b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_7cc3b5cd893f5618fecb8ce470fd6d78.jpg
   

"İsrail-İran hərbi qarşıdurması neft bazarını sarsıdıb. Brent markalı neftin qiyməti bir neçə gun ərzində 10%-dən çox bahalaşaraq əvvəlcə 75.15 dollar səviyyəsinə, daha sonra 76.94 dollara çatıb. Xam neft fyuçersləri 13%-ə qədər artıb. ABŞ-ın VIX indeksi son 3 həftənin maksimumuna qalxıb, sərmayəçilər isə səhmlərdən çıxaraq qızıla və dövlət istiqrazlarına yönəlir".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.

eldenizz.jpg

İqtisadçı qeyd edir ki, münaqişə Hörmüz boğazı ətrafında təhlükəni artırır. Belə ki, gündəlik 18–20 milyon barel neft bu boğazdan keçir ki, bu da dünya neft ticarətinin 20%-i deməkdir:

"İranın boğazı bağlama təhdidi neftin qiymətində daha kəskin sıçrayış yarada bilər. BVF hesablamasına görə, neftin 10% bahalaşması inkişaf etmiş ölkələrdə inflyasiyanı 0.4 faiz bəndi artırır.

LNG bazarı da risk altındadır. Qətər və BƏƏ-nin bütün maye qaz ixracatı Hörmüz boğazından keçir və bu, qlobal LNG ticarətinin 1/5 hissəni təşkil edir. İran üzərindən keçən marşrut bağlansa, Çin və Hindistan alternativ mənbələrə yönələcək, bu da digər bazarlarda qiymətləri yuxarı çəkacək. Çünki, İran sanksiyada olsa belə bu iki ölkə, ələxsus da Çin öz neft ehtiyacının ciddi bir hissəsini İran hesabına təmin edir.

Aviasiya sektorunda da gərginlik var. İran, İsrail, İraq və İordaniya hava məkanlarını bağlayıb. Bir neçə beynəlxalq aviaşirkət regiona uçuşları dayandırıb, Təl-Əvivdən sərnişinsiz təyyarələr Kipr və Avropa şəhərlərinə yönləndirilib. Marşrut dəyişiklikləri səyahət vaxtını uzadır, yanacaq xərclərini artırır və sığorta risklərini böyüdür. Bu isə ciddi həm logistic xidmətlərdə, həm də turizm üzrə qiymət artımlarına səbəb olur.

Ticarət yolları və dəhlizlə də təhlükə altındadır. Hörmüz boğazı yalnız enerji deyil, həm də konteyner yükləri, o cümlədən məişət texnikası və istehlak malları üçün əsas dəhlizdir. Münaqişə sığorta haqlarını artırır, gecikmələr və daşınma xərcləri isə son nəticədə istehlakçının ödədiyi qiymətlərə təsir edir".

İqtisadçı qeyd edir ki, İsrail daxilində də vəziyyət gərgindir:

"Şekel dollar qarşısında 2% dəyər itirib. Supermarketlərdə izdiham yaşanır. Məlumatlara görə əksər alış veriş şəbəkələrində alış səviyyəsi 300% artıb, bəzi məhsulların rəfləri boşalıb.

Barclays və EY-Parthenon isə bu qarşıdurmanı “qlobal tənəzzülə səbəb ola biləcək ssenari” adlandırır. Neftin bahalaşması təkcə yanacaqla yanaşı, ərzaq, daşınma və istehsal xərclərində də artıma səbəb olacaq".

Xalidə Gəray,
Musavat.com

Bölmənin digər xəbərləri

17 İyun 2025 Putindən İran üçün sürpriz plan: DÜNYA bu təkliflə ÇALXALANIR
17 İyun 2025 İsrail İranı vurmazdan 2 saat əvvəl TÜRKİYƏNİ xəbərdar edibmış - ŞOK DETALLAR
17 İyun 2025 Eyni anda ölkədəki HƏR KƏSƏ göndərildi - ŞOK yaradan mesajda GÖRÜN NƏLƏR YAZILIB
17 İyun 2025 Gundemxeber.Az » Dünya » Tramp: "Emmanuel Makron Həmişə Hər Şeyi Səhv Başa Düşür" Tramp: "Emmanuel Makron həmişə hər şeyi səhv başa düşür"
17 İyun 2025 Qərbi Azərbaycan Xronikası: "Aşağı Necili sakinləri daim ermənilərin ayrı-seçkiliyi ilə üzləşiblər"
17 İyun 2025 SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı
17 İyun 2025 İran İsrailin gizli hərbi bazalarının 3D görüntülərini paylaşıb
17 İyun 2025 Trampdan sərt çağırış: “Hamı dərhal Tehrandan çıxsın!” – “İran razılaşmalı idi!” -TƏCİLİ!
17 İyun 2025 Amerika hərəkətlənir - ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq
17 İyun 2025 RUSİYANIN “TƏŞƏKKÜR MƏDƏNİYYƏTİ” - Təyyarəmizə görə üzr istəməyən Kremlin bugünkü təşəkkürünə ehtiyacımız varmı?
17 İyun 2025 "İran danışıqları istəyir, amma danışıqlara daha əvvəl başlamalı idi"
17 İyun 2025 “Mossad”dan film kimi əməliyyat: İsrail agentləri aylarla....
16 İyun 2025 Netanyahudan ŞOK AÇIQLAMA: İsrail İran kəşfiyyatının rəhbəri Məhəmməd Kazemini zərərsizləşdirib
16 İyun 2025 Xameneinin ətrafı Rusiya ilə təmasa keçdi: Ölkədən getmək təklif edilir - Sensasiya
16 İyun 2025 İrandan güclü qaçqın axını gəlir VİDEO
16 İyun 2025 İran nüvə bombasını bu qruplara ötürmək istəyirdi - Netanyahu
16 İyun 2025 Tramp: ABŞ İsrail-İran münaqişəsinə müdaxilə edə bilər
16 İyun 2025 Polis gibi giyinmişler... ABD Minnesota Eyalet Meclisi Başkanı Hortman ve eşi öldürüldü
16 İyun 2025 Hindistanda qəzaya uğrayan təyyarənin pilotunun son sözləri: "Düşürük"
16 İyun 2025 Pekin İranın yanındadır: - Pekin İsrailə qarşı kəşfiyyat məlumatlarını Tehranla bölüşə bilər

Dünyapress TV

Xəbər lenti