Ardını oxu...
  

Gülben Ergen qurucusu olduğu "Çocuklar Gülsün Diye" dərnəyi ilə Diyarbəkirdə faciəvi şəkildə həyatdan ayrılan Narin Güranın adını daşıyan 56-cı bağça açıb. Onun bu addımı böyük rəğbət qazanıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, Ergen açılışla bağlı paylaşım edərək dəstək verənlərə təşəkkür etsə də, məktəbin parkını bağışlayan Ceylan ailəsini qeyd etməməsi Demet Akalının narazılığına səbəb olub. Akalın bu məqamı sosial şəbəkədə vurğulayaraq Ergeni tənqid edib.

Sosial mövzularda daim fəal olan Gülben Ergen bu irada gecikmədən cavab verib. O, heç kimi qəsdən unutmadığını və layihənin əsas məqsədinin uşaqlara sevinc bəxş etmək olduğunu bildirib.

Bu hadisədən sonra Akalın sosial media hesablarında Ergeni izləməyi dayandırıb. Lakin G. Ergen həmkarını izləməyə davam edir.

Xatırladaq ki, ötən il avqustun 21-də Diyarbəkirdə itkin düşən 8 yaşlı Narin Güranın cansız cəsədi 19 gün sonra çayda tapılıb. Bu məsələ uzun müddətdir Türkiyə mediasının gündəmindədir.

Ardını oxu...
  

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Acun Ilıcalı və bir sıra digər şəxslər haqqında ittiham aktı qəbul edilib.

Bildirilir ki, haqqında 5 il 3 aya qədər həbs istənilən Acun Ilıcalı iyul ayında məhkəməyə çıxacaq.

Qeyd edək ki, ittiham aktında TV 8 və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur. İşlə əlaqədar ümumilikdə səkkiz nəfər təqsirləndirilir.(oxu.az)


Ardını oxu...
  

Aparıcı Xoşqədəm Hidayətqızının video çəkməsinə müğənni həyat yoldaşı Doğuş əsəbiləşib.

Milli.Az xəbər verir ki, aparıcı video çəkərkən effektdən istifadə edib. Bu zaman isə Doğuşun üzü makiyajlı görünüb.

"Bu nədir, həyatım? Belə olar? Makiyajdan çıx. Olmaz bu, dəyişdir" deyə, Doğuş irad bildirib və üzünü tutub.

Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün əkiz oğulları var.

 
 
 
Ardını oxu...
  

Aparıcı Nigar Fərhad yeni görüntüsü ilə diqqət çəkib.

Onun makiyajsız videosu izləyicilərin marağına səbəb olub.

Müzakirələrə səbəb olan həmin paylaşımı təqdim edirik:

Milli.Az

      
Ardını oxu...
Bakı Biznes Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən tədbirin görüntüləri sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb.

Pravda.az xəbər verir ki, tədbir çərçivəsində oğlan tələbələr müğənni Kəmalə Günəşli və "Niqulya" kimi tanınan köməkçisi Nigarın sosial şəbəkələrdə viral olan dialoqlarından ibarət səhnə hazırlayıblar.

Ali təhsil müəssisəsi tələbələrinin belə bir addım atmasına icazə verdiyi üçün universitet rəhbərliyi linç edilib.

Həmin videonu təqdim edirik:

 
 
 

Ardını oxu...
 

Müğənni Mina Hüseyn yeni fotoları ilə diqqət çəkib.

Sənətçi güpür işləməli qara libasda obyektiv qarşısına keçib.

Mina sadə obrazını mirvari boyunmağı ilə tamamlayıb.

İfaçı paylaşımına “Sevginiz daim qəlbinizi isitsin, ruhunuza rahatlıq versin və həyatınızı gözəlləşdirsin” şərhini yazıb.   (olay)

Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...

 
 
 
Ardını oxu...
   

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadənin ona ad günündə etdiyi hədiyyədən danışıb.

Sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib.

O bildirib ki, ad günündə süfrəyə düzdüyü bütün içkiləri həyat yoldaşı ona xaricdən gətizdirib:

"Dedim ki, ad günümü qeyd edəcəyəm. Ondan əvvəl Avropada idik. Ad günümdə olan bütün içkiləri həyat yoldaşım xaricdən almışdı. Orada olanların heç birindən Azərbaycanda yox idi. Hamı soruşurdu ki, bunlar haradandır".

Qeyd edək ki, Xatirə və Fəxrəddin cütlüyünün bir övladı var.  (Axşam.az)


Ardını oxu...
  

Müğənni Emil Bədəlov açıqlaması ilə diqqət çəkib.

"İncə səhər" verilişində qonaq olan ifaçı "Səs Azərbaycan" müsabiqəsindəki iştirakçıların yarışmadakı münsiflərdən yaxşı oxuduqlarını deyib:

"Səs Azərbaycan" yarışması çox xoşuma gəlir. Sonuncu müsabiqədə istedadlı uşaqlar çoxdur. Maşallah, iştirakçılar münsiflər heyətindən yaxşı oxuyurlar. Uşaqlar biri-birindən yaxşı ifa edirlər. Mənə elə gəlir ki, onlar münsiflər heyətinin yerinə keçsinlər".

Qeyd edək ki, müsabiqənin münsifləri Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, bəstəkar-müğənni Murad Arif və "Avroviziya 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovdur. (Axşam.az)

Ardını oxu...
  

Türkiyəli məşhur müğənni Hadisə Bakıya gələcək.

Milli.Az xəbər verir ki, bu barədə "İticket.az" saytında məlumat yerləşdirilib.

Hadisə konserti 9 may 2025-ci ildə Bakı Konqres mərkəzində keçiriləcək.

Konsert üçün biletin qiyməti minimum 40, maksimum 360 manatdır.


Ardını oxu...
  

Xalq artisti İlqar Muradov efirdə kövrəlib.

Sənətçi "Gün ortası" verilişində nəvələrindən danışarkən göz yaşlarına hakim ola bilməyib:

"Vaxt nə qədər amansızdır. Mənim 68 yaşım olacaq. Sanki o 60 il bir anda, göz qırpımında keçib gedib. Bir şairin gözəl sözü var, mənim mahnımda da keçir: "Mənim illərim...". İnsan yaşa dolduqca ucalır. Hər yaş dövrünün öz gözəlliyi var. Təki insanlar sağlam olsun. Nə yaxşı ki, musiqi ilə məşğul olmuşam. Musiqi mənə böyük bir var-dövlət gətirib. Elə bir var-dövlət ki, onu heç kim əvəz edə bilməz. O var-dövlət insanların sevgisidir. Özümü ən xoşbəxt insanlardan sayıram. Əgər ikinci dəfə həyata gəlsəydim, yenə musiqiçi olardım. Bu yaşda nəvələrimdən böyük sevgi gəlir. Onlardan yaşamağa istək, məhəbbət yaranır. Onların xoşbəxt həyatlarını görmək istəyirsən. Kövrəlmək sevgidən irəli gəlir". (olay)

Dünyapress TV

Xəbər lenti