![]() |
![]() ![]() ![]() |
|
Sabah, martın 6-da Binəqədi Rayon Məhkəməsində xalq artisti Ağadadaş Ağayevə və onun balta atdığı mühafizəçi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Musavat.com xəbər verir ki, məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub.
İşlərdən biri üzrə Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Cinayət dosyesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur.
Fevralın 27-də keçirilən məhkəmə prosesində hər iki şəxsin işi üzrə prokurorlar çıxış edib.
Prokuror Ağadadaş Ağayevə verilmiş ittihamın məhkəmə araşdırmaları zamanı təsdiqini tapdığını bildirib. Məhkəmədən xahiş edib ki, Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221-ci - xuliqanlıq maddəsi ilə təqsirli bilinsin və barəsində 2 il azadlıqdan məhrumetmə cəzası çıxarılsın.
Prokuror ittiham nitqinin davamında bildirmişdi ki, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab olunsun.
Ağadadaş Ağayevin balta atdığı mühafizəçi Nurəddin Cəlilovla barışıq sazişi imzaladığı nəzərə alınıb.
Hakim müğənninin vəkili Asim Abbasova müdafiə çıxışına hazırlanması üçün vaxt verib. Bu iş üzrə Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva zərərçəkən qismində tanınıblar.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham olunurdu.
Elə həmin gün, prokurorun Ağadadaş Ağayevə cəza tələbdən sonra hakim Elçin Ağayevin sədrliyi ilə mühafizəçi Nurəddin Cəlilovun cinayət işi üzrə proses davam etdirilib.
Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Prosesdə prokuror çıxış edib. Bildirib ki, Nurəddin Cəlilova verilmiş ittiham məhkəmə araşdırmaları zamanı təsdiqini tapıb. Prokuror Nurəddin Cəlilovun təqsirli bilinməsini və barəsində 2 il 6 ay şərti məhkum etmə cəzası təyin olunmasını istəyib.
Beləliklə, Ağadadaş Ağayevə tələb olunan cəza, onun balta atdığı Nurəddin Cəlilova tələb olunan cəzadan daha yüngül olub. Məhkəmələrin hər iki iş üzrə çıxaracaqları hökmlər sabah məlum olacaq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
"Bir gün bezdim və efirdə dedim ki, artıq toya getmirəm. Böyük rütbəli insanlar məni görəndə deyirdi ki, ailəmdə şad gün olarsa, gələrsən? Soruşdum ki, toya getmədyimi eşitmisiniz? Dedim ki, gedirəm. Bunu ona görə demişdim ki, kim mənə salam verirdisə, bacımın, qardaşımın toyudur deyib, dəvət edirdi".
Bu sözləri müğənni Elnur Məmmədov "Afaqla 10lar" verilişinə deyib.
Sənətçi onu təmənnasız toy və tədbirlərə dəvət edənlərdən şikayətlənib:
"Onlara başa sala bilmirdim ki, evimə apardığım çörək oxumağımdan gəlir. Biznesmen, dövlət işçisi, vəkil deyiləm ki, maaşım olsun. Gəlirim toydandır. Elə tanıdıqlarım var idi ki, məni ildə 5 dəfə uşaqlarının ad gününə çağırmaqdan utanmadılar. Amma mən ildə 5 dəfə onların məclisində oxumaqdan utanırdım. Onlara başa sala bilmədim ki, ailəmi bununla saxlayıram. Bir-iki nəfər də bu videonu insanlara göstərib deyirdi ki, Elnur toya getmir". (Axşam.az)
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbrahimova ilə "7 Tamam" verilişində qonaq olub.
Proqramda Aysel aparıcının "Hüseynin ilk etirafı nə zaman oldu və necə inandınız" sualına "Əslində Hüseyn çox əziyyət çəkdi. Uzun bir yol qət etdi" cavabını verib.
Hüseyn isə "Əslində hələ də inanmır. Hər şey birdən oldu. Bilirsiniz nə qədər nömrə almışdım? Bir nömrəmi C"bloklayırdı", digərini taxırdım. Bir ovuc nömrəm var idi. Qərar isə birdən oldu. Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi. Bəzən insan çox düşünür, vaxt gedir və bir də görürsən ki, heç nə alınmadı. Bizdə demək olar ki, vaxt da getmədi. Birdən qərar verdim, mart ayında etiraf etdim və sentyabrda ailə qurduq".
Qeyd edək ki, Aysel və Hüseyn cütlüyünün bu nikahdan bir oğul övladı var. (Axşam.az)
Bir müddət öncə ayrılıq və boşanma xəbərləri ilə gündəmi zəbt edən müğənni Aysun İsmayılova növbəti paylaşımıyla diqqət çəkib.
O, sosial şəbəkə hesabında yayımladığı video ilə sətiraltı mesaj ötürüb.
Sözügedən görüntüdə "Səndən ötrü darıxmışam, çox istəyirəm səni, sevirəm səni" sözlərinin istifadə olunduğu fon səsini izləyiciləri sənətçinin ayrıldığı həyat yoldaşına həsr etdiyinə vurğu vurublar.
Marağa səbəb olan həmin paylaşımı təqdim edirik:
Milli.az