Ardını oxu...
Şirvan bələdiyyəsinin yeni seçilən sədri İlham Səfərov da digərlərindən seçilməyib. Bələdiyyə sədri seçiləndən sonra ilk addım bələdiyyənin ümumi vəziyyətin inkişafa doğru dəyişiləcəyi deyilsə də hələ də o söz havada qalıb. Bələdiyyə sədri vətəndaşlarla ilk görüşündə yığılan vergilərin şəhərin problemlərinin həllinə yönəldiləcəyi sözünü də tuta bilməyib. Onun işi rayon rəhbərinin yanında görsənməkdən başqa bir şey deyil.
Əslində İlham Səfərovun idman kompleksində işlədiyi illərdə şirvanlılara xeyri olmayıb. O, dövlətin malını icarəyə verərək öz xeyrinə işləyib. Mərdan müəllim arxasında olduğu üçün ona "gözün üstündə qaşın var" deyən yoxdu. Bələdiyyə sədirliyinə də Mərdan müəllim və adamlarının kölgəsi hesabına gəlib. Hər kəsə məlumdur ki, bələdiyyənin fəaliyyəti daim seçicilərin diqqətində olub. Burda əsas məqsəd bu gün sakinlərin üzləşdiyi problemləri dinləmək və perspektivdə bələdiyyədən asılı olan məsələlərin həllinə nail olmaqdır. Bununla yanaşı sakinlərə vergi ödənişi ilə bağlı vergi xidmətinin əməkdaşları ilə birgə maarifləndirici söhbətlər aparılmaqdadır. Amma bunlar hələ də həyata keçirilməyib. leysan yağışlar zamanı əziyyət çəkən şəhər cammatı, vəziyyətə hazır olmayan bələdiyyədən haqlı olaraq narazılıq edir yəni problemlərlə dolu şəhərdə yaranmış vəziyyət ürəkaçan deyil. İllərdir yığılıb qalan DSMF və əmək haqqı borcları hələ də süründürlməçilikdədir. İclaslarda sakinlərin qaldırdığı bütün problmlər yola verilir, hələ də həllini tapmır. Hələdə şəhər zibil qutuları ilə tam təmin eilməyib, yerli sakinlər bu və digər haqlı səbəblərdən narazılıq edir və vəziyyətin düzələcəyinə ümid bəsləyir.
Məlumat üçün bildirək ki, Şirvanda olan əməkdaşımızın sakinlərlə apardığı sorğu və söhbətlərində və onların cavablarında ürəkaçan mənzərənin olmamasına şahid olub. Və, "yeni bələdiyyə sədrindən razısızmı" sualına cavab da heç də müsbət olmayıb.
Paytaxt.org bildirir ki, yerli sakinlərdən biri "yeni bələdiyyə sədrindən razısızmı" mürəciəti sosial şəbəkədə paylaşılıb, cavablar elə də ürəkaçan olmayıb. Həmin paylaşımdan gələn cavabların bir qısmin təqdim edirik:
Ardını oxu...

Qey edək ki, İlham Səfərov 51 saylı Şirvan Seçki Dairəsi üzrə bələdiyyə sədrliyinə YAP tərəfindən namizədliyi irəli sürüb. Vaxtı ilə sosial şəbəkələrdə seçkilərdən əvvəl artıq sədr seçilib - yox, təyin olunması barədə məlumatlar da yayılmışdı.

Paytaxt.org
Ardını oxu...

Bakıda burununu əməliyyat etdirmək istəyən Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan Lətafət Məmmədova dələduzluğun qurbanı olub.

DogruXeber.az: - Redaksiyamıza bununla bağlı şikayət ünvanlayan Lətafət Məmmədova qeyd edib ki, 2024-cü ilin aprel ayında burnunda olan çəpər əyriliyini əməlliyat etdirmək üçün “Med Aura” klinikasına müraciət edib.

Ardını oxu...

Onu əməliyyat edən həkim Kəmalə Mirzəyeva sözüsn əsl mənasında Lətafət Məmmədovaya cəhənnəm yaşadıb.

Ardını oxu...

Ardını oxu...

Artıq bir ildir ki, Lətafət Məmmədova xəstəxanaların qapısında qalıb. Onu əməlliyat edən həkimin səhvi nəticəsində Lətafət Məmmədova bir ildir ki, nəfəs ala bilmir və ürəyində ciddi problemlər yaranıb. Bundan sonra şikayətçi ölkə başçısı İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya şikayət ünvanlayıb. Bundan sonra sonra TƏBİB və Səhiyyə Nazirliyindən Lətafət Məmmədovaya bildirilib ki, bu əməliyyat dövlət xəstəxanalarında icra edilmir. Şikayətçi bildirir ki, bir ildir “Med Aura” klinikasının baş həkimi Nigar xanım və həkim Kəmalə Mirzəyeva mübarizə aparır. Biz də məsləninin mahiyyətini anlamaq üçün “Med Aura” klinikasının baş həkimi Nigar xanımla əlaqə saxladıq. Nigar xanım bildirdi ki, onlar da Lətafət Məmmədovanın həkimin apardığı uğursuz əməliyyatın qurbanı olduğunu bilir.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

“Biz həkim Kəmalə Mirzəyeva haqqında Baş prokurorluğa və Nəsimi rayon prokurorluğuna şikayət ünvanlamışıq. Hal-hazırda həkimlə bağlı araşdırmalar aparılır.”-deyə klinikanın baş həkimi bildirib.

Şikayətçi Lətafət Məmmədova bildirir ki, həkim Kəmalə Mirzəyeva ümümilikdə 34 nəfəri əməliyyat edib və bütün xəstələr acı nəticə ilə üz-üzə qalıb.

“Mən də olan məlumata görə hətta Kəmalə Mirzəyevanın diploma da olmayıb. Amma o 34 nəfəri əməliyyat edib. Mənə 10 min manata qədər maddi ziyan dəyib. Bu günə qədər müalicə alıram və əmək fəaliyyətim itib.Bu günə qədər mənim problemlərim həll edilmir. Məsuliyyət daşıyanlar isə qaçıb gizləniblər”- deyə şikayətçi bildirib. // vətəninfo.az

Mövzuya qayıdacayıq.

 

 
Ardını oxu...
Rövşən Rüstəmov "Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin olunanda gözlənilirdi ki, gənc və yeni kadr müsbət dəyişikliklər səhifəsi açacaq. Dəmiryolçular da ümid edirdilər ki, təzə mərhələ başlanır, nə Arif Əsgərov, nə Cavid Qurbanov dönəmi olacaq. Hamı üçün maraqlı idi ki, Rövşən Rüstəmovun siyasəti və strategiyası nədən ibarət olacaq. Anaxeber.com bildirir ki, gözləntilər puça çıxdı. Pandemiya dövründən fəaliyyətsiz qalan, indi-indi bəzi daxili reysləri olan QSC-dən qulağımıza çatanlar ancaq və ancaq şikayət, maxinasiya, tender yolu ilə yeyintilər, hansısa əməkdaşa haqsızlıq edilməsi kimi xəbərlər olur. Dəfələrlə qurumun tender yolu ilə mənimsəmələrə yol verdiyi media resurslarında işıqlandırılıb, dəfələrlə müxtəlif məhkəmə işləri haqda məlumatlar verilib.... Yəni Rövşən Rüstəmovun idarəsi ya məhkəmə çəkişməsindədir, ya da adı hansısa qalmaqalda hallanır.
Bu dəfə isə məlum olur ki, qurum öz əməkdaşlarını məcburi şəkildə işdən çıxmağa vadar edib.
Belə ki, aprelin 10-da “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin H.Z.Tağıyev stansiyasında yerləşən idarəsində iclas keçirilib. Gündəlikdə duran məsələ isə işçilərin çıxarılması olub. Sahə rəisi Elxan İsmayılov bir qrup işçini kabinetində toplayaraq, onlardan öz ərizələri ilə işdən çıxmalarını tələb edib. Hətta təzyiq göstərib ki, əgər ərizə yazmasalar, mayın sonunda əmək müqavilələrinə xitam veriləcək.
Məlumata görə, məcburi şəkildə müddətli əmək müqaviləsi imzalanıb. Halbuki əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İndi isə işəgötürən Elxan İsmayılovun yaxın adamı Qəzənfər Abdulazimov bundan sui-istifadə edərək, şəxsi qərəzi olan işçilərin müqaviləsinə xitam verməyə hazırlaşıb.
64 yaşı yeni taman olmuş işçilər təbii ki, buna haqlı etiraz ediblər və bildiriblər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən dövlət müəssisəsində çalışmanın yaş həddi 65-dir. Həm də müəssisədə onlardan daha yaşlı - 66, hətta 70 yaşı ötmüş işçilər də var. Lakin onlar Elxan İsmayılova yaxın adamlar olduğu üçün onları saxlayaraq, əvəzində hələ yaşı çatmamış işçiləri çıxarmaq istəyir.
İşçilər E.İsmayılovdan hansı səbəbdən işdən çıxarıldıqlarını soruşublar. Ondan rəsmi sənəd təqdim etməsini tələb ediblər. Lakin o sərt şəkildə bildirib ki, heç bir rəsmi sənəd yoxdur, əmr yuxarıdandır. İşçilər təbii ki, buna etirazlarını bildiriblər və birmənalı şəkildə ərizə yazmayacaqlarını qeyd ediblər. Bunu eşidən İsmayılov bərk qəzəblənib və deyib ki, “əgər ərizə yazmasaz, Almaza deyəcəyəm sizi işə buraxmasın”.
Qeyd edək ki, Almaz Əliyeva sahənin keçmiş insan resursları üzrə mütəxəssisi, törətdiyi korrupsiya əməllərinə görə bir il öncə vəzifəsindən azad edilmiş şəxsdir. Lakin Elxan İsmayılovun "qara kassa"sı olduğu üçün onu işsiz qoymayıb və “Çeşidləmə Təpəsi” adlanan, əslində, fəaliyyət göstərməyən sexə mexanik qəbul edib və ona şərait yaradıb ki, Əliyeva yenə insan resurslarına aid otaqda oturaraq öz köhnə fəaliyyətinə davam etsin.
Xəbərə görə, iclasda Almaz Əliyeva da iştirak edib. E.İsmayılov işçiləri onunla hədələyib. Lakin işçilər bildiriblər ki, A.Əliyeva ümumiyyətlə insan resursları mütəxəssisi deyil, o müəssisədə qeyri-qanuni fəaliyyət göstərir, onun işçiləri işə buraxmamağa ixtiyarı yoxdur.

Bu variantın baş tutmadığını görən Elxan İsmayılov, bu dəfə sözü Almaz Əliyevaya verib. Sonuncuda işarəvermə və rabitə xidmətinin insan resursları üzrə mütəxəssisi Sevinc Məmmədovanın onun telefonuna göndərmiş olduğu səs yazısını açıq qoyub. Sevinc Məmmədova səs yazısında bildirir ki, “kim ərizə yazmasa, onları təqdimat ilə qovun işdən, getsin”.
Göründüyü kimi, Rövşən Rüstəmov quruma rəhbərlik edə bilmir və bir anarxiya hökm sürməkdədir. “Azərbaycan Dəmir Yollarında” çalışmış, sayılıb-seçilən dəmiryolçuların bu cür üsullarla işdən çıxarmağa çalışmaq qurumun adına xələl gətirir. Həmin şəxslər prezidentə müraciət etməyə hazırlaşır.
Xatırladaq ki, daha əvvəl də 50 nəfər bu şəkildə işdən çıxarılıb.
Adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Anaxeber.com
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən keçirilən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisi işlərinin satın alınması məqsədilə açıq tender müsabiqəsində “AZƏRİ BİZNES” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin Cəmiyyətlə 3.200.426,42 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Bununla bağlı məlumat satınalmaların portalında 21.04.2025-ci ildə dərc edilib.
Aktualinfo.org sözügeən şirkətin fəaliyyət sferasını araşdırmışdır. “”Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu. MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi barədə də açıq mənbələrdə heç bir məlumat yoxdu. Amma təcrübəsi var. Bu təcrübəni də Fövqəladə Hallar Nazirliyinə tabeli digər qurumların keçirdiyi satınalmalarda əldə edib.
Qeyd edək ki bu “Azəri Biznes” MMC ilə Fövqəladə Hallar Nazirliyinə tabeli digər qurumlar arasında bağlanan ilk satınalma müqaviləsi deyil.
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti “Azəri Biznes” MMC ilə Bakı şəhəri, Səbayıl rayonu, “Badamdar 20-ci sahə” sürüşmə sahəsində mühəndis axtarış işləri üzrə 10.997.093,63 manat müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 16.05.2023-cü ildə dərc edilib. Amma portalda müqavilənin başlanma tarixi 14.10.2022-ci il bitmə tarixi isə 25.12.2022-ci il göstərilib. İki ay on günə Azəri Biznes” MMC az qala 11 milyon manata nə kimi işlər görə bilər?
Sözügedən qurum Bakı şəhəri, Səbayıl rayonu, “Badamdar 20-ci sahə” sürüşmə sahəsində mühəndis axtarış işləri üzrə “Azəri Biznes” MMC ilə 5.661.524,7 manat məbləğində bir müqavilə də bağlayıb. Bu məlumat da satınalmaların portalında 16.05.2023-cü ildə dərc edilib. Portalda isə müqavilənin başlanma tarixi 20.08.2022-ci il bitmə tarixi isə q15.12.2022-ci il göstərilib.
Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti “Azəri Biznes” MMC ilə bir müqavilə də Hacıqabul şəhəri, Ə.Vahid küçəsi 47 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sakinləri üçün Hacıqabul-Şirvan yolunun qərbində yaşayış binasının tikintisi üzrə bağlayıb. Bu müqavilənin dəyəri 1.588.339,89 manat təşkil edib. Satınalmaların portalında 21.01.2022-ci ildə dərc edilib. Başlanması və bitməsi cəmi 15 gün çəkib.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRİ BİZNES” (VÖEN: 1401122631) Məhdud Məsuliyyətli Cəmiyyətinin 12.04.2007-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olanMMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BÜLBÜL PR., ev 55, m. 16, qanuni təmsilçisi kimi isə Ağayev Laçın Şirvan oğlu oğlu qeyd olunub. MMC-yə müəyyən vaxtlarda Cəmilə İsmayılzadə Eyyub qızı da rəhbərlik edib. O, həm da müxtəlif vaxtlarda “Gilan Holdinq”ə bağlı olan başqa şirkətlərə də rəhbərlik edib.
“Azəri Biznes” MMC ilə bağlı rəsmi mənbələrdə olan məlumatlar bu qədər. Elektron mediada bu şirkətlə bağlı daha nə kimi məlumatlar var.
Mediada yer alan məlumatlara görə “Gilan Holdinq”ə bağlı çoxsaylı şirkətlər var. Həmin ünvanda qeydiyyatda olan çoxsaylı şirkətlərin də “Gilan Holdinq”ə bağlı olduğu məlumdur. Bu ünvanda qeydiyyatda olan “Palace İnşaat” MMC-nin rəhbəri Ağayev Laçın Şirvan oğlu həm də “Gilan Satış” MMC-nin rəhbəridir. Açıq mənbələrdəki məlumatlar isə göstərir ki, “Gilan Holdinq”ə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar rəhbərlik edib.
Bundan əlavə Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlunun ingilis mətbuatına ağızdolusu danışdığı daha bir tamamilə fərqli biznes sahəsi xalçaçılıq bağlıdır. Söhbət Cəbrayıl Xanlarovun ailə biznesinə daxil olan “ZİLİ ART” Məhdud Məsuliyyətli Cəmiyyəti eyniadlı xalça fabrikinin fəaliyyətini tənzimləyir. 4 il əvvəl təsis edilmiş MMC-nin qanuni təmsilçisi LAÇIN AĞAYEV ŞİRVAN OĞLU olsa da, şirkət Xanlarovlar ailəsinin üzvü olan Aydan Xanlarovaya məxsusdur.
Göründüyü kimi Fövqəladə Hallar Nazirliyinə tabeli digər qurumlar son 3 il ərzində “Azəri Biznes” MMC ilə ümumi dəyəri 21 447 385 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Görsənən bir də odur ki, Kəmaləddin Heydərovun rəhbəri olduğu qurum özü satır, özü də alır.
Aktualinfo.org
 
Ardını oxu...
Bakı şəhərində çoxmərtəbəli binaların inşası ilə məşğul olan “Star City Construction” MMC Nərimanov Rayon İcra Hakimiyyətini məhkəmə qərarlarını icra etməməkdə ittiham edir.

Teleqraf xəbər verir ki, bu barədə şirkətdən daxil olan müraciətdə bildirilib.

Qeyd edilib ki, 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamla Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində yeni hündürmərtəbəli binaların tikilməsi məqsədi ilə 4,44 hektar ərazi “Star City Construction” MMC-nin daimi istifadəsinə verilib. Sərəncama əsasən, layihələndirmə və planlaşdırma işləri aparılıb, zəruri razılaşmalar əldə olunub, torpaq sahəsinin geoloji təhlili və ekspertizası keçirilib. Ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanaraq təsdiqlənib.

Lakin 1 oktyabr 2018-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti xəbərdarlıq və əsaslandırma olmadan həmin sərəncamı ləğv edib. Sonradan məlum olub ki, eyni ərazi Bakı Şəhər İcra Hakimiyyətinin 11 mart 2020-ci il tarixli, 55 saylı sərəncamı ilə “Ailə Park” MTK-ya ayrılıb.

Şirkət qeyd edir ki, Nərimanov Rayon İcra Hakimiyyəti əvvəlki sərəncamın (“ESRA” MMC ilə bağlı olan hissə) ləğvini nəzərdə tutan 01.10.2018-ci il tarixli, 356 saylı sərəncama “Star City Construction” MMC-yə aid 16.07.2018-ci il tarixli, 296 saylı sərəncamın da ləğv olunması barədə bənd əlavə edib. Bu əlavə isə əvvəlcədən bildirilmədən və xəbərdarlıq edilmədən həyata keçirilib. Maraqlıdır ki, həmin sərəncamda yalnız “ESRA” MMC-nin eskiz layihəsinin qüvvədən düşməsi üçün aidiyyəti quruma müraciət edilməsi qeyd olunsa da, “Star City Construction” MMC ilə bağlı belə bir bəndə yer verilməyib. Bu səbəbdən də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sərəncamdan xəbərsiz olub və 14 mart 2018-ci il tarixli, 4/244 nömrəli məktub əsasında “Star City Construction” MMC-yə aid eskiz layihə hələ də qüvvədədir.

Bu qanunsuzluqla bağlı “Star City Construction” MMC Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs qismində “Ailə Park” MTK olmaqla) sərəncamın ləğv edilməsinə dair məhkəmə iddiası qaldırıb. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1(103)-241/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin olunub və Nərimanov Rayon İcra Hakimiyyətinin 1 oktyabr 2018-ci il tarixli, 356 nömrəli sərəncamının “Star City Construction” MMC-yə aid hissəsi – yəni 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamın hüquqi qüvvədən düşməsi ilə bağlı bəndi ləğv edilib.

Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(102)-1979/2024 saylı qərarı ilə isə Nərimanov Rayon İcra Hakimiyyəti və “Ailə Park” MTK-nın kassasiya şikayətləri təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Beləliklə, 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncam – Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdəki binaların sökülməsi və yerində yeni çoxmənzilli binaların tikilməsi məqsədilə 4,44 ha ərazinin “Star City Construction” MMC-nin istifadəsinə verilməsini nəzərdə tutan hüquqi sənəd – hazırda qüvvədədir.

Lakin Ali Məhkəmənin qərarından altı ay keçməsinə baxmayaraq, ərazidə “Ailə Park” MTK tərəfindən tikinti işləri davam etdirilir:


“Altı ay keçməsinə baxmayaraq, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Ali Məhkəmənin 20 sentyabr 2024-cü il tarixli qərarını icra etmir. Ərazi bizə təhvil verilməyib, layihənin icrasına başlamaq üçün heç bir şərait yaradılmayıb. Eyni zamanda, “Ailə Park”ın ərazidə apardığı tikinti və söküntü işləri dayandırılmayıb”.

Bundan əlavə, qeyd olunur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı 5 noyabr 2024-cü il tarixli, 2-1(112)-2242/2021 saylı iş üzrə məcburi icra vərəqəsi verilib. Həmin qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarının icrası tələb olunub və 20 gün ərzində bu barədə məhkəməyə məlumat verilməsi tapşırılıb. Lakin bu müddət keçsə də, heç bir tədbir görülməyib.

Şirkət bildirir ki, məsələ ilə bağlı Prezident Administrasiyasında dəfələrlə görüşlər keçirilib:

“Prezident Administrasiyasından dəfələrlə bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq göstəriş veriləcək. Lakin Nərimanov Rayon İcra Hakimiyyəti nə Prezident Administrasiyasının göstərişlərinə, nə də məhkəmə qərarlarına əməl edir”.

Şirkət həmçinin vurğulayır ki, onlara alternativ ərazi də təklif olunmayıb:

“Bizə ayrılmış 4,44 hektar ərazidən 2,752 hektarı “Ailə Park”a verildikdən sonra qalan 1,688 hektar da bizə təqdim edilməyib. Dəfələrlə bildirmişik ki, əgər sərəncamda göstərilən ərazinin verilməsi mümkün deyilsə, rayonun istənilən digər hissəsində bizə 4,44 hektar ərazi ayrılsın – hətta zibillik sahə olsa belə, biz layihəni orada həyata keçirməyə hazırıq. Lakin indiyədək bizə heç bir alternativ yer təklif olunmayıb”.

Qeyd edək ki, mövzu ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Nərimanov İcra Hakimiyyətinə sorğu verilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Paytaxtan kənardada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan aparılan qanunsuz tikinti işlərinin sayı artmaqdadır.
Ardını oxu...
XALQ.AZ xəbər verir ki,iddialara görə Qaradağ rayonunda yaşıllıq məhv edilib, qanusuz tikinti aparılır.

Görüntülərdən məlum olur ki, belə qanunsuz tikintilərdən biri də Qaradağ rayonu Sahil qəsəbəsi Məhərrəm Seyidov küçəsində aparılır.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında Qaradağ rayonu Sahil qəsəbəsi Məhərrəm Seyidov küçəsində inşa edilən 2 mərtəbəli bina ilə bağlı hərhansı bir məlumata rast gəlmədik.

Məlumdur ki, icazəsiz obyektlərin tikintisi rayon icra hakimiyyəti ilə “razılaşma” əsasında aparılır.

Qeyd edək ki, son vaxtlar qanunsuz tikintilər aparılması, yaşıllğın məhv edilməsi, və piyada səkillərin zəbt olunması ilə bağlı sosial paltformalarda və mətbuatda mütamadi xəbərlər yayımlanır.

Qeyd edək ki, 2010-cu ildən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdur.

Məsələ ilə bağlı Qaradağ rayon icra hakimiyyəti ilə əlaqə saxlasaqda heç bir açıqlama almaq mümkün olmadı .

Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsidəndə bu məsələyə münasibət bildirilmədi.

Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İnşası başa çatdırılan obyektin tikinti üçün icazə sənədlərinin olmadığı bildirilir.

Ötən həftə paytaxtın Nərimanov rayonunda qanunsuz obyekt inşa edilməsi barədə məlumat vermişdi. Həmin məlumatda bildirmişdik ki, qısa zamanda inşa edilən obyektin tikintisinə "icazəni" Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda iddia edilir ki, Nərimanov rayonunda inşa edilən obyekt rayonda vəzifə tutan məmurlardan birinə məxsudur. Qısa zamanda inşası başa çatdırılan obyektin tikintisi üçün icazə sənədlərinin olmadığı iddia edilir.

Bildirək ki, Nərimanov rayonunda tikinti işlərinə nəzarət və "icazə" işlərinə icra hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Rüfər Əhmədzadənin rəhbərlik etdiyi deyilir.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

azfakt.com

Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
İnşa edilən dörd (4) mərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmayıb

Son illər paytaxt rayonlarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsmi icazəsi olmadan (apartman) yaşayış binalarının tikintisi artmaqdadır.

AzFakt.com saytı olaraq ötən həftə Binəqədi rayon G.Ramazanov küçəsində dövlət qurumlarının hər hansı bir rəsmi icazəsi olmadan 4 mərtəbəli yaşayış binasının (apartman) inşa edilməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, tikinti sahibinin Binəqədi icra hakimiyyəti ilə "anlaşaraq" binanı tikdiyi iddia edilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında G.Ramazanov küçəsində inşa edilən 4 mərtəbəli yaşayış binası ilə bağlı hər hansı bir məlumat yoxdur. Hazırda binanın artırılma hissəsində (mansard) olan mənzillər satışa çıxarılıb. Binanın birinci mərtəbəsi isə market kimi arendaya verilir. Bildirilir ki, kvadratı 1100 manata satılan mənzillərə kupça ilə yox sadəcə alıq satqı müqaviləsi ilə satılır.Yaşayış binasında mənzillərin satışı ilə Vəkil adlı şəxs məşğul olduğu deyilir.

Məsələ ilə bağlı AzFakt.com-un əldə etdiyi məlumatda bildirilir ki, Binəqədi rayonunda tikinti işlərinə rayon icra başçısının birinci müavini və icra hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimovla, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Emin Zamanov nəzarət edir.
G.Ramazanov küçəsində inşa edilən 4 mərtəbəli yaşayış binasının tikintisinə "icazə" bu şəxslərdən alınıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi G.Ramazanov küçəsində inşa edilən binanın varlığından onun tikilib başa çatmasından sonra onun xəbər tutublar. Belə ki, yaşayış binası qısa zaman ərzində ildırım sürətilə tikilib başa çatdırılıb.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Hesablama Palatası ötən həftə bülleteninin 2024-cü il üzrə dördüncü nömrəsində bəzi dövlət qurumlarında keçirilmiş auditin nəticələrini açıqlayıb. Bu qurumlardan biri də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan müəsisələrlə bağlıdır. Palatanın apardığı audit nəticəsində Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin və suvarılan torpaqların vəziyyətində ciddi nöqsanlar üzə çıxıb. Artıq mediada yayılmış məlumatda qeyd olunur ki, dren-kollektorların qeyri-effektiv istismarı, kollektor sularının təkrar istifadəsi və duzsuzlaşdırılmadan torpaqlara verilməsi, torpaqların yenidən şorlaşmasına səbəb olub. Həmçinin sahibsiz kollektorlar, qeyri-dəqiq uçot, normativ yanaşmaların olmaması, lil təmizləmə işlərinin plansız aparılması və mövcud istismar imkanlarından tam istifadə olunmaması kimi bir sıra sistemli nöqsanları da qeyd edir.

“Sabirabad və Salyan rayonlarında qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi” layihəsi çərçivəsində ayrılmış 27,8 milyon manatlıq vəsaitin yalnız bir hissəsi üzrə effektiv nəticələr əldə olunub.

Aktualinfo.org hələ ötən il Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin və suvarılan torpaqların vəziyyətində ciddi problemlər olduğuna toxunmuşdu. Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə olan Obyektlərinin Müdiriyyəti Publik Hüquqi Şəxsi Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tətbirlərin aparılması (Sabirabad rayonu) məqsədilə Kür çayı üzərində üzən nasos stansiyasının və suqəbuledici qurğunun tikintisi üzrə “ENSOL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.401.843,48 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 27.11.2024-cü ildə dərc edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli Tikilməkdə olan Obyektlərinin Müdiriyyəti son illərdə belə, milyonlarla manat dəyəri olan satınalma keçirib və müqavilələr bağlayıb. Buna təsərrüfatların su təminatı məsələlərinin vaxtında və effektiv şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Prezident İlham Əliyevin verdiyi Sərəncamdan sonra başlanılıb.

Qeyd edək ki, bu Sabirabad və Salyan rayonlarında meliorativ tətbirlərin aparılması ilə bağlı ilk tender deyil. Belə ki, hələ 2020-ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti “Sabirabad və Salyan rayonlarındakı qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi” (Sabirabad rayonu üzrə II mərhələ) üzrə “Akkord STİK” ASC ilə 27.887.824,39 manat məbləğində satınalma müqaviləsibağlamışdı. Satınalmaların portalında 24.12.2020-ci ildə dərc edilmiş sözügedən müqavilə üzrə işlər 28.02.2022-ci ildə başa çatmalı idi.

Göründüyü kimi dövlət sözügedən rayonlarındakı qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisini yaxşılaşdırmaq məqsədi ilə 28 milyon manata yaxın vəsait ayırmışdır. Elan olunmuş tenderin nəticəsindən də göründüyü kimi bu ikinci mərhələyə ayrılan vəsaaitdir. Birinci mərhələyə ayrılan vəsait haqqında satınalmaların portalında heç bir məlumat yoxdur. Bununla belə 2021-ci ildə başlanılmış və 2022-ci ildə sona çatmış işlərin iki il sonra Hesablama Palatası həmin ərazinin böyük massivlərində heç bir əkinin aparılmadığını, həyata keçirilmiş əkinlərin isə, torpaq yuma işlərinin həyata keçirilməməsinin də təsiri ilə, seyrək olduğunu, görülmüş işlərin və sərf olunmuş vəsaitlərin qənaətbəxş nəticələr vermədiyini üzə çıxardı.

Buradan sual yaranır. Niyə bu layihə gözlənilən yüksək nəticəni verməyib? Hesablama Palatası açıqlayır ki, ayrılmış 27,8 milyon manatlıq vəsaitin yalnız bir hissəsi üzrə effektiv nəticələr əldə olunub. Bəs qalanı? Bəs necə oldu ki, 2020-ci ildə 28 milyon manata yaxın vəsait ayrılan layihəyə 2024-cü ildə də iki milyon yarım manat yenidən ayrılır? Çünki, əvvəl ayrılmış milyonların hamısı təyinatı üzrə xərclənməyib. Hesablama Palatasının da açıqladığı kimi, layihə çərçivəsində 15950 ha sahədə suvarma və dren-kollektor şəbəkələri qurulsa da, həmin ərazinin böyük massivlərində heç bir əkin aparılmamış, torpaq yuma işlərinin həyata keçirilməməsinin də təsiri ilə görülmüş işlərin və sərf olunmuş vəsaitlərin qənaətbəxş nəticələr vermədiyini göstərmişdir.

Xatırlatmaq istərdik ki, Prezident İlham Əliyev hələ 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə bildirmişdi ki, “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur.”

Göründüyü kimi Prezident İlham Əliyev hələ 2020-ci ildə indiki Tikilməkdə olan Obyektlərinin Müdiriyyəti, o vaxtkı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin həyata keçirdiyi layihələrin səmərəsiz olduğunu bildirmişdi.

Qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin Ramiz Vəkilov olub. O, bu quruma 25 ildən çox rəhbərlik edib. Onun rəhbərlik etdiyi dövrdə, respublika ərazisində, meliorasiya, iriqasiya və suvarma sistemlərinin fəaliyyətini yaxşılaşdırılması məqsədi ilə son illər yüz milyonlarla manat dövlət vəsaitləri ayrılıb. Lakin qurumun gördüyü işlərin səmərəli olmadığını Prezident İlham Əliyev də 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə açıqlamışdı.

Struktur islahatlrı aparıldıqdan sonra Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin yeni direktoru Məmmədov Samir Teymur oğludur. Ramiz Vəkilov onun yanında baş məsləhətçidi.

Müqavilə sabiq sədr Əhməd Əhmədzzadənin dövründə bağlanılsa da işin icrası 05 aprel 2021-ci ildə “Azərbaycan Supermarketləri” MMC-də İcraçı direktor vəzifəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə keçmiş Zaur Mikayılovun dövründə həyata keçirilib.

Hesablama Palatası Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin və suvarılan torpaqların vəziyyətində ciddi nöqsanlar olduğunu açıqladı. Buyursun indi də Zaur Mikayılov 30 milyon manatın hesabatını versin.

Aktualinfo.org
 
Ardını oxu...
Ajans.az Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərində baş konsul vəzifəsində çalışmış Sultan Qasımovla bağlı sensasion məlumatlar əldə edib.
Sultan Qasımov diplomatik fəaliyyətə ilk olaraq 2009-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş konsul olaraq başlayıb. Qasımov 2016-cı ildən 2024-cü il oktyabr ayının 21-nə qədər Rusiyanın Sankt-Peterburq şəhərində baş konsul olaraq diplomatic fəaliyyətinə davam edib.

Etibarlı mənbənin verdiyi məlumata görə bu müddət ərzində Sultan Qasımov bir sıra xoşagəlməz hadisələrdə ciddi problemlərlə üz-üzə qalıb. Müxtəlif şəxslərdən aldğı borc nəticəsində yaranan qalmaqallar Sultan Qasımov haqqında şikayətlərin və narazılıqların formalaşmasına gətirib çıxarıb. Hazırda Sultan Qasımovun 500 min dollardan çox borcunun olduğu deyilir. Bu borcun qumarla bağlı olduğu deyilsə də əslində külli miqdarda borc vəsaitinin Sultan Qasımovun Rusiyanın Yekaterinburq şəhərində baş konsul vəzifəsində çalışdığı dövrdən toplandığı bildirilir.

Məlumata görə Sultan Qasımov vəzifəsindən və qardaşının nüfuzundan istifadə edərək ayrı-ayrı şəxslərə görüləcək işlərlə bağlı müxtəlif vədlər verərək külli miqdarda vəsaitlər alıb. İllərlə toplanan borc isə 500 min dolları keçib.

Pullarını geri istəyən şəxslərin etiraz və şikayətlərinin qarşısı isə Sultan Qasımovun yüksək vəzifədə çalışan qardaşı Azər Qasımov tərəfindən ört basdır edilib və o Sultan Qasımovu qorumağa müvəffəq olub.

Zamanla şikayətçilərin hüquq-mühafizə orqanlarına müraciəti və tələbi baş verənlərlə bağlı məlumatların gizlədilməsini mümkünsüz edib. Sultan Qasımovun bu hərəkətləri qardaşının da iş fəaliyyətinə mənfi təsirsiz ötüşməyib. Son məqamda Azər Qasımov bir sıra məsələlərdə geri çəkilməli olduğunu deyib.

Əldə etiyimiz bir məıumatda isə bildirilir ki, Sultan Qasımovdan şikayət edən şəıxslərdən biri ilə daha ciddi münasibəti onun üçün baş ağrısına çevrilib.

Sultan Qasımovun sabiq Baş Nazir Novruz Məmmədov və cinayət məcəlləsinni bir sıra maddələri ilə ittiham olunaraq 2016-cı ildə 15 il müddətinə həbs olunan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə də sıx ailəvi dostluq münasibətləri olub.

Hətta bəzi görüşlərdə Sultan Qasımov Rusiyada səfir olmaq arzusunu da dilə gətirirmiş.

Hazırda Sankt-Peterburqla sıx əlaqələrini davam etdirən Sultan Qasımovun tez-tez Rusiyaya gedib gəldiyi bildirilir.

Xatırladaq ki, Sultan Qaısmovun qardaşı Azər Qasımov bir müddət öncə komandası ilə birlikdə vəzifəsini itirib.

Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənmək cəhdlərimiz boşa çıxdı. Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq.

© Materiall

Dünyapress TV

Xəbər lenti