıq, lakin o, həbsxanadan çıxandan sonra ailəsinə zəng çatmadı, Fuad isə bizi təhqir etdi və hədə-qorxu gəldi. Dedi ki, hara istəyirsinizsə, gedib şikayət edin.

Bu insan televiziyalarda hələ də reklam olunur. Yəqin ki, başqa insanları da aldadır”.

Şikayətlə bağlı Musavat.com Fuad Hacıyevlə əlaqə saxlayıb.

O, məsələyə belə aydınlıq gətirib: “2019-cu ildə Kanadada işə qəbul aparan bir şirkətin Bakı nümayəndəliyi kimi satış həyata keçirirdik. Xəqani Ağalarov bizə müraciət etdi, ona endirim etməyəcəyimizi bildirdim. Daha sonra satış mütəxəssisləri şəxsi faizlərindən endirim etdi və onun ailəsi ilə müqavilə bağlandı.

Müqavilədən bir müddət sonra qarşı tərəflə böyük problemlər yarandı. Belə ki, 2019-cu ilin yay aylarında Dövlət Təhlükəsizliyi Xidməti Kanadada işi görən birinci əl bir çox şirkət sahibinin ev və ofisində əməliyyat apardı, yay aylarında bu işi görən əsas şəxslərin bir çoxu ya həbs edildi, ya da ölkədən qaçdı.

Xəqanigilin müqaviləsi də daxil olmaqla bir çoxunun işi üzrə məsul şəxs kimi mən yük altında qaldım.

Buna baxmayaraq, hər kəsə söz verdim ki, onların ödənişləri ediləcək. Yəni bir çoxları kimi məsuliyyətdən haqqından qaçmadım. Evimi, maşınımı, ata evimizi satıb ödənişlərin bir hissəsini etdim.

Xəqanigil isə məni dövlət quurmlarına şikayət edib təhdid edirdilər. Başa düşdüm ki, əmlakımı satmaqla bu işin altından çıxa bilməyəcəyəm. Buna görə də həbs olunmağı gözə aldım. İstintaq dövrünü həbsdə keçirdim. Daha sonra şikayətçilərin hamısının “yazılı və notarial borcunu ödəyib” sənədilə həbsdən məhkəmə qərarı ilə azadlığa buraxıldım.

Həbsdən sonra daim şikayətçilərlə danışıb görüşürdüm. Öncəliyim insanların haqqını bərpa etmək olduğu üçün gecə-gündüz işləyirdim.

2023-cü ilin əvvəlinə kimi mütəmadi olaraq ödəniş edirdim. Daha sonra Nərmin Ağalarova (qızlıq soyadı belədir – red.) çalışdığım Ostim Teknik Universiteti başda olmaqla hər yerə yazıb bildirirdi ki, guya mən onlara ödəniş etmirəm.

Onun bu cür çoxsaylı fəaliyyəti nəticəsində işlər zəiflədi və mən böyük məbləğdə ödəniş edə bilmədim.

2025-ci ilin yanvar ayında ailənin üzvü Tural Ağalarova yazdım ki, yeni müqaviləm var, mart ayından etibarən ödəmələr bərpa olunacaq. Lakin fevral ayında ailə gedib polisə şikayət etdi ki, guya mənim anam (70 yaşlı qadın) bunları hədələyib. Heç bir sübut olmadığından polis əlbəttə ki, ədalətli qərarla bu şikayətə rədd cavabı verdi.

Beləliklə, Ağalarovlar ailəsinə bu günə qədər 35 mindən çox ödəniş edilib. Hədə-qorxu ilə tələb etmə, şər və böhtan atmaq bir cinayət işidir. Hər şey gözəllik və halallıqla davam etməlidir. Mən ödənişi etməkdən qaçmıram”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Qazaxda ali təhsilli xanım rayon icra hakimiyyətinin baçısının müavini Məmməd Alıyevın maneələrinə görə intihar edəcəyini bildirir.

XALQ.AZ -a müraciət edən Səbinə Xasayeva bildirir ki, Qazaxda işlə bağlı müraciət etmədiyim yer qalmayıb,işə götürmürlər. Bütün maneyələri icra başçısının müavini Məmməd Alıyev edir.

Səbinə Rafael qızı Xasayevanın XALQ.AZ-a göndərilən müraciətini olduğu kimi təqdim edirik:

Mən illərdir mənə qarşı ögey, dürüst olmayan, qərəzli münasibət göstərən vəzifəli şəxslərin hərəkətlərindən əziyyət çəkirəm. Mən ali təhsilli olsam da Qazax rayonununda bəzi məmurların qəzəbinə tuş gəlmişəm. Belə ki, həmin şəxslərin bəzilərinin qanunsuz əməllərinə qarşı haqq səsimi çıxartdığıma görə məni və ailəmi bir tikə çörəklə sınağa çəkirlər. Qazax rayonunda mənə illərdir ki, minimum əmək haqqı məbləğində olan bir iş belə əldə etməyimə bürokratik əngəllər yaradırlar və bu barədə bütün dövlət orqanlarına, məşğulluq idarəsinə göstərişlər veriblər. Mən ali təhsilli, əmək qabiliyyətli olsam da indiyə kimi valideynlərimin təqaüdünə möhtac qalmışam. Atam artıq həyatda deyil mənə qarşı edilən haqsızlığa qəlbi daha artıq tab gətirmədi vəfat etdi . Mənə və ailəmə qarşı edilən qanunsuzluqların başında Qazax RİHB-nin birinci müavini Məmməd Alıyev durur. Mən artıq onun əlindən özümü öldürmə həddinə çatmışam, nə edəcəyimi bilmirəm. Mənimlə illərdir ki, mübarizə aparır. Mən çörəyin dərdində olan , ay sonunu necə gətirəcəyini, kreditləri, komunal xərcləri necə ödəyəcəyini, dərmanları necə alacağını bilməyən biriyəm. Mənim artıq dayanacaq gücüm qalmayıb. Belə ki, mən hansı idarəyə işlə təmin olunmaq üçün müraciət edirəmsə, orada mənim müraciətimin yox cavabı verilir. Mən işlə təmin olunmağımda yaratdıqları maneyələrə əsas səbəbi bilinmir. Hətta məşğullağa və Milli Məclisin deputatı Səməd Seyidovada müraciət etsəm də heç bir köməklik göstərilmir.

Xasayeva Səbinə Rafail qızı

Qazax rayonu N.Nərimanov qəsəbəsi bina 59, mənzil 13

Gəncə Dövlət universiteti məzunu

Qeyd edək ki, 2023-cü ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər sakini Xasayeva Səbinə Rəfail qızını müraciətinə əsasən fərdi şəkildə qəbul edib. S.Xasayevanın işlə təmin olunma barədə müraciətini dinləyən rayon rəhbəri ona Dövlət qulluğuna imtahanda iştirak etməsini tövsiyə edib və işə düzəlməsi ilə bağlı heç bir köməklik göstərilməyib.

"DİA-AZ" bildirir ki, Qazax rayon icra hakimiyyətinin başçısının müavini Məmməd Alıyevin özbaşınalıqları, xüsusən də icra başçısından qaynaqlanan qanunsuz əməlləri artıq yerli sakinlərdə ciddi narahatçılıqla qarşılanmaqdadır. Bu MƏŞHUR CÜTLÜYÜN daha nələrə imza atdıqları, neçə-neçə sahibkarı rəsmən müflisləşdirdikləri, həyatlarını qaraltdıqları haqda ilginc faktları növbəti materiallarda təqdim edəcəyik.

Bizi izləməyə davam edin...
Ardını oxu...
Abşeron rayonu ərazisində yerləşən və hələ də istismara verilməmiş çoxmərtəbəli yaşayış binasında aparılan tikinti prosesi və sakinlərə qarşı münasibət qanunlara və vətəndaş hüquqlarına açıq-aşkar ziddir. Bakunews.az redaksiyasına daxil olan çoxsaylı şikayətlər əsasında yerində aparılan jurnalist araşdırması bir sıra ciddi qanunsuzluqları üzə çıxarıb. Bütün bu proseslərin mərkəzində isə Cavadzadə qardaşları dayanır.

Sakinlərdən qanunsuz sayğac pulları – 1700-2500 manatlıq fırıldaq Sakinlər bildirir ki, qaz, su və işıq sayğaclarının quraşdırılması adı altında onlardan 1700-2500 manat arasında ödəniş tələb olunur. Cavadzadə qardaşları bu məbləğin aidiyyəti dövlət qurumlarına ödənildiyini iddia etsələr də, bunu təsdiq edən heç bir rəsmi sənəd təqdim olunmur. Bu pulların əslində kimlərin cibinə getdiyi isə açıq sual olaraq qalır.

Tikintidə təhlükəsizlik sıfır səviyyəsindədir – FHN və Şəhərsalma niyə susur? Tikintinin aparıldığı binada nə fövqəladə vəziyyətlər üçün nəzərdə tutulmuş çıxış var, nə də yanğın zamanı istifadə oluna biləcək nərdivan və sistemlər quraşdırılıb. Hətta liftdən istifadə ilə bağlı da ciddi məhdudiyyətlər var. Belə bir şəraitdə Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi kimi qurumların səssizliyi anlaşılan deyil. Görünür, bu qurumlar ya məsuliyyətsiz davranır, ya da müəyyən dairələrin təsiri altındadır.

Zibil biznesinə çevrilib – Hər tullantıya görə pul Binanın təmir prosesi zamanı yaranan tullantılar bina qarşısına yığılır, onların daşınması isə sakinlərin hesabına həyata keçirilir. 70-100 manat aralığında ödənişlər tələb olunur və tullantılar rəsmi deyil, şəxsi avtomobillərlə daşınır. Bu isə sadəcə qeyri-qanuni qazanc mənbəyinə çevrilmiş mexanizmdir.

Vergidən yayınma və ƏDV-nin gizlədilməsi Mənzillər Cavadzadə qardaşlarının adlarına keçirilərək kreditsiz satılır. Bu satış zamanı ƏDV təqdim edilmir, dövlətə ödənməli olan vergilər isə gizlədilir. Vergidən yayınma bu şəkildə açıq formada həyata keçirilir, lakin bu faktlarla bağlı hələ də hüquqi tədbir görülməyib.

Yaşayış yoxdur, amma kommunal haqq tələb olunur – 0.60 qəpik kvadrata Binada yaşayış başlamamış olsa da, sakinlərdən kvadratmetrə görə aylıq 0.60 qəpik tələb olunur. Heç bir xidmət göstərilmədiyi halda belə bir ödənişin istənilməsi həm hüquqi, həm də əxlaqi baxımdan qəbuledilməzdir.

Lift də gəlir mənbəyidir – 500 manatlıq daşınma pulu Liftlərin istifadəsi belə qazanc mənbəyi kimi dəyərləndirilir. Sakinlər təmir materiallarını mənzillərinə qaldırmaq üçün 500 manat ödəməyə məcbur edilir. Gələcəkdə isə liftin yenilənməsi üçün 40 min manat tələb olunacağı bildirilir. Bu isə yeni bir pul yığımının əsasının qoyulmasıdır.

Dövlət orqanlarının xəbərdarlıqları nəticəsiz qalıb Məlumatlara əsasən, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavadzadə qardaşlarına dəfələrlə xəbərdarlıq və tövsiyələr verilsə də, heç bir tədbir görülməyib. Dövlət orqanlarının bu qədər aciz və təsirsiz mövqe tutması ictimaiyyət üçün ciddi sual doğurur.

Jurnalistə qarşı etinasızlıq – cavabsız qalan suallar Bakunews.az jurnalisti məsələ ilə bağlı obyektə yaxınlaşaraq rəhbərlikdən izahat istəsə də, özünü “komendant” kimi təqdim edən şəxs “müdir yoxdur, nömrənizi qoyun, əlaqə saxlanılacaq” deyərək jurnalisti yola salıb. Lakin aylar keçməsinə baxmayaraq, nə cavab verilib, nə də əlaqə saxlanılıb. Sual etdiyimiz heç bir problem üzrə dəyişiklik edilməyib.

Bakunews.az olaraq aidiyyəti qurumlara çağırış edirik: Bu tikintidə baş verən qanunsuzluqlar, insan hüquqlarının pozulması və vergi qaçaqmalçılığı faktları dərhal araşdırılmalı, Cavadzadə qardaşları barəsində hüquqi qiymət verilməlidir. Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələni nəhayət ciddi nəzarətə götürməlidir. Əks halda, bu cür cəzasızlıq gələcəkdə daha böyük fəlakətlərin başlanğıcı ola bilər.

Sakinlər təhlükəsizlik, şəffaflıq və hüquq tələb edir – və bu tələblər artıq ertələnməməlidir.
Bakunews.az

Dünyapress TV

Xəbər lenti