Ardını oxu...
“Kimin gözüdür axı məndən əl çəkmir?” OLAY yazır ki, bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) instaqram səhifəsində yayımladığı postda yazıb.

Göz – nəzərə gəldiyini söyləyən rəqqasə bildirib ki, ayağı tutulub və bu səbəbdən gəzə bilmir:

“İndi ayağım tutulub, gəzə bilmirəm. Ağrıdan ölürəm. Artıq heç nəyə təəccüblənmirəm. O qədər hadisələr başıma gəlir. Sırtıq kimi ancaq gülürəm".
Ardını oxu...
  

“Atamın həyatı keşməkeşli olub, bir neçə dəfə ölümdən qayıdıb. Mənfur düşmənlərimizin, terroristlərin gülləsinə tuş gəlib. Bizim rayonu bombalayanda atam ağır yaralanmışdı. Çox qan itirmişdi. Onu itirmək təhlükəsindəyik. Şükür ki, Allah onu neçənci dəfə bizə bağışladı”.

Bu sözləri “Gün ortası” verilişində Əməkdar artist İlkin Əhmədov deyib. O, uşaqlıq illərindən yaşadığı çətinliklərdən danışıb:

“Atamın mübarizliyi, əzmkarlığı sayəsində o çətin günləri keçdik. Mənim bir qardaşım 1990-1995-ci ilə qədər orduda xidmət etdi. Yaralandı, sağaldı, geri qayıtdı. Dəstək üçün o da yoxuydu. O biri qardaşımın onda iş fəaliyyəti yox idi, balaca qardaşımın yaşı az idi. Mən onda qoyun-quzu otarırdım, təsərrüfat işləri ilə məşğul idim. Onda ayıldım ki, Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuşam və restoranlarda çalışıram. Öz gücümə, bacarığıma ora çıxdım. Orta məktəbdə oxuyanda gördüm ki, atama yük olmağı bacarmıram. Onsuz da əziyyət içində idi. Öz gücümə bir restorana çıxdım, ordan başqa yerə. Hətta restorandan da qovuldum ki, lazım deyilsiniz. Halbuki ora gələnlər bizim orada olmağımızı istəyirdilər. Elə bil ki, qovulmaq taleyimizə yazılıb”.//Olay.az

Ardını oxu...

 
 
 
Ardını oxu...
Ayrılıq xəbərləri ilə gündəmdən düşməyən Aysun İsmayılovanın daha bir paylaşımı reaksiyalara səbəb olub.

TEREF xəbər verir ki, müğənni "Instagram" hesabında Elnur Məmmədovun "Günləri sayıram" mahnısını ifa edərək video paylaşıb.

Aysunun bu addımı onu sevənləri təəccübləndirib. Ayrılıq, xəyanət kimi məsələlərlə fırtına qoparan müğənninin "günləri sayıram bir-bir qovuşum sənə, sevgilim, həsrətin üzür məni, haradasan?" və Murat Bozun dilindən "Özledim" deməsi izləyicilər arasında çaşqınlıq yaradıb.

Fanatları ifaçının barışmaq üçün ərinə ultimatım göndərdiyinə dair iddialar irəli sürüblər.

Qeyd edək ki, Aysun İsmayılova bir müddət əvvəl açıqlama verərək ərindən boşanacağını bildirmişdi: "Ramil Vəliyev övladımın atasıdır, ona böyük hörmətim var. İki mədəni insan kimi ayrılıq qərarı almışıq, rəsmi boşanmamışıq, ərizə imzalayıb vermişəm".

(Yenisabah.az)
 
Ardını oxu...
Müğənni Səidə Sultan paylaşımı ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, sənətçi şou-biznesi tənqid edib. O, paylaşımına "Günü gündən "çuşkalaşan" şou-biznesim" deyə, yazıb.

Səidə bundan əvvəl də bayağı mahnı ifaçısı kimi tanınan sənətçilərin verilişlərə tez-tez dəvət edilməsini tənqid etmişdi.
Ardını oxu...
 

 

Ardını oxu...
  463  11.02.2025 03:21  Şou-biznes A  A 

Bu gün müğənni Xatun Əliyevanın ailəsində xoş gündür.

Sənətçinin bacısı qızı ailə qurur.

Paytaxt restoranlarından birində keçirilən məclisə şou-biznes nümayəndələri də dəvət olunub.

Gecədən görüntüləri təqdim edirik. (Axşam.az)

 
 
 

Ardını oxu...
 

"Evlənmişəm, bir övladım var".

Bu sözləri müğənni Ramal İsrafilov "Günaydın, Azərbaycan!" verilişində deyib. Sənətçi aparıcı Xoşqədəm Hidayətqızının "Səni evləndirək" sözlərinə belə reaksiya verib.

O bildirib ki, həyat yoldaşı ilə ayrılmayıb:

"Sadəcə, yalan yazıldı. Bir az qardaşım Valehi, bir az da məni vurdular. Bilmədim söhbət haradan çıxdı. Anam dedi ki, fikir vermə. Xanımım xalam qızıdır. Qısqanclıq hər yerdə olur, gec gəlmələr ola bilər.

Atam da yayılan yalan xəbərlərdən sonra şəkər oldu. Qardaşım Valehlə bağlı xəbər yayıldı, bibim Mələkxanım Eyubovanın adı hallandı".

Qeyd edək ki, Ramal xalası qızı Sevda ilə ailəlidir. Cütlüyün Liya adlı bir övladı var. (Axşam.az)

 

Ardını oxu...
 

Müğənni İlqar Xəyalın oğlu Teymur Hənifəyev “Səs Azərbaycan” yarışmasına qatılıb.

Musavat.com xəbər verir ki, “La la la” mahnısını   ifa edən Teymur dörd münsifi də döndürməyi bacarıb. 
Xalq artisti Zülfiyyə Xanbabayevanın və tamaşaçıların istəyi ilə o, mahnını ikinci dəfə ifa edib. Bundan sonra münsiflər arasında mübarizə başlayıb.

O jurilərdən xalq artisti Röya Ayxanı seçib. Sevinci yerə - göyə sığmayan Röya Ayxan Teymura birgə duet ifa etmək təklifi edib.

 

Könül
Musavat.com

 
 
 

Ardını oxu...
 

"İngilis bizə gəlir ingilis dilində, biz ora gedirik yenə ingilis dilində danışırıq. Eləcə də, rus gəlir rus dilində danışır. Biz də ora gedirik rus dilində danışırıq. Bunu Dubayda olanda anladım. Ərəblə, ingilislə Azərbaycan dilində danışdım. Anladım ki, bizdə kompleks var".

Bu sözləri aktyor Elməddin Cəfərov yutubda yayımlanan "Səhnə adamı" layihəsinə açıqlamasında deyib. Elməddin ən böyük arzusunun Göyçə mahalına qayıtmaq olduğunu deyib:

"Deyirəm, bunu istəyirəm, neçəyədir. Deyirəm, ucuz verirsən? Dil tapır. Mən alıcı, o satıcıdırsa, satmaq üçün hər şey edir. Mənim dilimə hörmət etsin. Çoxluğun dilinə tabe olmalıdır. Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin. Dilimi çox sevirəm. Allah nəsib etsin Göyçə mahalında kəndimə qayıdım. Evimizi görmək arzumdur. Niyə də köçüb orada yaşamayım?". (Axşam.az)


Ardını oxu...
 

ATV kanalında yayımlanan "Gün ortası" verilişində gərginlik yaşanıb. 

Müğənni Elşad Qarayevlə  Anar Vəziroğlu arasında mübahisə yaşanıb. 

Veriliş zamanı Elşad Qarayev "Baba Vəziroğlunu bəyənirəm amma bunu yox!" sözlərini söyləyib. 

Bundan sonra tərəflər arasında mübahisə yaşanıb. Elşad Qarayev ayağa qalxaraq aparıcı Zümrüd Bədəlovaya "Məni belə adamlarla verilişə çağırmayın" deyib.

Sözügedən kadrları təqdim edirik:

Milli.Az

 
 
 
Ardını oxu...
 

"Zaur, səni təbrik edirəm. 50 yaşın mübarək olsun".

Musavat.com titul.az-a istinadən xəbər verir ki, bunu Xatirə İslam "Həmin Zaur" verlişində aparıcıya bildirib.Zaur Xatirənin bu sözlərinə "50 nədir?!" deyə reaksiya verib.

Xatirə "Hə, vallah 50-dir. Sözün düzü, mən inanmırdım, amma... Mən çıqqılı uşaq idim, sən radioda aparıcı idin. Amma onu da deyim ki, o yaşı sənə vermək olmur. Çox gözəl görünürsən, xarizma dağıdır da yəni", - sözləri ilə aparıcının uzun illərdir hər kəsdən gizlətdiyi gerçək yaşını efirdə açıqlamış olub.

Zaur xoş sözləri üçün Xatirəyə təşəkkürünü bildirib.

 
 
 

Dünyapress TV

Xəbər lenti