Ardını oxu...
 

Müğənni Elnarə Xəlilova tələbəsi Piri Əliyev ilə mərhum ifaçı Rəhim Rəhimlinin məzarı başında mahnı oxuyub, klip çəkdirməsinin müzakirə olunmasına aydınlıq gətirib.

Musavat.com-un xəbərinə görə, sənətçi qeyd edib ki, “Gözümün içinə bax” mahnısı müğənninin xatirəsinə ithaf olunub və onun məzarının ziyarət edilməsi normal haldır:

“Rəhbərlik etdiyim “El” yaradıcılıq mərkəzinin bu ay verdiyi nəticələr - ötən həftə mərkəzin yeni layihəsi El Vino Elnarə Xəlilova bəstəsi olan sözləri Tural Nəqşicahana aid “Qalıb” adlı trekini çıxardı. Bununla yanaşı, tələbələrim ilə birgə bəstəkar və müğənni Rəhim Rəhimliyə “El” yaradıcılıq mərkəzində onun qardaşı və varisi Anar Rəhimlinin iştirakı ilə xatirə gecəsi təşkil etdik.

Gecədə şəxsən iştirak edən Anar Rəhimli öz ailəsi adından bu gözəl addıma görə mənə və bütün mərkəz üzvlərinə öz dərin minnətdarlığını bildirdi. Bundan savayı, ötən həftə öz tələbələrim ilə Zirə Mədəniyyət Mərkəzində Bakı Baş Mədəniyyət idarəsinin dəstəyi ilə “Nur” daun sindromlu uşaqlar üçün böyük bir konsert proqramı ilə çıxış etdik.

Tədbir çərçivəsində bəstəkar müğənni Rəhim Rəhimlinin müəllifi olduğu məşhur “Gözümün içinə bax” treki də mərkəzin fəal üzvlərindən biri Piri Əliyevlə birgə dueti səsləndirdik. Və elə həmin ərəfələrdə də eyni adlı ekran işi də tamaşaçıların ixtiyarına buraxıldı ki, bu da öz növbəsində “El” yaradıcılıq mərkəzinin Rəhim Rəhimliyə etdiyi ithafda öz nöqtəsini qoydu. Məzar başında klip çəkilməsinə gəldikdə isə Rəhimin xatirəsinə həsr edilən klip kimin məzarında çəkilməlidir ki? Bu, normal haldır”.

Musavat.com

Ardını oxu...
  

Xalq artistləri Emin Ağalarovla Eyyub Yaqubov bir araya gəlib.

Onlar məclislərin birində görüşüb.

Sənətçilərin birgə fotosunu müğənni Fuad Musayev paylaşıb.   (Olay)

Ardını oxu...

 
 
 
Ardını oxu...
Şairə Nazilə Səfərlinin bir ayağı qısalıb.

Pravda.az xəbər verir ki, o bu barədə “Afaqla Onlar” verilişində açıqlama verib.

“Alçaq dabanlı ayaqqabı ilə gəzirəm. Hər kəsdən gizlətdiyim dərdim var idi. Bir ayağım o biri ayağımdan üç santimetr yarım kiçilmişdi, yerişim deformasiyaya uğramışdı. İnsanlardan qaçırdım. Ayaqqabımın digər dabanına dabanlıq vurulurdu. İnsanlar yerişimi kompleks etməsinlər deyə hamıdan gizlənirdim. Bu məni çox narahat edirdi, üzüm gülmürdü. Canım ağrıyırdı deyə insanlara aqressiv cavab verirdim. Bunların hamısı getdi. Mən dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”, - o bildirib.
 
Ardını oxu...
  

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı müğənni Xatundur.

Proqramda qardaşı ilə arasındakı dərin bağdan söz açan müğənni onun ölümündən sonra həyatında çox şeyin dəyişdiyini söyləyib.

Xatun həmçinin iştirak etdiyi "Maşın" şoudan da danışıb.

O həmçinin qardaşının həyatındakı rolundan bəhs edib.

Müğənni ailəsində sevgi hissini dadmamağından, bu səbəbdən 18 yaşında ailə qurub, daha sonra boşanmağından da bəhs edib.

Ətraflı süjetdə:

 
 
 

Ardını oxu...
  

Bir neçə gün öncə "Rəngarəng" verilişinin qonağı olan gənc ifaçı Zəhra Muradovanın efirdə canlı ifası ciddi müzakirələrə səbəb olub. Belə ki, çıxışı gözlənilən səviyyədə olmadığından, aparıcı onun ifasını yarımçıq dayandırıb.
 
Hadisədən sonra müğənni Sevinc Sarıyeva tələbəsi Zəhra Muradova haqqında sərt açıqlamalar verib.
 
Ardını oxu...
 
"Mənim yanıma gəlirdi. Hələ tələbəm demirəm, çünki yanımda bir ayı belə tamam olmayıb. Yaxşı, çalışqan qızdır, dedim ki, maşallah, oxuyacaq. Amma baxıram, çıxıb Zaurun efirinə. O dəqiqə efirə zəng vurdum. Mən ona irad tutdum. Gözəl qızdır, efirə yaraşır. Ancaq gözəllik o demək deyil ki, çıxıb oxumalısan. Əvvəl bir müddət hazırlıq keçməli, sonra efirə çıxmalı idi. Belə olmaz", - deyə müğənni bildirib.
 
Məsələ ilə bağlı "Rəngarəng" verilişinin digər qonağı, xalq artisti Zabit Nəbizadə Bakupost.az -a açıqlamasında bildirib ki, ifaçıda günah görmür:
 
“Mən o uşağı qınamıram. Ağır, çətin sənətdir. Həyəcandan da ola bilər. Onun hərəkətləri sənətindən super idi, 20 ilin oxuyanı oxuyanda o hərəkətləri, o ritmi tuta bilmir. Daxili ritmi var bu adamın, amma tonallığı bilmir, oxuyan deyil. Əslində səsi var, amma oxumaq asan bir şey deyil. Mən Zaura elə orada dedim ki, sən niyə bu uşağı belə sındırırsan? Canlı oxumaq lazımdırsa, çağır, tələbələrim gəlib oxusun. Onlar hər gün dərsdədir. Məktəb almaq başqa şeydir. Mən vallah onda günah görmürəm. Onu o səpgiyə yönəldəni qınayıram ki, hazırlaşdır, sonra burax efirə. Sevinc Sarıyeva zəng vurub efirə dedi ki, məndən icazə almayıb gedib. İndi dedi də, o da sığortalayırdı. Səndən niyə icazə almalıdır, valideyni deyilsən. Pulu var, verib çıxıb da, yəqin. Fikrimcə, onu efirə çağıran adamın başı düzgün işləsəydi, mənim yanıma çağırmazdı. Özü də mənə demişdilər ki, sənə layiq sənətçilər çağırılacaq. Mən özüm orada dillənmədim. Mənim yerimə kim olsaydı, bəlkə də çıxıb gedərdi ki, bunlar kimdir ki, mənimlə efirə çağırmısan? Zauru çəkib qırağa dedim ki, sənə lazım idi bu? Öz efirini gözdən salırsan”.

 
 
 

Ardını oxu...
  

Müğənni Aysun İsmayılova qızı Sevgi ilə videosunu paylaşıb.

Milli.Az xəbər verir ki, Aysun qızı ilə görüntülərini izləyiciləri ilə bölüşüb.

Videoda müğənninin bahalı evindən qızıyla kadrlarını izləyiciləri ilə bölüşüb.

 
 
Ardını oxu...
Ardını oxu...
Müğənni Xatirə İslam toyların birində səhnə alıb.

Sənətçinin geyim tərzi onu yenidə sosial şəbəkə istifadəçilərinin dilinə salıb.

Xatirənin dərin yarıqlı, qara torlu libası müzakirələrə səbəb olub. İzləyicilər sırasında müğənninin açıq-saçıq tərzini tənqid edənlər çox olub.

Bəziləri isə libası "demode" adlandırıblar.

Həmin videogörüntünü təqdim edirik:

(Milli.az)
 

 
Ardını oxu...
Müğənni İradə Mehrinin ailəvi məkanda olan geyimi birmənalı qarşılanmayıb.

Milli.Az xəbər verir ki, onun səhnəyə çıxdığı məkanlardan birində geyindiyi açıq-saçıq libas sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İzləyicilərin bir qismi sənətçinin seçdiyi geyimi sərt şəkildə tənqid edərək, onun səhnəyə və tamaşaçıya hörmət etmədiyini bildirib. Bəzi izləyicilər isə daha da irəli gedərək, təhqiramiz ifadələrə yer veriblər. Tənqidlərdə əsas vurğulanan məqam isə sənətçinin ifasından çox görünüşü ilə gündəmə gəlməyə çalışması olub.

İfaçını dəstəkləyənlər də olub. Onlar bu tərzin şəxsi seçimi olduğunu və heç kimin onu buna görə aşağılamağa haqqı olmadığını bildiriblər.

 
 
 

Ardını oxu...
  

Müğənni İbrahim Borçalı toy qiymətini açıqlayıb.

"Rəngarəng"də aparıcı Zaur Nəbioğlu müğənninin 6 min dollara (10 min 200 manat) Rusiyada toylara getdiyini söyləyib.

İ.Borçalı isə aparıcının sözlərini təsdiqləyib və bildirib ki, Ukraynada da toylara gedir. (Bizim.Media)

 
 
 

Ardını oxu...
 

Rusiyalı müğənni Filipp Kirkorovun Sankt-Peterburqdakı konserti zamanı gödəkçəsinin qolu yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Moskva 24” telekanalı məlumat yayıb.

Hadisə ifaçı səhnədə olarkən arxasından fişənglərin işə düşdüyü zaman baş verib. Kirkorov şou zamanı yandığını hiss edərkən qışqırmağa başlayıb.

Konsert qısa müddətə dayandırılsa da, sonra davam etdirilib.

Sənətçi daha sonra xəsarət almadığını və hər şeyin qaydasında olduğunu bildirib.

Görüntüləri təqdim edirik:

 
 
 

Dünyapress TV

Xəbər lenti