Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
62 №-li məktəb-liseyin direktorunun illik gəliri necə 300 min manata çatır?
1. Məktəbə gələn və ya gələcəyi gözlənilən yoxlamalar barədə əvvəlcədən məlumat alması və buna uyğun olaraq hazırlıqlı olması.
2. Elm və Təhsil Nazirliyinə edilən şikayətlərin yuxarı instansiyalara çatmaması üçün onların Mətanət Cabbarlıya geri qaytarılması və məsələlərin yerindəcə hədə-qorxu ilə “həll olunması”.
3. Məktəbdə boş yer olmadığı halda, şagirdlərin sistemdə əlaqəli şəxs vasitəsilə 500 manat müqabilində qəbul edilməsi.
4. Məktəbə qəbul olunacaq yeni şagirdlərin yoxlanışı zamanı zəif nəticə göstərənlərin qəbul edilməsi və həmin şagirdlərin yay aylarında direktorun şəxsi hazırlıq kurslarına yönləndirilməsi halları.
5. Şagirdlərin şəxsi işlərinə baxılaraq, valideynlərinin iş statusuna əsasən daim daha çox rüşvət verən müəllimlərin siniflərinə yerləşdirilməsi.
6. 5-ci bənddə qeyd olunan hallara sübut olaraq, direktora daha çox rüşvət verən müəllimlərin siniflərində qeydiyyatsız şəkildə 34 şagirdin yerləşdirilməsi halları baş verir. 66 yaşında olan bir müəllimin bu qədər şagirdə effektiv dərs deməsi real görünmür. Yoxlama gələn zaman isə bu şagirdlər müvəqqəti olaraq digər siniflərə göndərilir. Elm və Təhsil Nazirliyi bu vəziyyəti sistem üzərindən asanlıqla yoxlaya bilər.
7. Sistemdə manipulyasiya edərək, müəllimlərə "şagird gəlmir" deyə 19 və ya daha az sayda şagird göstərilir və buna əsasən ibtidai sinif müəllimlərinə siniflərin 1500-2000 manat müqabilində verilməsi həyata keçirilir.
8. İbtidai siniflərdə dərsdən sonra hazırlığın keçirilməsinə görə hər müəllimdən şagirdə görə 20 azn alınması.
9. Məktəbdə yığılan vəsait hesabına direktorun özü tərəfindən yaradılmış klublar, dərnəklər və kurslara, həmçinin digər şəxslərlə əlbir olaraq təşkil olunan idman zallarına şagirdlər məcburi şəkildə göndərilir. Sözügedən dərnəklər isə 3-cü şəxslərin adına rəsmiləşdirilərək fəaliyyət göstərir. Bunlara misal olaraq aşağıdakı qurumları göstərmək olar: Empati Education Center, Açar Xüsusi Qayğı Mərkəzi, Açar Tədris Mərkəzi, Empati Kid Center (əlaqəli şəkillər əlavə edilmişdir)
10. Demək olar ki, hər il bütün yaş qrupları üzrə siniflərdə “venetka” (buraxılış albomu) çəkilir və hər şagirddən ödəniş alınmaqla yanaşı, şəkil çəkən şirkətdən də əlavə rüşvət tələb olunur.
11. “Qırmızı Xaç” Cəmiyyəti adı altında məktəb müəllimləri və şagirdlərindən uşaq bezləri toplanaraq, sonradan direktorun nəzarətində olan şəxsi dərnəklərə daşınması..
12. İbtidai sinifdən yuxarı sinfə keçid zamanı lisey bölməsinə daxil olmaq üçün nəticələri zəif olan şagirdlərin valideynlərindən 300–500 manat məbləğində ödəniş tələb edilməsi.
13. İbtidai siniflərdə direktora daha yaxın olan (yəni daha çox “hörmət edən”) müəllimlər tərəfindən testlər hazırlanır. Daha sonra ümumi test imtahanı keçirilir və təbii olaraq, testi hazırlayan müəllimlərin şagirdləri daha yüksək nəticə göstərirlər. Bu prosesdən sonra zəif nəticə göstərən şagirdlərin müəllimlərinə müxtəlif formalarda təzyiq göstərilir. Nəticədə həmin müəllimlər bayramlar zamanı bu təzyiqlərdən qurtulmaq üçün direktora daha çox pul verməyə məcbur qalırlar.
14. Yuxarı sinif şagirdlərinin hazırlıq kurslarına getmək səbəbilə dərs buraxmalarına görə valideynlərdən 1000–2000 manat arası ödəniş tələb olunur. Təxminən 100 şagirddən 40 nəfərinin bu ödənişi etdiyi nəzərə alınsa, ümumi məbləğ minimum 40,000 manat təşkil edir
15. Məktəbdə çalışan 100-ə yaxın müəllimdən bütün bayramlar və direktorun ad günü münasibətilə 150–300 manat arası məbləğdə pul toplanır (məbləğ müəllimin dərs saatı və hazırladığı şagirdlərin sayına görə dəyişir). Bu proses nəticəsində ildə təxminən 150,000 manat məbləğində vəsait toplanır.(8 mart, Yeni il, Direktorun ad günü, Müəllimlər günü və s.)
16. Yuxarı sinif müəllimlərinin aylıq dərs yükü 20 saat olduğu halda, əlavə dərs saatları üçün ödəniş tələb olunur — 2 əlavə saat üçün 500 manat, 4 saat üçün isə 1000 manat ödənilməsi tələb edilir.
17. Direktorun ad günü yay aylarında olsa da, həmin tarix süni şəkildə may ayına keçirilir və bu bəhanə ilə əlavə hədiyyə və pul yığılır. 15 may 2025 tarixində məktəbin kamerasına baxsanız biz müəllimlərin təbrik üçün əlində pul direktorun otağının qabağında dayandığı açıq aydın görəcəksiniz.
18. Böyük və ya kiçik otaqların müəllimlər arasında pulla bölüşdürülməsi və otağın ölçüsünə görə tələb olunan məbləğ 500–1000 manat arasında dəyişir.
19. Pensiya yaşına çatmış müəllimlərlə hər tədris ili üçün 2000–3000 manat qarşılığında müqavilələrin uzadılması həyata keçirilir. Bu praktika 2025–2026 tədris ilində də davam edir.
20. Yay tətili zamanı müəllimlər üçün nəzərdə tutulan iş günlərində, müəllimlərdən hər gün üçün 10–20 manat arasında ödəniş yığılır və bunun qarşılığında onlar işə gəlmirlər.
21. Məktəbdə şagirdlərə əlavə kitab, jurnal və gündəliyin satılması. (Video əlavə edilmişdir)
22. Rüşvət və direktorun özbaşınalıqları səbəbindən məktəbdən bir neçə kişi müəllim işdən ayrılmışdır.
23. Müxtəlif bayramlarda bəzi restoranlarda yığıncaq təşkil etmək və ordan əlavə gəlirin götürülməsi. Müəllimlərin narazılığından sonra restoran toplantılarında azalma vardır.
24. Məktəb bufetində direktora bişirilən yeməyin bütün məktəbə yayılması nəticəsində, imkanı olmayan və saatlarla ac qalan şagirdlərdə pis iyin psixoloji təsirindən şagirdlər mədə ağrısından şikayət edir.
25. Pul verməyən müəllimlərin iclaslarda təhqir edilməsi halları yayılmış bir haldır. Məktəbdə qadın ayaqyoluna kamera quraşdırlıması hədəsinin görüntü əlavə edilmişdir.
26. Rəhmətə gedən Həsənova Zərifə adlı təsərrüfat müdürü xəstə idi. Əməliyyat üçün müəllimlərdən külli miqdarda yığılan pulun və oynanılan lotereya pulunun bir hissəsinin mənimsənilməsi. Rəhmətliyin 2 övladının yaşadığı evdən soyuducusunu paltaryuyanını gətirib məktəb ambarına qoyması halı baş vermişdir.
27. Hal hazırda təsərrüfat müdiri olan(Tahir) şəxsin ailəsinin dağıdılması evinin satılıb bir hissəsinin direktor tərəfindən mənimsənilməsi, təsərrüfat müdirinin məktəbdə yaşaması və yenidən müəllimlərdən pul yığılıb ona kreditlə evin alınması halının isə heç bir izahı ola bilməz. Direktorla Tahir adlı şəxsin bir birlərinin qara işlərini bildikləri üçün bir birlərindən şikayət edə bilmirlər.
28. Bir direktorun 22 ilə yaxın bir məktəbdə kök atıb oturması nədən xəbər verə bilər?
29. Məktəbin uğurlu seçiılməsində yuxarı instansiyalarla yaxın münasibıtdə olmasıdır. Hər dəfə onlara hörmət olunması ilə məktəb yaxşılar arasına düşür.
30. Yay tətilinə görə təmir pulunun yenidən 150 azn yığıması. 2025-2026 cı tədris ili üçün hal hazırda davam etməkdədir. Müəllimlərdə avtomatik şagirdlərdən yığır pulu.
31. Son zəng barəsində isə yazmağı məsləhət bilmədik, artıq hər şey məlumdur.

GundemXeber.Az
 

Bölmənin digər xəbərləri

22 May 2025 Daxil Kərimov yeni himayədar axtarışında?
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı

Dünyapress TV

Xəbər lenti