![]() |
![]() ![]() ![]() |
|
Erməniəsilli müğənni Aleksey Çumakov aprelin 20-də paytaxtda konsert verməyə hazırlaşır.
Musavat.com bildirir ki, bilet qiymətləri sadə vətəndaşlar üçün əlçatmazdır – 49 manatdan başlayaraq 599 manata qədər yüksəlir.
Xatırladaq ki, Aleksey Çumakov 1981-ci ildə Özbəkistanın Səmərqənd şəhərində doğulub. Müsahibələrində dəfələrlə atasının bolqar, anasının isə Qarabağ ermənisi olduğunu bildirib. O, hər zaman erməni kimliyini vurğulamaqdan çəkinmir, mədəniyyətini, mətbəxini təbliğ edir.
Sosial media hesablarında və müsahibələrində erməni mətbəxindən, mədəniyyətindən danışan Çumakov son paylaşdığı videoda da ermənilərin kababı necə yeməsindən söz açıb. Erməni izləyiciləri isə "bizim yaraşıqlı erməni oğlan" deyə şərhlər yazıblar.
Beləliklə, Çumakov vaxtaşırı erməni mədəniyyətini ön plana çəkir, erməni irsini təbliğ edir.
İndi isə sual yaranır: Erməni kimliyini açıq-aşkar vurğulayan bu müğənni Bakıda necə qarşılanacaq?
Xalidə Gəray
Musavat.com
"2010-cu ildə qərar verdim ki, toya getməyəcəyəm, filan işləri görməyəcəyəm. Öz ruhuma, varlığıma xoş olmayan, amma maddi cəhəddən yaxşı olan işlərdən imtina etdim".
Bu sözləri aktyor Elməddin Cəfərov "efirdən kənar" verilişində deyib.
Aktyor həyatında dönüş nöqtəsi yaradan qərarlarından danışıb:
"Düşündüm ki, qoy, kirayədə qalım ödəyə bilməyim, amma sevmədiyim şeyləri etməyəcəyəm. 2 il elə də oldu. Ondan sonra çox əziyyətlər çəkdim, amma işimə çox fokuslandım. Feysbuk, odnoklassnik, vatsapı sildim, sosialdan, toylardan, kütlə olan yerlərdən tam imtina etdim. 3 il dayanmadan işlədim. Nəticəsini də gördüm. Azərbaycandakı ən uzun ömürlü və dövlətin dəstəyi ilə 5 serial çəkildi. 5-də yalnız öz hesabıma ekranlaşdırıldı. Başda çox iradlar oldu. Dedilər ki, "Yaprak dökümü", "Aşk-ı memnu"nu qoyub bunları izləyəcəyik?" Hətta bunu aktyorlar da deyirdi. Amma ölkədə sistem inkişaf etdi. İndi də o aktyorlar, işçi heyəti evinə pul aparır".
Elməddin pandemiya dövründə bizneslərinin çökdüyünü açıqlayıb:
"Pul qazanmaq etabı 2020-ci ilə qədər oldu. Çok film təklifləri olurdu, verilişlər edirdik. Pandemiyada isə televiziya, kino dayandı. Bizneslərimin də hamısı batdı. Depressiyaya düşmədim, amma anlıq yaşadığım streslər oldu. Çünki madiyyətin köləsi olmamışam. Heç vaxt pula işləmirdim, gələn qazancı saymırdım. Sonra yenidən hər şeyi bərpa edə bilmədim. Lakin yeni işlərim var".//Axşam.az
Əməkdar artist Nüşabə Ələsgərli Novruz tətilində Belçikada yaşayan qızı Nigarın ailəsi ilə birgə Bakıya gəldiyini bildirib.
Bu haqda sənətçi qonaq olduğu "Qonaqcanlı" verilişində danışıb.
"Qızım Nigar, onun həyat yoldaşı Gino, nəvəm hətta oğlum da Bakıya gəlmişdi. Qızım ailəsi ilə 25 gün Bakıda qaldılar. Amma oğlum hələki yanımdadır. Nəvəmi sığallamaq nədir... Uşaqların xüsusi qoxusu olur. Nəvəmin üzünü, boynunu iyləyirdim. Elə bilirdim ki, dünya mənimdir. Nəvəm elə bil ki, balaca mələkdir. O, evimizin mələyidir. Onun üçün çox darıxıram. Nəvəmin bir neçə paltarını özümdə saxlamışam. Arada bir onları iyləyirəm", - deyə Nüşabə vurğulayıb.
Proqramın aparıcısının "Oğlunuzu niyə evləndirmisiniz? Avropalı gəlin istəyərsiniz?" sualına Ələsgərlinin cavabı belə olub:
"Oğlum martın sonu Avropaya qayıdacaq. Oğlumu evləndirmək, bu könül məsələsidir. Gərək o özü sevsin sonra da ailə qursun. Gərək özü istəsin. Avropalı gəlin olacaqsa olsun. Mən nə deyə bilərəm ki... Normal qarşılayacağam. Əsas odur ki, gənclər bir-birini sevsin, dəyər versinlər, yola getsinlər, mehriban ovə xoşbəxt olsunlar. İstəmərəm ki, oğlum bəzi xalqın nümayəndəsi ilə ailə qursun. O xalqın adını çəkmək istəmirəm. Amma Avropanın bəzi xalqları var ki, ailə dəyərləri məsələsində bizdən də yaxşıdır".
Qeyd edək ki, N.Ələsgərlinin qızı Nigar 2019-cu ilin dekabrında Gino adlı Türkiyə vətəndaşı ilə nişanlanıb, 2020-ci ildə isə ailə qurublar. Nigar Diasporla İş üzrə Dövlət Komitəsində çalışıb. (olay)