Ardını oxu...
Oğuz rayon İcra Hakimiyyəti 07.04.2025-ci ildə bir mənbədən satınalma metodu ilə icarə xidmətinin satın alınması üzrə fiziki şəxs Qurbanov Emin Eyvaz oğlu ilə 10.120 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Oğuz rayon İcra Hakimiyyəti icarə xidmətini hansı məqsədlə satın aldığını satınalmaların portalında açıqlamayıb.

Dövlət satınalmalarının portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Qurbanov Emin Eyvaz oğlu icarə haqqı üzrə 14.496 manat məbləğində bir satınalma müqaviləsi də Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə 08.01.2025-ci ildə bağlayıb.

Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi qeyri-yaşayış sahəsinin icarəyə verilməsi üzrə fiziki şəxs Qurbanov Emin Eyvaz oğlu ilə 14.496 manat məbləğində bir satınalma müqaviləsi 23.02.2024-cü ildə bağlayıb.

Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi fiziki şəxs Qurbanov Emin Eyvaz oğlunun Oğuz şəhərində iki obyekti var. Onlardan birini Oğuz rayon İcra Hakimiyyətinə, digərini isə Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinə icarəyə verib.

Qeyd edək ki, Emin Qurbanov 13 il Oğuz rayon İcra Hakimiyyətinin başçısı olmuş Eyvaz Qurbanovun oğludur. Xatırladaq ki, Eyvaz Qurbanov 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. O, 16 iyul 2024-cü ildə vəzifəsindən azad edilmişdir. 2024-cü ildə yenidən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin VIII çağırış deputatı seçilmişdir.

Elektron media yayılan çoxsaylı məlumatlara görə Eyvaz Qurbanovun Oğuz rayonu icra hakimiyyətinin başçısı olduğu illər ərzində Oğuzun meşələrinin hesabına milyonlar qazanıb və yaşıllıqları məhv edib. İcra başçısının qardaşı Mahir Qurbanov Oğuz rayonunun Daşağıl çayının hövzəsində daş, qum-çınqıl istehsal edən şirkət sahibidir. Eyvaz Qurbanovun qudası, maliyyə idarəsinin rəisi olan Elşad Yusifov dövlət vəsaitlərini talayır, tenderləri öz yaxın qohumlarına, dostlarına verirlər. Oğuzlular deyir ki, icra başçısı ancaq öz qohum-əqrəbası üçün çalışır. Rayonda təmir-tikinti, abadlıq adı altında milyonlarla dövlət vəsaiti mənimsənilir. Təsəvvür edirsiniz, icra başçısı Calut yolunun üstündəki 3 hektar ərazini qanunsuz olaraq satıb. İcra başçısı Oğuzun mərkəzində özü üçün ikimərtəbəli böyük ticarət mərkəzi tikdirib. Deməli, icra başçısının bütün obyektləri yaxın qohumlarının adınadır.

Elektron mediada yayılan bu məlumatlardan da görsəndiyi kimi Eyvaz Qurbanov Oğuz rayonu icra hakimiyyətinə başçılıq etdiyi dövrlərdə yaxın qohum əqrabasının adına bir çox daşınmaz əmlak tikdirib. Oğlunun adına olan və hazırda icarəyə verdiyi obyektlər də onlarla əmlakın bir-ikisidir.

Aktualinfo.org
 
Ardını oxu...
Xırdaıan şəhər 2 saylı tam orta məktəbin işdən haqsız yerə çıxardılmış riyaziyyat müəlliməsi Vəfa Həziyeva bildirir.

Hörmətli redaksiya!

Bildirirəm ki, 14.01.2025 ci il tarixdən Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrini və o cümlədən ümumitəhsil müəssisələrində yoxlamalara başlayıb. Xırdalan şəhər 2 nömrəli məktəbə 05.03.2024 cü ildə daxil olan yoxlama məktəbin fəaliyyətini araşdırmaya başladı. Bəzi məqamlardan narazı qaldığım üçün Maliyə Nəzarəti yoxlama komissiyasına ünvanladığım ikinci mürciətdən sonra 11.03.2025 ci il tarixdə məktəbdə yoxlmalar dərinləşməyə başladı və gücləndirildi. Lakin yoxlama apran komissiynın üzvlərinin 11 A sinif jurnllının vərəqlərinin yoxlnılması zamanı heç nə aşkar olunmadı. Jurnal üç iş günü yoxlamadan gizlədilərək guya ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron sektorunun müdiri Sənan müəllimdə olub hansısa səbəbdən. Maraqlıdır ki, Sənan müəllim üç gün jurnalı özündə niyə saxlasın? Əgər belə bir hal varsa deməli mənim dediklərim həqiqətdir. Yəni jurnalda məktəb rəhbərliyi və sinif rəhbəri Mətanət Abbasova tərəfindən əsaslı dəyişikliklər olub. Sonradan mənə məlum oldu ki, jurnal direktor Gülnaz Kərimova tərəfindən məktəbdə saxlanılıb və məktəbdə ehtiyatda olan əvvəlcədən təsərüfatdan əlavə jurnal alınaraq yəni boş jurnal yazılıb və bu da yoxlamadan məharətlə gizlədilib. (yəni 11 A sinfinin jurnalından məktəbdə iki ədəd var) Bildirirəm ki,Gülnaz Kərimova məktəb üzrə sinif komplektlərindən əlavə məktəb üçün boş jurnallar alıb ehtiyatda saxlayır ki lazım olanda qanunsuz əməllərini həyata keçirsin. Bu hal ötən tədris ilin də də var idi və mən bunun özüm şahidi olmuşam. Məsələ bursındadır ki,adı çəkilən sinifin sinif rəhbəri Mətnət Abbasova deyil, həmən sinifdə riyaziyyat fənini tədris edən Aytən Qasımovadır. Mətanət Abbasova hansı maraqları naminə iki sinifdə sinifrəhbərliyi aparır və buna Gülnanaz Kərimova da göz yumur. Hələ bunlar azmış kimi məktəbin 11 A sinif şagirdi Aytac adlı şagirdi Mətanət Abbasova polisə şikayət verir ki, bizim etdiyimiz saxta işləri niyə yoxlama komissiyasına deyirsən. Budur Gülnaz Kərimovanın şagirdyönümlülük siyasəti və məktəbə, şagirdlərə, müəllimlərə diqqət və sevgisi. Sübut üçün şagirdi dəvət edib soruşa bilərsiniz. Hə əlavə edirəm ki,bütün bu qanunsuz əməllərini məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini MİQ-dən kənar qeyri qanuni yolla məktəbə təyin olunmuş Gülçin Salmanova tərəfindən həyata keçirir.Hələ bu harasıdır ki.

Əlavə olaraq bildirirəm ki,məktəbin UBTR hal hazırda 6C sinfinə sinif rəhbərliyi edir.

Qanun buna yol verməsə də Gülnaz Kərimovaya yaxın olduğu üçün buna şərait yaradılıb. İxtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi olan Samirə xanım həmən sinifdə heç bir MİQ imtahanında iştirak etmədən adı çəkilən sinifdə həm Azərbaycan dili və ədəbiyyat müəllimi həm də sinif rəhbərliyi vəzifəsini icra edir. Qeyd edim ki, tarifikasiya üzrə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva Pərvin Nəsib qızının adına yazılsa da dərsləri Samirə xanım özü aparır. Hər ay 6 saat dərs üçün 191 manat sinif rəhbərliyi üçün isə 32 manat ümumilikdə isə 223 manat məvacib alır. Bu qədər cinayət işlərinin qarşısında isə buna şərait yaradan Gülnaz Kərimova və müavini MİQ-dən kənar Gülçin Salmanova hələ də var hansısa maraqlar naminə heç bir məsuliyyətə cəlb olunmyıb. Mən bilmirəm bəlkə siz aydınlıq gətirəsiniz ki Gülnaz Kərimova niyə bu qədər rahatdır. Kimə arxayın olub da bu qədər maliyyə yoxlamasının əsassız olduğunu çəkinmədən dilə gətirərək mən hər bir işin altından təmiz çıxacam deməklə kimə və nəyə arxayındır? Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın çəkinmədən adının tez-tez hallandırmaq məncə region müdirinə də xoş olmaz.Ancaq nə etmək olar ki Gülnaz Kərimova bunları belə risk altına almaqdan çəkinmir.Gülnaz Kərimova məktəbdə qanunsuz olaraq dərs saatlarını müəllimlərə satıb yediyin haram pulların hamısını geri ödəyəcəksən.

Bu günə kimi hələ də var məktəbin 2022-2023,2023-2024 tədris ilinin dərs cədvəlləri arxivdən yoxa çıxıb. Bayram günlərində 20.03.2025 ci il tarixdən 31.03.2025 ci il tarixə kimi müavinlər məktəbdə cədvəl yığırdılar. Xüsusilə Nisəxanım Quliyeva, Əsli Mustafayeva, Gülçin Salmanova, kənar şəxslərdən belə xahiş edirdilər ki cədvəllərini gəlib hazırlasınlar. Nə dərəcədə düzgündür? Sual edirəm Gülnaz Kərimova bəs sən hardasan? Müəllim kollektivinə dəhlizdə mənlik heç nə yoxdur özünüz cavabdehlik daşıyırsınız sözünü deməklə canını qurtara biləcəksən? Unutma Xırdalan 2 nömrəli məktəbi pis günə qoymusan. Alverxanaya nə bilim bazara çevirmisən. Buna görə də mütləq məsuliyyət daşıyacaqsan.Mütləq.Hesab edirəm ki qanun qarşısında cavab verəcək gec ya da tez.

Maraqlı burasındadır ki,məktəbdə maliyə nazirliyinin yoxlaması ola ola həmçinin məktəbin rus bölməsi üzrə beşinci, altıncı siniflərinə rəhbərlik edən direktor müavini Sevinc Abdullayeva 02.04.2025 ci il tarixdə aidiyyatı olmayan işlə bağlı məktəbi başlı başına buraxıb Abşeron rayon məhkəməsinin inzibati binasına yəni mənim Nərgiz İsmayılova ilə bağlı məhkəməmə gəlmişdir.Bir bu Sevinc Abdullayevadan soruşmaq lazımdır ki, sənə aidiyyatı olmayan məhkəmə prosesində nə gəzirsən?. Niyə məktəbi boşuna buraxıb məhkəmədə iştirak edirsən? Məgər Nərgiz İsmayılovanın vəkilisən yoxsa qoruyucu mələyi? Zəhmət çəkib məktəbdə əyləş ki şagirdlərin məktəbə girişini təmin et,müəllimlərin dərslərə davamiyyətini təmin et.Nə düşmüsünüz o məhkəmə sənin bu məhkəmə mənim. Məgər sizin evdə həyat yoldaşınız soruşmur ki siz qadınların bu məhkəmələrdə nə işi var? Niyə başınızı aşağı salıb öz işinizlə məşğul olmurusunuz? Direktor müavini olmaq üçün “ Hansı çətinliklərdən keçib təyinat almağın və bu işi sevə sevə icra etməyin ” bütün Xırdalan şəhər 2 nömrəli məktəbə, eləcə də aidiyyatı qrumlara bəllidir.
Hətta məhkəmə zalında öncədən sevinəcər olub qərarın Nərgiz İsmayılovanın xeyrinə dəyişəcəyini belə bayram edirdin. Nə olub? Çayı hopp et sonra sevin ay Sevinc Abdullayeva! Maraqlıdır sən niyə sevinməlisən ki? Axı məhkəmə mənimlə Nərgiz İsmayılova arasındadır. Bildirmək istəyirəm ki, Nərgiz İsmayılovanın yaş həddi 65 olduğu üçün 12.01.2025 ci ildə işinə xitam verilib. Lakin hesab edirəm ki törətdiyi cinayət işlərinə görə aidiyyatı qrumlar qarşısında cinayət məsuliyyətindən boyun qaçıra bilməyəcək.

Qeyd edim ki,məktəbdə Maliyə Nazirliyinin əməkdaşlarının davamiyyətin yoxlanılması zamanı siniflərdə xüsusilə 10 İ sinfində şagirdlər çoxu biri birini tanımadı. Bu isə birbaşa sübutdur ki, Gülnaz Kərimova sən qatı cinayətkarsan. Məktəbdə davamiyyətə dərindən baxılsa demək olar ki bütün siniflərdə vəziyyət acınacaqlıdır, məktəbə gəlməyən şagirdlərin hansı maraqlar qarşılığında idarə olunduğu bilə-bilə aşkar olunacaq necə ki aşkar olunur. 10 və 11-ci sinif şagirdlərinin davamiyyəti dərindən yoxlanılmalıdır. Bildirirəm ki, adlarına dərs saatları olsa da məktəbin direkto müavinləri Gülçin Salmanova, Əsli Mustafayeva, məktəbdə yoxlama aparılan zaman heç bir sinfə girib dərslərini keçmirlər. Bunu yoxlama aparan Aqil müəllim şəxsən dəhlizdə Əsli Mustafayevanın üzünə vurdu. Bir daha sübut olunur ki,siz ancaq dövlət büdcəsini talamaqla məşğulsunuz. Sual edirəm ki, adlarını çəkdiyim Gülnaz Kərimova, Əsli Mustafayeva, Gülçin Salmanova bu vəzifə nə qədər şirindir ki, ondan ötəri bu qədər lazımsız sözləri qadın olaraq öz üzərinizə götürürsünüz? Bəlkə bir az fikirləşəsiniz gec deyil. Gedin evdə nəvələrinizə övladlarınıza vaxt ayırın ayıbdır!
İnanıram ki, Maliyyə Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsində apardığı yoxlamanın ciddi olacağına,direktorun at oynatdığı, böyük korrupsiya hallarına yol verildiyi Xırdalan 2 saylı tam orta məktəbin 2022-2023, 2023-2024,və 2024-2025 ci tədris illərinə aid fəaliyyəti dərindən yoxlanılacaq, xüsusi ilə Gülnaz Məhəmməd qızı Kərimova barəsində aidiyyatı qrumlar çox ciddi tədbir görəcəklər.

Gündelikxəbər.az
 
Ardını oxu...
Binəqədi rayonu ərazisində qanunsuz tikintilərin aparılması ilə bağlı mətbuatda və sosial platformalarda mütəmadi xəbərlər dərc olunmaqdadır.

Bu qanunsuz tikintilərin qarşısı alınmır.

Tətil günlərində Binəqədi rayonu Mənzil.Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları trərəfindən hətta yaşıl soyqırım həyata keçiilməsi ilə bağlı xəbərdə dərc olunmuşdur. Belə ki, Biləcəri qəsəbəsi Natavan küçəsində yaşıl ağaclar yerindən çıxarılıb və ərazi qanunsuz obyekt tikintisi üçün hazır vəziyyətə gətirilib.

Hal hazırda isə təqdim etdiyimiz qanunsuz tikinti bu günlərdə inşa olunub.

Binəqədi icra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımovun bu tikintidən xəbəri var?

/Xalq.az
 
Ardını oxu...
Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi ev-12 ünvanda yaşayan Şrinov Zakir Nəsir oğlu ölkə başçısına, birinci vitse-prezidentə, baş prokurora, ARDNŞ rəhbərinə ünvanladığı şikayətin bir nüsxəsini də “Nyus.az” xəbər portalı redaksiyasına göndərib və mediada ictimailəşdirilməsini xahiş edib.

Şikayətçi bildirir ki, oğlunun məşğulluğunu təmin etmək xahişi ilə Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Trestinin rəisi Qağaməli Seyfullayevə müraciət edərək, bir neçə cəhddən sonra onun qəbuluna düşüb. Q.Seyfullayev ona kömək edəcəyini vəd edib, görüş vaxtı Trestin kadrlar şöbəsinin (oxu: insan resursları şöbəsinin – red.) rəisini də kabinetə çağıraraq lazımi köməklik göstərilməsi barədə göstəriş verib.

Vətəndaş Şirinov yazır: “Kadrlar şöbəsinin rəisi Aqşin müəllim ilə görüşdük. O, mənə dedi ki, nə üçün bu qədər gedib-gəlirsən? Onsuz da COP-29 layihəsi ilə bağlı işçi qəbul edəcəyik. Get, bunu (sağ əli ilə beş barmağını göstərdi) gətir, gecikmə, məsələni tez həll elə. Mən 5000 (beş min) manat borc-xərc pul tapdım və növbəti görüşümüzdə həmin pulu və 3 kiloqram Naxçıvan balını ona Trestin binasının 4-cü mərtəbəsindəki kabinetində verdim. Bir müddət sonra o, mənimlə əlaqə saxladı, oğlumu sənədləri ilə birgə Trestə dəvət etdi. Oğlum Trestə gedib topladığı lazımi sənədləri müvafiq şöbəyə təhvil verdi. Bir neçə gün sonra işə çağırdılar və o, COP – 29 layihəsi üzrə 3 ay işlədi. Layihə başa çatandan sonra Aqşin mənimlə votsap vasitəsilə danışaraq dedi ki, oğlunun əmək kitabçasını götürmə, 2024-cü ilin noyabr-dekabr aylarını birtəhər yola verək, təzə ildən onu işinə bərpa edəcəyəm. Sən demə, Aqşin pulu ələ keçirəndən sonra məni aldadırmış. Dəfələrlə onunla votsap vasitəsilə danışdım, xeyri olmadı. Nəhayət, o, mənim nömrəmi telefonunun “qara siyahı”sılna salaraq blokladı. 2025-ci ilin artıq üç ayının keçməsinə baxmayaraq, nə oğlumu işinə bərpa edir, nə də pulumu qaytarır”

Xatırladaq ki, sözügedən müəssisənin rəhbəri Q.Seyfullayevin adı indiyədək bir çox korrupsiya olaylarında hallanıb. Q.Seyfullayev daha əvvəl SOCAR Qaz İxrac İdarəsinin rəisi işləyəndə də qohumbazlıqda, tabeliyindəki işçiləri öz şəxsi ev və obyektlərində kölə kimi işlətməkdə suçlanıb. Onun haqqında yayılan məlumatlarda qeyd olunub ki, Trestin gördüyü işlərin həcmini “forma-2” sənədlərində “şişirdir”, eləcə də kollektiv üzvlərinin problemləri ilə qətiyyən qayğılanmır, hətta Trestin işçiləri sırasından Vətən müharibəsi iştirakçılarına belə diqqət göstərmir. İnternet resurslarında onun barəsində gedən tənqidi informasiyalar heç özü tərəfindən də təkzib olunmayıb: “SOCAR sistemində çalışdığı müddətdə Seyfullayev əbəs yerə şirkətin sabiq prezidenti Rövnəq Abdullayevin “qara kassası” sayılmayıb, ölçüyəgəlməz kapitala yiyələnib və sözün əsl mənasında oliqarxa çevrilib. Məlumata görə, Seyfullayevin Bakı şəhərində və doğulduğu Biləsuvar rayonunda çoxlu sayda evləri, dəbdəbəli villaları vardır. Nəinki özünün, həyat yoldaşının və uşaqlarının da sürücüləri vardır. Qağaməlinin sürdüyü “Maybach” markalı, 900 dövlət nömrə nişanlı avtomobilin qiyməti isə 500000 (beş yüz min) manat civarındadır”.

Məsələ ilə əlaqədar Trestin şöbə müdiri Aqşin Hüseynzadə zəng açaraq məsələyə münasibətini soruşduq. İlk öncə özünün ailə üzvləri sırasından mediada çalışan şəxslərin olduğunu, jurnalistlərə hörmət bəslədiyini bildirdi. Qeyd etdi ki, şikayətçinin onun barəsində dedikləri, yuxarı instansiyalara ünvanladığı müraciətlər yalan və iftiradır, ondan pul almayıb. Formal prosedurları xatırladaraq bildirdi ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada keçirilir, nə Q.Seyfullayevin, nə A.Hüseynzadənin kimisə işə götürmək səlahiyyətləri yoxdur. Z.Şirinovun oğlu onlayn müraciət edərək, SOCAR-ın COP-29 ərəfəsində elan etdiyi vakansiyalara uyğun müsabiqədən keçərək işə cəlb olunub. Zakirin müraciəti hüquq-mühafizə orqanlarında araşdırılır. İddialarını sübuta yetirməyəcəyi təqdirdə, öz hüquqlarını müdafiə etmək, qarşılıqlı iddia qaldırıb öz nüfuzunu qorumaq iqtidarındadır, çünki ixtisasca hüquqşünasdır.

Həmsöhbətimizə bildirdik ki, formal prosedurlara bütün hökumət strukturlarında əməl edilir, amma bu, kadr siyasətində korrupsiyanı, casitəçilərin hansısa namizədin xeyrinə müdaxiləsini istisna etmir. Cavab verdi ki, nə özü, nə də Q.Seyfullayev namizədin sorğu-sual edildiyi müsabiqədə iştirak etməyiblər ki, müdaxilə də edə bilsinlər. Eyni zamanda xatırlatdı ki, Z.Şirinov özü SOCAR sistemində çalışdığı müəssisədə daha əvvəl də rəhbərlik barədə yalan iddialarla çıxış edib və sonradan bunu hirsli olaraq etdiyini boynuna alıb. Söhbətin bu yerində A.Hüseynzadəyə xatırlatdıq ki, “Ağdərə” layihəsində də işə qəbul məsələsində aldadılaraq pullarının mənimsənildiyini iddia edən adları bəlli şəxslər var və bu qədər iddia müəllifinin hamısının qərəz daşıdıqları ağlabatan deyildir. Bildirdi ki, iddiaların sayının azlığı, ya çoxluğu fərq eləməz, belə məsələlərdə ortaya qoyula biləcək faktlar əsasdır, mülahizələrin yeri yoxdur. “Ağdərə” layihəsi başlayanda isə o, hazırki vəzifəsində deyildi.

Şikayətin məğzindən görünür ki, “dovşana qaç, tazıya tut” deyən Trest rəhbəri şöbə müdirinin əli ilə COP-29 tədbiri ərəfəsində layihəyə müvəqqəti cəlb etdiyi işçini daimi işə götürəcəyi vədi ilə aldadaraq rüşvət alıb, pulunu mənimsəyib. Balı da əslində Trest rəhbəri yeyib, şöbə müdiri barmağını yalayıb. Belələrinə barmağını bal eləyib boğazlarına soxsan da, faydası yoxdur.

Nyus.Az
 
 
 
Ardını oxu...
Ötən həftə Dövlət iqtisad Universiteti keçirdiyi tenderin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, müxtəlif təyinatlı malların satınalmasını əhatə edən müsabiqənin qalibi “EVEREST-2022” MMC olub.

Qeyd edək ki, universitetlə şirkət arasında bağlanan satınalma müqaviləsinin dəyəri 774 min 388 manat təşkil edib.

“EVEREST-2022” MMC ilə bağlı apardığımız açıq mənbələr üzərindən araşdırma zamanı məlum oldu ki, bu şirkət Bakı rayonlarındakı bütün İcra Hakimiyyətlərinin “sevimlisi” sırasındadır. Belə ki, “EVEREST-2022” MMC ötən il 17 tenderin qalibi olub. Onlardan yalnız 4-ü Milli Arxiv İdarəsinə məxsus olub. Yerdə qalanlar isə İcra Hakimiyyətlərinin keçirdiyi tenderlərdir.

Şirkətin ən bahalı tenderi isə Bakı Dövlət Universitetinin keçirdiyi və İKT avadanlıqlarının satın alınması ilə bağlı olub. Həmin proses çərçivəsində “EVEREST-2022” MMC ilə 1 milyon 444 min 952 manat olub.

Bildirək ki, sözügedən şirkət 17 tender üzrə 3 milyon 624 min 205 manatlıq iş görüb. “EVEREST-2022” MMC-nin ən bahalı və sayca ən çox tender anlaşması isə Milli Arxiv İdarəsi ilə reallaşıb. Bir ildə 4 dəfə bu İdarənin tenderlərinin qalibi olan şirkət bunun müqabilində 657 min 822 manat pul alıb.

Bundan başqa, MMC Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin iki sifarişini 287 min 160 manata yerinə yetirib. Nərimanov MKTB üçün də iki sifariş yerinə yetirən “EVEREST-2022”, bunun müqabilində qarşı tərəfdən 35 min manat ödəniş alıb.

Səbayel rayon İcra Hakimiyyəti üçün eyni məzmunlu işlərin başa gəlmə xərci isə 42 min 200 manata bərabər olub.

“EVEREST-2022” MMC ilə Yasamal İcra Hakimiyyətinin də yolları çox kəsişib. Keçən il tərəflər 232 minlik müqavilə imzalayıblar.

Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Everest-2022” MMC 11 aprel 2022-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 31A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.

Bəzi iddialara görə, “EVEREST-2022” MMC-nin rəhbəri Fuad Babayev BDU-nun rektoru Elçin Babayevin qohumudur. Lakin bu qohumluğun hansı səviyyədə yaxın və uzaq olması barədə məlumat yoxdur.
 
 
 
Ardını oxu...
Nəsimi rayonunda qanunsuzluqlar davam etməkdədir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında Şəki restoranını sökürlər, ağaclar kəsilib. Məlumata görə iri gövdəli yaşıl ağaclar kəsilib. Məlumatda bildirilir ki,restoran sökülərək ərazidə yeni inşa işləri aparılması planlaşdırılır. Məsələ ilə bağlı Nəsimi rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı. Ərazidə fəaliyyət göstərən sahibkarladanda mövqe öyrənmək mümkün olmadı .

Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə daxil olan şikayət araşdırılıb. Məsələ ilə bağlı “Qafqazinfo”ya idarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağaclar təmir-tikinti işləri aparılan zaman kafe sahibi Famil Səfərovun göstərişi ilə kəsilib. Nəticədə təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyənləşib. Qurum rəsmisinin sözlərinə görə, faktla bağlı aprelin 2-də akt tərtib edilib: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”. Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib.

Hadisə ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə hər iki faktın arxasında Eldəniz adlı iş damı dayanır. Memar Əcəmi metrosunun yaxınlığında bir neçə uşaq geyimləri mağazasına sahib olan bu şəxs, həm də Bakının “Gənclik” metrosu, Xətai rayonu, Abşeronun Xırdalan şəhəri və digər ərazilərdə obyektlərə sahibdir. Gələn sayımızda oxucuları Eldəniz adlı iş adamının sahib olduğu obyektlər, bu obyektlərin adı və onların bəzisinin adının hansı səbəblə dəyişdirildiyə aydınlıq gətirəcəyik.

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bu gün bir qrup Gəncə sakini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin önündə etiraz aksiyası keçirib.

"DogruXeber.az"ın Gununsesi.info-dan əldə etdiyi xəbərə görə, sakinlər onlara diqqət göstərilməməsindən narazılıq edirlər.

Onların sözlərinə görə, bir neçə ildir ki, gəlib-getsələr də, heç bir nəticəsi olmur.

Hər dəfə müxtəlif bəhanələrlə iş uzadılır.

Sakinlərin bu etirazına səbəb isə 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Gəncəni raket atəşinə tutduğu zaman onların evlərinə dəyən zərərə görə kompensasiyalarını ala bilməməsidir.

Bildiririk ki, bundan bir müddət əvvəldə Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Məstan Əliyev ünvanında yaşayan Məmmədəliyev Azad Qəşəm oğlu Gununsesi.info vasitəsilə Prezident İlham Əliyevə şikayət ünvanlamışdı.

Gununsesi.info-ya danışan sakinlər bildirir ki, onlar dəfələrlə aldadılıb, hadisədən uzun illər keçməsinə baxmayaraq, hələ də aldadılırlar.

Hər bir sakinin isə ayrı-ayrı problemi var.

Onlardan birinin evi yarımçıq tikilib, birinin isə ümumiyyətlə, tikintisinə başlanılmayıb.

Sakinlərin bəziləri iddia edir ki, Komitə rəsmiləri onlara ağ sənədə imza atdıraraq, nağd şəkildə 1000 manat pul verib.

Sonradan məlum olub ki, bu mənzillər üçün büdcədən külli miqdarda vəsait silinib.

Göründüyü kimi ortada böyük bir korrupsiya cinayəti var. Ölkənin Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti bu prosesi araşdırmalı və müvafiq tədbir görməlidir.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də mövqeyini işıqlandırmağa hazırıq.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

 
Ardını oxu...

Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyeva bu günlərdə Bakının dəbdəbəli restoranlarının birində oğluna möhtəşəm toy çaldırıb.

Ajans.az Editor.az-a istinadən xəbər verir ki, bu barədə toyda iştirak edən qonaqlar sosial şəbəkələrdə paylaşım edib. “Meridian Park Luxury” restoranında baş tutan toy məclisinə ulduzlar axın edib. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Murad Arif kimi tanınmış müğənnilərin qatıldığı toy məclisində bir sıra rəsmi şəxslər, regional idarə müdirləri, çox sayda məktəb direktoru iştirak edib.

Ardını oxu...

Editor.az xatırladır ki, “Meridian Park Luxury” Bakının ən bahalı şadlıq saraylarından sayılır. Qeyd olunan restoranda bir nəfər üçün qiymət 200 manatdan başlayır. Eyni zamanda Xalq artistləri Aygün Kazımova, Röya Ayxan kimi sənətçilərin yarım saatlıq toy məclisində iştirak qiyməti 15 min manat, Murad Arifin isə 10 min manat civarındadır.

Qeyd edək ki, 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyevanın adı mediada məktəblini döyməkdə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimova ilə birlikdə Siciliya Adalarında istirahətə getməkdə hallanmışdı. Sonradan Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəb direktorunun şagirdi döyməsi ilə bağlı yayılan iddiaların təsdiqini tapmadığını bildirmişdi.

Redaksiyamız həyatını birləşdirən gəncləri təbrik edir, onlara xoşbəxtlik arzu edir.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

Ardını oxu...
“İki ildir ki, UNEC-nin Dərbənd filialının 2023-2024-cü il məzunları diplomlarını ala bilmirlər. Problemlər yaranır. UNEC-in Dərbənd filialının məzunları əgər diplomlarını alsalar, əlbəttə ki, 1 il hərbi xidmət keçəcəklər. Əks halda, xidmət müddəti 1 il 6 ay olur. Bir sözlə, məsələ həllini tapmalıdır. Təhsil mütəxəssisi olmasam da, məsələnin hüquqi, ictimai tərəflərinə toxunmalıyam. Elm və Təshil Nazirliyi ilə UNEC-in Dərbənd filialı arasında danışıqlar aparılmalıdır. Hər hansı razılığa gəlinmirsə, bunun əziyyətini tələbələr çəkməli deyil. Tələbələrə vəd olunub ki, diplomları veriləcək. Bildiyimiz kimi, UNEC-nin Dərbənd filialı da universitet kimi Azərbaycan tərəfindən tanınır. Bir sözlə, tələbələr hansısa mübahisələrin predmetinə, alətinə çevrilməli deyillər”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O vurğulayıb ki, ümumiyyətlə, “Təhsil haqqında” qanunda dəyişiklik etmək lazımdır: “Qanunda filiallar haqqında yetərli müddəalar yoxdur. Bu məsələləri qanunvericilik qaydasında da yoluna qoymaq, tələbələrin təhsil almalarına hər cür imkan yaratmaq lazımdır. Qoy oxusunlar, balalarımız ali təhsilli olsunlar. Almaniya kimi qüdrətli dövlətlərdə belə bəzi universitetlərdə, ümumiyyətlə, heç qəbul imtahanları yoxdur. İnsanlar təhsil almaq arzusundadırlarsa, qoy alsınlar. Hətta bəzilərinə dövlət özü təqaüd verir. Nə olur, olsun, Azərbaycanda təhsili dəstəkləməli, insanların ali təhsi almaq imkanlarını genişləndirməliyik. Az qala bu sahədə Gürcüstandan iki dəfə geri qalırıq. Bir sıra ixtisaslar üzrə də kadr çatışmazlığı var. Hətta Avropada, Amerikada oxuyan elə tələbələrlə rastlaşmışam ki, onların universal nöqteyi-nəzərdən təhsilləri heç də güclü deyil. Filialları təhsilin səviyyəsinə görə kateqoriyalara ayırmaq olmaz. Tələbə yüksək təhsil almalı olduğunu özü başa düşməlidir ki, peşəkarlıq qabiliyyəti yüksəlsin, gələcəkdə daha səmərəli işləyə bilsin”.

Qeyd: UNEC-nin Dərbənd filialı ilə bağlı problemin Elm və təhsil naziri Emin Əmrullayev ilə UNEC rektoru Ədalət Muradov arasında cərəyan edən sərin münasibətlərdən qaynaqlandığı vurğulanır.
 

Dünyapress TV

Xəbər lenti