Türkiyənin pop ulduzu Demet Akalın stilist Anar Ağakişiyevlə bağlı paylaşım edib.
O, “story” bölməsində Anarı işarələyərək bunları yazıb:
“Quzumu da götürdüm, Antalyaya gedirəm”. (olay)
![]() |
![]() ![]() ![]() |
|
"Mən əgər pul verib mahnını almışamsa, kiminsə adını niyə çəkməliyəm?".
Bu sözləri müğənni Nadir Qafarzadə "Həmin Zaur" verilişində deyib. O, bunun pulsuz reklam olduğunu bildirib:
"Paltar, kostyum alanda bəyəm hansı marka olduğunu həmişə deməliyəm? Mən bunu almışamsa, özəlimdir. Hörmət əlaməti olaraq deyərəm, amma adını çəkməyə də bilərəm. Çünki pulla almışam, bitdi. Pulsuz ver, adını çəkim və səni reklam edim". (Axşam.az)
"Ağlım olsaydı qətiyyən müğənni olmazdım. Yaxşı bacı, ana, bağça müəlliməsi, həkim olardım".
Bu sözləri 71 yaşına qədəm qoyan Xalq artisti Nisə Qasımova "Qonaqcanlı" verilişində deyib.
Xalq artisti sənət yolunda keçdiyi çətin və keşməkeşli günlərdən danışıb:
"Mən oxumağa məcbur oldum. Çünki mən o illərdə nə yolun yarısında nə də ki, ortasında deyildim... Geri çəkilməkdə... O dövrdə mənə olan psixoloji təxribatlar və daha nələr və nələr... Onlar məni geri çəkilməyə vadar etmək istəyirdilər. Sadəcə mən fiziki və psixoloji gücümə güvənib dedim ki, davam etmək lazımdır. Mən heç zaman "birinci", "məndən yoxdur", "mən və mən" iddialarında olmamışam. Çünki mən daxili dünyamda "mən" eqosu ilə yaşamamışam. Qabağıma çəkilən o çəpərləri keçmək asan deyil idi".
"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Musavat.com Baku TV-yə istinadla xəbər verir ki, proqramın budəfəki qəhrəmanı ifaçı Almazxanım Musayeva olub.
Məktəbdə müəllimlərin sevimlisi olduğunu söyləyən A.Musayeva, həmçinin gözəl səsinin olduğunu bildirib:
"Müəllimlərim dərslərdə mənə mahnı oxudurdular. Hətta 8-ci sinifdə imtahanda da mahnı oxumağımı istəmişdilər, bunun əsasında mənə qiymət yazdılar. Uşaqlar da məni çox istəyirdilər. Aktiv qız idim, oğlan kimi xasiyyətim var idi. At çapmağı çox sevirdim. Həmişə atamın böyründə gəzirdim, onun gördüyü işlərlə maraqlanırdım".
Oxumaq üçün Gədəbəydən Bakıya gəldiyini deyən ifaçının sözlərinə görə, burada musiqi təhsili alaraq toylara getməyə başlayıb: "Atam həkim idi. Müasir adam olduğu üçün bu qərarıma etiraz etmədi. İlk olaraq imtahan verib Kitabxanaçılıq fakültəsinə qəbul oldum. Sonra o sahə üzrə təhsil almaq istəmədiyimə görə musiqiyə yönəldim".
İfaçı ailə həyatından bəhs edərkən bildirib ki, keçmiş həyat yoldaşı sənət dostu olub:
"O vaxtlar məni istəyənlər həddindən çox idi. Sevgi haqqında düşünmürdüm, ancaq sənətimi fikirləşirdim. Həyat yoldaşım sənət dostum idi, aramızda hörmət var idi. Sonradan xəbərim oldu ki, sən demə, əmisi qızı ilə onu "göbək kəsdi" ediblər. Həyat yoldaşımdan bunu mənə niyə demədiyini soruşanda "xəbərin olsaydı, razı olmayacaqdın, ona görə də demədim" cavabını verdi. Sonra ondan ayrıldım, məni çox axtardı. Ayrılandan sonra mənimlə evlənmək istəyənlər çox oldu, amma razı olmadım. Çünki artıq könlüm sınmışdı".
Müğənni Manaf Ağayev açıqlaması ilə diqqət çəkib.
Sənətçi saçına boya qoymasını tənqid edənlərə cavab verib. "Qonaqcanlı" verilişində danışan M.Ağayev bildirib ki, xına və saç boyası kişilər üçündür:
"Hamı istəyir yaraşıqlı, cavan olsun, qəşəng geyinsin. Məni müasir biri bilmirlər. Çox müasirəm, amma əndazəsində. Bir kişinin üzündə çapıq varsa, düzəltirirsə, burnu əyridirsə əməliyyat etdirirsə, nə gözəl. Saçında tük yoxdursa, arxadan çıxardıb önə əkirlərsə nə yaxşı. Etdirmişəm. Xına, boya üstünə kişi yazılıb. Bu, kişi üçün yaradılıb. Hər zaman deyirəm ki, gedin ərəb ölkələrinə bir nəfər saçı ağ adam tapın göstərin". (Axşam.az)