Ardını oxu...
Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2024-cü ildə keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurları ətrafında araşdırma apardıq. Dövlət satınalmalarının vahid internet portalında 03.11.2023- ci ildə qurumun satınalma komissiyası tərəfindən 2024-cü il üzrə satınalma planlarına daxil edilmiş zəruri malların və xidmətlərin siyahısı açıqlanıb. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, nümayəndəlik satınalma planlarında 8 kotirovka sorğusu və 1 açıq tenderin keçirilməsini nəzərdə tutub.

Amma Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi satınalmaların internet portalında 2024-cü ildə cəmi 5 satınalma prosedurunun nəticələri barədə məlumat açıqlayıb.

Tovuz şəhərinin işıqlandırılması işləri üzrə “GÜNAY-88” MMC ilə 93.900 manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır. Qeyd edək ki, Tovuz şəhər nümayəndəliyi şəhərinin işıqlandırılması işləri üzrə satınalmaların portalına 2 fərqli məlumat yerləşdirib. Müsabiqənin nömrəsi 88746 olan satınalma üzrə 10.09.2024-cü ildə açıqlanan məlumatda MMC-nin 93.900 manatla qalib gəldiyi bildirilir. Qurumun Satınalma Komissyası tərəfindən 03.05.2024-cü il tarixdə elan edilmiş “Tovuz şəhərinin işıqlandırılması işləri (Müsabiqə İN: 83420)” üzrə kotirovka sorğusu nəticəsində ən aşağı qiymət (ədv daxil 93.560,87 AZN) təklifi vermiş “GUNAY 88” MMC qalib elan olunub.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GÜNAY-88” (VÖEN- 7303219061) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər İdarəsində 13.04.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının TOVUZ RAYONU, QOVLAR ŞƏHƏRİ, VAĞZAL, ev 26, m. 0, qanuni təmsilçisinin isə Əliyev Rasim Əhməd oğlu olduğu göstərilir. MMC-nin təsisçi və ilk qanui təmsilçisi Əliyeva Mehriban Səlim qızı olub.

Tam elektrikli 3 təkərli mopedin alışı üzrə “MAFH” MMC ilə 5.770,2 manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır.

Sanitar təmizlik sahəsinin maddi-texniki baza ilə təmini üzrə fiziki şəxs Natiq Rəşid oğlu Məhərrəmov ilə 49.220,16 manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır.

Zibil daşıyan maşının (xüsusi təyinatlı texnika) alınması üzrə keçirilmiş açıq tendrin 04.12.2024-cü il tarixdə yekunlaşması və 175.000 manat təkliflə “AZƏRMAŞ PARK” MMC-nin qalib olduğu açıqlanıb.

Tovuz şəhərinin yaşlıllaşdırılması işləri üzrə keçirilmiş kotirovka sorğusunun 16.09.2024 -cü il tarixdə yekunlaşması və 38.713,2 manat təkliflə “QULUOĞLU M-TİKİNTİ” MMC- nin qalib olduğu açıqlanıb.

Dövlət Vergi Xidmətinin məlumatlarında “QULUOĞLU M-TİKİNTİ” (VÖEN- 7300507121) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər İdarəsində 24.02.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının TOVUZ RAYONU, DÜZ CIRDAXAN, qanuni təmsilçisinin isə Əmiraslanov Tofiq Yusif oğlu olduğu göstərilir. O, həm də Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin daha əvvəllər ümumi dəyəri 130 min manata yaxın iki satınalma müqaviləsi bağladığı “İnşaatçı-57” MMC-nin qanuni təmsilçisidir.

Qeyd edək ki, Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2024-cü ildə müqavilə bağladığı şirkətlərlə daha əvvəllər də işbirliyində olub. Nümayəndəlik “QULUOĞLU M-TİKİNTİ” MMC ilə 2022-23-cü illərdə ümumi dəyəri 66200 manat olan 3, “GÜNAY-88” MMC ilə 2022-ci ildə 46.302,45 bir satınalma müqavilələri bağlayıb. Bu şirkətlər həm də tez-tez Tovuz rayonun digər idarə və müəssisələrin keçirdiyi satınalmaların qalibi olurlar. Bu isə onu göstərir ki, MMC-lər rayondakı vəzifəli şəxslərin birinə məxsusdur. Tovuz bayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov “AQROKİMYA” MMC -nin sahibidir. Bu MMC son illər Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumların keçirdiyi dəyəri yüz minlərlə ölçülən tenderlərin qalibi olub.

Qeyd edək ki, Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar İbrahimovdur. O, bu vəzifədə uzun müddətdir çalışır. Yaşar İbrahimov rayonda bu vəzifəni tutmaqla yanaşı 2006-07-ci illərdə və 2012-2019 cu ilərdə Tovuzun “Turan” futbol klubunun prezidenti olub. Məlum məsələdir ki, hər hansı bir futbol klubunu saxlamağa böyük vəsaitlər lazım olur. “QULUOĞLU M-TİKİNTİ”, “GÜNAY-88” və Tovuzda tenderlər udan bir neçə şirkətlərin Yaşar İbrahimovla bağlılığı ola bilərmi?
Aktualinfo.org
 
Ardını oxu...
Azərbaycanın ən böyük qəsəbələrindən biri olan Binə qəsəbəsi bu gün əsl tikinti meydançasını xatırladır.

Əyani sübut kimi isə bu gün qəsəbənin tam mərkəzində, bu qəsəbənin əsas küçəsi olan Əli İsazadə küçəsində bu dəbdəbəli ticarət mərkəzi inşa edilməzdi.
Ardını oxu...
Yəqin ki, bu tikintidən Xəzər rayonu icra hakimiyyətinin başçısı Elşən Salahov xəbərsiz deyil. Xəbərsiz olsaydı çoxdan bu tikinti dayandırılmışdı.
Ardını oxu...
Görünən isə odur ki, imkansızın bir daşı-daş üstünə qoya bilmədiyi, qazilərin linc edildiyi bu rayonda qərarı yalnız İcra başçısı özü verir. Əks halda düz yol kənarında tikinti normalarının pozulduğu bu ticarət mərkəzi tikilməzdi.

Mənbə: vətəninfo.az

Ardını oxu...
Son günlər bəzi tikinti şirkətlərinin özbaşınalığını əks etdirən xəbərlərlə tez-tez rastlaşırıq. Qanunsuz şəkildə vətəndaşların evini uçurub, onları narahat edir, istədikləri yerdə istədikləri kimi göydələnlər ucaldırlar. Nəticədə ətrafda yaşayan sakinlər toz-torpaq içində qalır, səs-küyündən evlərində otura bilmirlər.

Bütün bunlar azmış kimi indi də gecələr fəaliyyət göstərən naməlum şirkət peyda olub.

Bu barədə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin sakinləri Publika.az-a video və fotolar göndəriblər.


Onlar adı bəlli olmayan tikinti şirkətinin məsuliyyətsizliyi üzündən hər gecə kabus yaşadıqlarını bildiriblər:

“Böyük bir ərazini hasara almış naməlum şirkət axşam 8-dən səhər 6-ya qədər ərazidə ağır texnikanın köməyi ilə iş görür. Tikinti işlərində istifadə olunan texnikalar: buldozerlər, ekskavatorlar, qazma maşınları və s. yüksək səviyyədə səs yaradır. Xüsusilə gecə yarısı aparılan işlər bizim üçün ciddi narahatlıq doğurur. Gecələr demək olar ki, istirahət edə, yata bilmirik”.

Maraqlıdır, yaşayış ərazisinə yaxın bir yerdə tikinti işləri niyə gecə vaxtı aparılır? Aidiyyəti qurumlar bu boyda həngaməni niyə görmürlər?

Məsələyə aydınlıq gətirmək üçün əmlak eksperti Elnur Azadovun fikirlərini öyrəndik.

Ekspert saytımıza açıqlamasında bildirdi ki, saatından asılı olmayaraq sakinləri narahat etmək olmaz:

“Norma ilə icazə verilən səsin həddi desibel ilə ölçülür. Tikinti işlərinin aparılmasına səhər 08:00-dan axşam 22:00-a qədər icazə verilir. Gecə saatlarında səs-küylü işlər aparmaq qadağandır”.

Sakinlərin şikayətini nəzərə alaraq Suraxanı Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq.

İcra hakimiyyətindən bildirildi ki, məsələ aidiyyəti şöbəyə göndəriləcək və araşdırılıb məlumat veriləcək.

Ardını oxu...
 
Ardını oxu...
2 il öncə yaradılmış, Məmmədov Elvin Məmməd Hüseyn oğluna məxsus olan "Tez Lizinq" şirkəti vətəndaşı boğaza yığıb. 7 ay bundan öncə adıçəkilən lizinq şirkətinə məxsus "LAND CRUİSER" maşını alan vətəndaş Əliyev Fərahim qeyd edir ki, təkcə sənədləşməyə şirkət ondan 2000 manata yaxın pul alıblar ki, maşını digər şəxsin adından çıxarıb onun adına sənədləşdirsinlər.

"Azərbaycan Reallığı" xəbər verir ki, Vətəndaş maşının kreditini və digər bütün ödənişlərini vaxtı-vaxtında ödəsə də uzun müddət sonra şirkət ona etibarnaməni verməkdən boyun qaçıraraq bildirib ki, Kasko Sığortanın vaxtı bitib. Halbuki, bu xəbərdarlığı öncədən maşının yeni sahibinə bildirmək məcburiyyətində idilər. Lakin, öz işlərini məsuliyyətsiz yerinə yetirməklərinin cəzasını vətəndaşa kəsməyə çalışan "Tez Lizinq" şirkəti maşını kasko etdirmək üçün Əliyev Fərahimdən 1350 manat ödəniş istəyib. Əksi halda ona etibarnamə verməməklə təhdid edərək vətəndaşı get-gələ salıblar.

Bildiyimiz kimi Kasko Sığorta vacib deyil. İcbari Sığorta vacib və məcburi olduğu halda Kasko Sığorta dövlətin qanununa görə heç bir halda vacib deyil. Vətəndaşdan pul almaq üçün "Tez Lizinq" şirkəti Kasko Sığortanın vacib olduğunu sübut etməyə çalışır, bu da qanunu birbaşa olaraq pozmaqdır. Vətəndaş qeyd edir ki, onunla bağlanan müqavilədə də Kasko Sığorta ilə bağlı heç bir maddə yoxdur. Başlanma və bitmə tarixi, sığortanın edilməsi şərti haqqında heç bir bənd olmasa da müqavilədə olmayan bir şeyi qanunsuz olaraq vətəndaşın boynuna qoymağa çalışırlar.

Şirkətin problemi bununla bitmir. Şirkətin işçisi olan xanım vətəndaşla konkret olaraq təhdid və şantaj dili ilə danışaraq ona bildirib:

"Maşın bizimdir, müəllim (Şirkətin sahibi Məmmədov Elvini nəzərdə tutur) vermir maşını. Sən bizim şirkətin rəhbərini tanımırsan. Biz istəsək o maşını səndən alarıq" deyərək müştəri ilə deyil sanki təhdid etdiyi şəxs kimi danışır. Görəsən ona "müəllim" olaraq xitab etdiyi Məmmədov Elvin o xanımı katibəsi olaraq işə götürüb yoxsa şirkətin rəsmi nümayəndəsi?

Bu suallar cavabsız olaraq qalır. Cavabı bəlli olan tək sual isə şirkətin vətəndaşın pulunu alaraq ona qarşı dələduzluq etmək istəməsidir. Heç bu da son deyil. Həm də şirkət bu dələduzluğu dövlətin adı ilə edir. Onları şikayət edəcəyini bildirən vətəndaşa "dövləti dövlətə şikayət edəcəksən?" deyərək dövləti adını ləkələməyə, vətəndaşı şirkətlə deyil, dövlətlə qarşı-qarşıya gətirməyə çalışır. Bundan sonra isə iş dövlətin öhtəsinə düşür. Vətəndaşı dövlətə düşmən etməyə çalışan bu şirkət haqqında ölçü götürülməsi üçün Azerbaycan Reallığı olaraq dövlətin müvafiq strukturlarına müraciət edirik bu şirkət haqqında ölçü götürülsün. Heç bir şirkət dövlətin adından istifadə edib vətəndaşı incidə nə də təhdid edə bilməz.

Vətəndaş Əliyev Fərahim sözügedən şirkət haqqında qanuna müvafiq qaydada ölçü götürülməsi üçün Cənab Prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına məktub ünvanlayaraq məsələnin həlli üçün kömək istəyib.

Ümid edirik ki, hüquq mühafizə orqanları səlahiyyətlərini aşmış və vətəndaşı qanunsuz olaraq dövlətlə təhdid edən bu lizinq şirkəti haqqında müvafiq ölçü götürəcək.
 
Ardını oxu...
1-ci dərəcəli Qarabağ qazisi məhkəməyə müraciətinə görə cərimə edilib
Azərbaycan Konstitusiyası dəyişdirilib?

Ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyanın 60-cı maddəsində doğrulanıb: “Hər kəsin hüquqlarının və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraatda və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.2 maddəsinə görə, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsız sayılır. Konstitusiyanın, mülki prosessual qanunvericiliyin tələblərini diqqətə çatdırmaqda amacımız Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının məhkəməyə müraciət hüququna kobud qadağa qoymasından, hətta konstitusion hüquqdan yararlanan qazi-vətəndaşa 400 manat cərimə tətbiq etməsindən media yolu ilə 2025-ci ili “Konstitusiya və suverenlik ili” elan edən Prezidenti, ali dövlət hakimiyyəti orqanlarını bilgiləndirməkdir.
Bakı Apellyasiya Məhkəməsinin Xumar Mərdanova, Sabit Bəhrəmzadə, Vahid Sadıqovdan ibarət üçlüyünün 18.03.2025 tarixli 1-ci dərəcəli Qarabağ qazisinə MPM-in 174.5 maddəsi əsasında 100 manat “güzəştlə” 400 manat cərimə tətbiq etməsindən, cərimə aktı üzrə 19.03.2025-ci ildə “icra vərəqi” tərtib etməsindən, “Novruz axşamı hədiyyə-cəriməsi”ndən təsadüfən on gün sonra xəbər tutmuşuq. Gec duyuq düşməyimiz məhkəmənin günahıdır, nə sms-bildirişlə, nə də emaillə bilgi verməyiblər, gizlin cərimə “hədiyyəsi” yolu seçiblər. Bu gizlilik “sağ əlin verdiyini sol əlin bilməməsi” prinsipindən qaynaqlanır.
Bəs MPM-in 174.5 maddəsində nə yazılıb ki, xəstə yatağındakı 1-ci dərəcəli Qarabağ qazisinə ən çoxu 500 manatlıq cərimənin 400 manatı tətbiq olunub? (Buna da şükür, 100 manat güzəşt edilib; çox “nazik”, “humanist” aktdır) MPM-in 174.5 maddəsi: “Məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİ, onların nümayəndələrini və vəkillərini 500 manatadək cərimə edə bilər”. Qərardaddan şikayətə yazılı icraat qaydasında, yəni tərəfləri çağırmadan və iclas keçirmədən baxan Bakı Apellyasiya Məhkəməsi İŞDƏ İŞTİRAK ETMƏYƏN 1-ci dərəcəli Qarabağ əlilinin işə düzgün və tezliklə baxılmasına, onun həll edilməsinə aşkar maneçiliyini, dəfələrlə əsassız vəsatət , şikayətlər verməsini necə aşkarlaya bilib? Bəlkə 1-ci dərəcəli Qarabağ əlili xəstə yatağından məhkəmənin cərimə yazan əlini tutub, yazılı icraata maneçilik törədib? Absurd deyilmi? Məhkəmənin absurd cərimə qərarını əsaslandırmasının özü Konstitusiyaya ziddir: “Ərizəçi TƏKRARƏN EYNİ MƏZMUNLU İDDİA ƏRİZƏ İLƏ , o cümlədən DƏFƏLƏRLƏ ŞİKAYƏTLƏRLƏ MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİYİNDƏN 400 manat MĞBLƏĞİNDƏ CƏRİMƏ EDİLSİN”. Harada, hansı kitabda, hansı məcəllədə, hansı konstitusiyada yazılıb ki, məhkəməyə təkrar müraciət etmək, razı olmadığın aktdan şikayət vermək qanun-qayda pozuntusu olsun və inzibati cərimə tətbiq olunsun?
Ardını oxu...
Biz Konstitusiyanı da tam oxuduq, MPM-i də, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin Plenum qərararlarına da baxdıq, belə cərimə “hədiyyəsi” tapa bilmədik. Bəlkə Məhkəmə Hüquq Şurası tapdı? Qeyri-prosessual, sifarişli cərimə qərarından Prezidentə də, 1-ci vitse-prezidentə də, Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədrinə də şikayət edilib. Hələ üstəlik Heydər Əliyev Fondundan cəriməni ödəməyə yardım etməsi xahiş edilib. Axı məhkəmə qərarları dövlətin adından çıxarılır və dövlət başçılarına şikayətə görə də cərimə tətbiq etmək məhkəmənin qələmində su içmək qədər asandır…
Məğrur Bədəlsoy
P.S. 1-ci dərəcəli Qarabağ əlili, ümumiyyətlə, iddia ərizəsi yox, döyüşlərdə yaralanma, müalicədə olma barədə sənədlərin ona məxsus olması hüquqi faktının müəyyən olunmasına ərizə verib. Bu hüququ ona Konstitusiya, MPM, “Ali Məhkəmə Plenumunun “Xüsusi əhəmiyyəti olan faktların müəyyən olunmasına dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli Qərarı verir. Məhkəməyə “təkrarən eyni məzmunlu ərizə ilə müraciət etmək” də elə MPM-də, Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 15.4-cü bəndində yazılıb: “…ŞƏXSİ EYNİ TƏLƏBLƏ ÜMUMİ QAYDADA MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏK HÜQUQUNDAN MƏHRUM ETMİR”. Eyni ərizəyə, eyni işə 9 dəfə eyni hakimin təyin edilməsi (və anında geri qaytarılması aktı) isə nə MPM-də yazılıb, nə qanunda, nə də Konstitusiyada.
 
Ardını oxu...
Razılaşmayan sakinlərə isə, bu tapşırığın "yuxarıdan gəldiyini" söyləyərək, yəni Sumqayıt şəhərinin yüksək vəzifəli şəxslərinin adını çəkərək, onları qorxutmağa çalışırlar
Sumqayıt şəhər sakinləri Sədiyev Şahin Zeynal oğlu, Baxşəliyev Əkbər Əbdüləli oğlu, Gülməmmədov Sərxan Rizvan oğlu və Əhmədov Ceyhun adından Yenixeber.org-un elektron poçtuna müraciət daxil olub. Müraciətdə Sumqayıt Bələdiyyəsinin rəhbər şəxslərinin özbaşınalıqlarından bəhs edilir.

Aktuallığını nəzərə alıb, müraciəti dərc edirik:

"Sumqayıt Bələdiyyəsinin qanunsuz əməllərindən şəhər sakinləri boğaza yığılsa da, çıxış yolu tapa bilmir. Bir müddət əvvəl Yaşma sakinləri bu əməllərdən bezib, etiraz etmək üçün magistral yolunu da bağlamışdılar. Məsələni sakitləşdirib, bir müddət gözlədikdən sonra "Yaşıl dərə" deyilən əraziyə hücum etmişdilər. Hazırda isə 76-cı məhəllə ərazisində qanunsuzluqlar davam etməkdədir.

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri və bəzi əməkdaşları ilə əlbir olan torpaq alveri ilə məşğul olan bir qrup şəxs çıxarış və ya sənəd ala bilməyən ərazilərə çöküb, torpaqları sahiblərinin əlindən alıb, satırlar. Razılaşmayan sakinlərə isə, bu tapşırığın "yuxarıdan gəldiyini" söyləyərək, yəni Sumqayıt şəhərinin yüksək vəzifəli şəxslərinin adını çəkərək, onları qorxutmağa çalışırlar.

Öz torpaqlarını qanunsuzluğa qurban vermək istəməyən sakinlərə rast gələndə isə əraziyə özlərini qazi və veteran kimi təqdim edən bir qrup şəxsi göndərib, onları münaqişəyə çəkir, hədə-qorxu gəlirlər. Bu üsulla zərər görənlərin içində biz 5 qonşu da varıq.

Belə ki, Sumqayıt şəhər 76-cı məhəllə ərazisində mənim və 4 qonşumun sahibliyində və istifadəsində olan torpaq sahələri Sumqayıt Şəhər Bələdiyyəsinin sədri və bir neçə əməkdaşının havadarlığı ilə bu ilin yanvar ayının əvvəllərindən bir qrup şəxs tərəfindən zəbt edilib. Bizə heç bir xəbərdarlıq edilmədən, axşam saatlarında əraziyə texnika gətirilərək hasarlarımız dağılmış və bizə aid tikinti materialları məhv edilərək, yaxınlıqdakı gölə tökülmüşdür. Ərazi "sənaye, nəqliyyat və rabitə" tipli olduğundan, ora çıxarış almaq mümkün deyil və biz 2013-cü ildən bu ilin axırına qədər də torpaq vergisini ödəmişik.

Bütün aidiyyəti qurumlara müraciət etdik və bizə qarşı tərəfin əlində 3500 kv.m-ə Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş icarə müqaviləsi olduğu bildirildı. Amma nə qədər çalışsaq da, o icarə müqaviləsini bizə təqdim edən olmadı. Vəkilimiz vasitəsi ilə Sumqayıt Şəhər İnzibati Məhkəməsinə müraciət etsək də, qarşı tərəf Bələdiyyənin havadarlığı ilə, heç bir icazəsi olmadan tikinti aparmağa davam etdi və aidiyyəti qurumlar da buna göz yumur.

Biz vəkilimizlə əlavə bir müqavilə də bağladıqdan və xeyli çalışdıqdan sonra qarşı tərəfə verilən icarə müqaviləsinin bir surətini əldə edə bildik. Həmin müqaviləni araşdırdıqdan sonra məlum oldu ki, qarşı tərəfə təqdim edilən bu icarə müqaviləsi qanunsuzdur. Belə ki, icarə müqaviləsi bağlanarkən torpaq sahələrimiz hərraca çıxarılmayıb və heç bir müsabiqə olmayıb.

Daha sonra bizə məlum oldu ki, bizim torpaq sahələrimizin yerləşdiyi ərazi heç Bələdiyyənin mülkiyyətində deyil. Bir sözlə, bir neçə qurum da bu qanunsuz müqaviləni görsə də, susaraq, bizim torpaq sahələrinin zəbt edilərək tikinti aparılmasına kömək etdilər. Bu qanunsuzluq hələ də davam etməsinə və hələ də tikinti aparılmasına baxmayaraq, hələ də bizə yardım edə bilən qurum axtarışındayıq.

Onu da bildirim ki, bir dəfə gəlib reyd keçirdilər. Şikayət olunan ərazi qalıb, kasıbın olan bir az torpaq sahəsini əllərindən alıb, hasarı dağıdıblar. Guya, yoxlanış keçirib, səhvləri tapıblar. Bu da bunların işi. Obyektlər olan ərazilərə isə heç toxunmayıblar".

Ardını oxu...
TEREF olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.
 
 
 
Ardını oxu...
Azərbaycanda müxtəlif maraqların toqquşduğu, nazirindən başqa hamının atının işlədiyi bir dövlət qurumu var- Elm və Təhsil nazirliyi.Avropa təhsilli Şərq təfəkkürlü Emin Əmrullayevin birinci kabinetində əyləşdiyi bu nazirlikdə kimin rəhbərlik etdiyini heç kim bilmir. Çünki müxtəlif ranqlı məmurların tapşırıqlarını, sifarişlərini həyata keçirməkdən macal tapmayan nazirlik əməkdaşları bu gün birinin, sabahsa başqasının buyruqlarını icra edirlər. Elə nazirliyin içində bir şöbədən digərinə trasfer edilən FETO-çudan tutmuş Adnan Oktarın “kedicikləri”nə qədər kimi istəsən burada tapmaq olar. Adi bir məktəb direktorunu vəzifədən çıxarda bilməyən , şəxsi olaraq hörmətin saxladığım Təhsil naziri Emin Əmrullayev müxtəlif qrupların əlində oyuncağa çevrilib.
Guya islahat şousu adı altında məktəb direktorlarının imtahan vasitəsilə işə qəbulu görüntüsü yaradan nazirlik əslində ən böyük fiaskosunu yaşadı. Hamı direktorların hansı yollarla, kimlərin tapşırığı ilə vəzifəyə təyin olunduğunu çox gözəl bilir. Onu da bilir ki, özlərini biznesmen kimi aparan bu direktorlar heç ETN-nə də tabe olmurlar, öz havadarlarının göstərişlərini həyata keçirirlər. Adamın yadına Nəbinin kəndxuda təyin etdiyi şəxsin dediyi sözlər düşür-“ Düzdü qulluğa sən qoymusan məni, amma çörəyi onlar verir axı”... Bax AZƏRBAYCAN TƏHSİLİ BU GÜN MƏHZ BU PRİNSİPLƏRLƏ İDARƏ OLUNUR !
Nazirin etimad etdiyi Agentliyin rəhbəri Eşqi Bağırov isə bütün ƏDALƏTSİZLİYƏ susmağ məcburiyyətində qalır. Bəlkə də Eşqi Bağırov olanlara helə ki ,ƏDALƏTİN gözüylə baxa bilmir və yaxud da ƏDALƏTİN zəfərinə inanmır.

Dediyimiz kimi adi bir məktəb direktoruna sözü keçməyən nazirin Regional Təhsil idarələrinə necə nəzarət etdiyindən heç danışmağa dəyməz. Özlərini rəhbərlik etdikləri regionların sahibi kimi aparan bu “balaca padşahlar” nəinki nazirliyə,heç bir dövlət qurumuna məhəl qoymurlar. Bu gün təhsil sistemi “protektorantlıq” yolu ilə idarə olunur.
Ələxsus Abşeron- Xızı RTİ nin sahibəsi İlhamə Abdullayeva üçün Azərbaycan qanunları keçərsizdir. Daha güclü dairələrdən himayə olunduğu üçün ETN onun rəhbərlik etdiyi regiona nəzarəti tamamilə itirib.

Böyük bir regionun təhsil sistemi İlhamə Abdullayevanın və onun himayədarlarının şəxsi maraqlarına qurban verilib. Rüşvət və korrupsiyanın ayaq açıb yeridiyi Abşeron-Xızı RTİ-də təhsil adına tam bir rəzalət yaşanır. “Körpü-Bina Tikinti” şirkətinin rəhbəri Xəlil Göyüşovun belə söz keçirdiyi, vəzifəyə adam təyin etdirdiyi bir tayfa qanunları ilə idarə olunan təhsil sistemindən bundan başqa nə gözləmək olar ki...
Nədənsə bu qədər haqqlı şikayyətlər sosial şəbəkələrdə tüğyan etsə də Sumqayıt icra başçısı Zakir Fərəcov və yaxud Abşeron icra başçsı çox hörmətli Abdin müəllim olanları görməzdən gəlirlər. Nə deyək vallah, çox yəqin bu sahəni " ukraçiya" edən müavinlərin də boğazları,məşhur kinoda deyildiyi kimi 'yaxşıca yağlanmışdır". Təyinatı üzrə olan şikayyətləri aidiatı rəhbərliklərinə çatdlrmırlar. Hər halda belə vacib olan məsələlər,adları keçən çox hörmətli başçıların diqqətindən kənarda qalmamalıdır. Əlbəttə bu , xüsusilə çox hörmətli Mehriban xanımın və dövlətimizin təhsil siyasətinə qarşı pis nümunədir.
Bir müddət Şəki-Zaqatala RTİ-nə rəhbərlik edən, sonradan Lənkəran-Astara RTİ-nə transfer edilən Bəhruz Mehdiyev isə daha da irəli gedərək bir əldə iki qarpız tutmaq prinsipi ilə fəaliyyət göstərir.

Verilən məlumatlara görə Bəhruz Mehdiyev bu gün Lənkəran-Astara təhsilini “inkişaf etdirməklə” bərabər Şəki-Zaqatala regionunu da gözündən iraq qoymur. Yenə də öz kadrlarını təyin edir, köhnə əlaqələrini qoruyur. Necə deyərlər Bəhruz Mehdiyev bu gün Şəki-Zaqatala-Lənkəran-Astara RTİ-nin rəhbəri kimi “çox ağır və məşəqqətli” bir vəzifənin daşıyıcısıdır. Rəhbərlik etdiyi dövrdə direktorların işə qəbulunda yol verdiyi nöqsanlarla, idarə etdiyi regionda rüşvət və korrupsiyanın at oynatması ilə daima medyanın diqqət mərkəzində olan Bəhruz Mehdiyevə birdən birə iki regionun taleyini necə etibar edirlər? Bəlkə cənab Əmrullayev quberniya sistemi formalaşdırmaqla belə kadrlarına daha geniş ərazilər bəxş eləsin. Baxma da nə qədər olsa da büdcədən maaş Alanların sayı bir az azalar, gəlir bir əldə toplanar.
Belə-belə işlər, cənablar. Ulu öndər təhsilə millətin gələcəyi deyirdi. Budurmu bizim gələcəyimizə verdiyiniz dəyər? Millətin balalarının taleyi üzərində biznes şəbəkəsi qurulur, müxtəlif maraqlar təmin edilir. Elm və Təhsil nazirliyində bu gün hər şey var-bir tək elm və təhsildən başqa.

Yəqin onu da bir kövrək xatirə olaraq yaddaşıarda yaşatmaq üçün saxlayıblar. Çox romantik addımdır...
Davamı var...

RUBRİKA.AZ
 
 
 
Ardını oxu...
Abşeron rayon, Xırdalanın mərkəzində yerləşən "Amid Apartman" sakinlərinə təhlükə yaradır.

Bu barədə "Azərbaycan Reallığı"na göndərilən video şikayətdə deyilir: vətəndaş bildirir ki, 2 il bundan öncə Apartmanda ev alsalar da bu günə kimi evlərinin kupçaları verilməyib. Etiraz etdikdə isə deyirlər ki, vəsaitimiz yoxdur, olan kimi problemi həll edəcəyik amma binanın qarşısını ağır texnika ilə qazdırır. Apartmanın Amid adlı rəhbərindən səbəbin soruşanda deyir ki, "bura mənimdir, özüm bilərəm."

Bundan başqa Amid adlı şəxs binanın qarşısında öz şəxsi gəlir məqsədi üçün sauna tikir. Bundan öncə də eyni əməli ilə "Lion fitnes zalı" tikib, hər an bina uça bilər, faciə yaşana bilər, hara şikayət etmək lazımdır artıq bilmirik. Bu onların ilk dəfə olan qanunsuz əməlləri deyil, ağzımızı açıb etiraz edə bilmirik, Amid müəllim deyir bura mənimdir, mən bilərəm. Bina çökəcək, xaiş edirik bizə kömək edin- deyə şikayətçi video müraciətində bildirir.

 
 
 
Ardını oxu...
5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var
Səhiyyə Nazirliyinə tabeli qurumların dövlət satınalmalarındakı yol verdikləri qanunsuzluqlar barədə elektron mediada yetərincə məlumat tapmaq olar. Malumatlarda tibb müəssisələrinin hərəsinin bir formada qazanc əldə etdiyi yazılır. Biri təmir adı ilə, biri, avadanlaq adı ilə, biri, təsərrüfat malları adı ilə, bir çoxu dərman pereparatları adı ilə, bəziləri də içməli su adı ilə dövlət vəsaitlərini istədikləri istiqamətə yönəldirlər. Bunu da qeyd etdiyimiz kimi ancaq satınalmalar yolu ilə. Səhiyyə Nazirliyinə tabeli 5 Saylı Uşaq Vərəm Sanatoriyasının hər il etdiyi kimi.

Səhiyyə Nazirliyi 5 nömrəli Uşaq Vərəm Sanatoriyası içməli suyun alınması (daşınması) üzrə 07.02.2025-ci ildə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin (N:104932) qalibi “KVANTAS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 29.976,1 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının portalında 19.03.2025-ci ildə dərc edilib. Müsabiqənin şərtlərinə görə MMC mart ayından başlayaraq ilin sonuna qədər Uşaq Sanatoriyasını 8015 ton içməli su ilə təmin etməlidir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KVANTAS” (VÖEN:2008461141) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.02.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olanMMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, SABİT ORUCOV, ev 17D, qanuni təmsilçisi kimi isə Əliyev Ağa Etibar oğlu qeyd olunub.

Qeyd edək ki, 5 nömrəli Uşaq Vərəm Sanatoriyası “içməli suyun alınması (daşınması) üzrə “ALİCENS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 29.225,7 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Satınalmaların portalında dərc edilmiş məlumatda müsabiqənin başlanma tarixi 09.08.2024-cü il, bitmə tarixi 30.12.2024-cü ilə müəyyən edilib. Bu müsabiqənin şərtlərinə görə MMC avqust ayından başlayaraq 2024-cü ilin sonuna qədər Uşaq Sanatoriyasını 9.278 ton içməli su ilə təmin etməli olub.

Burada təzad yaranır. Necə olur ki, Uşaq Vərəm Sanatoriyası 2024-cü ilin 5 ayı ərzində də içməli suyun alınmasına 29 min manat, 2025-ci ilin martından ilin sonuna qədər də 29 min manat vəsait xərcləyir?

Dövlət Vergi Xidmətinin məlumatlarında “ALİCENS” (VÖEN:1506622321) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.12.2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ YƏHYA BAKUVİ, ev 106, qanuni təmsilçisi kimi isə Akporjon Turopov Akmadoviç qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Həsənova Aytən Şahzadə qızı olub O, həm də Səhiyyə Nazirliyinə tabeli qurumların abadlaşdırma xidmətləri üzrə keçirdiyi satınalmaların qalibi olan “BRİC SERVİS-22” (VÖEN: 2007183841) MMC-nin qanuni təsilçisi olub. Hazırda MMC-nin 3277.28 manat vergi borcu var.

5 nömrəli Uşaq Vərəm Sanatoriyasının içməli suyun alınmasına 2023-cü ildə ayırdığı vəsaitə nəzər salaq.

Sanatoriya tərəfindən 3.000 ton içməli suyun daşınma xidməti üzrə “VİNEKS-22” MMC ilə 9.000 manat dəyərində satınalma müqaviləsi bağlanması portalda 15.07.2023-cü ildə dərc edilib. Müsabiqənin başlanma tarixi 12.07.2023-cü il, bitmə tarixi 30.12.2023-cü ilə müəyyən edilib.

Dövlət Vergi Xidmətinin məlumatlarında “VİNEKS-22” (VÖEN:1703234921) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.02.2022-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, Q.ABBASOV, ev 29, qanuni təmsilçisi kimi isə Hifzullo Sulaimonov qeyd olunub. Hazırda MMC-nin 4258.96 manat vergi borcu var.

Sanatoriya tərəfindən 8.250 ton içməli suyun alınması üzrə “OPPONENT-2019” MMC ilə 28.957,5 manat dəyərində satınalma müqaviləsinin bağlanması portalda 14.03.2023-cü ildə dərc edilib. Müsabiqənin başlanma tarixi 10.03.2023-cü il, bitmə tarixi 30.12.2023-cü ilə müəyyən edilib. Bundan əlavə Sanatoriya ilə sözügedən MMC arasında bir müqavilə də çirkab mayelərin daşınması üzrə bağlanılıb. 14.03.2023-c ildə dərc edilmiş məlumatda müqavilənin dəyərinin 13.590 manat olduğu göstərilir.

Göründüyü kimi Uşaq Vərəm Sanatoriyası 2023-cü ildə içməli suyun alınmasına iki dəfə satınalma keçirib və ayrı ayrı MMC-lərlə ümumi dəyəri 37 957 manat olan iki müqavilə bağlayıb.

Dövlət Vergi Xidmətinin məlumatlarında “OPPONENT-2019” (VÖEN:1102154081) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.11.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, MÜŞFİQABAD ŞTQ, , ev 9, m. 56, qanuni təmsilçisi kimi isə Allahverdiyev Ruhin Səxavət oğlu qeyd olunub. Hazırda MMC-nin 1041.31 manat vergi borcu var. Mediada yayılan məlumatlarda əslən Cəbrayıl rayonundan olan Allahverdiyev Ruhinin Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə qeydiyyatda olması və adına xeyli sayda MMC-lərin rəsmiləşdirildiyi və bu MMC-lərin dövlət satınalmalarında “otkad” məqsədlərlə istifadə edildiyi deyilir.

Göründüyü kimi 5 nömrəli Uşaq Vərəm Sanatoriyası son iki ildə içməli suyun alınmasına ümumi olaraq 97 158 manat xərcləyib. O da açıq görsənir ki, Vərəm Sanatoriyasının müqavilə bağladığı MMC-lərin heç biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarlarına cavab vermir. Belə MMC-lər çox vaxt kağız üzərində yaradılır və bir-iki müqavilə bağlayıb maliyyə əməliyyatları apardıqdan sonra ya ləğv edilir, ya da bir kənara atılır.

Qeyd edək ki, 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının direktoru Cavadova Ruhəngiz Kamil qızıdır. Onun adı dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimovun işi ilə bağlı 2024-cü ilin noyabrında elektron mediada yayılan məlumatlarda keçir. Belə ki, onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. Şirkətlər vasitəsilə dövlət əmlakını mənimsəyən vəzifəli şəxslər müəyyən edilib. Həmin vəzifəli şəxslərdən biri də 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova olub və məlumata görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan qəpiyinə kimi ödətdirilib.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
Bir zamanlar keçmiş Bakı meri Hacıbala Abutalıbovun "sevə-sevə tikdiyi" Azərbaycan paytaxtının qara günləri bitmək bilmir ki bilmir. Ayrı-ayrı inşaat şirkətləri Bakını eksperement zonasına çevirərərk istədiklərini edirlər ki, bu da zaman-zaman həmin qurumlarla vətəndaşların kəskin toqquşmaları ilə müşaiyət olunur. Elə keçən günlərdə baş verən olay - "Melissa Group" adlı MTK-nın özbaşınalığı və nəticədə bu şirkətin üzdə görünən isminin həbsə atılması dediklərimizin əyani sübutu kimi qəbul oluna bilər.

"DİA-AZ" vurğulayır ki, əslində burada əsas məsuliyyət, əsas cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olsa da, hər dəfə bu qurumun başında dayanan GERÇƏK DƏLLALAR məsuliyyətdən yayına bilirlər. Elə sonuncu dəfə də belə oldu. Amma realda hər kəs yaxşı bilir ki, Bakıda kimsə bu qurumun icazəsi olmadan nəinki kiminsə evini uçura bilməz, heç kiminsə evinə yaxın belə düşə bilməz...

Və faktdır ki, bu reallıq fonunda əsas günahkarlar - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi həbsdən qurtuldu. Bakı isə yenə də xaraba günə qoyulmaqdadır. Elə bayram günlərində də...
Ardını oxu...
"DİA-AZ" bildirir ki, uzun bayram günlərində dövlət orqanlarının tətilə çıxdığını fürsət bilən işbazların “gizli” tikinti və söküntü işləri apardıqlarını son illər çox müşahidə etmişik.

Yola saldığımız bayram tətilində də (20-31 mart) gözlənilən hadisələr baş verdi. Onları bir daha diqqətə çatdırırıq:

1. Qara Qarayev prospekti 82A - yaşayış binasının həyətində avtoyuma və bu tip obyektlərin quraşdırılmasına başlanıldı (Nizami rayonu);
2. Məhəmməd Hadi küçəsi, “Həzi Aslanov” m.st-nın çıxışı - ağacların arasında obyekt quraşdırıldı (Xətai rayonu);
3. Birinci Alatava massivi, Abdulvahab Salamzadə küçəsi 118B - zorla köçürülməyə məruz qalan sakinlər evdə ola-ola söküntü işləri aparıldı (Yasamal rayonu);
4. Şərifzadə küçəsi - köhnə “Azon Zavod”un ərazisində ağaclar kəsildi (Yasamal rayonu).

Bir daha qeyd edirik ki, bütün bu tikinti xaosu birbaşa olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən qaynaqlanır. Bunu elə başda oturanlar da yaxşı bilir. Amma bu bilginin hansısa məsuliyyət paylaşımına təsiri olacaqmı? Bunu isə zamanla görəcəyik...

Məsələ diqqətimizdədir...
 

Dünyapress TV

Xəbər lenti