Tovuzda ən çox tender udan MMC-lərin Yaşar İbrahimovla nə kimi bağlılığı var - İLGİNC FAKTLAR...
Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2024-cü ildə keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurları ətrafında araşdırma apardıq. Dövlət satınalmalarının vahid internet portalında 03.11.2023- ci ildə qurumun satınalma komissiyası tərəfindən 2024-cü il üzrə satınalma planlarına daxil edilmiş zəruri malların və xidmətlərin siyahısı açıqlanıb. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, nümayəndəlik satınalma planlarında 8 kotirovka sorğusu və 1 açıq tenderin keçirilməsini nəzərdə tutub.

Amma Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi satınalmaların internet portalında 2024-cü ildə cəmi 5 satınalma prosedurunun nəticələri barədə məlumat açıqlayıb.

Tovuz şəhərinin işıqlandırılması işləri üzrə “GÜNAY-88” MMC ilə 93.900 manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır. Qeyd edək ki, Tovuz şəhər nümayəndəliyi şəhərinin işıqlandırılması işləri üzrə satınalmaların portalına 2 fərqli məlumat yerləşdirib. Müsabiqənin nömrəsi 88746 olan satınalma üzrə 10.09.2024-cü ildə açıqlanan məlumatda MMC-nin 93.900 manatla qalib gəldiyi bildirilir. Qurumun Satınalma Komissyası tərəfindən 03.05.2024-cü il tarixdə elan edilmiş “Tovuz şəhərinin işıqlandırılması işləri (Müsabiqə İN: 83420)” üzrə kotirovka sorğusu nəticəsində ən aşağı qiymət (ədv daxil 93.560,87 AZN) təklifi vermiş “GUNAY 88” MMC qalib elan olunub.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GÜNAY-88” (VÖEN- 7303219061) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər İdarəsində 13.04.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının TOVUZ RAYONU, QOVLAR ŞƏHƏRİ, VAĞZAL, ev 26, m. 0, qanuni təmsilçisinin isə Əliyev Rasim Əhməd oğlu olduğu göstərilir. MMC-nin təsisçi və ilk qanui təmsilçisi Əliyeva Mehriban Səlim qızı olub.

Tam elektrikli 3 təkərli mopedin alışı üzrə “MAFH” MMC ilə 5.770,2 manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır.

Sanitar təmizlik sahəsinin maddi-texniki baza ilə təmini üzrə fiziki şəxs Natiq Rəşid oğlu Məhərrəmov ilə 49.220,16 manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır.

Zibil daşıyan maşının (xüsusi təyinatlı texnika) alınması üzrə keçirilmiş açıq tendrin 04.12.2024-cü il tarixdə yekunlaşması və 175.000 manat təkliflə “AZƏRMAŞ PARK” MMC-nin qalib olduğu açıqlanıb.

Tovuz şəhərinin yaşlıllaşdırılması işləri üzrə keçirilmiş kotirovka sorğusunun 16.09.2024 -cü il tarixdə yekunlaşması və 38.713,2 manat təkliflə “QULUOĞLU M-TİKİNTİ” MMC- nin qalib olduğu açıqlanıb.

Dövlət Vergi Xidmətinin məlumatlarında “QULUOĞLU M-TİKİNTİ” (VÖEN- 7300507121) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər İdarəsində 24.02.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının TOVUZ RAYONU, DÜZ CIRDAXAN, qanuni təmsilçisinin isə Əmiraslanov Tofiq Yusif oğlu olduğu göstərilir. O, həm də Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin daha əvvəllər ümumi dəyəri 130 min manata yaxın iki satınalma müqaviləsi bağladığı “İnşaatçı-57” MMC-nin qanuni təmsilçisidir.

Qeyd edək ki, Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2024-cü ildə müqavilə bağladığı şirkətlərlə daha əvvəllər də işbirliyində olub. Nümayəndəlik “QULUOĞLU M-TİKİNTİ” MMC ilə 2022-23-cü illərdə ümumi dəyəri 66200 manat olan 3, “GÜNAY-88” MMC ilə 2022-ci ildə 46.302,45 bir satınalma müqavilələri bağlayıb. Bu şirkətlər həm də tez-tez Tovuz rayonun digər idarə və müəssisələrin keçirdiyi satınalmaların qalibi olurlar. Bu isə onu göstərir ki, MMC-lər rayondakı vəzifəli şəxslərin birinə məxsusdur. Tovuz bayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov “AQROKİMYA” MMC -nin sahibidir. Bu MMC son illər Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumların keçirdiyi dəyəri yüz minlərlə ölçülən tenderlərin qalibi olub.

Qeyd edək ki, Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar İbrahimovdur. O, bu vəzifədə uzun müddətdir çalışır. Yaşar İbrahimov rayonda bu vəzifəni tutmaqla yanaşı 2006-07-ci illərdə və 2012-2019 cu ilərdə Tovuzun “Turan” futbol klubunun prezidenti olub. Məlum məsələdir ki, hər hansı bir futbol klubunu saxlamağa böyük vəsaitlər lazım olur. “QULUOĞLU M-TİKİNTİ”, “GÜNAY-88” və Tovuzda tenderlər udan bir neçə şirkətlərin Yaşar İbrahimovla bağlılığı ola bilərmi?
Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı

Dünyapress TV

Xəbər lenti