Ardını oxu...
  

Cərrah-həkim deyir ki, ailələr iddia qaldırmalı, məsələ araşdırılmalıdır

Bakıda qeysəriyyə əməliyyatı daha bir gənc ananın həyatına son qoyub. Mayın 6-da 3-cü uşağını bu üsulla dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib. Ailəsi qadının ölümündə həkim səhlənkarlığının olduğunu bildirir.

Bu barədə Xəzər TV-yə mərhumun anası danışıb: “Körpə uşaqdır ikisi də, heç biri qalmır. Gecələri də yatmırlar. "Anam hanı, nənə? Anam niyə gəlmir?", - deyə soruşurlar". 

Ardını oxu...

Valideynin sözlərinə görə, qeysəriyyə əməliyyatı Yeni Klinikada uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə doğuşdan sonra palataya yerləşdirilib. G.Məmmədovanın anasının dediyinə görə, qızında əməliyyatdan sonra qanaxma baş verib, həkimlər isə bundan gec xəbər tutublar: “Neçə dəfə UZİ-yə gedib, poliklinikada olub. Sapsağlam idi. Qızımı əməliyyat edəndən sonra aparıb palataya yerləşdiriblər. O, palatada yox, reanimasiyada qalmalı idi, 5-10 dəqiqədən bir təzyiqi ölçülməli idi. Təzyiqi ölçülsəydi, nəzarətsiz palatada qalmasaydı, biləcəkdilər ki, təzyiq düşür, demək, nəsə normal deyil. Tamam təzyiqi düşüb, halı pis olub yıxılıb. Doğuşdan sonra qanaxma baş verib”.

Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır. Ölüm hadisəsi ilə bağlı prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, hazırda ekspertizanın rəyi gözlənilir.  G.Məmmədovanın 4 və 6 yaşlı daha iki oğlu var. 

Təəssüf ki, bu kimi faciəvi hallar son vaxtlar artmaqdadır. Bəs səbəb nədir? Günahkarlardan cəzalanan varmı? Ümumiyyətlə, qeysəriyyə ilə bağlı seçimi daha çox həkimin istəyinə, yəni tibbi göstərişə bağlı olur, yoxsa pasiyentin istəyinə? Burada tibb personalının bir kommersiya marağı yoxdur ki? Nədən təbii doğuş dəbdən düşüb? Körpələrin yetim qalmasına görə, nəhayət, kimsə məsuliyyətə cəlb olunacaqmı? 

Ardını oxu...

 Adil Qeybulla

Cərrah həkim, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Doğuş prosesi zamanı ölüm hallarının olması, əlbəttə, üzücü haldır. Amma bir məsələ var: bəzən qeysəriyyə əməliyyatını istəyən xəstənin elə özü olur. Bunlar həkimləri məcbur edirlər. Bəziləri doğuşdan qorxur, bəziləri doğuşun fəsadlarından ehtiyat edir. Bəziləri də doğuş yollarının genişlənməsinin qarşısını almaq üçün, sonradan müxtəlif əməliyyatlara ehtiyac yaranmaması məqsədilə guya bunu edirlər. Yəni xəstələrin təşəbbüsü burada daha çoxdur. Əlbəttə, həkimlər xəstənin istəyinə yox, göstərişə diqqət yetirməlidirlər. Göstəriş nədirsə, o olmalıdır. Bir çox hallarda bu məqama diqqət edilmir.

Məsələn, çanağın darlığı varsa, ayaq gəlişidirsə, sarğı gəlişidirsə, bu zaman doğuş çətinləşə bilər, uşaqda asfiksiya (oksigen çatışmazlığı) yarana bilər. Bu halda qeysəriyyə kəsiyi ilə süni abdominal doğuş aparılmalıdır. Bu, əsaslandırılır, daha sonra isə xəstə əməliyyata götürülür. Məsələ bundan ibarətdir ki, biz çox vaxt bu prinsipi pozuruq.

Bu halın nədən baş verdiyinin araşdırılması üçün mütləq məhkəmə-tibbi ekspertizası aparılmalıdır. Xəstə qanaxmadanmı dünyasını dəyişib, yaxud da başqa bir özəl səbəb olub? Bəzən də görürsən ki, əməliyyat xaric, xəstədə hepatitlər olur, ağır böyrək çatışmazlığı olur. Bunlar da ölümə gətirib çıxara bilər. Əgər xəstənin valideynləri şikayətçidirsə, onlar mütləq meyitin təşrihinə nail olmalıdırlar. Səbəb müəyyən olunmalıdır. Ondan sonra artıq iddia qaldırmaq olar. Yoxsa sadəcə demək ki, ölüm həkim səhvindən olub - bu, abstrakt qalacaq. Bunun əsasında kiməsə ittiham irəli sürmək olmaz".

Mərhum Günay Məmmədovanın ailəsi hesab edir ki, həkimlər səhlənkarlıq edib. Əgər bu sübuta yetirilərsə, həkimlər Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən, vəzifə səhlənkarlığı ittihamı ilə məsuliyyətə cəlb edilə bilərlər. Amma praktika onu göstərir ki, Azərbaycanda həkim məsuliyyətə cəlb olunması hallarına nadir rast gəlinir. Əksər hallarda “ekspertiza nəticəsi gözlənilir” deyə işlər uzadılır və nəticədə ailələr ədalətə çata bilmir. Bu halların qarşısını almaq üçün ilk növbədə məcburi klinik protokollar tətbiq olunmalı, hər doğuş üçün tibbi göstərişlər və qərarların yazılı əsaslandırılması qanunla tələb edilməlidir. Tibb işçiləri və cəmiyyət təbii doğuşun əhəmiyyəti və təhlükəsizliyi barədə maarifləndirilməlidir. Hər bir ana ölümü hadisəsi müstəqil və şəffaf şəkildə araşdırılmalı, özəl və dövlət klinikalarında doğuşlar üzrə illik auditlər aparılmalı və nəticələr ictimaiyyətə açıqlanmalıdır. Ən əsası isə tibbi səhlənkarlıq sübuta yetirilərsə, məsul şəxslər müvafiq qaydada cəzalandırılmalıdır.

Bir qadının doğuş zamanı həyatını itirməsi, sadəcə, tibbi yox, həm də sosial fəlakətdir. Bu faciələr yalnız bir ailəni deyil, bütöv cəmiyyəti silkələyir. Təbii doğuşun dəbdən düşməsi, qeysəriyyə əməliyyatlarının normaya çevrilməsi və nəticədə baş verən ana ölümləri ciddi siqnal verməlidir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 
 
 
Ardını oxu...
DogruXeber.az: - Ötən gün Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən A.Ələkbərov adına 2 saylı tam orta məktəbdə 8-ci və 9-cu sinif şagirdləri arasında idman dərsi zamanı dava baş verib.

32gun.az-a hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, mübahisə zamanı şagirdlərdən birinin qolu sınıb.

2011-ci il təvəllüdlü məktəbli sol bazu sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şagird evə buraxılıb.

Məktəbin direktoru Şəfəq Süleymanovanın rəhbərlik etdiyi təhsil müəssisəsində baş verən hadisə ilə bağlı araşdırma aparılır. Məlumata görə, məktəb rəhbərliyi jurnalistlərin içəri daxil olmasına icazə vermir.
Ardını oxu...
Azərbaycanda tender anlayışı formaldırmı? Yoxsa pulla danışanlar üçün sistemdə xüsusi yollar, görünməyən qapılar açılır? Təbii kifayət qədər ciddi sualdır. Biz aşağıdakı yazıda faktlarla sübut edəcəyik ki, maləsəf, hələ də dövlətimizin büdcə pulları kimlər üçünsə peşkəş edilməkdədir. Hələ də bəzi işbaz məmurlar var ki, dünənə qədər büdcəmizi sümürən dələduzları dövlət büdcəsinə şərik qoşur. Maləsəf bu faktdır və "DİA-AZ" olaraq aşağıda həmin faktlardan birini - Dövlət Su Ehtiyatları Agentliyində baş verməkdə olan TENDER KORRUPSİYASINI təqdim edəcəyik...
Beləliklə... Bu gün keçmiş "Azərsu" – ölkənin su və kanalizasiya infrastrukturuna cavabdeh olan dövlət qurumu – milyonlarla manatlıq layihələri tendersiz şəkildə bir şirkətə verir: "EREN" şirkəti... Bəli... yəqin ki bu şirkət sizlərə tanı gəldi. "Azərsu"nunun əvvəlki rəhbərliyi - Qorxmaz Hüseynovun vaxtında bu şirkətin kəsdiyi başa sorğu-sual yox nidi və sorğusuz-filansız "Azərsu" tenderləri bu şirkətə verilirdi. Çünki az qala ayrılan tender vəsaitinin 20 faizi geriyə "otkad" kimi Qorxmaz müəllimə qayıdırdı. Elə indi də elədir... Qorxmaz Hüseynov yoxdur... amma onun QORXMAZ "EREN" şirkəti var...
Tender keçirilmədən 20 milyon manatlıq layihələr
Son dövrlər 19-20 milyon manatlıq layihələrin tender keçirilmədən, birbaşa Eren şirkətinə verildiyi iddia olunur. Halbuki Azərbaycan bazarında qeydiyyatda olan yüzlərlə şirkət var ki, bu layihələr üzrə həm texniki imkanlara, həm də daha aşağı qiymət təklifinə malikdir.
Lakin onların sənədlərinə baxan belə olmur. Rəqabət sıfırlanır. Ədalət ikinci plana keçir. Və nəticədə – ictimai vəsaitlər yüksək qiymətlərlə xarici şirkətlərə ötürülür.
Köhnə rəhbərlik – köhnə əlaqələr
Məlumata görə, bir neçə il əvvəl "Azərsu"da keçmiş rəhbərlik dövründə "Eren" şirkəti ilə sıx əməkdaşlıq olub. Adları hallanan Qorxmaz və Elman adlı şəxslərin, "Eren" şirkətinə böyük layihələri tender olmadan ötürdüyü deyilir. Məlumata görə, "Eren" şirkəti aldığı pulların 20%-ni onlara geri “təqdim edirmiş. Bu, həmin şirkətin daxili çevrələrində etiraf edilmiş məlumatlar sırasındadır.
Yeni rəhbərlik, köhnə metod
Yenilənmiş rəhbərliklə yollar axtaran "Eren" şirkəti, son 2-ildə yenidən sistemə inteqrasiya olunmağı bacarıb. Və bu dəfə də nəticə dəyişməyib: yenə də bütün böyük layihələr yenidən "Eren"ə verilir.
Layihələrin siyahısı artıq gizli deyil
"DİA-AZ" olaraq araşdırmalarımız nəticəsində ortaya konkret dəlillər də çıxarmışıq. Məsələn, bu günə qədər "Eren" şirkətinin iştirak etmədən aldığı layihələrə aşağıdakılar daxildir:
• Zığ-Hövsan kanalizasiya kollektorü
• Müşfiqabad hövzəsi üzrə gətirici kollektor mikrotunel quyuları
• Xankəndi kollektoru
• Tərtər sol sahil kanalı
• Kəlbəcər infrastruktur layihəsi
və digərləri.
Bu layihələrin əksəriyyəti 50-100 milyon manat arasında dəyərə malikdir.
Ardını oxu...
Sual açıq qalır: Eren kimdir və AXI NİYƏ?
"Eren" şirkətinin rəhbəri Eren Mollaoğlu bu gün Azərbaycanda tender sistemi ilə “öz dilində danışmağı bacaran” biri kimi tanınır. Tender olmadan layihə almaq, istədiyi işi götürmək, rəqibləri kənarlaşdırmaq onun üçün çətin deyil.
Bu vəziyyət yalnız yerli sahibkarların hüquqlarını pozmur, eyni zamanda xalqın büdcəsinin qeyri-şəffaf şəkildə istifadəsinə yol açır.
Hesabatlılıq və şəffaflıq haradadır?
"Azərsu" və digər dövlət qurumları üçün bu sual təkcə hüquqi deyil, həm də mənəvi məsuliyyətdir:
Niyə tenderlər real keçirilmir?
Niyə hər dəfə eyni şirkət qalib olur?
Niyə yerli şirkətlər rəqabətdən kənarlaşdırılır?
Və ən əsası: bu işlərdən kim qazanır? Xalqmı, yoxsa şəxsi maraqlarmı?
VƏ NƏHAYƏT...
Bu yazı bir iddia deyil, görünənlərin və eşidilənlərin səsidir.
Bu ölkədə ədalətli tender sistemi qurulmayınca, ictimai vəsait yalnız seçilmişlərin sərvətinə çevriləcək...
BU DA SON DEYİL...
Bizi izləyin və növbəti yazıda Eren Mollaoğlunun öz dilindən etirafları təqdim edəcəyik. Artıq "Azərsu" tenderlərinin hansı formada təşkil olunduğunu detal-detal biləcəksiniz...
Bizi izləməyə davam edin...
 
Ardını oxu...
Əslində bu barədə çox yazılıb, çox danışılıb, çox eşidilib. Amma nədənsə bu danışılanlardan deyəsən, AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) məsul şəxslərinin ya xəbəri olmur, ya da çıxardacaq nəticələri yoxdur. Yoxsa işi və məqsədi vətəndaşların rahat daşınmasına xidmət göstərmək olan bir qurum niyə vətəndaşlarına bu qədər laqeyid yanaşsın ki?!
Bu laqeyidlikdən də artıq saymazlıq və hörmətsizlikdir. Faktlarla danışacam və hətta qurumun 141 nömrəli qaynar xəttinə də müraciət etmişdim. Və əminəm ki, qeyd edəcəyim hal təkcə mənim başıma gəlməyib, bunu bir çox vətəndaş təsdiq edər. Söhbət sərnişin daşınma xidmətini həyata keçirən avtobuslardan gedir. Belə ki, avtobusların nizamsız və vaxtsız hərəkəti insanları xeyli narazı duruma gətirir. İntervalın düzgün təşkil olunmaması, yaxud marşurut xəttlərinin təsdiqində olan uyğunsuzluq ucbatından vətəndaşlar saatlarla yollarda avtobus gözləməli olurlar. Mənim qeyd etdiyim 11 nömrəli marşurut avtobusunda olan nizamsızlıq, əminəm ki, bir çox marşurut xəttlərində mövcuddur. Həzi Aslanov-28 May metro stansiyası və geriyə xətt üzrə hərəkət edən avtobusları yollarda gözləyən yüzlərlə hətta, minlərlə sərnişin görə bilərsiniz. Həm də saatlarla... Təsəvvür edin, saat 13:00-da dərsdən çıxan şagird, saat 14:00-a qədər dayanacaqda avtobus gözləməli olursa, hansı rahatlıqdan danışaq ay AYNA. Bu hal bir dəfə deyil, hər gün təkrarlanırsa, deməli sistemdə boşluq var. Buna əncam çəkmək o qədər çətindirmi? Axı bu qədər inkişaf etmiş ölkədə bu qədər cüzi problemlər olmamalıdır. Bu şəhərin gözəlliyi fonunda yorğun, əsəbi, gərgin insanların dayanacaqda saatlarla qalmasını görmək çox sarsıdıcıdır. O insanların rahatlığını əlindən almağa, narazı salmağa, əsəb yaşatmağa sizin ixtiyarınız çatmır, axı.
Ölkədə bütün qurumlarda qaynar xətt mövcuddur və ora edilən zənglərə demək olar hamısında dərhal reaksiya verildiyinin də şahidi olmuşuq. Yeganə qurum AYNA-dır ki, edilən müraciətin ağırlığından asılı olmayaraq, ən yaxşı halda 1 aya araşdırşlacağını deyib, vətəndaşı "yola verirlər”. Nəyi araşdırırsan, nəyi hesablayırsan, nə nəticə çıxardırsan ki? Hansısa avtobusun saat neçədə hansı dayanacaqdan keçdiyini bilirsən, hansı ərazilərdə vətəndaşların sıxlıq təşkil etdiyini də gözəl bilirsən. Səbəb nədir? Çox maraqlıdır. İnsanları narazı salmaqda, bezdirməkdə səbəb nədir? Bütün bunlara bir bəhanələri də var: Yollarda sıxlıqdı, avtobuslarda gecikmə baş verib. Bunun bəhanə olduğunu baxçadakı uşaq da bilir. Çünki şəhərin yollarında keçilməyən bir yol olduğunu az qala baxçadakı uşaqlara da öyrədirlər. O yol məktəb yolu deyil, o yol avtobus yoludur. Ki, ora daxil olmaq olmaz!!! Hə, daxil olacam deyirsənsə də 100 manat cəriməyə hazır olmalısan. O zaman suala cavab verin, hörmətli AYNA-dakılar: Avtobus yoluyla yalnız avtobuslar hərəkət edirsə hansı sıxlıqdan, hansı tıxacdan danışırsız?
Üstəlik, digər nəqliyyat vasitələrinin avtobus yoluna daxil olması qadağandırsa, niyə avtobuslar istədiyi vaxt kənar yollara daxil olub, qəza şəraiti və narahatlıq yaradır? Çox çətindirmi, bütün daşıyıcı şirkətlərə, marşurut xəttlərinin sahiblərinə qəti təlimat keçəsiniz ki, yalnız öz yolunuzla hərəkət edin, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmayın? Həqiqətənmi bunları görmürsüz, yaxud nəzarət edə bilmirsiz? Həqiqətənmi mənim yazdığım, sizin üçün xırda vətəndaşlar üçün böyük olan problemləri aradan qaldırmaq o qədər çətindir? Olmazmı ki, parklanma sisteminə etdiyiniz nəzarətin heç olmasa 5-10 faizin də avtobusların hərəkətinə ayırasız. İstənilən halda, onsuz da hər ikisindən qazanc əldə edirsiz. Demək məqsədiniz qazanc əldə etmək də deyil. İnsanları incitmək, narazı salmaq. Çünki hər ikisində vətəndaşların əsəblərini gərginləşdirdiyinizi çox gözəl bilirsiz.
Axı, əslində, hədəfiniz Azərbaycanın iqtisadi inkişaf potensialından yararlanaraq, vətəndaşlar üçün nəqliyyat sahəsində daha yaxşı, müasir, rahat, təhlükəsiz mühit yaratmaqdır. Üstəlik, qarşıdan isti ayların gəldiyini nəzərə alsaq, İnsanların günvurmadan əziyyət çəkməyinə səbəbkar olmayın.
Hədəfinizə çatmaq üçün amalınızı unutmayın!
Təmiz və gözəl pəncərədən baxmaq, hər şeyin gözəl olduğu anlamına gəlmir...


ORXAN ÜLVİ - "DİA-AZ"
 
Ardını oxu...
Bir neçə gün öncə Ağdaş rayonunda təşkil olunan "Peşən sənsən” adlı festivalda iştirak edən Ağdaş rayon icra başçısı Orxan Hüseynzadə, festivalda qurulmuş stendlərə baxış keçirərək, peşə sahibləri ilə də söhbət edib. Lakin festivalda yaşanan bir məqam, diqqətləri üzərinə çəkib.

İcra başçısının, peşə sahibləri ilə söhbət etdiyi zaman bildirib ki, Ağdaşda bu cür peşə sahiblərinin olduğundan xəbərsiz olub. Daha sonra isə diqqət çəkici bir açıqlama verərək, saçını qırxdırmaq üçün Bakıya bərbərə gediyini qeyd edib.
Ardını oxu...
Bu sözlər, xüsusən də icra başçılarının təyinatları zamanı ölkə başçısı tərəfindən qəbul edildiklərini və onlara xalqa xidmət etmələri üçün məsləhətlər verildiyini nəzərə alaraq, cəmiyyətdə böyük müzakirələrə səbəb olub. Bir çoxları, Orxan Hüseynzadənin bu açıqlamasının, yerli rəhbərlərin öz rayonlarına daha yaxın olma və yerli xidmətlərdən faydalanmağı düşünmələri gərəkdiyini vurğulayırlar.

Xalqın xidmətində olmaq və yerli problemləri birbaşa izləmək məqsədini daşıyan icra başçıları, belə açıqlamalarla cəmiyyətdə mənfi təəssürat yarada bilər. Cənab Orxan Hüseynzadənin bu açıqlamaları, artıq bölgə sakinlərinin və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.

"DİA-AZ"

 
 
 
Ardını oxu...
Cəhri kənd sakini Zülfəli Hüseynovun iddiasına görə, 2022-ci ilin ortalarında kəndin yolunu genişləndirmək üçün onun hasarını söküb, həyətinin 30 sot ərazisini yola qatıblar. Bundan əlavə, həyətdəki 200 kv.m-lik yardımçı tikililəri də söküblər.
Yol çəkilişi Vasif Talıbovun zamanında başlayıb, “canişin”in zamanında tamamlanıb.
Zülfəli Hüseynov ona dəyən zərərin kompensasiya edilməsi üçün dəfələrlə “canişin” həzrətlərinin yanında olub. “Canişin” isə “Vasifin zibilini mən təmizləməli deyiləm” deyib onu yola salıb. Kənd sakininə məsləhət verib ki, zəhmət çəkib məhkəməyə müraciət etsin. Zülfəli hər ay 150 manat əlillik pensiyası aldığını, bu səbəbdən də məhkəməyə müraciət etməyə pulunun olmadığını bildirib. Əvəzində isə “mən sənə pul verən deyiləm ki” cavabını alıb. Zavallı kəndli “bəs mən nə edim, bu gedişlə gedib özümü öldürəcəyəm” deyib, ona çarəsiz vəziyyətdə olduğunu çatdırıb. “Canişin” həzrətləri də öz növbəsində ona ən “optimal” məsləhətini verib: - “Get, öldür. Sən özünü öldürəcəksən deyə, mən Vasif Talıbovun səhvini düzəltməliyəm?”
Heydər Oğuz
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Goranboy-Naftalan təhsil sektorunda baş alıb gedən korrupsiya halları, qanunsuzluqlar gizlətməklə Gəncə Daşkəsən regional təhsil idarəsinin Rəhbərliyi və əməkdaşları hansı uğura imza atmaq istəyirlər?

Bu gün saytımıza daxil olan məlumata əsasən Goranboy rayon Zeyvə kənd tam orta məktəbinin direktoru Lamiyə müəllimin tapşırığına uyğun olaraq məktəbin psixoloqu Əsmər müəllim tərəfindən Pul yığılması faktı sübutlarla göndərilmişdir. Lamiyə müəllim Səfikürd məktəbində direktor vəzifəsində işləyən müddət ərzində korrupsiya əməllərinə görə vəzifəsindən çıxarılsa da, az vaxta Zeyvə məktəbinə direktor təyinatı almağa nail ola bilmişdir.Bir neçə ay əvvəl məktəbdə aparılan yoxlama zamanı Lamiyə müəllimə öz izahatında pul yığdığını və həmin pulların Sektorun əməkdaşlarının haqqını ödəmək üçün etdiyini etiraf etmişdir. Lamiyə müəllimənin Atası Rövşən Abışov AXC-nin fəal üzvü olmuşdur. Bu qədər qanunsuzluğa yol verən məktəbin direktorlarının cəza almamsının bir səbəbi var, oda Regionalın Rəhbərliyi və əməkdaşları ilə iş birliyidir. Direktorlar bildirilər ki, bizə tapşırığı Sektor verir ,onlarda regionaldan alır.Beləliklə rüşvət zənciri Elm və Təhsil Nazirliyinə kimi uzanır.Yəqin ki regionalın əməkdaşları açıqlama verəcəklər ki, Direktorun anası onkoloji xəstədir onun sağalması üçün pul yığırıq.Yığılan pulların siyahısını təqdim edirik.

Hörmətli oxucular sizcə bu pullar hara yığılır?

Tehsilmedia.az
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakının Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən binada artıq bir neçə həftədir ki, qeyri-rəsmi söküntü işləri davam edir.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin söküntü işlərini yalnız yerli işçilərlə deyil, həm də hökumət portalında qeydiyyatsız çalışan əcnəbi vətəndaşlarla həyata keçirdiyini bildirib.

23 may tarixində binada söküntü işlərini videoya çəkməyə çalışan sakinin orada işləyən əcnəbi vətəndaşların təhqir və fiziki təhdidlərinə məruz qaldığı, hətta ona daş da atıldığı iddia edilir.

Ərazidə çalışan şəxslər sakinlərə bildiriblər ki, onlara qapı və pəncərələrin sökülməsi tapşırılıb.

Sakinlər isə bildirirlər ki, ağır alətlərlə - xüsusən kuvaltla aparılan işlər nəticəsində divarlarda çatlar yaranmaqla yanaşı, daş qırıntıları balkonlara və qonşu mənzildə yaşayan sakinlərin üzərinə tökülür.

"Dəfələrlə etdiyimiz şikayətlərə baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi məsələyə münasibət bildirməyiblər. Etdiyimiz zənglər və yazdığımız məktublar cavabsız qalıb", - deyə şikayətdə bildirilib.

Sakinlər onu da qeyd edirlər ki, "mülkiyyətçilər öz evlərində söküntü aparırlar" bəhanəsi ilə həyata keçirilən bu qeyri-qanuni proses onların psixoloji vəziyyətinə mənfi təsir göstərir və məqsəd binanı qəza vəziyyətə salmaqdır.
 
 
Ardını oxu...
Tehsilmedia.az saytının redaksiyasına daxil olan şikayətlərdən biri də Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədovadandır. Belə ki, Ramella Məmmədova öz haqqını tələb edən, sevilən və seçilən müəllimlərdən Sifahanov Coşqunun haqqına girmiş və müxtəlif oyunlarla özbaşınalığa yol açmışdır. Belə ki, Coşqun Sifahanov Füzuli rayon 39 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir. Müəllim 2023-cü ildə direktorların işə qəbulu imtahanında iştirak etmiş və hər iki mərhələdən uğurlu keçmişdir. Komissiya rəyinə uyğun olaraq müavinlik üçün uyğun görülmüşdür. Ehtiyat kadrlar siyahısına daxil olmuşdur. Elə problemlər də buradan
başlamışdır. Əvvəlcə, öz məktəbinə müavin kimi təyin ediləcəyi gözlənilsə də, Nazirliyin
əmrinə müvafiq olaraq metodbirləşmələrin ləğv edilməsi ilə həmin məktəbə metodistlərdən birini müavin təyin etdilər. Beləliklə, 26 dekabr 2024-cü ildən Zərəntac Məmmədova Füzuli rayonu 39 nömrəli tam orta məktəbin direktor müavini kimi
fəaliyyətə başlamışdır.

Amma Coşqun Sifahanov 6-7 aydır ki, heç bir vakansiyaya yerləşdirilmir. Rayonda kifayət
qədər vakansiyalar olmasına rəğmən heç bir vakansiyaya təyin edilmir. Məsələn, Horadiz
şəhər 3 nömrəli məktəbin müavini olmadığı halda ora təyinat verilmədi, bildirildi ki,
oranın adamı var. 3 ildir oranın müavini Füzuli rayonu 39 nömrəli məktəbdə direktor idi.
Nəhayət, metodbirləşmələr ləğv olunduqdan sonra oraya müavin təyin edildi. Madam
imtahanın heç bir əhəmiyyəti yoxdur, hamı ürəyi istəyəni təyin edir, onda niyə Coşqun
Sifahanov yenidən imtahan verməlidir?! Belə ki, müəllim imtahanı uğurla versə də,
komissiya rəyi olsa da, müəllim Ramella Məmmədovun istəyinə əsasən heç bir təyinat
ala bilmir. Bu haqda qanuni səviyyədə dəfələrlə həm Füzuli Təhsil Sektoru müdiri
Ramella Məmmədovanın, həmçinin Qarabağ Regional Təhsil İdarəsi müdiri Sənan
Mənsimlinin qəbulunda olsa da, heç bir nəticə yoxdur. Ramella xanım Sənan
Mənsimlinin üzərinə atır, özünün heç bir səlahiyyətinin olmadığını vurğulayır.

Bir il öncə Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları Ramella xanıma bildirirlər ki, rayonda
Qayıdış qəsəbəsində müavin yeri vakant olan məktəb var, rayonda da iki nəfər müəllim
ehtiyat kadrlardadır: Mətin Qasımov və Coşqun Sifahanov. Bunu deyən kimi Ramella
Məmmədova deyir: “Coşqun o məktəbə getməz, ora başqa adam təyinat verin”. Bu da bir
daha göstərir ki, Ramella Məmmədova təkbaşına, müəllimi dinləmədən qərar verir.
Beləliklə, bir gənc müəllimin arzuları və xəyallarını puç edir. Dəfələrlə qəbulda olsa da,
konkret bir səbəb bildirmədən sadəcə olaraq yenidən imtahan verin bildirilmişdir. Hansı
ki, Coşqun müəllim imtahandan uğurlu keçdiyini, komissiya rəyi olduğunu bildirir və
əgər bu gün təyin olunmursa, yenidən imtahan verməyin də bir mənası olmadığını, onda
da təyinat verməyəcəklərini dilə gətirir. Çünki hər mərhələdən uğurla keçdiyi halda heç
bir təyinat verilmirsə, demək ki, bu birbaşa oyundur. Bundan əlavə, Ramella
Məmmədovanın kobud rəftarı, mən belə istəyirəm, mənim arxam var, heç kim mənə heç
nə edə bilməz. Mənim ürəyim belə istəyir, get əlindən gələni et görüm nolacaq-kimi
danışıqları hən təhsil sahəsində çalışan işçiyə layiq deyil, nə də ki, bir müəllimə qarşı
düzgün etik davranış deyil. Qeyd edək ki, Coşqun Sifahanovun qardaşı Qarabağda əhrəmanlıqla döyüşən və qazi adı alan, 5 medalı olan igidlərimizdəndir. Amma nə fayda
Ramella xanım, mənə heç kim heç nə edə bilməz, Burda mənəm, Bağdadda kor xəlifə
deyərək işini davam etdirir. Dəfələrlə qanuni və mədəni səviyyədə müraciət edilsə də,
hamısında təkrarlanmış məktublar göndərilmiş və qəti şəkildə səbəb bildirilməmişdir.
Demokratik ölkədə yaşadığımızı əsas götürərək Coşqun Sifahanov son olaraq Elm və
Təhsil Naziri Cənab Emin Əmrullayevin qəbuluna yazılmışdır. Əməkdaşlar qəbul zamanı
Coşqun müəllimi MÜTDA-nın direktor müavini Arslan Hacıyevə yönləndiriblər. Arslan
Hacıyev mütləq məsələnin həll edəcəyini bildirsə də, bu həftə içində yenə eyni məktub
gəlmiş və heç bir səbəb bildirilməmişdir.
Bilə-istəyə təyinatın verilməməsi, Ramella Məmmədovanın açıq-aşkar şəkildə heç kim
mənə heç nə edə bilməz, istədiyimi edərəm, get sən də nə istəyirsən et deməsi heç də
birmənalı qarşılanmır.
 
Ardını oxu...
Mingəçevir şəhər sakini Cəfərov Mübariz Fərman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Ədliyyə Nazirliyi tərəfindən haqsızlıqla qarşılaşır:

“Mən, Cəfərov Mübariz Fərman oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 2013 və ya 2014-cü ildə Ucar rayon Əlikənd kənd sakini, qaynım Zamanov Şöhrət Miri oğlu Mingəçevir şəhərində fəaliyyət göstərən “Unibank”dan 2000 dollar məbləğində kredit götürmüşdür. Qaynım olduğu üçün ona zamin durmuşam. 2015-ci ildə devalvasiya ilə əlaqədar pulu vaxtında tam ödəyə bilməmişdir.

07.11.2016-cı il tarixdə pul ödənilmiş və Ucar Rayon Məhkəməsinin 2(063)-1472 nömrəli 07.11.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar verilmişdir. Bank isə bizə məlum olmayan əsaslarla Zamanov Şöhrət Miri oğlunu yenidən "borclu şəxs" kimi göstərmişdir. Məhkəmə də Zamanov Şöhrət Miri oğluna 812.5 dollar və 20 manat xidmət haqqı ödənilməsi barədə xəbərdarlıq göndərmişdir. Əldə olan qərarı göstərdikdən sonra bir müddət durğunluq olmuşdur.

19.02.2025-ci il tarixdən Mingəçevir şəhər probasiya xidmətindən mənə xəbərdarlıq göndərildi ki, Zamanov Şöhrət Miri oğlunun borcunu sən ödəməlisən, əks təqdirdə əmlakınız müsadirə olunacaq, ölkədən kənara cıxa bilməyəcəksiniz. Ucar Rayon Məhkəməsinin xitam verilmiş qərarını probasia xidmətinə göstərdim. Mingəcevir probasiya xidmətində Ruqiyyə Şərifova bildirdi ki, bu qərar bu borca aid deyil. Bankla əlaqə saxladı, Ramin adlı şəxs bildirdi ki, Zamanov Şöhrət Miri oğlunun 255 dollar, yəni 341 manat borcu qalıb. Probasiya xidməti isə onlara əlavə olaraq 96 manat pul keçirəcəyimizi bildirdi.

Mən Ruqiyyə Şərifova adlı xanıma öz etirazımı bildirdim. Nə əsasla 431 manata qarşı 96 manat tələb etdiyini soruşdum. O isə bildirdi ki, məhkəmə 812,5 dollara qərar verib, biz onu əsas götürürük.

Beləliklə, maşınıma stop qoydular. Ödəniş tam bitəndən sonra maşını götürə biləcəyimi dedilər.

Məhkəmin qərarı olduğu halda 532 manat pul ödəmişəm. İcra məmuru 98 manat pulu isə icra xidmətinə çıxdı. Ruqiyyə Şərifova məhkəmənin qərarını saymadı.

Qeyd edim ki, 2 övladım 44 günlük Qarabağ müharibəsinin iştirakçısdır. Cənab prezidentimiz, Ali baş komandan İlham Əliyev tərəfindən medallarla təltif olunublar. Böyük oğlumun 3 medalı, kiçik oğlumun isə 2 medalı var.

Devalvasiya ilə bağlı Prezidnet o vaxt qərar vermişdi ki, vətəndaşların ödədiyi artıq pullar geri qaytarılsın. Heç onu da bizə qaytarmadılar. İndi də borclu şəxs qalıb bir qıraqda, zamin duran adamı sıxışdırırlar. Pul götürən şəxs də arxayın oturub evində ki, əlimdə məhkəmənin qərarı var. Arada qalan, əmlakına stop qoyulan isə mənəm.

Bu qədər də olmaz axı? Hazırda mən ölkəni tərk edə bilmirəm, əmlakıma stop qoyublar. Xahiş edirəm, səlahiyyətli qurumlar bununla bağlı tədbir görsünlər".

Dünyapress TV

Xəbər lenti