Ardını oxu...
 

"Mən Teymur Əmrahı beş yaşımdan tanıyıram. O mənim anamla bir yerdə Qaraçuxurda musiqili məktəbdə çalışıb. Amma bu gün Teymur Əmrahın sözünüz dəyəri yoxdur. Pedaqoq kimi gözəl insansınız. Musiqi savadınız estrada janrında çox mükəmməldir. Flora Kərimovanın sənətinin davamçısısınız. Onun kişi variantısız. Səs diapazonunuz yüksəkdir. Amma Nadir Qafarzadənin sözündə böyük haqq var və mən ona böyük haqq verirəm. Orada söhbət nə Şəbnəm, nə Damla, nə də ki Manafdan getmir. Söhbət illər bundan əvvəl "mədənniyyətimizə ləkə vuran" deyərək efirlərdə bar-bağırdığınız zaman bu gün dünyanın ən böyük səsləri sizi anlamırlar. Bu da efirimizin ən böyük problemidir ki, 3-5 dənə musiqi terminləri öyrənib və çıxıb efirdə "Bu səslər soprano və sairə..." deməklə kiməsə şirin gəlirsiniz".

Bu sözləri Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Tarixin bir günü" verilişində deyib.

Tolik bir neçə gün əvvəl Əməkdar artist Teymur Əmrahın "Gün ortası" verilişində həmkarları Şəbnəm Tovuzlu, Manaf Ağayev, Zeynəb Həsəni və Damlanın ünvanına təriflər səsləndirməsinə etirazını bildirib:

"Dünən Şəbnəmlə danışdım. O bu söhbətlərdən çox narahat olub. Teymur bəy bu son 5 ildə sizin bir dənə də olsun tələbənizi görmədim. Ən son tələbələriniz Elton, Ayaz və sairə... Sizin sənətinizə böyük hörmətim var. Əgər siz 10 il əvvəl hədiyyə almısınızsa... Nadir demək istəyir ki, sənətkar satılmamalıdır. Bu gün kimsə deyə bilər ki, mərhum İlhamə Quliyeva kimdənsə hədiyyə alıb. Onun sözü keçərli idi. Onun sözünün üstünə heç kim söz qoya bilmirdi. Bu gün də onun yeri bəllidir. Sizdən xahiş edirəm illərlə saxladığınız sənətdəki hörmətinizi bu günləri bilmədən və sonradan demək ki, bilmədən bədahətən söylədim fikrimi. Siz Azər Zeynalovu kimlərlə müqaisə edə bilərsiniz? O Ulu Öndərin tapşırığı ilə İtalyada gedib dərs alıb. Aygün Bayramovanı kimlərlə müqayisə edə bilərsiniz? Ən azı o 20 dəfə "Leyli və Məcnun" tamaşasında "Leyli"ni canlandırıb. Bugün hər yerindən duran deyir ki, mən muğam oxuyuram. Amma biri də olsun nə təsnif nə də ki qəzəl bilir. Düşünürlər ki, Soltan etalondur. Xeyr! Bu ölkədə etalon Xalq artisti Zeynəb Xanlarovadır, Flora Kərimova, Alim Qasımov, Arif Babayevdir. Demirəm ki, Teymur bu sözləri şəxsi maraqlana görə deyib. Şəbnəmin reklama ehtiyacı yoxdur. Amma siz belə söhbətlərinizlə insanları o müğənnilərin üzərinə aqressiyanı tökməyə vadar edirsiniz. Mən axı sizinlə oturmuşam. Siz o bəyənmədiyiniz o bayağı ifaçılarla duet oxumağa belə bəzən razı idiniz. Amma olmaz! Xahiş edirəm bu subordinasiyanı qoruyun". (olay)

 
 
 
Ardını oxu...
  

Müğənni Ayan Babakişiyeva meyxanaçı Aqşin Fatehlə bağlı qalmaqallı fikirlər səsləndirib.

Milli.Az xəbər verir ki, o, "Rəngarəng" verilişində aparıcı Zaur Nəbioğlunun Aqşinlə bağlı fikirlərinə etiraz edən Ayan bunları söyləyib:

"Nə edib? Mənə çox maraqlıdır. Trenddə bir nəyə deyrisiniz? Mahnı çıxaranda 5 min manatdan növbəyə dururlar. Bəlli bir şirkət var ki, onunla çalışırlar. Sənət üçün nə ediblər? Biz nəyik? Hansı yarışmanın qalibidir? Yarışına da davam etsin".

 
 
 

Ardını oxu...
 

Xalq artisti Flora Kərimova plastik-cərrah Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsi ilə bağlı açıqlama yayıb.

Musavat.com xəbər verir ki, müğənni bununla bağlı video yayımlayıb.

O bildirib ki, uzun müddətdir Sevinc Heydərovanın həkimlik lisenziyasının əlindən alınması üçün mübarizə aparır:

"Bu, haqq, düz söz qələbəsidir. Bu qələbə çox insanın səhhətinin zəmanətidir. Neçə illərdir savadsız həkimlərlə savaşım bu gün nəticələndi. Onlar başa düşmədilər ki, hər dəfə milləti, xəstələri aldadanda özləri uçuruma gedirlər. Neçə dəfə mən Sevinc Heydərovaya demişdim ki, bacarmırsansa, bu işdən yapışma. Nəticəsi saxta sənədlər, sübutlar, adlar və fəaliyyət...

Savadsız Sevinc Heydərovaya dəstəyi olan insanlara üzümü tutub deyirəm ki, mən bu problemdən əl çəkən deyiləm. İşim bu saat Ali Məhkəmədədir. Sona kimi də gedəcəyəm. Nəticə əldə edənə qədər savaşıram.

Mənə mane olan, gözüyumulu Sevinc Heydərovanın tərəfini saxlayan insanlar, guya heç nə olmamış kimi bəraət qərarı verən ekspertizanın cavabı sizi utandırmır?

Prokurorluğun bu qərarından sonra heç olmasa vicdanınız sızıldayırmı? Əgər mənim - az-çox Vətənimdə nüfuz sahibi olan, sözünü deyən bir insanın başına bu oyun gətirilirsə, bu haqsızlıqdan görün digər insanlar nələr çəkir. Gələcək günlərdə Ali Məhkəmənin baxışı var".

Qeyd edək ki, Flora Kərimova Sevinc Heydərovanı uğursuz əməliyyata görə məhkəməyə verib. S.Heydərova 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun fəsadlarını görüb, görmə qabiliyyəti tamamilə zəifləyib.

 

 
 
 
 
 

 

Könül İbrahim
Musavat.com

Ardını oxu...
 

ABŞ-də insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur reper Diddi (əsl adı - Şon Kombs) əks-hücuma keçib - onu zorakılıqda ittiham edən qadınlara qarşı qarşılıqlı iddia qaldırıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə "People" nəşri öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilib ki, fevralın 4-də "Ceyn Dou" şərti adı altında iki qadın məhkəməyə iddia ərizəsi verib. Hər iki qadın 1990-cı illərdə hip-hop səhnəsində fəal olub və tez-tez reperlə qarşılaşıb.

Onlardan biri Diddinin bir neçə ştatda ona qarşı cinsi zorakılıq törətdiyini bildirib. Qadın Kombsun onu evindəki qonaqlığa xidmət göstərmək üçün işə götürdüyünü deyib. O iddia edib ki, ifaçı ona içki verib, bundan sonra o, huşunu itirib və təcavüzə məruz qalıb. Birinci Ceyn bu hadisənin kameraya çəkildiyini ehtimal edib.

İkinci Ceyn Dou da oxşar vəziyyətlərdən danışıb və qeyd edib ki, Diddi tərəfindən təcavüz halları bir neçə dəfə olub.

Kombsun vəkilləri qadınların ittihamlarını təkzib edərək, reperin heç vaxt cinsi zorakılıq törətmədiyini və insan alveri ilə məşğul olmadığını bildiriblər. Onlar qarşılıqlı iddialar qaldırıblar.

"Əvvəllər dediyimiz kimi, cənab Kombs gülünc və ya açıq-aşkar yalan olan iddialara cavab olaraq hər yeni fəndi cavablandıra bilməz. Cənab Kombs və onun hüquq komandası faktlara və məhkəmə prosesinin düzgünlüyünə tam əmindir", - deyə bəyanatda bildirilib.

Ardını oxu...
“Bi-2” rok qrupunun vokalisti Leva (əsl adı Yeqor Bortnik) Bakıdakı konsertini ləğv etmək qərarına gəldiyini bildirib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, vokalistin sözlərinə görə, o, bunu həbs olunmaqdan qorxduğu üçün edib.

Yeqor Bortnik etiraf edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan və Qazaxıstana qastrol səfərinə gəlməkdən qorxur.

“İndi, görünür, fasilə verməli olduğumuz vaxtdır. Mən də hamı kimi eyni qorxulara qalib gəlirəm. Mən də həyatımı dəmir barmaqlıqlar arasında bitirmək istəmirəm. Mənim üçün bu bir qədər qorxulu yuxudur”, Bortnik əlavə edib.

Qeyd edək ki, vokalist Azərbaycanda kimin saxlanılması barədə açıqlama verməyib.
Ardını oxu...
 

Əməkdar artist Vasif Məhərrəmli "xaş hambal yeməyidir" sözlərinə görə tənqid olunmasından danışıb.

Müğənni "Elgizlə izlə" verilişində sarımsaq yeyib küçəyə çıxanları tənqid edib.

"Mən xaşı limonla yeyirəm. Sarımsaq yemisənsə, küçəyə çıxma. Kim necə başa düşürsə, vecimə deyil, umrumda da deyil" deyə, V.Məhərrəmli əlavə edib.

Qeyd edək ki, "Xaş hambal yeməyidir. Əsrin əvvəlində İrandan bura olan axında əziyyət çəkən hamballar olub. Heyvanın baş-ayağını atırmışlar. Hansısa bir hambal götürür onu bişirir və nəticədə xaş olur" deyən müğənni tənqid olunub. (Axşam.az)

 
 
 

 

Ardını oxu...
 

“Evim 3 otaqdan ibarətdir. Sahəsi isə 150 kvadratmetrdir, amma yenə də ailəmiz üçün kiçikdir. Ən çox sahəni evin qonaq otağı və giriş hissəsi tutur”.

Bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

Evinin kiçik olduğunu söyləyən sənətçi sahəsi 300 kvadratmetrlik mənzilə köçmək istədiyini vurğulayıb:

“Uşaqlarımın ayrı otaqları və mənim ayrı qarderob otağım olmalıdır. 300 kvadratmetrlik bir mənzilim olsaydı əla olardı. O zaman mənim ayrı 50 kvadratlıq qarderob otağım, uşaqlarımın hərəsinə 20 kvadratlıq otaq, özümə 40 kvadratlıq yataq otağım, biraz böyük mətbəx. Mənə əslində həyət evi lazımdır. Uşaqlar üçün həyət evi daha yaxşıdır. Uşaqlarım evdə velosiped sürəndə alt qonşum səsini çıxarır. O, çox yaxşı qonşudur. Deyir ki, mənim “alçipanım” yerə düşəcək, xahiş edirəm evdə velosiped sürməyin. Düşsə siz özünüz evimi təmir edəcəksiniz”.

Qeyd edək ki, Xuraman Şuşalının 4 övladı var.     (olay)

 
 
 
Ardını oxu...
Türkiyənin tanınmış adlarından olan və müğənnilik karyerasına addım atmaq istəyən Turabinin mahnısına Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən qadağa tələbi gəlib.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, Turabi Çamkıran bir müddət əvvəl mahnı çıxarıb. Sosial media hesabından etdiyi paylaşımda "Survivor 2025"ə qatılmayacağını, mahnısının böyük maraqla qarşılandığını və pop ulduzu olmaq hədəfini açıqlayıb.

ABŞ-də yaşayan Turabinin ingilis dilində çıxardığı "Wine me, dine me!" adlı mahnısı mətnindəki qeyri-etik ifadələr səbəbindən Türkiyə ictimaiyyəti tərəfindən sərt tənqid edilib.

Mahnıya aid görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra Ailə və Sosial Xidmətlər Nazirliyi hərəkətə keçib.

Məlumata görə, nazirlik Turabinin mahnısının mətnində əxlaqazidd və qadınlar barədə alçaldıcı ifadələrin olduğunu və ictimai asayişi pozduğunu bildirib.

Nazirlik milyonlarla insan tərəfindən tez-tez istifadə edilən internet saytlarında bu qəbildən paylaşımların cəmiyyətin ümumi strukturunu poza biləcəyini, qadınları alçaldan seksist ifadələrlə uşaq və gənclərin zehni və mənəvi inkişafına mənfi təsir göstərə biləcəyini əsas gətirib, mahnının videosunun yayımdan çıxarılması üçün ona girişin bloklanmasını tələb edib.
 

Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin “İntervision” musiqi müsabiqəsinin 2025-ci ildə keçirilməsi haqqında fərman imzalayıb.

Kult.az xəbər verir ki, tədbir Moskva şəhəri və Moskva vilayətində baş tutacaq.

Fərmana əsasən, Baş nazirin müavini Dmitri Çernışenko Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko isə Müşahidə Şurasının sədri təyin edilib.

“Avroviziya”a analoq olaraq yaradılan “İntervision” musiqi müsabiqəsində Azərbaycan da daxil olmaqla 16 ölkə iştirakını təsdiqləyib. Həmçinin Çin, Braziliya, MDB ölkələri, Latın Amerikası və Asiyadan da iştirakçılar müsabiqəyə qatılacaq.
 
Ardını oxu...
Repçi Elşad Xose paylaşımı diqqətləri üzərinə cəmləyib.

OLAY yazır ki, sənətçi xanımı Lətifə ilə çəkdirdiyi selfisini instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti