Ardını oxu...
Xalq artisti Aygün Kazımova sosial şəbəkədə yeni fotolarını paylaşıb.

Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzunun yanında Xalq artisti Zülfiyyə Xanbabayeva da yer alıb.

Sənətçi şəkillərə "Hər kəsə gözəl bayram həftəsi diləyirəm, sizi sevən və sizin sevdikləriniz hər zaman yanınızda olsun" sözlərini yazıb.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Məşhurların ən gülməli ulduz adı uğrunda mübarizə apardığı NTV-də yayımlanan "Ulduzlar" komediya şousunun son buraxılışında müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçovanı "nənə" adlandıraraq münsifləri güldürüb.

TEREF publika.az-a istinadən xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

"Nənə deyil, dost" deyən "rus səhnəsinin kralı" münsifləri daha da əyləndirin.

Bu arada məlum olub ki, Alla Puqaçova Avropaya qastrol səfərinə gedir. Sənətçinin prodüseri və konsert rejissoru Sergey Lavrov detalları paylaşıb.

"Mənə dedilər ki, Puqaçova Almaniyadakı təşkilatçılardan bir konsert üçün 50 min avro istəyib, bu qədər almaq istəyir. Tamaşaların payızda keçirilməsi planlaşdırılır. Alla Borisovnanın iştahı üçün bu kifayət deyil, indi ondan aşağı rütbəli ulduzlar bu qədər çox şey alırlar", - o qeyd edib.
 
 
 
Ardını oxu...
“Ramazan bayramında özünü oruc tuturmuş kimi təqdim edən bir sıra sənət adamları var. Onlar özlərini 1 ay oruc tuturmuş kimi cəmiyyətə təqdim edirlər. Bizi aldatdınız, bəs Allahı necə aldada bildiniz?”

Bu sözləri müğənni Əli Mirəliyev “Cebhe.info”-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, müqəddəs Ramazan ayında özünü oruc tuturmuş kimi göstərən tanıdığı bir çox sənət adamları var:

“Mən uzun müddətdir ki, sənət aləmindəyəm. Özünü hacı kimi, oruc tutan kimi, namaz- niyazında olan adam imiş kimi göstərən kifayət qədər çox sənət adamları tanıyıram. Adlarını çəkmirəm, özləri bilirlər.

Onlara buradan səslənirəm, Allah sizə qənim olsun! Necə dəfə görmüşəm, deyirəm ki, bəs sən oruc deyildin? Deyir ki, bu gün orucumu dərman içdiyim üçün pozmuşam. Məni aldatdın, uca rəbbimi necə aldada bildin?!”
 

Ardını oxu...
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

DİN-in Mətbuat Xidmətindən Gundeminfo.az-a verilən məlumata görə, tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov da saxlanılıb.
Ətraflı

Müvafiq qərarla Ə.Məhərrəmov 20 sutka inzibati qaydada həbs edilib.

DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Xatırladaq ki, “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə də internetdə yayılması qadağan edilən məlumatlar paylaşıb. Bu səbəbdən onun barəsində də 30 sutka inzibati qaydada həbs seçilib

Ardını oxu...
Əməkdar artist Cavanşir Məmmədov növbəti açıqlaması ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, Zaur Kamal aparıcısı olduğu “Həmin Zaur” verilişinə qonaq gələn sənətkar onun suallarını cavablandırıb.

Zaurun “Siz demişdiniz ki, həyat yoldaşım əvvəl dünyasını dəyişsin, sonra mən?” sualına “Deyəsən, müğənni Yusif Mustafayev də belə söyləmişdi. Mən də elə demiş olaram. Amma məsafə çox olmasın” cavabını verib.

Məmmədov Kamalın “Bəs niyə demirsiniz ki, birinci özüm, sonra da həyat yoldaşım vəfat etsin?” sualına isə “Yox, qismət olarsa, xanımı özüm dəfn etməliyəm. Həm də ki, Allahın işinə qarışmaq olmaz. Kimə nə yazıbsa, odur” deyə fikirlərini bildirib.


Ardını oxu...
Türkiyəli müğənni Tuğba Ekinci əslən azərbaycanlıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə sənətçi "Elgizlə izlə” verilişində telefon bağlantısı zamanı bldirib:

"Mənim gəncəli olduğumu bilirsiniz? Mənim ata-babalarım Gəncədəndir. Mən Bakıya tez-tez gəlirəm. Dostlarımı görməyə gəlirəm, heç kimin xəbəri olmur. Röya Ayxanı çox sevirəm. Onunla tez-tez mesajlaşıram".

Müğənni Elgizin "Azərbaycanlı biznesmenlə eşq yaşayırsınız xəbəri doğrudur" sualına belə cavab verib:

"Kaş ki, olsa... Bir Azərbaycan oğlu ola bilər. Çünki mən də azərbaycanlıyam. Yaxşı yola gedərdik".
Ardını oxu...
Müğənni Roza Zərgərli sosial şəbəkə hesabında canlı yayım açaraq ombasını müzakirə edənlərə səslənib.

TEREF lent.az-a istinadən bildirir ki, o bir də ombası barədə yazacaq adamlar barəsində təhqiramiz ifadə işlədib.

"Bizim incəsənətimiz o gündədir ki, müğənninin səsi, yaradıcılığı qalıb kənarda, ombası müzakirə olunur. Evinizdəki xanımların ombası mənimkindən böyükdür. Kim bir də mənim ombamdan yazacaqsa, o özü ombadır", - müğənni bildirib.
 

Ardını oxu...
Ramazan bayramında şou-biznesimizin küsülü məşhurları barışıb, bir araya gəlmək niyyətindədirlər?

Lent.az sosial şəbəkələrdə məşhurlarla bağlı apardığı kiçik araşdırmanın nəticəsinə əsasən bu suala cavab verir.

Flora Kərimova Afət Fərmanqızını bağışlamayacaq. O heç mərhum müğənni həmkarı İlhaməni də bağışlamamışdı.

Müğənni Kərim Abbasov küsülü olduğu həmkarı Zamiq Hüseynovla əsla barışmayacağını bildirib. Nazim Pişyari ilə isə söhbət sual altındadır.

Müğənni Vəfa Şərifova küsülü olduğu həmkarı Zeynəb Həsənli ilə barışa biləcəyini desə də, digər həmkarı Şəbnəm Tovuzlu ilə barışmaq niyyətində deyil.

Müğənni Rəqsanənin qızı Aysun əsla bioloji atası ilə barışmayacağını bildirib.

Müğənni Təranə Qumral əsla həmkarı Nazənin və həyat yoldaşı Musa Musayevin ailəsi ilə barışmayacağını bildirib.

Müğnni Səidə Dadaşova anasından və xalalarından küsülüdür və ona belə daha rahat olduğunu söyləyib.

Müğənni Roza Zərgərli küsülü olduğu həmkarları Sevil-Sevinc bacılarını bağışlaya biləcəyini deyib.

Bəstəkar-müğənni Elza Seyidcahan Xalq artisti Nazpəri Dostəliyeva arasında da uzun illərdir küsülülük var. Elza Seyidcahan Allah xatirinə çox insanları bağışlaya biləcəyini deyib.

Meyxanaçı Vüqar Əbdülov küsülü olduğu Elza Seyidcahanla barışmayacağını açıqlayıb.

Şairə Nazilə Səfərli ilə rəqqasə Göyçək Fatimə arasında da küsülülük var. Amma onların arasındakı buzlar da əriyəcək kimi görünür.

Müğənni Samirə Yusifqızı keçmiş əri ilə əsla üz-üzə gəlmək istəmədiyini bildirib.

Müğənni Niyam Salami ilə həmkarı Aynur Dadaşova arasında da sülh gələn bayramlara qalacaq.

Amma bu il barışanlar və barışmış kimi olanlar da var.

Brilliant Dadaşova ilə Lalə Məmmədova barışıblar.

Şou biznesin küsənləri barışdıran missiyasını daşıyan Manaf Ağayev Aşıq Mübarizlə müğənni Pünhan Piriyevi barışdırıb.

Xalq artisti Röya özü Flora Kərimovaya zeytun budağı uzadaraq soyuq savaşa son qoyub.

Aygün Kazımova Moskvada konsert salonunda baş vermiş terror zamanı konserti təşkil olunmuş Röya üçün narahatlığını bildirib və Röya da ona efir vasitəsilə təşəkkür edib.
 
Ardını oxu...
Əməkdar artist Elnarə Abdullayevanın 2022-ci ildə ARB-də yayımlanan “Tam vaxtıdır” verilişində səsləndirdiyi məşhur fransız sənətçi Edit Piafın “La Vie En Rose” mahnısı sosial şəbəkələrdə yenidən gündəmə gətirilib. Tənqid atəşinə tuş gələn müğənniyə xalq mahnıları və muğam ifa etməyə davam etməsi tövsiyə olunub. Məsələni Fransa-Azərbaycan münasibətlərinə qədər aparanlar da olub...

E.Abdullayeva Pravda.az-a açıqlamasında haqqında səsləndirilənləri yumorla qarşılayıb: “Mən daha nə deyim, bəyənən bəyənib, bəyənməyən bəyənməyib. Musiqi siyasətə qoşulmamalıdır. Nahaq qoşurlar... Özü də mən o mahnını ara qarışandan bəri heç oxumamışam, təzə ifa deyil, çoxdan oxumuşam. Fransa Prezidentinin adını da unutdum, hə, onda “Makaron” oturub Bakıda çörək yeyirdi. Mən nə bilim?”

Əməkdar artist repertuarında yeni xarici mahnıların olub-olmayacağı barədə suala isə gülərək belə cavab verib: “Vallah, ola bilər. Özü də çox ola bilər. Mahnıdır də, oxu getsin...”

 
Ardını oxu...
Müğənnilər efirdə toy qiymətlərini açıqlayıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə ATV kanalında yayımlanan "El Canlı" verilişində məlumat verilib.

Aşıq Mübariz toya neçəyə getdiyini açıqlayıb.

 

Dünyapress TV

Xəbər lenti