Ardını oxu...
"Necə deyərlər üzümüzə gülə-gülə bizi işdən çıxardılar. İndi oturmuşam xəstə adam, heç nə edə bilmirəm".

Bunu Ajans.az-a bu barədə keçmiş AHİK əməkdaşı məlumat verib.

Keçmiş AHİK-in işçisi deyib ki, ən azından ixtisar verərdilər, o da gedib DOST xidmətinə müraciət edərdi.

"Mən özümdə AHİK-da işləmişəm. 23 il orda iş stajım var. Neçə illərdir orda işləmişik. Bizdə bu cür aldatdılar və işdən çıxardılar. Mən pensiya yaşına çatmamışam, tək qadınam, heç bir yerdən gəlirim yoxdur. Dedilər bu gün xitam verilir, sizi işə götürəcəyik. Köhnə işçilərdənəm məndə. Deməli, mənim həmkarlarıma və digər işçilərə- xitam verdilər bu gün. Dedilər ki, sabah işə götürəcəyik. Sonra dedilər ki, siz gedin oturun gözləyin. Belə-belə saxladılar və işdən azad elədilər".

Onun sözlərinə görə 50 yaşdan sonra işə götürmürlər. Buna görə də işsiz qalıb.

"Mənim əsas şikayətim budur ki, ixtisarsız çıxardılar. Heç olmasa ixtisar verərdilər, mən gedib DOST xidmətində növbəyə durardım. Heç olmasa iş tapana kimi məndə pul alardım. Amma bunların heç biri olmadı. Necə deyərlər üzümüzə gülə-gülə bizi işdən çıxardılar. İndi oturmuşam xəstə adam, heç nə edə bilmirəm. Kreditsiz insan yoxdur, kreditim var. Əlim hər yerdən üzülüb. Hara gedirsən 50 yaşdan sonra işə götürmürlər. İllərlə orada işləmişəm. Hansısa şikayətləri olduqda rəhbərliyə deməyə icazə verilmirdi.”

Qeyd edək ki, Nigar Vahabzadə sabiq gömrük generalı Mirqasım Vahabovun qızıdır. Keçmiş əməkdaş, bildirib ki, şikayət etməyə hazırlaşanda onlara deyilirdi ki, Nigar Vahabzadə icazə vermir.

O vurğulayıb ki, 2024-cü ilin avqust ayından Səttar Mehbalıyev çıxandan sonra Sahib müəllim həmin vəzifəni icra edib. O şəxsin məlumatlı olduğunu dəqiq demək olmaz. Ona şikayət etmək istəyəndə də qoymurlar.

“ Nigar Vahabzadə gəlir, nə lazım olsa o edir. Biz bir söz deyəndə deyirlər ki, Nigar xanım icazə vermir, qoymur, məsləhət bilmir, bu adamı istəmir. Ancaq o xanımın adını hallandırırlar. Mən o xanımı bir dəfə görmüşəm, elə pis görmədim. Ancaq bir şey deyilən kimi Nigar xanım icazə vermir deyirlər.”

Keçmiş əməkdaş bildirib ki, Prezident aparatına və ya AHİK-in özünə şikayət edənlər işlə təmin olundu. Ancaq ona heç bir tədbir görülmədi.

"Qaldı ki, Sahib müəllimə, onun işçilərinin hamısı gəlir. Yenə deyirəm onun xəbəri var mı, yoxmu bilmirəm. Onlar istədiyi kimi camaatı işdən çıxarırlar. Çıxaranda da bu yaramır bunu çıxarın deyib çıxarırlar. Söhbət yaramaqdan getmir ki, çıxarırsınız düzgün çıxarın. Mən illərdi işləmişəm, ixtisarımı verin heç olmasa. Mən nə etməliyəm? Tək deyiləm ki, nə qədər adam var. Onlar, aşağı vəzifə və ya aşağı maaş olsa da işlə təmin olundular. Amma bizə olmadı".

Həmçinin, bəzən işçilər axşam 11-də evə gedib çatırdılar.

"Bizi aldatdılar. 6-nın yarısından gəlirdilər AHİK-dən tez olun bu sənədi verin, tez olun bu həll olunmalıdır. saat 8-9-a kimi saxlayırdılar. Elə olurdu ki, biz evə saat 11-də gəlib çıxırdıq. Bizi işdən sonra da saxlayırdılar. Saat 10-a kimi qalırdıq. Amma indi oturublar öz işlərində, heç nə etmirlər. Ancaq qəşəng maaş alırlar. Yəni, bu boyda stressin, əziyyətin qarşısında bizə belə hörmət olundu. Mən də bilmirəm kimə müraciət edim, istəyərəm yazım. Yazacam da. Amma görürəm ki, alınmır. Nə qədər evdə oturum, nə qədər bacım, qardaşım mənə pul gətirsin? Belə olmur axı". -deyə, o açıqlayıb.

Keçmiş əməkdaşın fikirlərinə görə onlara deyirdilər ki, iş yoxdur, çatdırmaq olmur, pul vəsaiti yoxdur. Ancaq görünən o idi ki, neçə adamı işə götürüblər. Təzə işçilər yığıblar. Öz adamları və ya yeni işçilər olduğu tam məlum deyil. Gələnlərin hamısına yüksək maaşla iş verilib. Amma köhnə əməkdaşlara yer olmadı.

Ajans.az
 
Ardını oxu...
Siyəzən rayonu, M.V. Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:

"Möhtərəm Prezident!

Məlumat üçün yazıb Sizə bildirmək istəyirəm ki, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlu yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkdiyi üçün 18 aprel 2025‐ci il tarixdə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasın'na müraciət etmişdir. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulmuş, təcili yardımın köməyi ilə xəstə Bakı şəhəri, Mərkəzi Klinika'ya təxliyə edilmişdir. Mərkəzi Klinika'da kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq kimi fəaliyyət göstərən Firdovsi İbrahimov, atam Qabil Zeynalovu müayinə etdikdən sonra, onda ürək damarının tutulması aşkar edilərək, onun ürəyinin damarına angioplastika yolu ilə STENT qoyulduqdan sonra, təkrarən 26 aprel 2025‐ci il tarixdə növbəti müayinədən keçməsini bildirmişdir. 26 aprel 2025‐ci il tarixdə atam Qabil Zeynalov yaxın ailə üzvlərimizin köməyi ilə birgə Mərkəzi Klinika'ya Firdovsi həkimin baxışından keçməsi, təkrarən müayinə edilməsi üçün gətirilsədə, lakin Mərkəzi Klinika'da qeydiyyat şöbəsinə yaxınlaşan zaman, oradakı əməkdaşlar qanunsuz olaraq, pul köçürmələrini tələb edərək, əks halda xəstəyə baxmayacaqlarını bildirmişlər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək xəstə yaxınlarından pul köçürmələrini tələb etmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunda göstərilir ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlərin göstərilməsi, bu mümkün olmadığı təqdirdə, vətəndaşa tibbi xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək, həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 (qırx beş) gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər. Burdanda açıq‐aydın görünür ki, Mərkəzi Klinika'nın qeydiyyat şöbəsinin əməkdaşları və Firdovsi həkimin köməkçiləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunun bu tələbini kobud şəkildə pozmuşlar. Bununla bağlı xəstənin yaxınları Firdovsi həkimin otağına yaxınlaşaraq xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələr də, ancaq əfsuslar olsun ki, Firdovsi həkim və köməkçiləri isə ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə əlillərinin daim diqqət mərkəzində saxlanılması və onların incidilməməsi haqqında tapşırıq və tövsiyyələrinə əməl etməyərək, atam Qabil Zeynalovu sovet dönəmində vuruşduğunu, onu müharibə əlili kimi tanımadıqlarını açıq şəkildə ifadə edərək, müharibə əlilləri arasında ayrı‐seçkiliy salmaqla bu kimi təxribatla da məşquldurlar. Buna dair biz də onların videogörüntüləri və səsyazıları mövcuddur. Lazım gələrsə həmin faktları aidiyyəti üzrə təqdim etməyə hazıram. Onu da bildirmək istəyirəm ki, əlacsız qalmaları səbəbindən Firdovsi həkim və köməkçilərinin dedikləri ilə razılaşmaq məcburiyyətində qalan xəstə yaxınları, xəstənin ixtisaslı müayinə və müalicə olunması üçün Mərkəzi Klinika'ya ödənişlər etmişdir. Həmin ödənişlərə dair biz də qəbzlər də var. Ödənişləri etdikdən sonra, xəstəni kardioloq Firdovsi İbrahimovun qəbuluna keçirən zaman, xəstəxananın mühafizə xidməti yaxınlaşaraq, həkimin xəstəni qəbul etmək istəmədiyini bildirmişdir. Səbəb də o, olmuşdur ki, Firdovsi həkimin dediyinə görə guya ki, biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Halbuki belə şey baş verməmişdir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq, hər bir vətəndaşın təklif, ərizə və şikayət etmək hüququ vardır. Nə mən, nə də ki, digər ailə üzvlərimizin Firdovsi İbrahimovun barəsində şikayətlər etmədiyini xəstənin yaxınları Firdovsi həkimin diqqətinə çatdırsalar da, amma bütün bunlara baxmayaraq, həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə rəftar edərək, müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlunu ixtisaslı müayinə və müalicə etməkdən, bir sözlə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina etmişdir. Mən və demək olar ki, əksər ailə üzvlərimiz dərhal bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi'nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ‐ 1542 və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi'nin ‐ 815 qaynar xətlərinə zəng edib məlumat bildirdikdən sonra, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı Mərkəzi Klinika'nın müvafiq şəxsləri ilə əlaqə yaratmağa çalışsa da, həkimlər danışmaqdan boyun qaçırmışlar. Əlavə olaraq bildirmək istəyirəm ki, mən bundan öncə də qeyd etdiyim məsələ ilə bağlı 26 aprel 2025‐ci il tarixdə, AR‐nın Səhiyyə Nazirliyi'nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyi ‐ 1542 və TƏBİB‐nin ‐ 815 qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, eyni zamanda müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq, 2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlunun başına hər hansı bir xoşagəlməz hadisə gələrsə, ilk növbədə tələbimizin Firdovsi İbrahimovdan olacağını bildirmişdim. Lakin, onunla bağlı heç bir tədbir görülmədiyindən, atam Qabil Zeynalov həmin hadisənin səhəri günü yəni 27 aprel 2025‐ci il tarixdə dünyasını dəyişib. Həmin 26 aprel 2025‐ci il tarixli müraciətimi də indi ki, ərizəmə əlavə edərək Sizə göndərirəm.

Cənab Prezident!

Odur ki, yuxarıda qeyd edib göstərdiyim xüsusat və faktların öz nəzarətiniz altında kökündən, tam, hərtərəfli və obyektiv araşdırılaraq, Mərkəzi Klinika'da kardiologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərən həkim‐kardioloqu Firdovsi İbrahimovun xəstəmizə qarşı etmiş olduğu qanunsuz və cinayət xarakterli hərəkətlərinə obyektiv hüquqi qiymət verilərək, onun barəsində qanunamüvafiq ciddi tədbirlər görməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm".
 
Ardını oxu...
Saleh Məmmədovun kadrı 44 nömrəli Yardımlı yol istismar idarəsinın rəisi Ceyhun Verdiyev təbiətə açıq-aydın meydan oxuyur.

Belə ki, Ceyhun müəllim qanusuz olaraq bələdiyyə torpaqları ilə yanaşı Çayüzü meşəbəyliyində dövlət meşə fondu torpaqlarında qazıntı işləri apartdırıb,

ərazilərdə ki daş və qarışıq suxurları qazdırıb bir başa Yol İsrismar idarəsinin həyətinə daşıtdırmışdır.

Bu işdə ona dəstək olanlardan da biri yerli ekologiya müfəttişi Rauf müəllimdir.

Hazırda iş Baş Prokurorluqda araşdırmadadır.

Nyus.Az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
 

 



Ardını oxu...
Qazax rayonunda dəhşətli hadisə baş verib.

32gun.az-a daxil olan məlumata görə, 1980-ci il təvəllüdlü, 45 yaşlı Elmar Daşdəmirov iyunun 1-də dünyasını dəyişib.

İddia olunur ki, E.Daşdəmirov ölümündən öncə Qazax rayonunun Çaylı kəndində fəaliyyət göstərən, ata-oğul – Şəhadət və Bahadır adlı diş həkimlərinin qəbulunda olub. Məlumata görə, Daşdəmirov əvvəlcə diş problemi ilə onların qəbulunda olub. Daha sonra həmin diş infeksiyalaşıb və şiş verib. Bu səbəbdən o, yenidən həmin şəxslərə müraciət edib. Ata və oğul ona antibiotik və digər dərman vasitələri təyin edərək resept veriblər.

Araşdırmalarımız zamanı məlum olub ki, adıçəkilən şəxslərin heç birinin tibbi diplomu və lisenziyası yoxdur. Onlar təhsillərini xaricdə aldığını iddia etsələr də, bu barədə heç bir rəsmi sənəd təqdim etməyiblər. Həmin şəxslərin diş həkimi kimi fəaliyyət göstərməyə hüquqları yoxdur və resept yazmaq səlahiyyətləri də mövcud deyil.

İddialara görə, verilən resept əsasında Elmar Daşdəmirova iynə vurulub. Onun yaşadığı Fərəhli kəndində iynəni məntəqə müdiri vurub və bundan sonra Daşdəmirov dünyasını dəyişib.

Hadisə ilə bağlı Fərəhli kənd icra nümayəndəsi Nəsimi Vəliyevlə əlaqə saxladıq. O, Elmar Daşdəmirovun ölüm faktını və ondan öncə həkim qəbulunda olduğunu təsdiqləyib. Lakin ölüm səbəbi ilə bağlı dəqiq məlumat verə bilmyib. İcra nümayəndəsi həmçinin qeyd edib ki, kənddəki tibb bacısı Elmar Daşdəmirova heç bir iynə vura bilməyib. O dünyasını dəyişib.

İcra nümayəndəsi iddia edir ki, onun ürəyində problem olub. Lakin o, nə tibb bacısının adını açıqlayıb, nə də həmin şəxsin E.Daşdəmirovu hansı tibb məntəqəsində və ya evdə qəbul etdiyini dəqiqləşdirə bilib.

Hadisə ilə bağlı araşdırmalar davam aparılır.
Ardını oxu...
Samir Əliyev 19 ünvanında inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazənin olmadığı bildirilir
Son illər ölkə ərazisində qanunsuz tikililərin qarşısının alınması üçün dövlət qurumları tərəfindən aparılan tədbirlərə baxmayaraq, hələ də bu problem qalmaqda davam edir. Qanunsuz tikililərinin gizli yayıldığı ərazilərdən biri də Bakı şəhəri Surxanı rayonu olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc edilir.
Azfakt.com-un əldə etdiyi məlumata görə Suraxanı rayon Yeni Ramana qəsəbəsi Samir Əliyev 19 ünvanında heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan obyekt tikilir.
Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq Suraxanı rayon Yeni Ramana qəsəbəsi Samir Əliyev 19 ünvanında inşa edilən obyektlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında məlumat yoxdur. Bu isə o anlama gəlir ki, inşa edilən obyektlə bağlı aidiyyatı qurumların rəsmi icazəsi yoxdur.
Tikintiyə özünü qazi kimi qələmə verən Ramin adlı maklerin rəhbərlik etdiyi, ancaq obyektin əsl sahibinin başqa sahibkar olduğu bildirilir.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovdur.
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.

 
 


 
Ardını oxu...
Redaksiyamıza müraciətdə Elçin Muradov yazır:

Azərbaycanın təhlükəsizlik sektorunda fəaliyyət göstərən və milyonlarla manatlıq dövlət tenderləri qazanan Security Operation Services MMC ilə bağlı şok iddialar gündəmi silkələyir. Şirkətin keçmiş əməkdaşı Elçin Muradovun açıqlamaları ciddi korrupsiya, hüquq pozuntuları və təhlükəsizlik risklərini ortaya qoyur. Daha da narahatedici məqam isə odur ki, məsələ ilə bağlı mediada gedən suallar hələ də cavabsız qalır.

Əmək haqqı və büdcə yeyintisi iddiaları

Elçin Muradovun bildirdiyinə görə, "Security Operation Services" MMC 8 aylıq dövrdə əməkdaşların maaş və bayram mükafatları üçün Prezident sərəncamı ilə ayrılmış 13.824.000 manatlıq büdcənin böyük hissəsini mənimsəyib. Rəsmi sənədlərdə saatlıq xidmət haqqı 7.50 AZN olaraq göstərilsə də, əməkdaşlara cəmi 2.60 AZN ödənilib. Bu, əmək hüquqlarının və dövlət sərəncamlarının açıq-aşkar pozulmasıdır.

Prezident Sərəncamı: Şirkət rəhbərinin “şəxsi təklifi” kimi

Əməkhaqqı artımı ilə bağlı Prezidentin sərəncamı şirkətin keçmiş rəhbəri Anar Məmmədov tərəfindən öz “şəxsi qərarı” kimi təqdim olunub. Bu, təkcə işçilərin hüquqlarının pozulması deyil, həm də dövlətin ali iradəsinə qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər.

Beynəlxalq qalmaqal: Ailənin adı terrorla hallanır

Daha da ağır iddialardan biri isə Anar Məmmədovun oğlu Həsən Məmmədovun Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən terror fəaliyyətində ittiham edilərək axtarışa verilməsi ilə bağlıdır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu barədə rəsmi efirdə verdiyi açıqlama isə vəziyyəti daha da mürəkkəbləşdirir.

Qadağan olunmuş təlimlər: Kəmərlərə “Bomba sınağı”?
2024-cü ilin avqustunda Security Operation Services MMC tərəfindən neft kəmərləri ətrafında keçirilən “təlimlər” zamanı yad cisimlərin kəmərlərə yerləşdirilməsi cəhdi qeydə alınıb. Bu, Prezidentin özəl mühafizə şirkətlərinə qoyduğu qadağalara ziddir və DTX səlahiyyətlərinin qanunsuz mənimsənməsi deməkdir.

SOCAR Nə edir? Milyonlar kimlərin cibinə gedir?

Məlumatlara görə, şirkət illərdir SOCAR-dan milyonlarla manat dəyərində tenderlər qazanır. Halbuki, rəsmi sənədlərdə və audit yoxlamalarında korrupsiya əlamətləri görünür. SOCAR-ın məsələ ilə bağlı heç bir reaksiya verməməsi sual doğurur: SOCAR hara baxır? Bu vəsaitlər niyə, necə və kimlərin vasitəsilə köçürülür?

Media Sorğuları Cavabsız Qalır

Məsələ ilə bağlı Security Operation Services MMC-yə və SOCAR-a yönəldilən media sorğularına bu günə qədər rəsmi cavab verilməyib. Şəffaflıq və ictimai hesabatlılıq baxımından bu, qəbuledilməzdir.

Mövcud iddialar təkcə bir şirkətə qarşı deyil, ölkənin təhlükəsizlik, iqtisadi və beynəlxalq nüfuzuna qarşı risklər yaradır. Bu səbəbdən:

Baş Prokurorluq, DTX və Hesablama Palatası dərhal araşdırma aparmalıdır.

SOCAR bu şirkətlə olan bütün maliyyə əlaqələrini ictimailəşdirməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək haqları ilə bağlı ciddi audit həyata keçirməlidir.

Bu məsələ təkcə keçmiş bir əməkdaşın iddiası yox, bütünlükdə dövlətin və vətəndaşların təhlükəsizliyinə və haqlarına yönəlik bir çağırışdır. Cavabsız qalan suallar isə gündəmdə qalmaqda davam edir.

BakuNews
 

Ardını oxu...
     

 Mayorun törətdiyi qəza: Miqrasiya Xidmətinin əməkdaşları xəsarət alıb
Xanım mayorun törətdiyi qəza: Miqrasiya Xidmətinin əməkdaşları xəsarət alıb

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları gecə saatlarında ağır qəza keçiriblər.

Dövlət Miqrasiya Xidmətinin mayoru, Səbinə Rzayevanın idarə etdiyi avtomobil, içərisində olan qurumun digər əməkdaşları birgə Sabunçu rayonu ərazisində ağır qəzaya düşüblər.

News365.az xəbər verir ki, qəza nəticəsində xidməti avtomobil qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə zamanı Səbinə Rzayeva və digər əməkdaşlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qarşı tərəfin sürücüsü isə çoxsaylı sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.Yaralıların vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.

Məlumata görə qəzaya səbəb Səbinə Rzayevanın yol hərəkət qaydalarını pozduğu üçün baş verib.Hadisə şahidlərinin iddiasına görə qəzanı törədən xanım mayor əməkdaş avtomobili içkili idarə edirmiş.

News365.az-a verilən məlumata görə, Səbinə Rzayeva idmançıdır, ağırlıqqaldırma üzrə beynəlxalq 1-ci dərəcəli hakimdir.

News365.az

Ardını oxu...
 

Ardını oxu...
Bakıda ağaclar və yaşıllıq ərazi yandırıldı...

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Xətai rayonu Gəncə prospekti 25 ünvanındandır.

Sakinlər iddia edir ki, yanğınlar əsasən axşam saatlarında MTK-nın bir qrup işçiləri tərəfindən həyata keçirilir.

Sakinlərin sözlərinə görə, bu hal dəfələrlə təkrarlanıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ ilə bağlı hüquqmühafizə orqanlarına müraciət ediləcək.

Xətai Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, ərazidəki ağaclar yenidən bərpa olunacaq.

Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, yanğın nəticəsində təxminən 500 kv.m açıq sahə yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri hazırda Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılır.

Sakinlərin şikayəti ilə bağlı "HAYAT RESIDENCE"lə əlaqə saxlamağa çalışsaq da, əvvəlcə zənglərimizə cavab verilmədi, sonra isə suallarımızı cavablayan tapılmadı.


Ardını oxu...
Yeganə Məmişovanın maaşı ilə uzlaşmayan mülkləri...

Azərbaycanda fəaliyyət göstərən əksər məmurların bizneslə məşğul olması heç kimə sirr deyil. Aylıq vəzifə maaşları 1000-1500 manat civarında olan məmurların sahib olduqları yüz min, bəzən isə milyonlarla ölçülən obyektlərin hansı vəsaitlə əldə etməkləri ölkə ictimaiyyətini həmişə düşündürüb.

Vəzifə borcları dövlətə, xalqa xidmət olan bu məmurlar daha çox özlərini, şəxsi mənfəətlərini düşünürlər.

AzFakt.com-un araşdırması zamanı məlum oldu ki, dövlətdən, xalqdan daha çox şəxsi mənafeyini düşünən, özünə mal-mülk əldə edən məmurlardan biri də Sumqayıt şəhərində fəaliyyət göstərən 17 saylı bağçanın müdiri Məmişova Yeganə İldırım qızıdır.

Yeganə Məmişovanın Sumqayıt şəhəri 8 mikrorayon, Bakı küçəsində ticarət mərkəzi var.

Sərmi sənədlərdə ümumi sahəsi 56 kvm göstərilən obyektin real bazarı qiyməti 200 min manatdan artıqdır.

Bağça müdirinin əmlak biznesi bununla yekunlaşmır.

Belə ki, Yeganə Məmişovanın daha bir obyekti Sumqayıt şəhəri 13-cü mikrorayon, Niyazi küçəsində yerləşir.

Bu ünvanda olan obyektin ümumi sahəsi 100 kvadratmetrdir.

Obyektin bazar qiyməti 300 min manat civarındadır.
Ardını oxu...
Aylıq vəzifə maaşı 800-1000 manat arasında olan başça müdiri Yeganə Məmişovanın bu obyektləri hansı vəsaitlə əldə etdiyi ciddi suallar yaradır.

Son illər Azərbaycanda uşaq baxça müdirləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməsi hallarına daha çox rast gəlmək olar. Belə ki, aidiyyatı qurumların bir çox baxçalarda apardığı yoxlamalarda dövlətin onlara etibar edilmiş vəsaitinin müxtəlif yollarla mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilir. Görəsən Sumqayıt şəhər 17 saylı uşaq baxçasının müdiri Yeganə Məmişovada dövlət vəsaitinə əl uzadır? Yoxsa onun Sumqayıt şəhərində tikdirdiyi obyektlər başqasının vəsaiti hesabına əldə edilib?

Yeganə Məmişova bilməlidir ki, vəzifəli şəxs olduğu üçün onun adına biznes oyektinin olması qanunla qadağan edilib.

Qeyd edək ki, Sumqayıt şəhər 17 saylı bağçada 2 qrup fəliyyət göstərir.
Ardını oxu...
Balakən rayonunun Qazma kənd sakini Bayramov Famil Aslan oğlu tərəfindən ona qarşı törədilən dələduzluq əməllərinə görə 6000 manat pulunun qaytarılmadığı üçün Balakən İcra şöbəsinin məmuru Bəhruzun özbaşına əməllərinin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova və diğər aidiyyəti qurumların rəhbərlərinə 30 aprel 2025-ci il tarixli müraciəti ünvanlanmışdı.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olmuş məktubu biz 01 may 2025-ci il tarixində “Vətəndaş icra məmurunun əməllərindən Ədliyyə naziri Fərid Əhmədova müraciət etdi” başlığı ilə olduğu kimi ictimailəşdirdik və tədbirlər görülməsi üçün aidiyyatı üzrə göndərdik. Qısa müdət ərzində şikayətçi Famil Aslanov Balakən rayon Prokurorluğuna dəvət olunaraq izahatı alınmışdır. Şikayətçi Familin əməkdaşımıza verdiyi məlumatlardan aydın olmuşdur ki, aparılan araşdırmalardan dərhal sonra Balakən rayon İcra Şöbəsinin icra məmuru Bəhruz müəllimin özü onunla telefon əlaqəsi saxlayaraq çox ciddi narahat olduğunu bildirmiş, barəsində yazılan şikayətin də detallı və hərtərəfli yazıldığını etiraf etmiş və vaxtilə guya işin sürətlənməsi adı ilə ondan aldığı 200 manatı da nağd formada geri qaytarmışdır. Eləcə də Bəhruzun yaxın adamları da Familin qapısına minnətçi düşərək ondan şikayətçi olmamağı xahiş etmişlər ki, görək Bəhruz bu problemdən necə “xilas” ola bilir. Famil də onlarla razılaşmışdır ki, gedin işinizi özünüz həll edin. Mən əsas Rahilə müəlliməyə oğlunun vaxtilə həbs olunmaması üçün şəxsi fındıq bağını satacağı vədi verərək alıb mənimsədiyi 6000 manatı almağa çalışıram.

Bir daha xatırladaq ki, Famil həmkəndlisi olan Məmmədova Rahilə Məhəmməd qızına 2024-cü ilin əvvəlində ona şəxsi fındıq bağının satılması şərtilə əvvəlcədən Balakən Notariat kontorunda borc müqaviləsi imzalayaraq 7000 ( yeddi min manat) vermişdir. Daha sonra da 1000 manatı onun oğlu olan Sərkərov Pərviz Məmməd oğluna da notarius vasitəsilə vermişdir. Lakin necə oldusa bu ana və oğul sonradan fikirlərindən vaz keçdilər. Və Familə 2000 manat qaytardıqdan sonra qalan 6000 manat pulumu 1 ildən çoxdur ki, qaytarmaqdan vaz keçmişlər. Notariat kontoru rəisinə şikayətdən sonra işicra üçün edilməsi üçün Balakən İcra Şöbəsinə göndərilmişdir. Rahilənin hazırda əmək pensiyası 950 manat olduğu halda Balakən İcra Şöbəsinin icra məmuru olan Bəhruz bildirdi ki, fevral ayından sizə onun kartından 450 manat tutularaq ödənişlər olacaq. Lakin o ödəniş etmək əvəzinə Notariat Kontorunun qəbul etdiyi borcun ödənilməsi barədə qərardan yerli məhkəməyə şikayət vermişdir. Şikayətə 29 mayda baxılması nəzərdə tutulmuşdur. Elə burada “oğru-doğru”zərb məsləsi yada düşür.

Bəli, Familin yuxarı orqanlara etdiyi şikayətdən hiddətlənən Rahilənin Ekologiya Nazirliyində Meşələrin İnkişafı Depertamentində işləyən oğlu Sərkərov Rəşad Məmməd oğlu isə daha qabağa gedərək Famili ona “pəltək” deməklə təhqir etdiyinə görə məhkəməyə verəcəyilə hədələmişdir ki, sonda o anasından 6000 manat pulu istəməkdən vaz keçməyə məcbur olsun.

Bütün bu hadisələrin fonunda hər ay təqaüdündən 450 manat pul tutularaq Famil Aslanova ödənilməsi qərarına rəğmən o yerli prokuroluqda yazdığı öhdəlikdə qeyd etmişdir ki, oktyabrın 1-də 5500 manat pulu fındıq satıb ödəyəcəkdir. İndi isə 500 manat nağd pul verərək F.Aslanovu razı sala bilmişdir. Ürəyiyumşaq olan Famil Bayramov da uzaqgörən və istənilən çətin vəziyyətdən çıxmaqda mahir usta olan Rahilənin bu “tələsi”nə asanlıqla düşmüşdür. Regiondan verilən məlumata görə isə baş verən soyuqlar bu il fındıq məhsulunun çox zəif olacağını deməyə əsas verir. Atalar demişkən- “Yağmadı yağış, bitmədi qamış”. Onda necə olacaq?

Aktualinfo.org

 

Dünyapress TV

Xəbər lenti