Sumqayıt Bələdiyyəsində özbaşınalıq davam edir: mülkiyyətində olmayan torpaqlar da qanunsuz yollarla satılır
Razılaşmayan sakinlərə isə, bu tapşırığın "yuxarıdan gəldiyini" söyləyərək, yəni Sumqayıt şəhərinin yüksək vəzifəli şəxslərinin adını çəkərək, onları qorxutmağa çalışırlar
Sumqayıt şəhər sakinləri Sədiyev Şahin Zeynal oğlu, Baxşəliyev Əkbər Əbdüləli oğlu, Gülməmmədov Sərxan Rizvan oğlu və Əhmədov Ceyhun adından Yenixeber.org-un elektron poçtuna müraciət daxil olub. Müraciətdə Sumqayıt Bələdiyyəsinin rəhbər şəxslərinin özbaşınalıqlarından bəhs edilir.

Aktuallığını nəzərə alıb, müraciəti dərc edirik:

"Sumqayıt Bələdiyyəsinin qanunsuz əməllərindən şəhər sakinləri boğaza yığılsa da, çıxış yolu tapa bilmir. Bir müddət əvvəl Yaşma sakinləri bu əməllərdən bezib, etiraz etmək üçün magistral yolunu da bağlamışdılar. Məsələni sakitləşdirib, bir müddət gözlədikdən sonra "Yaşıl dərə" deyilən əraziyə hücum etmişdilər. Hazırda isə 76-cı məhəllə ərazisində qanunsuzluqlar davam etməkdədir.

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri və bəzi əməkdaşları ilə əlbir olan torpaq alveri ilə məşğul olan bir qrup şəxs çıxarış və ya sənəd ala bilməyən ərazilərə çöküb, torpaqları sahiblərinin əlindən alıb, satırlar. Razılaşmayan sakinlərə isə, bu tapşırığın "yuxarıdan gəldiyini" söyləyərək, yəni Sumqayıt şəhərinin yüksək vəzifəli şəxslərinin adını çəkərək, onları qorxutmağa çalışırlar.

Öz torpaqlarını qanunsuzluğa qurban vermək istəməyən sakinlərə rast gələndə isə əraziyə özlərini qazi və veteran kimi təqdim edən bir qrup şəxsi göndərib, onları münaqişəyə çəkir, hədə-qorxu gəlirlər. Bu üsulla zərər görənlərin içində biz 5 qonşu da varıq.

Belə ki, Sumqayıt şəhər 76-cı məhəllə ərazisində mənim və 4 qonşumun sahibliyində və istifadəsində olan torpaq sahələri Sumqayıt Şəhər Bələdiyyəsinin sədri və bir neçə əməkdaşının havadarlığı ilə bu ilin yanvar ayının əvvəllərindən bir qrup şəxs tərəfindən zəbt edilib. Bizə heç bir xəbərdarlıq edilmədən, axşam saatlarında əraziyə texnika gətirilərək hasarlarımız dağılmış və bizə aid tikinti materialları məhv edilərək, yaxınlıqdakı gölə tökülmüşdür. Ərazi "sənaye, nəqliyyat və rabitə" tipli olduğundan, ora çıxarış almaq mümkün deyil və biz 2013-cü ildən bu ilin axırına qədər də torpaq vergisini ödəmişik.

Bütün aidiyyəti qurumlara müraciət etdik və bizə qarşı tərəfin əlində 3500 kv.m-ə Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş icarə müqaviləsi olduğu bildirildı. Amma nə qədər çalışsaq da, o icarə müqaviləsini bizə təqdim edən olmadı. Vəkilimiz vasitəsi ilə Sumqayıt Şəhər İnzibati Məhkəməsinə müraciət etsək də, qarşı tərəf Bələdiyyənin havadarlığı ilə, heç bir icazəsi olmadan tikinti aparmağa davam etdi və aidiyyəti qurumlar da buna göz yumur.

Biz vəkilimizlə əlavə bir müqavilə də bağladıqdan və xeyli çalışdıqdan sonra qarşı tərəfə verilən icarə müqaviləsinin bir surətini əldə edə bildik. Həmin müqaviləni araşdırdıqdan sonra məlum oldu ki, qarşı tərəfə təqdim edilən bu icarə müqaviləsi qanunsuzdur. Belə ki, icarə müqaviləsi bağlanarkən torpaq sahələrimiz hərraca çıxarılmayıb və heç bir müsabiqə olmayıb.

Daha sonra bizə məlum oldu ki, bizim torpaq sahələrimizin yerləşdiyi ərazi heç Bələdiyyənin mülkiyyətində deyil. Bir sözlə, bir neçə qurum da bu qanunsuz müqaviləni görsə də, susaraq, bizim torpaq sahələrinin zəbt edilərək tikinti aparılmasına kömək etdilər. Bu qanunsuzluq hələ də davam etməsinə və hələ də tikinti aparılmasına baxmayaraq, hələ də bizə yardım edə bilən qurum axtarışındayıq.

Onu da bildirim ki, bir dəfə gəlib reyd keçirdilər. Şikayət olunan ərazi qalıb, kasıbın olan bir az torpaq sahəsini əllərindən alıb, hasarı dağıdıblar. Guya, yoxlanış keçirib, səhvləri tapıblar. Bu da bunların işi. Obyektlər olan ərazilərə isə heç toxunmayıblar".

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1743516308_2.jpg
TEREF olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.
 
 
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?

Dünyapress TV

Xəbər lenti