b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_0775a3d6d8f1bd6de72d9ab095a308e2.jpg
  

Sabah, martın 6-da Binəqədi Rayon Məhkəməsində xalq artisti Ağadadaş Ağayevə və onun balta atdığı mühafizəçi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Musavat.com xəbər verir ki, məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub.

İşlərdən biri üzrə Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Cinayət dosyesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur.

Fevralın 27-də keçirilən məhkəmə prosesində hər iki şəxsin işi üzrə prokurorlar çıxış edib.

Prokuror Ağadadaş Ağayevə verilmiş ittihamın məhkəmə araşdırmaları zamanı təsdiqini tapdığını bildirib. Məhkəmədən xahiş edib ki, Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221-ci - xuliqanlıq maddəsi ilə təqsirli bilinsin və barəsində 2 il azadlıqdan məhrumetmə cəzası çıxarılsın.

Prokuror ittiham nitqinin davamında bildirmişdi ki, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab olunsun. 

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi Nurəddin Cəlilovla barışıq sazişi imzaladığı nəzərə alınıb.

Hakim müğənninin vəkili Asim Abbasova müdafiə çıxışına hazırlanması üçün vaxt verib. Bu iş üzrə Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva zərərçəkən qismində tanınıblar.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham olunurdu.

Elə həmin gün, prokurorun Ağadadaş Ağayevə cəza tələbdən sonra hakim Elçin Ağayevin sədrliyi ilə mühafizəçi Nurəddin Cəlilovun cinayət işi üzrə proses davam etdirilib.

Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Prosesdə prokuror çıxış edib. Bildirib ki, Nurəddin Cəlilova verilmiş ittiham məhkəmə araşdırmaları zamanı təsdiqini tapıb. Prokuror Nurəddin Cəlilovun təqsirli bilinməsini və barəsində 2 il 6 ay şərti məhkum etmə cəzası təyin olunmasını istəyib.

Beləliklə, Ağadadaş Ağayevə tələb olunan cəza, onun balta atdığı Nurəddin Cəlilova tələb olunan cəzadan daha yüngül olub. Məhkəmələrin hər iki iş üzrə çıxaracaqları hökmlər sabah məlum olacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti