![]() |
![]() ![]() ![]() |
|
"Əvvəllər biz elə mahnılar oxuyurduq ki, sənət göstərə bilək. Amma indi elə mahnı oxumaq istəyirik ki, o bizə pul qazandırsın, daha çox sevilsin. Çalışıram ki, mahnılarım gözəl olsun. Bu sənətin vəfasız olduğunu insan anlayır. Ömür ötür... Keçən günü geri qaytarmaq mümkün deyil. Ona görə zamanla çalışırsan ki, hər tərəfli düzgün şəkildə istifadə edə biləsən".
Milli.Az bildirir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Özəl" verilişində deyib.
Sənətçi bildirib ki, sənətlə məşğul olaraq övladlarını ac qoya bilməz:
"Tam şəkildə sənətlə məşğul olub, ac qalmaq olmaz. İxtiyarım yoxdur ki, ömrümü sənətimə həsr edim, övladlarımı ac qoyum və ya özüm istədiyim geyimi alıb, geyinə bilməyim".
Xuraman bildirib ki, ucuz qiymətə xına məclislərinə getmir:
"O zamanlar iş daha çox idi. Demirəm ki, indi azdır. O gün mənə Moskvadan bir zəng gəldi. Həmin şəxs elə bir yerdəndir ki, o yerin camaatı pulludur, digər bölgələrimizdən də seçilir. Deyir ki, xına etmək istəyirik və istəyirik ki, siz bu xınanı edəsiniz. Dedim ki, filan qiymət. Həmin qiymət isə çox münasibdir. Cavab olaraq çox aşağı məbləğ dedi və söylədi ki, ailə üzvləri başqa bir insanla daha ucuz məbləğə xınanı danışıblar. Məndə dedim ki, o zaman gedin həmin insanla xınanızı edin və mən bu şeylərə görə də artıq xınadan çıxmaq istəyirəm. Çünki xınanı o qədər ucuzlaşdırıblar ki... Keçən səfər bir yazı çıxdı qabağıma - "130 manata xına məclisini aparmaq". Aparın amma mən axı müğənniyəm tək xına aparıcısı deyiləm. Mən həm müğənni, həm aparıcı, həm də təşkilaçıyam. Dekor şirkətim var. Mən hər bir şeyi yüksək şəkildə təşkil edirəm. Bu cür aşağı məbləğ mənə təklif edəndə özümü təhqir olunmuş kimi hiss edirəm. Baxıb deyirəm ki, bu nə cür qiymət verməkdir.
Mənim özümə uyğun müştərilərim, dinləyicilərim, audutoriyam var. Elə ailələr var ki, onların həm bacısının, həm qardaşının, qohumlarının məclisində oxumuşam. Zəng vurub və belə deyəndə ağlı başında olmayan insan bəlkə də intihar edər. Axı bu nə düşüncə, nə yanaşmadır? Şok yaşadım! Dedi ki, biz 1500 manatla bir yer danışmışıq... İnsanları o qədər aldadırlar və ya həmin insanlar zəng edib deyirlər ki, yerimiz artıq doludur, yalnız 3 və ya 2 minlik paketimiz var. Belə marketinqlər edib, oyunlar oynayırlar. Hiylələr qururlar. Dürüstlük çox az qalıb".
Müğənni Nəfəsin kirayədə qaldığı məlum olub.
İfaçı bildirib ki, yeni ev alsa da, təmir etdirmədiyi üçün kirayədə yaşayır:
"Məndən də bahalı maşın sürənlər var. Niyə mənim sürdüyüm maşın, kirayədə qalmağım müzakirə olunur? Bəli, bir neçə aydır kirayədə qalıram. Çünki ev almışam, sadəcə təmir etdirmək lazımdır.
Haradasa 8-9 aydır ki, ev almışam. Qiymət demək istəmirəm. Maşınım "Mercedes" markalıdır, onun da qiymətini demirəm. Sadəcə 200 min manatdan çox deyil". (Bizim.Media)
Müğənni Xuraman Şuşalı özünə qoyduğu qadağanı aradan qaldırıb.
Bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.
Belə ki, Xuraman yenidən içki məclislərinə getdiyini açıqlayıb:
“11 il içki məclislərinə getmədiyini dedim. İndi içki məclislərinə getməyəcəyimi ləvğ etdim. Çünki artıq gedirəm. Niyə gedirəm? Çünki artıq o içkilər xına məclislərində də içildiyinə görə... Mən yalnız xına məclislərinə ona görə gedirdim ki, xınalarda yox idi.
Amma artıq xına məclislərində də rahat-rahat içilir və mən buna qadağa qoya bilmirəm deyə qərar verdim ki, toylara da gedim. Çoxları bilir ki, zamanında mən Moskvada da toylara gedirdim. Toy bazarında məclisi başdan sona kimi idarə edə bilirdim. Hər xanım müğənni isə əvvəlindən sonuna kimi bir məclisi idarə edə bilmir. Xüsusilə də rayon və palatka toylarını. Bunu edəcək isə şou-biznesdə barmaq sayılacaq xanım müğənnilər var.
Mən də təkrarən geri dönmüşəm. Amma insanlar 11 ildir ki, içkili məclislərinə getmirəm sözlərimi eşitdikləri üçün artıq məni öz məclislərinə çağırmırlar. Onların qulağında bu fikirlərim qalır. İndi mən toy biznesimi daha da genişləndirmək istəyirəm”. (Olay)