Ardını oxu...
  

Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin Məmmədovdan gileylənib.

Bu barədə ifaçı sosial media hesabında paylaşım edib. Xuraman gecə saat 3-də sevgilisi üçün yolda qarın üstünə "səni sevirəm" sözlərinin yazan şəxsin görüntülərini yayımlayıb. Müğənni bu hərəkəti həyat yoldaşında gözləsə də onun bunu etməyəcəyini bildirib:

"Elçin həyətə düşüb. Deyirəm, bəlkə gedib orada yazar ki, səni sevirəm. Gözləməyin, bizdə yazmağa yer yoxdur, yoxsa yazardı, "inanıram". Bu adamda bir qram romantika yoxdur. Nə deyək, daha gecdir. Bu qədər romantika onda çətin olsun. Damın başında əslində yaza bilərdi, orada qar var. Amma ora kimdir çıxan. Yenə subay vaxtları olsaydı, dirəşib yazdırardım ona".

Qeyd edək ki, cütlüyün 4 övladı var. (Axşam.az)

Ardını oxu...

 
 
 

 

Ardını oxu...
 

Rəqqasə Rəna Ağamuradovanın (Renka) ötən gün illər əvvəl qarlı havada lentə alınan görüntülərinə görə tənqid edilməsinə reaksiya bildirib.

Axşam.az xəbər verir ki, o, çimərlik geyimində qarda çəkdirdiyi videonun 4 il əvvələ aid olduğunu vurğulayıb:

"Ay millət, bu videonu mən 2021-ci ildə çəkdirmişəm. O vaxt çəkib paylaşanda hamı bunu çox da yaxşı qəbul etmişdi. İndi camaat niyə belə vəhşiləşib, bilmirəm... Bunu sağlamlıq üçün etmişəm. Şahdağda qaynar hovuzdan çıxıb soyuq qara girmişəm. Nə var burada? Bu videoya görə dəyib bir-birinə".


Ardını oxu...
 

Müğənni Sevda Yahyayeva 15 ildir avtomobil idarə etmir.

Bu haqda sənətçi "Afaqla onlar" verilişində deyib. Sevda bildirib ki, buna səbəb onun əsəbi olmasıdır:

"Özündən tez çıxan, əsəbiləşən biriyəm. 15 ildir maşın sürmürəm. Əvvəl maşın sürəndə stressdə olanda sağımı, solumu itirirdim. Ona görə də yaxşı ki, maşın sürmürəm".

Sevda 15 ildir sürücü ilə hər yerə getdiyini deyib./Axşam.az

Ardını oxu...
  

"Həyəcandan yemək yemək yadıma düşmür. Səhərlər tezdən saat 07:00-da yuxudan oyanıram. Bir saat gəzirəm. Özü də ki, sürətlə yeyirəm. Arada görürəm ki, təngənəfəs oluram, sürətimi azaldıram".

Bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu "Qonaqcanlı" verilişində deyib.

Son zamanlar arıqlayaraq, "iynənin ucuna sap" olan sənətçi bildirib ki, bəzi həmkarları onun yenidən kökəlməsini istəyir:

"Mədəkiçiltmə əməliyyatı etdirməmişəm. Etdirmişəmsə əcəb eləmişəm. Əslində mən mədəkiçiltmə əməliyyatı etdirməyi istəyirdim. Bu əməliyyatı isə müəyyən çəkilin insanlara edirlər. Mən axı 100 kiloqram çəkidə olmamışam. Mən başqa bir əməliyyat etdirdim. Ondan sonra başqa çarəm yox idi, arıqlamalı idim. İstəyirsən mədəni kiçilt və ya mədənə balon qoy arıqlamaq üçün 21 gün ac qalmalısan. Mədəkiçiltmə də etsən, mədənə balon da qoysan da mütləq şəkildə dietoloqun məsləhətlərinə qulaq asmalısan. Bilmək olmaz birdə gördünüz ki, kökəldim. Amma bəzi insanlar mənim kökəlməyimi istəyirlər". (olay)

Ardını oxu...
 

Xalq artisti Röya Ayxan Xalq artisti Flora Kərimovanın "Tapar məni" mahnısı ilə bağlı etiraf edib.

Sənətçi bu barədə "Səs Azərbaycan"da danışıb.

"Bu mahnını dəhşətli dərəcədə çox sevirəm. Əlbəttə Flora xanımın üstünə bir üst yoxdur. Amma həmişə içimdə bir paxıllıq hissi var idi ki, bu mahnı mənim olmalı idi. Ordakı sözlər, çıxışlar, enişlər... Flora xanım bunu aktrisa kimi danışdığı hekayəni yaşadı", - deyə, Xalq artisti bildirib. (olay)


Ardını oxu...
  

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində baş verən davanın əslində bir tamaşa olduğu bildirilib. 

Musavat.com xəbər verir ki, bu barədə “Bu Şəhərdə”nin facebook səhifəsində məlumat verilib. 

"Bu, bizim "Plastik Əməliyyat" konsertimizdə bir zarafat idi. Allah bizim tamaşaçıları qorusun!"- açıqlamada qeyd olunub. 

Ardını oxu...

Qeyd edək ki, “Bu Şəhərdə” konsertində səhnə şousundan əvvəl gözlənilməz bir səhnə yer alıb. 

Konsert başlamamışdan əvvəl zal dolu olduğu bir anda bir qadın güya ərini başqa bir qadınla tamaşaya gəlmiş halda görüb. Və "qəzəblənmiş" qadın ərinə yaxınlaşaraq qışqıra -qışqıra sorğu-suala çəkib, daha sonra isə qadina hücum edib. 

 

Musavat.com

Ardını oxu...

 
 
 
Ardını oxu...
Sən bilməzsən eşq, məhəbbət nədir, Namiq”

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlunun videosu sosial şəbəkədə gündəm olub.

Axşam.az xəbər verir ki, ifaçılar məclislərdən birində eyni səhnəni bölüşüblər.

Pop kraliça Qaraçuxurluya “Sən bilməzsən eşq, məhəbbət nədir, Namiq” sözlərini deyib.
 
 
Ardını oxu...
Türkiyəli məşhur müğənni Özcan Dəniz qardaşı Ərcan Dəniz tərəfindən özünün və ailəsinin ölümlə təhdid edildiyini bildirərək məhkəmədən qorunma tələb edib.

TNS “Habertürk”ə istinadən xəbər verir ki, sənətçi bununla bağlı İstanbul Ailə Məhkəməsinə müraciət edib.

Məhkəmə Ə.Dənizin Özcan Dəniz və həyat yoldaşı Samar Dadqar Dənizə 3 ay boyunca yaxınlaşmaması barədə məhdudiyyət tətbiq edib.

Qeyd edək ki, bundan öncə sənətçinin ailədaxili problemlər yaşadığı və infarkt keçirməsi ilə bağlı məlumatlar yayılmışdı.
Ardını oxu...
 
 
 

Ardını oxu...
  

Müğənni Ofelya Şabanova həyat yoldaşı ilə görüntülənib.

Sənətçinin hər zaman efirlərdə dilindən düşməyən əri ilə Nazilə Səfərli qeydə alıb.

Cütlüyün şairlə səmimi söhbəti marağa səbəb olub.

Həmin videonu təqdim edirik:

 
 
 
Ardını oxu...
"Nə? Harada? Nə vaxt" televerilişinin keçmiş bilicilərindən biri Rövşən Əsgərov Rusiyada 130 min borc qoyub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya saytları məhkəmə materiallarına əsasaən məlumat yayıb.

Keçmiş biliciyə qarşı bu dəfə cinayət işi qaldırılıb.

Xatırladaq ki, həmyerlimizin adı Rusyanın terrorçuların rəsmi siyahısına daxil edilib. O, marşal Jukovu təhqir edən postlar yazmaqda ittiham olunur.
 

Dünyapress TV

Xəbər lenti