Ardını oxu...
İsmayıllı rayonunun Culyan kəndində bələdiyyə tərəfindən otlaq və yaşıllıq sahələrinin zəbt olunması kənd sakinlərinin narazılığına səbəb olub.

XALQ xəbər verir ki, iddiaya görə, yeni təyin olunmuş bələdiyyə rəhbərliyi kəndin heyvan otarmaq üçün istifadə etdiyi ərazilərə turbalar yerləşdirib, o cümlədən torpağı qazaraq həmin hissəni hasarlayıb.

Söhbət yalnız otlaqdan getmir. Həmçinin, yerli sakinlər həmin dağlıq ərazilərdə bitkilər də toplayırlar. Əldə olunan video materiallarda Culyan kəndinin füsunkar yaşıllıqlarının texnika ilə şumlanması və qazılması aydın görünür.

Sakinlər vəziyyətdən narahatdır. Onların sözlərinə görə, bu ərazilər həm mal-qaranın əsas qida mənbəyidir, həm də kəndin əhalisi burada dərman və çay bitkiləri toplayaraq dolanışığını təmin edir.

Qeyd edək ki, kənd bələdiyyələri kənd təsərrüfatı və təbii sərvətlərin qorunmasında məsuliyyət daşıyır. Lakin Culyanda baş verənlər bu məsuliyyətin pozulduğunu göstərir. Sakinlər aidiyyəti qurumlara şikayət edərək, məsələnin nəzarətə götürülməsini xahiş edirlər.Patrulaz.az

 
Ardını oxu...
Sumqayıtdan tutmuş Badamdara qədər, Suraxanıdan Binəqədiyədək bir çox qalmaqallı tikintilərin arxasında məhz “Şamaxılı Cavid”in durduğu məlum olur

Bu iddia paytaxtda aparılan qalmaqallı tikintilərlə bağlı Yenixeber.org-a daxil olmuş məlumatlarda yer alır…

Əcəmi metrostansiyası yaxınlığındakı “Şəki” kafesinin yerində tikilən obyektlə bağlı qalmaqal uzun müddətdir ki, ölkə mediasının gündəmini zəbt edib. Prezidentin “mənim ən yaxın köməkçilərim” adlandırdığı jurnalistlər bu məsələ ilə bağlı kifayət qədər geniş araşdırmalar aparır və obyektin ekologiya, tikinti, şəhər infrastrukturu qaydalarını pozmaqla yanaşı, metro keçidi üzərində yerləşməsi ilə vətəndaşların həyatına təhlükə mənbəyi olduğunu üzə çıxarıb. Bəs bu boyda qanunsuzluğu törədib cəzasız qalan şəxs kimdir?

İsrail adlı iş adamı Bakını Qəzza zolağına çevirib: Arxasında kim durur?

Bununla bağlı ərazi üzrə Nəsimi Rayon İcra Hakimiyyətindəki mənbələrimizdən məlumat almağa çalışdıq. İcra Hakimiyyətindəki mənbəmiz obyektlə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Riad Qasımovun xüsusi tapşırığı olduğunu bildirib. Onun sözlərinə görə, işə həm də Dövlət Şəhərsalma və Arxitextura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin məsul işçisi “Şamaxılı Cavid” özü şəxsən nəzarət edir: “Bizə obyektin İsrail adlı iş adamına məxsus olduğunu deyilib. Onun üzünü belə görməsək də həm rayon rəhbərliyinə, həm də adıçəkilən qurumlara lazımınca “hörmət” edildiyi şübhəsizdir”.

Çəkilən adla bağlı da özəl mənbələrimizdən xüsusi araşdırma apardıq. Əldə etdiyimiz məlumatlar şok yaradır. Belə ki, Sumqayıtdan tutmuş Badamdara qədər, Suraxanıdan Binəqədiyədək bir çox qalmaqallı tikintilərin arxasında məhz bu şəxsin durduğu məlum olur. Bu şəxsin bütün dövlət qurumlarına rahat yol tapdığı və arxasında yüksək çinli dövlət adamının durduğu deyilir. Bu qaranlıq şəxsin əslində kim olduğu və nə ilə məşğul olması ilə bağlı araşdırmamızı davam etdirəcəyik.Yenixeber.org
 
Ardını oxu...
Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.
Ardını oxu...
XALQ -ın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb. Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir.

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.
Ardını oxu...
Ali tibbi təhsili olmadan, lisenziyasız və sertifakatsız “beauty_center_qurtulus” estetik mərkezində fəaliyyət göstərən sosial şəbəkədə estetik.kosmetolog.tohfe adı ilə reklam edən Töhfə Bayramovadır.

Araşdırmalarımız nəticəsində estetik kosmetoloq Töhfə Bayramova Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası və lisenziya haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.

İddialara görə özünü estetik kosmetoloq kimi təqdim edən Töhfə Bayramova tibbi estetik prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır.
Ardını oxu...
Töhfə Bayramova müştərilərinə dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosail hesablarında məlumatlar və görüntülər əks olunub. Estetik kosmetoloq necə lisenziyası, sertifakatı olmadan bütün kosmetoloji prosedurları hətta inyeksiya həyata keçirir?

Məsələ ilə bağlı “beauty_center_qurtulus” estetik mərkezindən Töhfə Bayramova ilə əlaqə saxladıq lakin suallarımıza cavab verməkdən imtina etdi. Qısa araşdırmamız zamanı məlum olmuşdur ki, Töhfə Bayramova bir neçə özəl tibbi seminarda iştirak edərək sertifaktlar alıb və özünü estetik kosmetoloq doktor elan edib.
Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayır.

Həmçinin xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılması üçün lazımi tədbirlər görməkdədir.

XALQ-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.
Ardını oxu...
Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir.

Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.

Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Töhfə Bayramova haqqında Analitik Ekspertiza Mərkəzinə müraciət olunub.

Araşdırmalarımız davam edir.
 
Ardını oxu...
Qax rayon sakini Mustafayev Alim Habil oğlu tərərfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Qax Rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovdan şikayət edən A.Mustafayevin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Mustafayev Alim Habil oğlu, yazaraq xahiş edirəm ki, müraciətimi işıqlandırasınız.

Bildirim ki, illərlə adım ölü kimi sənədləşdirilib. Bundan gec xəbərim olub. Güc bəla ilə sənədlərimi qaydasına salmağa nail oldum.

Qax rayonunda məhkəmə hakimi Atabəy Kiçikbəyov tərəfindən barəmdə "ölüb" qərarı verilmişdi. Həmin qərarı aldım, yenidən məhkəməyə müraciət etdim. Beləliklə, Qax rayonuna yeni təyin olunmuş hakim Mirheydər Zeynalovun qərarı ilə nəhayət, sağ olduğum təsdiqini tapdı.

Mənim ruh olmadığımı, canlı-qanlı insan olduğumu təsdiqləyən Mirheydər Zeynalova təşəkkür edirəm.

Təəssüf ki, bəzi hakimlər günahsız insanlara cəza verə bilirlər. Məni "ölü insan" kimi göstərən hakimə Azərbaycan Respublikasında cəza verəcək qurum yoxdur. Hansı vəkilin yanına gedirəm, "bu işdə biz uduzacağıq", - deyib geri dururlar. Sağ insanı "ölü" kimi göstəən hakim cəzalandırılmayacaq?!

Respublika Prokurorluğuna, Məhkəmə Hüquq Şurasına da ərizə ilə müraciət etdim, ancaq hamısı başlarından etdilər. Çox heyif ki, bəzi məmurlar mənim kimi insanları Azərbaycanda yaşamaqdan diksindirir.

Hazırda Azərbaycanı qanun yox, qanunları məmurlar idarə edirlər. Bu ölkə niyə bu günə qaldı, axı?!

Mən başqa ölkələrin əsarəti altında yaşamaq istəməzdim. Amma belə çıxır ki, biz azadlığı özümüz üçün yox, məmurlar üçün qazanmışıq. Ona görə də bu qədər dəyərsiz olduq. Deyəsi, sözüm çoxdur, zərər görmüş insan kimi ürəyim doludur...

Təəssüflə qeyd edirəm ki, indi iqtidarda olan insanların 95 %-i rüşvətxordur. Onların gözləri doymur. Hakimlərin səhvinin sübutu olsa da, onlardan şikayət etmək olmur. Heç bir qurum sənin şikayətinə baxmır.

Hakim Atabəy Kiçikbəyovun oğlu Emin Kiçikbəyovun adını eşidən vəkillər geri çəkilir. Görünür, Emin Kiçikbəyov atasının müdafiəsiçi olmaq üçün vəkil olub. Həmin vəkili tanımıram, amma tanıyanlar belə deyir.

Məsələ ilə bağlı Amil Xəlilin efrinə də çıxmışam. Lakin söhbət hakimdən gedir deyə, şikayətə baxan yoxdur.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
“Qardaşımın ölümünə “İstanbul NS” klinikası və onun həkimləri səbəb olub. Ölümündən sonra da klinikanın həkimi, rəhbəri bizi şantaj edərək meyiti vermirdilər, bizdən pul tələb edirdilər. Ancaq bu özbaşınalıqlarına görə heç biri cəzalandırılmır”.

Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Zərifə Mahmudova Feysbuk hesabında yazıb. Şikayətçi “İstanbul NS” klinikasını və həkimlərini qardaşının ölümündə ittiham edir:

Zərifə Mahmudovanın sözlərinə görə, bu ilin aprelin 22-də qardaşı “İstanbul NS” klinikasında ürək cərrahı Kamal Ağarzayev tərəfindən atası və özünün icazəsi olmadan əməliyyat olunub. O iddia edir ki, bu əməliyyat uğursuz keçib, nəticədə xəstə beynində çoxsaylı insult, sağ tərəfdə iflic və ağır hala düşərək koma vəziyyətinə salınıb:

“Qardaşım əməliyyatdan sonra üç həftə ərzində komada qaldı. Bu müddət ərzində ona qarşı qeyri-insani rəftar olub, işgəncəyə məruz qalıb. Eyni zamanda, ailəmiz müxtəlif bəhanələrlə şantaj edilərək külli miqdarda pul ödəməyə məcbur edilib. 75 min manatlıq sığorta ödənişi istifadə olunub. Klinikada pul yığmaq işinə baxan Aygün adlı bir qadın, cərrah Kamal Ağarzayev və klinikanın rəhbəri Azər adlı şəxsin iştirakı ilə bizdən 10 min manat tələb edildi. Əks halda, deyirdilər ki, qardaşımın dərman və qan plazması kəsiləcək. Bilirdilər ki, bu onun həyatı üçün ölümcül olacaq. Sonda dediklərini etdilər və qardaşım mayın 16-da vəfat etdi”.

Şikayətçinin sözlərinə görə, qardaşının cənazəsi belə ailəyə dərhal təhvil verilməyib. Xəstəxana əməkdaşları onlardan 12 min manat tələb ediblər. O, həmçinin qeyd edir ki, ailəyə nə başsağlığı verilib, nə üzr istənilib, nə də ödənilən pullar geri qaytarılıb:

“Qardaşım 50 yaşında, üç övlad atası idi. Onlardan biri tələbə, ikisi isə məktəblidir. Onun qəfil itkisi ailəmizi məhv etdi. Yaşlı atam oğul dərdindən yatağa düşüb. Mən isə bu dəhşətli travmadan sonra insult həddindən dönə bildim. Əgər təcili yardım vaxtında gəlməsəydi, bu faciə ikiqat olacaqdı”.

Zərifə Mahmudova məsələyə müdaxilə olunmasını, qardaşının ölümündə məsuliyyəti olan şəxslərin cəzalandırılmasını tələb edir.
 
Ardını oxu...
Suraxanı rayon Yeni Ramana qəsəbəsi Samir Əliyev küçəsi 19 ünvanda qanunsuz qeyri-yaşayış obyekti tikilir. Əhatə etdiyti sahənin böyüklüyündən, vizual görüntüsündən bəlli olur ki, obyekt ticarət mərkəzi olacaq.
Öyrənmişik ki, tikilən obyektin aidiyyəti qurumlardan heç bir icazə sənədi yoxdur. Obyektin sahibi kimi Vətən müharibəsi qazisi olan bir şəxsi qabağa veriblər. Aydın məsələdir ki, hətta həmin şəxs doğrudan da obyektin gerçək sahibidirsə də, ona bir müharibə veteranı kimi dövlətin verdiyi imtiyazlar sırasına qanunun tələbləriniu tapdalamaq ixtiyarı yoxdur. Başa düşülən odur ki, əsl sahibkar başqa adamdır, bəlkə də hətta ola bilər sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazəsi olmayan dövlət məmurudur. Çünki kifayət qədər böyük ərazini əhatə edən və görünən yerdə olan bir obyekti qanunsuz inşa etmək üçün korruptiv cəmiyyətdə gərək ya rüşvət vermək üçün böyük maddi imkana, ya da təzyiq göstərmək üçün böyük vəzifəyə, təsir rıçaqlarına malik olmaq lazımdır. Heç cür inanılası deyil ki, Suraxanı Rayon İcra Hakimiyyətinin, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin az qala hər yerdə müşahidələr aparan, qulaqları səsdə olan funksionerlərinin sözügedən obyektdən xəbərləri olmasın.
Amma əlbəttə ki, Suraxanı rayonunda qanun-qaydanın, ictimai ədalətin təmin edilməsinin qarantı kimi ilk növbədə rayon icra hakimiyyətinin başçısı cənab Adil Əliyev ağıla gəlir. Çünki o, hələ başçı vəzifəsinə təyin olunana qədər ölkədə kifayət qədər tanınmış ictimai-siyasi xadim idi. Onun gəlişi ilə rayonda bütün müstəvilərdə müsbət istiqamətdə dəyişikliklər olacağına gözləntilər çoxdu. Ən çox narahatçılıq doğuran təzahürlərdən biri isə məhz özbaşına tikililərin artması idi. Görünən odur ki, Adil Əliyev bu mənfi tendensiyanı dəyişə bilməyib.

Nyus.Az

 
 
 
Ardını oxu...
“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü hamı övladlarını gəzməyə apardı. Mən də serial çəkilişindən çıxdım və üz tutdum Sumqayıt bulvarına. Sumqayıtdakı attraksionlar Bakı ilə müqayisədə ucuz olur. Bir manatdan baha olmur, bəzən əlli qəpik də olur. Amma dünən bilmədim ki, uşaqların, yoxsa cibinizin müdafiəsi günü idi”.

TEREF Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində deyib.

O, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə attraksionların 1 manatdan 3-5 manata qaldırılmasından şikayət edib:

“Ayıb olsun, kiminsə adından istifadə etməyin! Hamısına da şamil etmirəm. Elə işbazlar var idi ki, uşaqların sıxlığını yox, ciblərinin sıxlığını tənzimləmək istəyirdi. Bir evdən 4-5 uşaq gəlir, qiyməti 1 manatdan 3-5 manata qaldırmaq nə deməkdir?! Ayıb olsun! Soruşuram ki, sizə kim ixtiyar verib qiyməti qaldırasınız?! Cavab verirlər ki, yuxarıdan. Kiminsə adından istifadə etməyin. İnanmıram ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sizə belə göstəriş versin. Əgər belə şey olsaydı, hamısının qiyməti qalxardı. Uşaqlardan istifadə etməyin! Bakıda ən yaxşı attraksionlar pulsuz olub. Ayıb olsun sizə! Heç gözləməzdim!”

“Yeni Çağ” bildirir ki, attraksionların uşaqlar günündə qiymətlərinin qaldırılması sosial şəbəkədə etirazla qarşılanıb. Bir çox vətəndaşlar qiymətlərin qaldırılmasında şəhər icra başçısı Zakir Fərəcovu günahlandırıblar.

Qeyd olunur ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə attraksionların qiymətlərinin qaldırılmasında günahkarlardan birincisi məhz Sumqayıt Bulvar İdarəsinin direktoru Seymur Məmmədovdur. Sosial şəbəkədə yazılan şərhlərdə iddia edilir ki, attraksionların qiymətlərinin qaldırılması məhz Seymur Məmmədovun nəzarətsizliyindən, yaxud da sahibkarlarla gizlin “razılığı”ndan sonra baş verib. İddialara görə, uşaqlar günündə qiymətləri endirmək, pulsuz etmək əvəzinə bəzi dəllallar baş direktorun onlara göz yummasından istifadə edərək daha çox qazanc əldə etmək qərarına gəliblər.

Sumqayıt Bulvarında baş verən bu xoşagəlməz hadisə isə şəhər icra başçısı Zakir Fərəcovu yenidən hədəfə gətirib. Dələduzluq maddəsi ilə təqsirləndiriliən və haqqında 5 il şərti cəza verilən Seymur Məmmədovun səriştəsizliyi, səhvləri ucbatından Sumqayıt icra başçısı Zakir Fərəcov hədəfə çevrilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev mətbuata açıqlamasında bildirib ki, Sumqayıt bulvarında fəaliyyət göstərən attraksionlar və əyləncə mərkəzləri fərdi sahibkarlar tərəfindən idarə olunur:

“Bu səbəbdən qiymət siyasəti Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən edilmir və tənzimlənmir. Bu cür halların İcra Hakimiyyətinin göstərişi ilə həyata keçirilməsi haqda bildirilənlər reallığı əks etdirmir”.
 
 
 
Ardını oxu...
Qazax sakini Etibar Nuriyev 32gun.az-a bildirib ki, sənədlə ona məxsus olan örüş sahəsi qanunsuz şəkildə zəbt edilib. Onun iddiasına görə, bu qanunsuzluğun arxasında Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Gəray Güliyev və onun atası Elxan Güliyev dayanır.

“Gəray Güliyev FHN-nin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisidir. O, Əmlak Məsələləri üzrə Dövlət Xidməti – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Tovuz Ərazi İdarəsi ilə danışaraq məsələni oradan həll etdirib. Oradan əməkdaşları gətirib, kadastr çəkilişi aparıblar. Bu zaman mənə məxsus olan yerin 5 hektarını da öz ərazisinə qatıb. Deyəsən, onun pulu çoxdur – hara və necə xərcləyəcəyini bilmir. Pul verib başqasının da yerini zəbt edib. Ona bu işdə kimin yardım etdiyi, kimin göz yumduğu da bəllidir.”

Etibar Nuriyev deyir ki, həmin torpaq sahəsini uzun illər satmaq istəməyib:

“Ötən ilə qədər həmin yeri məndən istəyirdilər, yalvarırdılar. Satmadım. Övladıma da zəng edirdilər ki, torpağı verək. Mən isə deyirdim ki, özüm istifadə edəcəm. Səhətimdə müəyyən problem olduğuna görə torpağa tez-tez baş çəkə bilmirdim. Ancaq düşünürdüm ki, sənədlə mənə məxsus olan yerə heç kim müdaxilə edə bilməz. Amma bir anda həmin ərazi onların oldu.”

Etibar Nuriyev qeyd edir ki, sənədlərini təqdim etdikdə qarşı tərəf narahat olub:

“Sənədlərimi ortaya çıxardanda narahat oldular. Qazaxda bəzi bəhanələr gətirməyə çalışdılar. Tovuz Ərazi İdarəsində sənədlərimi tələb etdim ki, özümə qaytarsınlar və aidiyyəti orqanlara təqdim edim. Orada da narahatlıq hiss olundu.”

Nuriyevin sözlərinə görə, həmin örüş sahəsi ona 2007-ci ildə bələdiyyə tərəfindən verilib və bu sənəd Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənib:

“Bəli, sonradan Gəray Güliyev sənədləri alıb. Hamısı saxta yollarla əldə olunub. Maraqlıdır, Qazax Rayon İcra Hakimiyyətinin də təsdiqlədiyi sənəd necə pozula bilər? Kimlərin əli varsa, ortaya çıxarsınlar. Bununla bağlı aidiyyəti yerlərə də müraciət edəcəm. Hətta mənim şahidlərim də var. Onlar həmin yerin mənə məxsus olduğunu təsdiq edə bilərlər.”

E.Nuriyev iddia edir ki, onun mülkiyyət hüququnu sübut edən bütün sənədləri mövcuddur:

“Müqavilələrim, aktlarım, qərarlarım, hər bir sənədim var. 2007-ci ildən bu yana örüş sahəsinin mənə məxsus olduğunu sübut edən sənədləri təqdim edirəm. Hətta Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən aldığım kadastr sənədini də sizə təqdim etmişəm.”

Etibar Nuriyev bildirir ki, Gəray Güliyevin arxasında dayanan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müavini Məmməd Alıyevdir.

“Məmməd Alıyevin bacısı oğlu Kamil Eyyubov Daşsalahlı kəndində bələdiyyə sədri işləyirdi. O işlədiyi dövrdə bütün sənədləri toplayıb, möhür vurub və torpağı zəbt ediblər. Mənim isə bundan xəbərim olmayıb. Hətta həmin vaxt sənədlərimi hazırlayıb mənə verən şəxs də Məmməd Alıyev idi. O zaman icra hakimiyyətində şöbədə işləyirdi, müavin deyildi. İndi bu sənədlər necə təsdiqlənib, bələdiyyə onların xeyrinə necə qərar verib?”

Etibar Nuriyev əlavə edir ki, 2025-ci ilə qədər bütün rüsumları ödəyib:

“Sonuncu ödənişi də 2024-cü ildə Kamil Eyyubova şəxsən vermişəm. Daşsalahlı kənd bələdiyyəsində işləyirdi. Kəndin icra nümayəndəsinin yanında – çayxanada olarkən verdim. Dedi: ‘Pulu ver mənə, özüm ödəyərəm sənin yerinə...”

O bildirir ki, 2007-2018-ci illərdə həmin ərazidə mal-qara saxlayıb:

“Həmin örüş sahəsində heyvanlara baxan çoban olub. 12 il heyvan saxladığım ərazi mənim olduğu halda, niyə həmin vaxt heç kim çıxıb demədi ki, bu torpaq onlara məxsusdur? 2024-cü ildə orada dam yeri tikdirmişəm, videosu da var. Sənədlə bağlı problem yarandığı üçün davamını tikdirə bilmədim. Dam tikiləndə heç kim gəlib demədi ki, niyə tikirsən. Çünki yer mənimdi. Sonra gəlib buldozerlə damı söküblər. Həmin ərazidə indi Gəray Güliyev böyük bir ferma tikib. Mən isə öz ərazimdə dam tikə bilmirəm.”

Etibar Nuriyev əlavə edib:

“Əgər örüş sahəsində tikiliyə icazə yoxdursa, qeyri-qanunidirsə, onun da tikilisini uçursunlar. Çox güman ki, burada köhnə bələdiyyə sədri Saxıxan Nəbiyevin də əli var. Çünki sənədləri o düzəldə bilir, bu işdə çox bacarıqlıdır. Peçatı da var, bunu dəqiq bilirəm. Ancaq bütün bu proses Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Məmməd Alıyevin bacısı oğlunun vasitəsilə həyata keçirilib.”

Qeyd edək ki, 2024-cü ilin oktyabrında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Gəray Elxan oğlu Güliyev Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi təyin olunub. O, daha əvvəl Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.

*Qarşı tərəfilərin mövqeyini işıqlandırmağa hazırıq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Elxan Nəcəfovun dəfələrlə haqqında çıxan xəbərlərdən də məlum olduğu kimi Səriyyə Qəmbərovanın bir müəllim kimi bütün hüquqlarını tapdalayıb "qaranlıq güclər" vasitəsilə müəllimi işdən azad etdirib və ona maneələr yaratmaq üçün əlindən gələni etmişdir.

Dəfələrlə Səriyyə xanıma xəbər göndərib mən Təhsil Naziri olduğum müddətdə sən heç vaxt məktəbə qayıtmayacaqsan deyə bildirmişdir. 5 dəfə bu haqda məhkəmə keçirilmiş və Məhkəmə Sədri Gülnar Səfərəliyeva bütün saxta, heç bir əsası olmayan faktları qəbul edərək Səriyyə Qəmbərovanın əleyhinə qərarı vermişdir. Gülnar Səfərəliyevanın hansı marağı var ki, hər dəfə saxta sənədləri qəbul edib səhv qərar çıxarır.

5 məhkəmə prosesindən Elxan Nəcəfovun göstərişi , sifarişi ile 4 mötəbər sübutlar olsa bele qərar verdirə bilir..

Elxan Nəcəfova kim bu qədər səlahiyyət verib ki, məhkəməyə müdaxilə edə bilir ?

Məhkəmənin nə marağı varki bütün sifarişləri qeyri-şərtsiz Elxan Necafovun ürəyi istədiyi kimi qərar qəbul edir???

Təsəvvür edin, məhkəmədə əvvəllər mediyaya ötürülmüş çeklərin Elxan Nəcəfova verilməsi fakti təsdiq edilsə də, həqiqətən bu hal baş versə də, Bakıda Məhkəmə hələ də davam etsə də, Naxçıvanda nədənsə belə olmadığı qərarına gəliblər.

1 saylı məktəbin "karateçi" direktoru Asudə müəllim Səriyyə Qəmbərovanı işçilərin qabağında döysə də, polisdə faktiki sənədlər olsa da, haqqında saxta sənədlər yazılsa da, direktor kimi işinə davam edə bilir. Möhür saxta, sənəd saxta, tarix saxta - bəs məhkəmə bunu necə qəbul edir?! Həmkarlar İttifaqının protokolları birbaşa səhv, Naxçıvan şəhər Təhsil şöbəsi möhür vurmalıdır, amma nədənsə sənədə 1 saylı məktəbin direktoru özü möhür vurub, minimum 7 iştirakçı olmalıdır, amma yoxdur. 15 gün qabaq müəllimə rəsmi sənəd göndərilməli və iştirakı təmin edilməlidir. Hansı ki belə hal olmayıb. Buna baxmayaraq məhkəmə yenə də saxta sənədi qəbul edir və Elxan Nəcəfovun lehinə qərar qəbul edir. Şahidlər dindirilərkən belə əsas gətirirlər ki, sosial mediada çıxış etdiyinə görə işdən azad edilmə qərarı verilmişdir.
Ardını oxu...
Artıq 5-ci məhkəmə gedir, 4 məhkəmə Səriyyə xanımın əleyhinə qərar verilmişdir. Bakıda məhkəmə davam edir. Bir sözlə, Səriyyə xanım ədalətin yerini tapmasını, işə geri qaytarılmasını tələb edir. Çəkinmədən bütün qanuni yollara müraciət edəcəyini də bildirir.

tehsilmedia.az
Ardını oxu...
Ardını oxu...Ardını oxu...
Ardını oxu...Ardını oxu...
Ardını oxu...Ardını oxu...
Ardını oxu...Ardını oxu...
Ardını oxu...Ardını oxu...
 
 
 
Ardını oxu...
Öncə əlinə steril əlcək taxır ,sonra həmin əlcəyə öskürüb işinə davam edir…
XALQ məlumat verir ki, həkim Günel Qənbərova haqqında jurnalist Arifə Əliyeva sosial hesabında tənqidi paylaşım edib.
Ardını oxu...
Videodakı “Məlhəm” Beynəlxaq Hospitalının həkim mammoloq-radioloq Gunel Qənbərovadır.
Görüntülərdə həkim Günel Qənbərova rəqs edərək pasiyentinə müayinə edib, inyeksiya edir,və steril əlcək əlində olsada gigiyenik qaydaları riayət etmədiyi görünür.
Məsələ ilə bağlı Günel Qənbərovadan münasibət öyrənmək mümkün olmadı.
Ardını oxu...
Qeyd edək ki, ötən həftə “Məlhəm” Beynəlxaq Hospitalı”da ölüm faktı qeydə alınmışdır.
Qarşı tərəfində fikirlərini dərc etməyə hazırıq.
 
 

Dünyapress TV

Xəbər lenti