Bakı Apellyasiya Məhkəməsindən qaziyə 400 manatlıq “Novruz cəriməsi “hədiyyəsi”
1-ci dərəcəli Qarabağ qazisi məhkəməyə müraciətinə görə cərimə edilib
Azərbaycan Konstitusiyası dəyişdirilib?

Ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyanın 60-cı maddəsində doğrulanıb: “Hər kəsin hüquqlarının və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraatda və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.2 maddəsinə görə, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsız sayılır. Konstitusiyanın, mülki prosessual qanunvericiliyin tələblərini diqqətə çatdırmaqda amacımız Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının məhkəməyə müraciət hüququna kobud qadağa qoymasından, hətta konstitusion hüquqdan yararlanan qazi-vətəndaşa 400 manat cərimə tətbiq etməsindən media yolu ilə 2025-ci ili “Konstitusiya və suverenlik ili” elan edən Prezidenti, ali dövlət hakimiyyəti orqanlarını bilgiləndirməkdir.
Bakı Apellyasiya Məhkəməsinin Xumar Mərdanova, Sabit Bəhrəmzadə, Vahid Sadıqovdan ibarət üçlüyünün 18.03.2025 tarixli 1-ci dərəcəli Qarabağ qazisinə MPM-in 174.5 maddəsi əsasında 100 manat “güzəştlə” 400 manat cərimə tətbiq etməsindən, cərimə aktı üzrə 19.03.2025-ci ildə “icra vərəqi” tərtib etməsindən, “Novruz axşamı hədiyyə-cəriməsi”ndən təsadüfən on gün sonra xəbər tutmuşuq. Gec duyuq düşməyimiz məhkəmənin günahıdır, nə sms-bildirişlə, nə də emaillə bilgi verməyiblər, gizlin cərimə “hədiyyəsi” yolu seçiblər. Bu gizlilik “sağ əlin verdiyini sol əlin bilməməsi” prinsipindən qaynaqlanır.
Bəs MPM-in 174.5 maddəsində nə yazılıb ki, xəstə yatağındakı 1-ci dərəcəli Qarabağ qazisinə ən çoxu 500 manatlıq cərimənin 400 manatı tətbiq olunub? (Buna da şükür, 100 manat güzəşt edilib; çox “nazik”, “humanist” aktdır) MPM-in 174.5 maddəsi: “Məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİ, onların nümayəndələrini və vəkillərini 500 manatadək cərimə edə bilər”. Qərardaddan şikayətə yazılı icraat qaydasında, yəni tərəfləri çağırmadan və iclas keçirmədən baxan Bakı Apellyasiya Məhkəməsi İŞDƏ İŞTİRAK ETMƏYƏN 1-ci dərəcəli Qarabağ əlilinin işə düzgün və tezliklə baxılmasına, onun həll edilməsinə aşkar maneçiliyini, dəfələrlə əsassız vəsatət , şikayətlər verməsini necə aşkarlaya bilib? Bəlkə 1-ci dərəcəli Qarabağ əlili xəstə yatağından məhkəmənin cərimə yazan əlini tutub, yazılı icraata maneçilik törədib? Absurd deyilmi? Məhkəmənin absurd cərimə qərarını əsaslandırmasının özü Konstitusiyaya ziddir: “Ərizəçi TƏKRARƏN EYNİ MƏZMUNLU İDDİA ƏRİZƏ İLƏ , o cümlədən DƏFƏLƏRLƏ ŞİKAYƏTLƏRLƏ MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİYİNDƏN 400 manat MĞBLƏĞİNDƏ CƏRİMƏ EDİLSİN”. Harada, hansı kitabda, hansı məcəllədə, hansı konstitusiyada yazılıb ki, məhkəməyə təkrar müraciət etmək, razı olmadığın aktdan şikayət vermək qanun-qayda pozuntusu olsun və inzibati cərimə tətbiq olunsun?
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_screenshot_20250401_095305_word.jpg
Biz Konstitusiyanı da tam oxuduq, MPM-i də, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin Plenum qərararlarına da baxdıq, belə cərimə “hədiyyəsi” tapa bilmədik. Bəlkə Məhkəmə Hüquq Şurası tapdı? Qeyri-prosessual, sifarişli cərimə qərarından Prezidentə də, 1-ci vitse-prezidentə də, Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədrinə də şikayət edilib. Hələ üstəlik Heydər Əliyev Fondundan cəriməni ödəməyə yardım etməsi xahiş edilib. Axı məhkəmə qərarları dövlətin adından çıxarılır və dövlət başçılarına şikayətə görə də cərimə tətbiq etmək məhkəmənin qələmində su içmək qədər asandır…
Məğrur Bədəlsoy
P.S. 1-ci dərəcəli Qarabağ əlili, ümumiyyətlə, iddia ərizəsi yox, döyüşlərdə yaralanma, müalicədə olma barədə sənədlərin ona məxsus olması hüquqi faktının müəyyən olunmasına ərizə verib. Bu hüququ ona Konstitusiya, MPM, “Ali Məhkəmə Plenumunun “Xüsusi əhəmiyyəti olan faktların müəyyən olunmasına dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli Qərarı verir. Məhkəməyə “təkrarən eyni məzmunlu ərizə ilə müraciət etmək” də elə MPM-də, Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 15.4-cü bəndində yazılıb: “…ŞƏXSİ EYNİ TƏLƏBLƏ ÜMUMİ QAYDADA MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏK HÜQUQUNDAN MƏHRUM ETMİR”. Eyni ərizəyə, eyni işə 9 dəfə eyni hakimin təyin edilməsi (və anında geri qaytarılması aktı) isə nə MPM-də yazılıb, nə qanunda, nə də Konstitusiyada.
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?

Dünyapress TV

Xəbər lenti