Ardını oxu...
İctimai Televiziyanın "Sabaha saxlamayaq" verilişində stomatoloqlardan biri iddia edib ki, TƏBİB onları həbslə təhdid edib. Onun sözlərinə görə, qurum diş həkimlərini polislə hədələyib. Deyilib ki, polisin əli ilə ciblərinə pul qoyulacaq və tutduracaqlar. Anaxeber.com yazır ki,
bu fikirlər heç də sıradan platformada səslənməyib - İTV-də. Əslində stomatoloq bu iddiaları səsləndirirsə, TƏBİB rəhbərliyi Azərbaycan polisinə hörmətsizlik edib, onun imicinə xələl yetirib, ünvanına böhtan atıb.
İkincisi, bəlli olur ki, stomatoloqlarla bağlı yaranmış problem məhz ictimailəşdiyi üçün TƏBİB onlarla görüşərək məsələni həll etməyə məcbur qalıb. Yəni əks halda, diş həkimlərindən aylıq 1200-1800 manat tələb olunacaqdı. Faktiki bu vəsaiti istəməklə TƏBİB stomatoloqların "dişini çəkmiş" olurdu. Guya bu pul stomatoloji kabineti normal olmayan, gəlir gətirməyənlərə aiddir.
Belə desək, icarə haqqı tələb edilən otaqların heç biri təmirli deyil, zəruri avadanlıqlarla təmin olunmayıblar, stomatoloq kimi fəaliyyət göstərən şəxs həm otağı təmir etməli, həm avadanlıqlar almalı, həm də aylıq icarə haqqı ödəməlidir. TƏBİB cavab verir ki, "plan" qoyulmayıb. Lakin qurum nümayəndələri həkimlərlə görüşdə etiraf ediblər ki, TƏBİB gəliri az olan stomatoloqlara guya öz hesabından maaş ödəməli olur. Amma TƏBİB həm də açıqlamasında stomatoloqların gəlirərini gizlətdiyini, maliyyə uçotundan yayındığını iddia edir. Bir sözlə, Vüqar Qurbanovun icraçı direktoru olduğu bu qurum stomatoloqlara hücum çəkib, onlara "haqq" qoyub, indi işin üstü açılıb deyə geri çəkilib. Hətta görüşdən sonra Ağcabədi, Hacıqabul rayonlarının mərkəzi xəstəxanasının diş həkimləri də jurnalistlərə bildiriblər ki, müzakirə zamanı aylıq 1200-1800 manat ödəmək imkanı olmadığı TƏBİB rəhbərliyinin nəzərinə çatdırılıb. Sitat: "
TƏBİB özü-özünü maliyyələşdirən qurumdur. Onlar istəyirlər ki, xəstəsi olmayan həkimləri işdən uzaqlaşdırsınlar. Biz də dedik ki, rayonda aylıq 1200 manat ödəməyimiz mümkün deyil. Bizdən sadəcə ay ərzində 15-20 xəstə qəbul etdiyimizə dair qəbz göstərmək tələb olunur ki, TƏBİB bizi işdə saxlaya bilsin. Burada məsələ ay ərzində xəstəsi olmayan həkimlərin işdən uzaqlaşdırılmasıdır”.
Maraqlıdır, TƏBİB xəstəsi olmayanları hansı əsasla işdən azad edə bilər? Üstəlik, inandırıcı görünmür, bu gün diş həkimlərinin kifayət qədər xəstəsi var. Bu məsələdə hiss olunur ki, TƏBİB aylıq "plan" tələbini ört-basdır etmək üçün belə izahlar irəli sürməyə çalışıb. Yəni qurum rəhbərliyi açıq şəkildə rüşvət istədiyini gizlətməyə can atıb. Bəs İTV-nin efirində həkimləri həbslə təhdid edilməsi barədə səslənən iddialar nədir?
Bu faktlar, pul tələbi göstərir ki, TƏBİB bir struktur olaraq özünü doğrulda bilməyib. Ümumiyyətlə, səhiyyə sistemi sistemsiz, dağınıq, xaotik görünür. Çünki səlahiyyət bölgüsü, funksionallıq, nəzarət mexanizmi bərbad və anarxikdir. Bu gün Səhiyyə Nazirliyinin səlahiyyətləri ilə TƏBİB-in funksiyaları bir-birinə qarışıb. Ona görə vahid sistemə, bir strukturun saxlanmasına ehtiyac var. Olmayan Azərbaycan səhiyyəsində iki qurumun fəaliyyətinə nə zərurət var? Bütün bunlar izafi xərclər deməkdir. Onlardan biri saxlanmalıdır. Çünki hər qurum öz tələbləri ilə əlavə problemlər yaradır. Sonuncu diş həkimləri idi. Vüqar Qurbanovun "xaç atası" kimi bir "mafiya" yaradıb stomatoloqları həbslə qorxutması, aylıq "plan" istəməsi göstərir ki, TƏBİB rəhbərliyi özünü keçmiş MTN generalı Akif Çovdarov kimi aparır...

Azər Talıbov
Anaxeber.com
 
Ardını oxu...
201 saylı məktəbin direktoru Afaq Əliyevanın vəzifəsindən sui-istifadə hallarına yol verdiyini göstərən səs yazılarını yayımladıqdan sonra, vəziyyətdən çıxış yolu axtaran direktor həmin səs yazılarının guya ona aid olmadığını və montaj edildiyini bildirir.
Səs yazıları ilə bağlı ekspertiza aparılmasını istəyir. Maraqlıdır, ekspertiza səs yazılarının ona aid olduğunu təsdiqləyəndən sonra Afaq Əliyeva öz qanunsuz əməllərinə don geyindirmək üçün hansı vasitələrə əl atacaq? Bunu zaman göstərəcək. Ancaq 201 saylı məktəbin direktoru Afaq Əliyevanın özbaşınalıqlarını əks etdirən növbəti video və səs yazılarını təqdim edirik. Belə ki, təqdim etdiyimiz videodakı müəllimlər, 201 saylı məktəbin 10d sinfinin Coğrafiya müəllimi və sinif rəhbəri Elmira Nəcəfovadır. Səs isə 8r sinfinin sinif rəhbəri, həmçinin məktəbin həmkarlar təşkilatının sədri Valeh Cəbrayılova məxsusdur.
Məhz Afaq Əliyevanın təhsil cinayətlərinə qarşı mübarizə apardığına görə, Svetlana Hüseynova onun təhdid, şantaj və böhtanlarına məruz qalıb, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılıb, bugünədək təqib olunmaqdadır.
Afaq Əliyevanın TəhsilMedia.Tv-də yayımlanan səs yazılarının eyni şəxsə məxsus olması isə heç bir şübhə doğurmur. Məhz buna görə Afaq Əliyevanın səsini inkar etməsi absurddur, səsləri dinləyən hər kəs bu eyniliyi təsdiq edir və direktorun inkarının onun növbəti oyunu olduğunu başa düşür.

tehsilmedia.az

 
Ardını oxu...
Bakıda xəstə əməliyyatdan 19 gün sonra ölüb.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Respublika Diaqnostika Mərkəzində baş verib.

Cəlilabad sakini, 3 uşaq anası 30 yaşlı Vəfa Yunusova kəskin baş ağrısı səbəbilə ailəsi ilə birgə Bakıya gəlib. Müayinələrdən sonra ona "vazospazm" - yəni beyin damarlarında daralma və büzüşmə diaqnozu qoyulub.

Uzun sürən müalicələrdən sonra o, bu il mayın 1-də Respublika Diaqnostika Mərkəzində neyrocərrah Tural Rəhimli tərəfindən beyin əməliyyatına cəlb olunub.

Mayın 20-də isə Vəfa Yunusova elə əməliyyyat olunduğu xəstəxanada dünyasını dəyişib.

Mərhumun ailəsi iddia edir ki, onun vəziyyəti əməliyyatdan dərhal sonra ağırlaşsa da, onlara heç bir məlumat verilməyib.

Mərhumun qardaşı bildirib ki, mayın 1-də əməliyyat olunmuş bacısından ayın 13-dək cavab ala bilməyiblər. Əməliyyatın risk daşıdığı ilə bağlı da onlara əvvəlcədən heç bir məlumat verilməyib.

Hətta iddia edirlər ki, qadın 1 həftə əvvəl ölüb, lakin gec açıqlanıb.

Həmçinin əməliyyat icbari tibbi sığorta paketinə daxil olsa da, Vəfa Yunusovanın həyat yoldaşı tərəfindən neyrocərrah Tural Rəhimliyə 10 min manat əlavə pul ödənildiyi də səsləndirilən iddialar sırasındadır.

İddialarla bağlı Respublika Diaqnostika Mərkəzinin neyrocərrahı Tural Rəhimli açıqlamasında Vəfa Yunusovanı "vazospazm" səbəbindən itirdiklərini bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərfindən araşdırma aparılır.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
"5 şəhid verən bir nəslin nümayəndəsi evsiz qalıb, amma bir tərəfi erməni olan şəxs 2 evin sahəsini birdən alıb"

Laçın şəhər sakini, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Q massivi, ev 2, mənzil 16 ünvanında yaşayan Abışova Solmaz Yusifəli qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Allah sizlərdən razı olsun, hər bir problemimizə, dərdimizə can yandırmısınız...

Bildirim ki, Laçın şəhərində, Bayraq Meydanının yaxınlığında 2 mərtəbəli, pilləkənləri evin içərisindən olan gözəl bir bağ evimiz olub. Məlum səbəblərdən biz də öz doğma yurdumuzdan qaçqın düşmüşdük. Torpaqlarımız alınanda hər bir azərbaycanlı kimi, bizim evdə də bayram oldu. İllər sonra elimizə-obamıza qayıtmağın həyacanı bizlərə qürür hissini yaşatdı.

Bir müddət sonra qohumlarımız bizdən qabaq elimizi-obamızı ziyarətə getdilər. Oradan zəng vurub bildirdilər ki, sizin eviniz sökülüb, eyni materiallarla başqa bir yerdən ev tikilib.

Bizim evimizin ətrafı qaynanamən və digər qohumların evi ilə əhatə olunmuşdu. Biz ordan çıxmamışdan qabaq evi demək olar ki, yeni tikmişdik. Qohum-qonşularla da sıx əlaqəmiz olub.

Ermənilər həmin evi sökərək, biraz qabaqdan, eyni materialla sökdükləri kimi ev tikiblər. Qaynanamın və qonşularımın evləri isə tamamilə dağıdılıb, yerində futbol meydançası inşa edilib.

Təsəvvür edin, evimdə olan əşyalar belə hələ durur.

Nəslimizin 5 şəhidi var. Mən heç vaxt bundan istifadə edib nələrsə etməmişəm, etmərəm də. Amma təəssüflə qeyd edirəm ki, bir tərəfi erməni olan şəxs mənim evimə köçərək evimi əlimdən alıb. Görün, bizə təkrar hadisələri necə yaşadırlar. Ermənilərdən az çəkmiş kimi, bir də öz xalqımın nümayəndəsi onun olmayana sahib çıxır.

2023-cü ilin may ayında AzTV kanalından Laçınlı ailə kimi bizə təklif gəldi ki, sizi Laçına aparırıq, orda çəkiliş olacaq. Yoldaşımın ağrıyan vaxtları idi. Bu, mənim üçün əsl fürsət oldu. Yoldaşımı doğma yurduna aparacaqdım, rəhmətə getməmiş oraları bir daha dünya gözü ilə görəcəkdi.

Getdik, çəkiliş oldu. Evimizi, torpağımızı gördük, göz yaşlarımızı saxlaya bilmədik. Bu, biz laçınlılar üçün qürür idi. Yenidən o müqəddəs torpaqlara ayaq basırdıq. Oradakı şəhid məzarlarını da ziyarət etdik.

Hazırda bizim evi şəhid ailəsi olan Mehdiyev Nicat Yasin oğlu mənimsəyib. Özləri ilə danışıb həll etməyə çalışmışıq, lakin onları müdafiə edən yüksək vəzifəli məmurlar olduğundan, əlimizdən heç nə gəlmədi. Bu günə kimi döymədiyimiz qapı qalmayıb.

Mehdiyev Nicat Yasin oğlunun ulu babasının Laçında kinoteatrın yaxınlığında evi olub. İndi isə öz evlərinə yox, bizim evə köçüblər. Hətta onu da qeyd edim ki, dövlət tərəfindən onlara Qobu qəsəbəsində də ev verilib.

Evi mənimsəmələri bir yana, köç başlayandan sonra evin hasarlarını Çin səddi kimi çəkərək, digər sakinlərin həyətlərinə girişinə mane yaradırlar. Evin arxa tərəfi, yəni bizim köhnə evin yeri və qaynanamgilin həyətinə giriş yolu bağlanmışdır. Bu səd yalnız bizim həyətlərə girişi yox, bizdən başqa 5 qonşunun evinə girişi də məhdudlaşdırmışdır.

Şikayətimlə bağlı Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Əhməd oğlu Məmmədovun qəbulunda oldum. Bildirdim ki, Məsim müəllim, ermənilər evimin yerini dəyişərək, mənim materiallarımla biraz yuxarıda həmin evi inşa ediblər. Hazırda isə sənədləri mənim adıma olan evimdə başqaları yaşayır. Bunu da qoydum bir qırağa, indi də böyük bir səd çəkərək, mənim və 5 qonşumun həyətinə girişimizi məhdudlaşdırıblar.

Məsim müəllim dərhal həmin yerə baxış keçirərək, çəkilmiş səddi sökdürdü. Hətta bildirdi ki, ev də sökülməlidir.

Mehdiyev Nicatın özü hazırda Yaşıllaşdırma İdarəsində işləyir. Mehdiyev Nicatın ulu babası Laçında yaşayıb, özü və yaxud da atası yox. O, “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımovun sayəsində "at oynadır", heç bir qanuna baş əymir.

Hasarın sökülməsini eşitdiyimizdə həm, öz adımızdan, həm də qonşular adından təşəkkür edib, Bakıya qayıtdıq. Çünki torpaqda ev yoxdur, bizə aid ev mənimsənildiyindən, yaşamağa yerimiz yoxdur. Bu səbəbdən də dövlət tərəfindən həmin yerdə ev tikilənə kimi Bakıya qayıtdıq.

Tam əminliklə onu da deyim ki, Mehdiyev Nicatın babasının ermənilərlə qohumluğu olub. Bunu hələ biz orda yaşayan vaxtdan bilirdik. Çünki onlar erməni dilində danışırdılar. Görusdan olan erməni qohumları var idi. Bir tərəfləri erməni olan insanları hazırda Binnət müəllim müdafiə edir. Müdafiə etməsi bir yana, 5 nəfərin evini əlindən alırlar. Həmin ərazidə ev tikilməsinə icazə vermirlər. Çünki Nicat bəy oraları mənimsəyib. Ən gözəl, ən bahalı yerdir.

Bir müddət keçəndən sonra isə yenidən qonşular dedilər ki, "Çin səddi" yenidən tikilir, video çəkildi, göndərildi bizə. Yenidən Mənsim müəllimə müraciət etdik, bildirdi ki, ola bilməz, icazəsiz belə bir addımı atmazlar, orada tək sizin yox, başqa insanların da evləri olacaq.

Getdik və öz gözümüzlə gördük ki, bəli, bu dəfə daha qalın bir hasar çəkilir. Bizə isə başqasının həyətindən yol vermək istəyirlər. Məhlə sahibi də haqlı olaraq narazıdır. Qanunla sökülən hasar sonradan qanunsuz olaraq tikilib və Binnət müəllim də sökülməməsi üçün əllərindən gələni edir. Həmin evin əhatəsinə qala kimi hasarlarla tikiblər. Ora işlədilən daşlarla bir ev tikib başa gətirmək olardı. Bunu video görüntülərdən də görəcəksiniz. Həmin şəxsin özü də dəfələrlə deyir ki, əlinizdən gələni edin, heç nəyə nail ola bilməyəcəksiniz.

"Qaçqınkom"dan da öyrənmişəm, ev erməni tərəfindən tikilən ev kimi təsdiq edilməyib. Erməni tikən evi Binnət müəllimin əli ilə sənədləşdiriblər. Binnət müəllim isə deyir ki, evi sökə bilmərik. Deyirəm bəs necə olur, onun hasarı 5 ailəni evsiz qoyur?! Binnət müəllim isə bu olanlara göz yumur.

Biz son 30 ildə çəkdiyimizi çəkmişik, rəsmi qurumlardan xahiş edirik ki, bundan sonra bizə vətən həsrəti, ev həsrəti çəkdirməsinlər.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində “qara mühasibat” bərpa edilib?..

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində sözdə aparılan “islahatlar”ın sədr Zaur Mikayılovun idarəçilik sistemində ciddi problemlərinin olduğunu göstəririr

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində aparılan kadr islahatı nəticəsində bir çox rəhbər vəzifələrdə, o cümlədən rayonlardakı idarələrdə müdirlər kütləvi şəkildə dəyişdirilmişdi. Xatırladaq kİ, həmin kadrlar 30 il müddətində dövlət büdcəsindən ayrılan milyonları talan edən korrupsioner kadrlar kimi tanınırdılar və bu üzdən də Zaur Mikayılovun bu addımı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni bir dönəmin başlanğıcı kimi qəbul edilirdi.

Lakin Poliqon-nun ayrı-ayrı rayonıadan əldə etdiyi məlumatlara görə, təqribən bir il əvvəl işdən çıxarılan idarə rəislərinin 90 faizi yenidən öz yerlərinə, ya da digər idarələrə rəhbər vəzifələrə təyinat alıblar. Bi isə təəccüb və təbii olaraq sual doğurur: İslahatçılar düşərgəsindən olan Zaur Mikayılovun yenidən keçmişə dönüş etməsi nəylə bağlıdır?

Qeyd edək ki, adları uzun illərdir korrupsiyada hallanan bu idarə rəislərinin islahat adı altında yenidən öz vəzifələrinə, ya da başqa vəzifələrə təyin edilmələri sadəcə gülünc görünür.

Əldə etdiyimiz məlumata görə Zaur Mikayılovun keçmişə dönüşü təkcə “kadr islahatı”ilə bağlı deyil. Bəzi iddialara görə qurumda “qara mühasibat” da bərpa edilib və rəhbər vəzifələrdə çalışanlara “paketlər” verilir. Amma maraqlıdır ki, bu “paketlər”in “ikinci maaş kartı”na köçürüldüyü bildirilir.

Bu barədə Sabirbaddan aldığımız məlumat da bu iddaları təsdiqləyir. Məlumatda bildiririlir ki, adı uzun illərdir korrupiyada hallanan idarə rəhbərlərindən biri olan Sabirabad Suvarma Sistemləri idarəsinin rəisi Şafiq Heydərov yerlisi və himayədarı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin köməyi ilə yenidən idarəsi rəisi təyin edilməyə nail olub. Xatırladaq ki, Zakir Quliyev uzun illər boyi Əhməd Əhmədzadənin müavini olaraq çalışıb. Ölkə mətbuatında korrupsioner və orta səviyyəli oliqarx kimi tanınan Zakir Quliyev Zaur Mikayılovun dönəmində də qurumda öz gücünü qoruyub saxlaya bilib.

Sabirabaddan aldığımız məlumatda bildirilir ki, Şafiq Heydərov Əhməd Əhmədzadənin “qızıl dövründə” olduğu kimi işləyir.

Maraqlıdır ki, Şafiq Heydərova Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən əlavə əmək haqqı kartı verildiyi iddia olunur və iddiaya görə bu karta hər ay əmək haqqının 3 qatı qədər pul vurulur. Eyni zamanda Sabirabad Suvarma Sistemləri rəisinin müavininin də ikinci “əməkhaqqı kartı” var və bu karta müdir müavinin maaşının 2 misli qədər pul köçürülür.

Qeyd edək ki, bu halın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyindən xəbərsiz həyata keçirilməsi mümkün deyil...

Hər ay qanuni və qanunsuz 6 min manat əmək haqqı alan Şafiq Heydərovun yenə də köhnə əməllərə əl atdığı deyilir. Məlumata görə Sabirabad rayonunda yerləşən qamış basmış drenajlar Suvarma Sistemləri İdarəsinin adı olub, özü olmayan işçiləri tərəfindən yandırılaraq təmizlənir. Həmin “işçilərə” maaş verlməsi ilə bərabər yandırılaraq təmizlənən drenajlarda texnikaların işləməsi sənədləşdirilir və hər ay külli mqidarda yanacaq silinir.

Başqa bir məlumatda isə qeyd olunur ki, Sabirabad Suvarma Sistemləri idarəsinin balansından olan nasos stansiyalarının demək olar hər birində iki nəfər adı olub özü olmayan işçi var. Bu isə xeyli sayda maaş kartının hələ də Şafiq Heydərovun cibində olmasında xəbər verir.

Yəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində üzdə “islahat” adına faktiki olaraq hər şey keçmişə qaytarılıb...

Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon sorğu ilə Sabirabad Suvarma Sistemləri İdarəsinə müraciət edib. Sorğu ilə bağlı idarənin Mustafa adlı əməkdaşı bizimlə əlaqə saxlayaraq bildirib ki, iddialar həqiqəti əks etdirmir. Çox təəssüf ki, Mustafa müəllim Sabirabad Suvarma Sistemləri idarəsində hansı vəzifə daşıdığını bizə söyləmədi.

“İndi heç kim keçmiş zamanlarda olduğu kimi işləmir. Buna görə də həmin iddiaların heç bir əsası yoxdur”, deyə Sabirabad Suvarma Sistemləri İdarəsinin əməkdaşı bildirib.

Poliqon.info
 
Ardını oxu...
Yardımlı rayonu, Allar kənd sakini Rəhmanlı Fərəc Abizər oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

DogruXeber.az: - Şikayətçi iddia edir ki, Allar kənd orta məktəbin direktoru Əbilov İlyas Xıdır oğlu qanunsuzluqla məşğuldur. Şikayətçinin redaksiyamıza göndərdiyi şikayət məktubunu olduğu kimi dərc edirik:

“Mən, Rəhmanlı Fərəc Abizər oğlu, sizə Yardımlı rayonu, Allar kənd tam orta məktəbinin direktoru Əbilov İlyas Xıdır oğlunun qanunsuz fəaliyyəti və təsdiqlənmiş korrupsiya əməlləri barədə məlumat vermək istəyirəm.

Əvvəla qeyd edim ki, hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının məsələyə biganə yanaşması, araşdırmanın qərəzli və qeyri-obyektiv aparılması, cinayət tərkibli əməllərin ört-basdır edilməsi və korrupsiya faktlarının cəzasız qalması başlıca haqsızlıqdır.

Təəssüf ki, Əbilov İlyas Xıdır oğlunun qanunsuz əməllərinə dair mövcud faktlar Yardımlı Rayon Prokurorluğuna, Lənkaran-Astara Regional Təhsil İdarəsinə,Yardımlı Rayon Təhsil Sektor müdiri Kamal Təhməzova bildirilsə də, bu məsələnin tam şəkildə araşdırılması və müvafiq hüquqi tədbirlərin görülməsi təmin edilməmişdir. Bu, təhsil sistemində qanunvericiliyin tələblərinin pozulmasının davam etməsinə və korrupsiya əleyhinə mübarizə prinsiplərinin sarsılmasına səbəb olur.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin araşdırmaları göstərmişdir ki, Əbilov İlyas Xıdır oğlu məktəb direktoru olaraq vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmişdir. O, qanunvericiliklə müəyyən edilmiş vəzifə öhdəliklərini pozaraq, artıq ödənişlərin təşkilinə və dövlət büdcəsinə ziyan vurulmasına şərait yaratmışdır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2023-cü il tarixli araşdırma materialları əsasında sübuta yetirilmişdir ki, Əbilov İlyas Xıdır oğlu məktəb işçilərinə qanunsuz olaraq artıq ödənilmiş məbləğlərin təşkili ilə məşğul olmuşdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, bu ödənişlər işçilərin real maaş göstəriciləri ilə uyğun gəlmir və əldə olunan rəsmi məlumatlara görə, bu qanunsuz əməliyyatlar nəticəsində dövlət büdcəsinə xeyli maliyyə ziyanı dəymişdir. Bu cür hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə, xüsusən də Cinayət Məcəlləsinin 179 -cu maddəsinə uyğun olaraq mənimsəmə və ya israf etmə kimi qiymətləndirilmişdir.

Əbilov İlyas Xıdır oğlunun korrupsiya əməli sübut edilmiş və bu, qanunla ciddi şəkildə qadağandır.

Üstəlik, Lənkəran-Astara Regional Təhsil İdarəsinin araşdırmaları nəticəsində aşkar edilmiş qanun pozuntularına baxmayaraq, Əbilov İlyas Xıdır oğluna yalnız Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən "şiddətli töhmət" cəzası tətbiq edilmişdir. Bu cəza direktorun törətdiyi qanunsuzluqların miqyasını və dövlət büdcəsinə vurulan ziyanın həcmini əks etdirmir. Belə yüngül cəzanın tətbiqi korrupsiya əleyhinə mübarizə prinsiplərinə ziddir və hüquqpozmalara qarşı adekvat tədbir hesab olunmur.

Azərbaycan Respubilkasının Təhsil Naziri Emin Əmurullayev media qurumlarına verdiyi müsahibə zamanı qeyd etmişdir ki, təhsilə xəyanət edən dövlətə xəyanət etmiş sayılır. Əfsuslar olsun ki, qeyd olunan məlumatlar Allar kənd tam orta məktəbində baş vermişdir.

Sizin sayt və qəzet vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, bu məsələnin arşdırıb, haqqın yerini tapmasına köməklik göstərin".

Məsələ ilə bağlı Yardımlı rayonu, Allar kənd orta məktəbinin direktoru Əbilov İlyas Xıdır oğlu ilə əlaqə saxlamaq mümkün olmadı.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxlərn mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.

XALQ.-ın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb. Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir.

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.

Tibbi təhsili olmadan, lisenziyasız və sertifakatsız fəaliyyət göstərən sosial şəbəkədə kosmetoloq_ sekine adı ilə reklam edən Səkinə Zamanovadır.
Ardını oxu...
Araşdırmalarımız nəticəsində kosmetoloq Səkinə Zamanovanın Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.

İddialara görə özünü həkim kimi təqdim edən Səkinə Zamanova tibbi prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır.

Səkinə Zamanova müştərilərinə dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosail hesablarında məlumatlar və görüntülər əks olunub.Səkinə Zamanova necə lisenziyası, sertifakatı olmadan bütün kosmetoloji prosedurları hətta inyeksiya həyata keçirir?

Məsələ ilə bağlı kosmetoloq Səkinə Zamanova əlaqə saxladıq. Əməkdaşımıza heçdə həkimə yaraşmayan tərzdə cavab verərək “siz kimsiz araşdırma aparırsız, gedin işinizlə məşgul olun” deyərək dəstəyi asdı. Daha sonra həyat yoldaşı əlaqə saxlayıb Səkinə Zamanovanın tibbi təhsili və sertifakatı olmasını bildirib lazımi qurumlara məlumat verilib deyə qeyd etdi.

Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayır.
Ardını oxu...
XALQ.-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.

Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.
Ardını oxu...
Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Səkinə Zamanova haqqında Analitik Ekspertiza Mərkəzinə müraciət olunub.

Araşdırmalarımız davam edir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Son vaxtlar döblət satınalmalarının portalında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli tibb müəssələri, rayon Mərkəzi Xəstəxanaları hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tender və kotirovka sorğularının nəticələrini dərc edir.

Qeyd edək ki, 14.04.2025-ci ildən 22.05.2025-ci ilə qədər “BT TEXNO SERVİS” MMC 23 satınalma müsabiqəsinin qalibi seçilib. Müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi üzrə ayrı-ayrı tibb müəssilərinin bu şirkətlə bağladıqları müqavilələr xüsusilə diqqət çəkir. Məsələn MMC “Sabunçu Tibb Mərkəzi” PHŞ və tabeliyində olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə 337.294,85 manat, “Şirvan şəhər mərkəzi xəstəxanası” ilə 219.668,8 manat, “Mərkəzi Neftçilər Xəstəxanası” müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsinə görə 152.697,9 manat dəyərində müqavilələr bağlayıb. Burada tibbi tullantıların miqdarı nə qədər olur ki, daşınması və zərərsizləşdirilməsinə bu qədər dövlət vəsaiti xərclənir? Bunun əvvəlcədən necə müəyyən edildiyi artıq suallar doğurur.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BT TEXNO SERVİS” (VÖEN: 2000615511) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.03.2006-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, GENERAL ŞIXLİNSKİ, ev 38, m. 82, qanuni təmsilçisi kimi isə Bağırov Kamran Kamil oğlu qeyd olunub. Reyestr məlumatlarında MMC 2006-cı ilə qədər TAM ORTAQLI RTZ FİRMASI kimi fəaliyyət göstərib. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Babayev Nəsrulla Natiq oğlu olub. Daha sonra Məmmədov Zabit İlyas oğlu 2018-ci ilə qədər, ondan sonra Ağayev Rahim Fazil oğlu MMC-nin qanuni təmsilçiləri iolub.

Bununla bərabər xəstəxanaların qalib seçdiyi şirkətlərdən biri də “ECO LOGİSTİCS” Məhdud Məsuliyyətli Cəmiyyətidir ki, 11.04.2025-ci ildən 22.05.2025-ci ilə qədər 7 satınalmanın qalibi seçilib. Şirkətin rəsmi portalında qeyd olunur ki, ECO Logistics & Waste Management MMC 2018-ci ildə fəaliyyətə başlamışdır. Məqsəd və fəaliyyətinə uyğun olaraq şirkətimiz 2023-cü ildə rebrendinq edərək xidmət standartlarını yüksəltmişdir. Daim böyüməkdə olan şəbəkəmiz və xüsusi agentlər vasitəsilə müştərilərilərimizə tam çeşidli logistik xidmətlər göstəririk. Müxtəlif sinifli təhlükəli, bərk, tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi ilə yanaşı ətraf mühitin qorunması, çirklənməsinin qarşısının alınması şirkətimizin prioritet vəzifələrindədir.

Bu MMC-lərin müvafiq tələblərə cavab verən işçi qüvvəsində tullantıların daşınması və zərərsizləşdirilməsi sahəsində təcrübəli operatorlarının, təchizatçının şəxsi mülkiyyətində olan yandırma qurğusunun olub,olması artıq sual altındar.

Apardığımız ətraflı araşdırmalar zamanı məlum oldu ki, ötən il müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsni TƏBİB-in “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi həyata keçirib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması üzrə “AZLOGİSTİKA and MANAGEMENT SERVİCES” Açıq Səhmdar Cəmiyyəti Cəmiyyəti ilə bir mənbədən satınalma metodu tətbiq etməklə 2.622.898,1 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 28.08.2024-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixi 26.08.2024-cü il, bitmə tarixi 28.02.2025-ci ilə müəyyən edilib.

Apardığımız araşdırma zamanı məlum oldu ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların dataşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması üzrə “LV SHIPPING CASPIAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.920.484 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 06.04.2023-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixi 03.04.2023-cü il, bitmə tarixi 30.06.2024-cü ilə müəyyən edilib.

Bundan əlavə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınması üzrə “LV SHIPPING CASPIAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.395.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 05.04.2022-ci ildə dərc edilib. Müqavilənin başlanma tarixi 30.03.2022-cü il, bitmə tarixi 31.12.2022-cü ilə müəyyən edilib.

Satınalmaların portalında dərc edilmiş məlumatlardan da göründüyü kimi 05.04.2022-ci ildən 28.08.2024-cü ilə qədər TƏBİB-in tabeliyinə olan dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların dataşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınmasına ümumi olaraq 29 938 382 manat dəyərində müqavilələr bağlanılıb. Bu vəsitlərin həqiqətən də tibbi tullantıların daşınması və zərərsizləşdirilməsnə xərclənməsinə adamın heç inanmağı gəlmir. Burada TƏBİB rəsmilərinin də ciddi məbləğdə payı olduğu açıq-aşkar görsənir.

Aktualinfo.org
 
Ardını oxu...
Adı son zamanlar müxtəlif qalmaqallarda hallanan "AAAF park" yaşayış massivində növbəti özbaşınalıq.

TEREF xəbər verir ki, bu dəfə video fakt xalq.online tərəfindən paylaşılıb və qeyd olunur ki, qanunlardan bixəbər ünvan olan "AAAF PARK"da Alışan adlı şəxs tərəfindən özbaşına tikinti işləri həyata keçirilir.

Həmin videonu təqdim edirik:

 

Ardını oxu...
Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə "Xəzər Xəbər"ə açıqlama verib və baş verənləri danışıb.

Gundeminfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda paytaxtın 201 nömrəli tam orta məktəbinin direktoru Afaq Əliyeva müəllimdən keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyini tələb edib. Müəllim buna etiraz etdiyi üçün direktor onu hədələyir.

Səs yazısında adı keçən məktəbin müəllimi Lalə Şəfaqətova deyib ki, direktor Afaq Əliyevanın işdən çıxan keçmiş direktor müavini ilə şəxsi problemləri olub.

Digər müəllimləri də bu münaqişəyə cəlb edib. Direktor bütün müəllimlərə məhkəmədə Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etmələri üçün təzyiq edib.

Keçmiş direktor müavini Svetlana Hüseynova bildirib ki, işdə olduğu dönəmlərdə direktorun bir neçə qanunsuz əməllərini aşkar edib. Aralarındakı problem də elə bundan sonra başlayıb.

Svetlana Hüseynova bildirib ki, müəllimlər işdən çıxarılmaqdan qorxduqları üçün direktorun dediklərini etməyə məcbur olublar.

Səslənən iddiaları aydınlaşdırmaq üçün televiziya əməkdaşları paytaxtın Nizami rayonunda yerləşən məktəbə üz tutublar. Amma içəri buraxılmayıblar.

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən bildirilib ki, 201 nömrəli tam orta məktəbin direktorunun səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. O da qeyd olunub ki, məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Videomaterialı təqdim edirik:




Dünyapress TV

Xəbər lenti