Ardını oxu...
“Torpağa mülkiyyət hüququna dair dövlət aktımız olsa da, ad-soyaddakı hərf səhvinə görə illərdir çıxarış ala bilməmişik. Bir də onda ayıldıq ki, 1,77 hektar sahəmizi saxta sənəd düzəldərək başqa bir şəxsə satıblar”.

Bu iddia ilə “Qafqazinfo”ya Qusarın Yuxarı Ləgər kənd sakini Turan Quliyev müraciət edib.

Vətən müharibəsi qazisi olan Turanın sözlərinə görə, ailə üzvlərinə verilən pay torpağını rayonun Xuray kəndi üzrə keçmiş icra nümayəndəsi Kazım Xammədova icarəyə veriblər: “O vaxtlar əkib-becərməyə imkanımız yox idi. 2016-cı ildən 2019-cu ilədək torpaq Kazım Xammədovda icarədə olub. Sonra torpağımıza çıxarış almağa getdik. Torpağın dövlət aktında anamın əvvəlki soyadı - Şahnəzərova, mənim adım isə Tural kimi göstərildiyindən həmin səhvləri düzəltmədən çıxarış ala bilmirdik. Elə sənədləşmə prosesində öyrəndik ki, bizim torpağın çıxarışı başqa şəxsə verilib. Keçmiş icra nümayəndəsi əmisi oğlu Hikmət Xammədovla əlbir olaraq 1,77 ha torpaq sahəmizi saxta yolla sənəd çıxararaq Quba sakini Bahadır Mehdiyevə satıb.

Bizim əlimizdə dövlət aktı ola-ola çıxarış ala bilməmişik, amma onlar saxta sənəd düzəldərək ala biliblər. Sənədlərin arasına saxtasını qoyublar ki, guya atamla anam boşanıb, mən və qardaşıma atılmış uşaqlar kimi sənəd alınıb. Guya kimsə bizə qəyyum olub və o vasitə ilə torpağımızı satıblar. Halbuki arxivdə belə bir sənəd yoxdur, onu saxta yollarla düzəldiblər. Ata-anamın imzası da saxtadır. Əgər bunları araşdırmaq üçün nümayəndə ayrılsa, bütün saxtakarlıqlar ortaya çıxar”.

Ardını oxu...


Şikayətçi iddia edir ki, dəfələrlə dövlət qurumlarına müraciət etsə də, məsələnin həllinə köməklik olunmayıb: “Problemlə bağlı 2020-ci ildən bəri 7 dəfə məhkəmə olub. Sonuncusunda Qusar Rayon Məhkəməsi 7-ci dəfə qarşı tərəfin xeyrinə qərar çıxarıb.

Biz 2020-ci ilə kimi torpağın vergilərini ödəmişik, bütün sənədlərimiz də var. Yalnız həmin ildən sonra məsələ məhkəmədə olduğuna görə vergi ödənilməyib.

Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Nazirlikdən yerli icra nümayəndəliyinə məktub göndərilsə də, araşdırılmayıb. 7 ildir getmədiyimiz dövlət qurumu qalmayıb, müraciətimizə baxmırlar. Hikmət Xammədov deyir ki, “sən kasıb kəndçisən, mənim pulum da var, arxamda adamım da...” Adamı isə “AzərEnerji” ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyevdir. Hikmət Xammədov Pirverdiyevin qaynıdır”.

Qeyd edək ki, E. Pirverdiyev 2001-2018-ci illərdə “AzərEnerji” ASC-nin prezidenti olub.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Yevlax rayon sakini, Qarabağ qazisi İsmayılov Qurban Paşa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət edir:

"Cənab Zakir Həsənov!

Mən, İsmayılov Qurban Paşa oğlu, yazaraq sizdən kömək istəyirəm.

Özüm Qarabağ qazisiyəm. Oğlumla bağlı sizə müraciət edirəm. Oğlum Kənan hərbi xidmətə yararsız olduğu halda, onu hərbiyə aparıblar.

Bildirim ki, anadangəlmə biləklərində çıxma və kistalar var. Gözü zəif, qulağı isə yaxşı eşitmir. Güclü qan azlığından əziyyət çəkir. Əlimizdə həkimlərdən aldığımız sənədlər var. Bu xəstəlikləri olan adamı hərbi komissarlıq hərbiyə göndərdi.

Hərbi hissədə 20 günü tamam olanda DSX hospitalı yoxlayıb, deyib ki, fiziki işdən azad olmalıdır, 2 ay sonra yenidən müayinə edəcəklər. Çox maraqlıdır, müalicə almayan insanı 2 ay sonra yoxlayanda nə deyişəcək ki? Anadangəlmə olan xəstəliklər sağalmır.

Özüm 3 il döyüşdə olmuşam. 2 övladım hərbçidir. 3-cü oğlum isə bu vəziyyətdədir. Haqsızlıq baş alıb gedir.

Kənddə adamlar tanıyıram, hərbi biletə yararsız yazdırıb, "at oynadırlar". Pullarını verib, indi də evlərində oturublar. Mənim əlimdə həqiqətən oğlumun xəstəliklərini təsdiq edən sənəd olsa da, baxan yoxdur.

Mən və digər iki oğlum hər zaman vətənin keşiyində durmaq üçün hazırıq. Lakin xəstə uşağın hazırda hərbi xidmətdə olmağı heç düzgün hal deyil. Sənədlərdə 65 C maddəsi ilə hərbiyə yararsız yazıblar. İndi isə deyirlər qərar dəyişilib.

Əgər anadangəlmə olan xəstəlikləri sağalıbsa, o zaman sağlıq kağızı niyə vermirlər? Belə çıxır ki, kiminsə yerinə aparıblar. Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər. Saxtakarlıqla məşğul olurlar".

Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin sorğumuz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı çəkilən qurumun mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Yevlax rayon sakini, Qarabağ qazisi İsmayılov Qurban Paşa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət edir:

"Cənab Zakir Həsənov!

Mən, İsmayılov Qurban Paşa oğlu, yazaraq sizdən kömək istəyirəm.

Özüm Qarabağ qazisiyəm. Oğlumla bağlı sizə müraciət edirəm. Oğlum Kənan hərbi xidmətə yararsız olduğu halda, onu hərbiyə aparıblar.

Bildirim ki, anadangəlmə biləklərində çıxma və kistalar var. Gözü zəif, qulağı isə yaxşı eşitmir. Güclü qan azlığından əziyyət çəkir. Əlimizdə həkimlərdən aldığımız sənədlər var. Bu xəstəlikləri olan adamı hərbi komissarlıq hərbiyə göndərdi.

Hərbi hissədə 20 günü tamam olanda DSX hospitalı yoxlayıb, deyib ki, fiziki işdən azad olmalıdır, 2 ay sonra yenidən müayinə edəcəklər. Çox maraqlıdır, müalicə almayan insanı 2 ay sonra yoxlayanda nə deyişəcək ki? Anadangəlmə olan xəstəliklər sağalmır.

Özüm 3 il döyüşdə olmuşam. 2 övladım hərbçidir. 3-cü oğlum isə bu vəziyyətdədir. Haqsızlıq baş alıb gedir.

Kənddə adamlar tanıyıram, hərbi biletə yararsız yazdırıb, "at oynadırlar". Pullarını verib, indi də evlərində oturublar. Mənim əlimdə həqiqətən oğlumun xəstəliklərini təsdiq edən sənəd olsa da, baxan yoxdur.

Mən və digər iki oğlum hər zaman vətənin keşiyində durmaq üçün hazırıq. Lakin xəstə uşağın hazırda hərbi xidmətdə olmağı heç düzgün hal deyil. Sənədlərdə 65 C maddəsi ilə hərbiyə yararsız yazıblar. İndi isə deyirlər qərar dəyişilib.

Əgər anadangəlmə olan xəstəlikləri sağalıbsa, o zaman sağlıq kağızı niyə vermirlər? Belə çıxır ki, kiminsə yerinə aparıblar. Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər. Saxtakarlıqla məşğul olurlar".
 
 
 
Ardını oxu...
Salam yadınızdadırsa 2014-cü ildə Naxçıvan MR-da fəaliyyət göstərən Naxtel mobil operatoru 4-cü mobil operator olaraq ümümrespublika operatoru olmaq üçün lisenziya almağa hazırlaşırdı. Azercell-in təhdidindən sonra bu qərardan imtina etdi. Beləki həmin vaxt Naxtel-ə ölkə ərazisində öz şəbəkəsini quranadək milli rouminq vasitəsi ilə Azercell şəbəkəsi üzərindən fəaliyyət göstərmək təklif olunmuşdu. Naxtel Naxçıvanda fəaliyyətə başlayanda Azercell ilə onsuzda milli rouminq müqaviləsi var idi. Yəni indidə Naxtel abunəçiləri Naxçıvandan kənarda ölkənin bütün rayon və şəhərlərində Azercell şəbəkəsi üzərindən xidmət ala bilər. TEREF yazır ki, bunu Ilkin Mэmmədkərimov redaksiyamıza ünvanladığı məqələsində yazır. Ilkin Mэmmədkərimovdaha sonra faktlara müraciət edərək yazır:
Naxtel-in 4-cü mobil operator olaraq ümümrespublika operatoru kimi fəaliyyət göstərmək niyyətinin olduğunu bilən Azercell bu baş verərsə Naxtel ilə milli rouminq müqaviləsinə xidmət verəciyini Naxtel-ə bildirir. Naxtel-in isə ölkə ərazisində öz şəbəkəsini qurmaq üçün texniki və maddi imkanı olmadığı üçün ümumrespublika operatoru kimi fəaliyyət göstərmək istəyindən Azercell-in "sayəsində" imtina edir. Azercell-in bərbad xidmət və keyfiyyəti qiymətləri hər ay artırdığı hər kəsə bəllidir. Oda bəllidir ki, şirkət 29 ildir ki, mobil bazarda 51,3%-lik inhisarçı mövqeyə sahibdir. Monopolist şirkət bir il sonra yəni 2015-ci ildə Delta Telecom və SAZZ şirkətinində 4-cü mobil operator olaraq bazara girməsinə imkan verməyib. İllər əvvəl ölkədə fəaliyyət göstərən yerli mobil operatorlardan biri ilə ölkədə ilk 3G şəbəkəsini quran abunəçilərinin sayı sürətlə artan Vodafone mobil operatoruda 2012-ci ildə Azercell-in təzyiqlərinə davam gətirə bilməyib ölkəni tərk etmişdir. Azercell həmçinin 4G şəbəkəsi uzrə lisenziyanı digər mobil operatorlara təzyiq göstərərək 2012-ci ildə ilk özü almışdır. Yeni 010 prefiksinidə digər mobil operatora təzyiq göstərərək ilk özü almaq istəsədə digər mobil operator haqlı olaraq artıq haqsızlığa dözməyərək Antiinhisar siyasəti və İstehlak Bazarına Nəzarət Palatasına müraciət edərək yeni 099 prefikisini ilk özü almışdır. Azercell Mobil Nömrələrin Daşınması xidmətinidə 9 il ləngitmişdir. Bunu əvvəlki Rabitə Naziridə dəfələrlə MNP xidmətini Azercell-in ləngitdiyini bildirmişdi. Həmin vaxt məndə bu xidməti 9 il Azercell-in ləngitdiyini media vasitəsi ilə ictiamiləşdirmişdim. Azercell gözəl bilir ki, hər hansısa bir şirkət 4-cü mobil operator olaraq bazara girsə şirkətin bərbad xidmətlərindən və yüksək tariflərindən təngə gəlmiş abunəçiləri Azercell-dən imtina edəcək və şirkətin 29 illik monopoliyası sona çatacaq. Məlum olduğu kimi əksər ölkələrdə bazara yeni mobil operatorlar girir. Məsələn, Özbəkistanda Vodafone mobil operatoru 4-cü mobil operator olaraq fəaliyyətə başladı. Türkiyədə bazarda 3 mobil operator və NetGSM, Digitürk və s. virtual mobil operatorlar olsada Türksat 4-cü mobil operator olaraq fəaliyyət göstərməyə hazırlaşır. Bizdə isə illərdir Azercell monopolist mövqeyi ilə bazarda rəqabət mühitinin olmasına imkan vermir. Monopoliyanın nəticəsidir ki, mobil rabitə sahəsində illərdir hər keçən gün xidmət səviyyəsi dahada bərbad vəziyyətə düşür, qiymətlər isə hər ay durmadan artır. Sağolun.
Ilkin Mэmmədkərimov
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
 
 
Ardını oxu...
“Hadisədən bir gün sonra evimə gəlib mənə 950 manat pul təklif ediblər”.

Cənublu.az xəbər verir ki, bunu Lənkəranda bağçada fiziki zorakılığa məruz qalan uşağın atası Fuad Hüseynov deyib.

“Gördüm ki, başında açıq yara var. Müəlliməsi ilə əlaqə saxladıq. Dedi ki, başqa bir uşaq karandaşla vurub. Amma karandaş izi deyildi. Kamera görüntülərini açmağı tələb etdik. Əvvəlcə çəkindilər, təkidlərimizdən sonra görüntüləri açdılar. Kameraya baxanda müəlliməsi dedi ki, “mən vurmuşam, səhv etmişəm”. İddia edirlər ki, guya mən onlardan pul tələb etmişəm. Amma yalandır. Özləri hadisədən bir gün sonra gəlib mənə pul təklif ediblər. Dedilər ki, uşağın aylıq ödənişlərini geri qaytarırlar. Sonra məlumat yaydılar ki, guya uşağı 10 ay pulsuz oxutdurmuşam”.

Qeyd edək ki, Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllim azyaşlı şagirdə şiddət göstərib. Görüntülər sosial şəbəkələrdə ictimailəşib. Hadisə ilə bağlı araşdırma aparılır.
Ardını oxu...
TƏBİB-in əmrilə diş texniki vəzifəsində çalışan şəxs diş həkimi vəzifəsinə keçirilib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, 18 aprel 2025-ci il tarixli 18-1/3-1-619/2025 saylı əmrlə Goranboy Rayon Mərkəzi Xəstəxanasında 23 May 2025-ilə qədər “diş texniki” vəzifəsində çalışan şəxs “diş həkimi” ştatına keçirilib.

Sözügedən əmrin fotosu var. Əmri imzalayan şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Arzu Teymurov, diş texniki vəzifəsindən diş həkimi vəzifəsinə keçirilən isə Sərdarov Ağalar Məcid oğludur.

Mövzu ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq. Amma günlərdir sorğuya münasibət bildirilmir, "aidiyyəti üzrə yönləndirilib, cavab olanda təqdim ediləcək" deyilir.
 
Ardını oxu...
Hakimiyyətin başlatdığı kadr dəyişiklikləri mütəmadi davam edir.

Ötən dövrlərdə pensiya yaşı çatmış məmurlardan öz ərizəsi ilə işdən ayrılanlarda oldu. Lakin pensiya yaşı çatmış məmurlar vəzifədə olmanın son yaş hədddini keçənlərdə var. Son vaxtlar bir neçə rayonun rəhbərliyinə daha gənc n kadrlar gətirilib. Həmçinin nazir və müavinləri postlarına da yeni kadrların təyinatı davam edir.

XALQ-ın araşdırmalarına görə pensiya yaşını keçmiş və vəzifədə olan bir çox məmur işini davam etdirir.

Bu məmurlar barədə araşdırmalarımızı təqdim edirik.

1994-cü ildən icra hakimiyyəti başçısı olan 73 yaşlı Adil Məmmədov 31 ildir ki, vəzifədədir.

Məmmədov Adil Məcnun oğlu 15 aprel 1952-ci ildə Vartaşen (Oğuz) rayonunun Xaçmaz kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin İnstitutu “Baytarlıq” ixtisası üzrə bitirmişdir. 15.10.1975-ci il tarixdən 04.09.1981-ci il tarixədək Oğuz rayonu Padar kəndində “Pravda” kolxozunda baytar həkim, 04.09.1981-ci il tarixdən 10.02.1982-ci il tarixədək isə həmin kolxozda sədr müavini işləmişdir.10.02.1982-ci il tarixdən 10.02.1988-ci il tarixədək Xaçmaz kəndində kolxozun idarə heyətinin sədri, 10.02.1988-ci il tarixdən 01.02.1990-cı il tarixədək Xaçmaz kəndi “Komsomol” kolxozu idarə heyətinin sədri, 01.02.1990-cı il tarixdən 28.01.1993-cü il tarixədək Oğuz rayonu Aqrokombinatında baş direktor, 28.01.1993-cü il tarixdən 03.09.1994-cü il tarixədək Oğuz rayonu İcra Hakimiyyətində Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi işləmişdir.
03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı, 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Adil Məmmədov YAP-üzvüdür,ailəlidir 3 övladı var. Bir neçə kitab və elmi məqalənin müəllifidir.

Ardını oxu...
  Sosial şəbəkələrdə Lənkəran şəhərində yerləşən "Kaspi Kids" uşaq bağçasında azyaşlılara qarşı şiddət göstərilməsi ilə bağlı videogörüntülər geniş müzakirələrə səbəb olub.

Paylaşımda müəllimin uşağın başına vurduğu və nəticədə balacanın başının qanadığı qeyd olunub. Uşağın atası bildirib ki, hadisə barədə ona günorta saatlarında xəbər verilib:

"Mən işdə idim. Evdən zəng edib dedilər ki, uşaq başından xəsarət alıb. Kursa getdim, videogörüntülərlə tanış oldum. Müəllim özü etiraf etdi ki, uşağı o vurub. Kadrlarda da görünür ki, müəllim bilərəkdən iki dəfə suqabı ilə övladımın başına zərbə endirib. Vurduqdan sonra isə kömək etməyib. Uşaq iki saata yaxın ağlayıb və köməksiz vəziyyətdə qalıb".

Azyaşlının nənəsi isə bildirib ki, nəvəsi əvvəllər də müəllimin onu döydüyünü deyib, lakin onlar buna inanmayıblar:

"Dəfələrlə evə gəlib deyirdi ki, məni Arzu müəllimə döyüb. Biz inanmırdıq. Elə vurmuşdu ki, nəvəm yemək belə yeyə bilmirdi".

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
“Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxsi “Lexus GX550” markalı avtomobilin satın alınması üzrə başladığı açıq tendrə yekun vurub. Birmənbədən satınalma metodu ilə keçirilmiş tenderin qalibi “LEXUS BAKI” MMC olub və tərəflər arasında 198.900 manat manat məbləğində müqavilə bağlanılıb. Məlumat satınalmaların portalında 27.05.2025-ci ildə dərc edilib.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Azərbaycanın avtomobil alqı-satqısı saytı Turbo.az-da yerləşdirilimiş elanda 0 km, 2024-cü il Lexus GX550 markalı avtomobilin qiyməti 128 000 ABŞ dollarınadır. Bəs maraqlıdır, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutuna belə bahalı bir avtomobilin alınmasına ehtiyac haradan yaranıb. Yaxud da belə bir bahalı avtomobilin alınmasına nə kimi zərurət olub?

Qeyd edək ki, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu Prezident İlham Əliyevin 17 noyabr 2023-cü ildə imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən, qurumun tabeliyində yaradılan 5 publik hüquqi şəxsdən biridir.

Məlum Fərmandan sonra qurum “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “Azərsu”yun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutuna çevrilib. 2024-cü ilin may ayında isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (“Azdövsutəslayihə”) və “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ləğv edilib. Ləğv edilən institutlar birləşdirilərək Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs yaradılıb. Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs onların hüquqi varisi hesab edilib.

Xatırlatmaq istərdik ki,İnstitutun əsas fəaliyyəti su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsindən ibarətdir. Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycanda tək olan bu İnstituta artıq uzun illərdir ki, Elbrus Paşayev rəhbərlik edir. Sözügedən şəxsin instituta rəhbərlik etdiyi son illərdə nə kimi layihələrin həyata keçirilməsi barədə konkret məlumatlar yoxdur. Amma Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sabiq sədri Əhməd Əhmədzadə ilə əlbir olub faydasız layihələrdən qazanc əldə etmələri barədə yetərincə məlumatlar saymaq olar. Buraya uzun müddətdir ki, hər il su təsərrüfatını yaxşılaşdırmaq məqsədi ilə beynəlxalq maliyyə institutlarından kredit və qrant şəklində külli miqdarda maliyyə vəsaitləri verilir.

Hələ 2020-ci ilin iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirədə ölkədə yaranmış su çatışmazlığının səbəbləri barədə danışarkən bildirmişdi ki, “Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir.”

Ölkə başçısı daha sonra çıxışında vurğulamışdı ki, “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir?”

Bəs dövlət tərəfindən verilən bu qədər vəsaitin qarşılığında institutun layihələri nə üçün səmərəsiz, faydasız olub. Çünki bölgələrdə su çatışmazlığının aradan qaldırılması, yeni su mənbələrinin axtarılması üçün ezam olunanların fəaliyyəti əslində formal bir şey olub. Amma Elbrus Paşayevin rəhbərlik etdiyi qurum hər il yüksək keyfiyyətli işlərin görülməsi barədə yalan hesabatlar verib. Üstü açıldığında isə ölkə başçısına min cür yalanlar danışılıb və İlham Əliyevin qeyd etdiyi kimi: “Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq.” – deyə məsuliyyətdən yaxa qurtarmağa çalışıblar.

Qeyd edək ki, hələ 2011-ci ildə Baş nazir “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar imzalayıb. Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.

Bununla bağlı Prezident İlham Əliyev də dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə çağırıb. Amma görsənən odur ki, “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu”nun direktoru Elbrus Paşayev ölkə başçısının bu çağırışlarını qulaq ardı edərək iki yüz min manat civarında avtomobil alır. Həm də bunu Azərbaycanda su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsini yaxşılaşdırmağa yox, şəxsi rahatlığını təmin etmək üçün.

Aktualinfo.org

Ardını oxu...
  

Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun Musavat.com-a verilən məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.

Dünyapress TV

Xəbər lenti