Ardını oxu...
Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir.

Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib.

Lakin birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Cəmilə Abbasova apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Xumar Mərdanovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

"Real Hospital" 2014-cü ildən fəaliyyət göstərir. Müəssisənin bundan əvvəl "Real" Tibb Mərkəzi adlandırılıb. 2015-ci ildə müəssiənin lisenziyası ləğv edilib. Bundan sonra "Real" Tibb Mərkəzi "Real Hospital"a çevrilib.

Mediada gedən məlumatlara görə, xəstəxana Xətai rayonun keçmiş icra başçısı Razim Məmmədova məxsusdur.

Razim Məmmədov təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun və Sumqayıt "Univermaq Zaman" kimi tanına iş adamı Zaman İsgəndərovun bacısı oğludur.

Xəstəxanaya hazırda 1 saylı doğum evinin keçmiş baş həkimi, Zaman İsgəndərovun qızı Sevda İsgəndərovanın nəzarət etdiyi iddia olunur.
Ardını oxu...
Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini birinci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Səmədov tərəfindən

ŞİKAYƏT

Bildirmək istəyirəm ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyi həm millətə, həm də dövlətə zərər vurur. Belə ki, rayonun Qarabaqqal kənd ərazisində böyük zibil poliqonu mövcuddur. 11 fevral 2024-cü il tarixdə sözü gedən poliqonu sosial şəbəkələrdə içtimailəşdirdim. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mənimlə əlaqə saxlanıldı. İdarənin əməkdaşı Rübail Allahverdiyev "Şəhər Təsərrüfatı Birliyi"nin sədri Murtuz Salahovun və mənim iştirakımla poliqona yerində baxış keçirdi. Şikayətimdə qeyd etdiyim nöqsanlar aşkarlandı. 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi poliqonda qalaqlanmanın qarşısının alınması üçün 15.02.2024-cü il tarixdə Göyçay "Şəhər Təsərrüfatı Birliyi"nə "Məcburi Göstəriş" verdi. Lakin, Rübail Allahverdiyev məsələyə soyuq yanaşırdı. Aprel ayının 1-də onunla əlaqə saxladım və o, mənim iştirakım olmadan Murtuz Salahovla birlikdə poliqon ərazisində baxış keçirmiş, beləliklə onlar müəyyən razılığa gələrək Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinə qanuna müvafiq cərimə tətbiq edilməsindən imtina edilmişdir.
Həmçinin, bildirmək istəyirəm ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında "Şəhər Təsərrüfatı Birliyi"nin 24165, 74 (iyirmi dörd min yüz altmış beş min manat yetmiş dörd qəpik) manat vergi borcu var. Ancaq idarə vergi borcunu ödəmək istəmir. Bu məsuliyyətsizlik və qanunsuzluqdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddədə ≪xeyli miqdar≫ dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, ≪külli miqdar≫ dedikdə isə, əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Vergi dövlətin güc mənbəyidir. Göyçay Rayon İcra Hakimiyyəti yanında "Şəhər Təsərrüfatı Birliyi"nin müdiri Murtuz Salahov məsuliyyətli olub dövlətə olan vergi borcunu ödəməlidir. Əks təqdirdə qanuni qaydada cinayət məsuliyyətinə cəlb edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmçinin həmin Qanunun 73-cü maddəsində "Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur." - qeyd olunmuşdur.
Mən mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən çox xahiş edirəm, şikayətimdə göstərdiyim zibil poliqonunun təcili şəkildə təmizlənməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edən 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Rübail Allahverdiyevin cəzalandırılması, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin dövlətə olan 24000 (iyirmi dörd min) manat vergi borcunun ödənilməsi və 10 hektardan daha artıq ərazinin çirkləndirilməsi səbəbilə onlara cərimə tətbiq olunması üçün aidiyyəti qurumlara tapşırıq verəsiniz. Ümidvarıq ki, bu il ölkəmizin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək böyük tədbir zamanı Göyçaydakı bəzi vəzifəli şəxslərin ücbatından Respublikamız biabırçılıqla üzləşməyəcək.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli Cavanşir Feyziyevin Gürcüstandakı biznesi ilə bağlı faktları açıqlayıb. Sadəcə bizədə maraqlı gələn odur ki, bu gün Prezidentin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri apardığı bir zamanda ona dəstək olmaqdansa xaricdə belə çox milyonluq tikinti işləri aparmaq nəyin göztəricisidir?

Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinın araşdırmasını təqdim edirik:
Deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalar
1. Tiflis, Niko Keçoveli küçəsi 16 “Horizon Gldani” yaşayış kompleksi (2020-ci ildə tamamlanıb);
2. Tiflis, Abai küçəsi 5 “Horizon Temka” yaşayış kompleksi, (2021-ci ildə tamamlanıb);
3. Tiflis, Graf Şulenberq küçəsi “Horizon Gldani-2” yaşayış kompleksi (2019-cu ildə tamamlanıb).
Binaların tikintisi Feyziyevlər ailəsinə məxsus NEW HORIZON LTD şirkəti tərəfindən aparılıb. Şirkət 2015-ci ildə Tiflisdə qeydiyyatdan keçib. Təsisçiləri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşir və yaxın qohumu Rüstəm Cavanşirdir.
Gürcüstanda Feyziyevlər ailəsinə məxsus digər şirkət RIMO GROUP LTD 2018-ci ildə Elman Cavanşirin təsisçiliyi ilə qeydiyyata alınıb. Bu ilin fevralında əmlak şirkətinin səhmlərinin 50 faizi Feyziyevin qohumu Rüstəm Cavanşirin və Şahnazar Hacıyevin adına rəsmiləşdirilib. Şirkətin direktorluğu da Şahnazar Hacıyevə tapşırılıb.

Məlum olduğu kimi Böyük Britaniya məhkəməsi Londonda Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və həyat yoldaşına məxsus $50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb. Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Hesabatı Layihəsi (OCCRP) məlumat verib. Müvafiq mülkiyyət sənədləri ilə tanış olan OCCRP Feyziyev ailəsinə məxsus mülklərə 2023-cü ilin iyun ayında Britaniyanın Milli Cinayət Agentliyinin (National Crime Agency – NCA) müraciəti əsasında həbs qoyulduğunu aşkarlayıb. NCA Feyziyev və həyat yoldaşının dondurulmuş mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu, əməliyyatların daha əvvəl çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərin vasitəsilə həyata keçirildiyini iddia edir.
Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib. Bunu Amerikanın Səsinə Cavanşir Feyziyevin köməkçisi təsdiq edib. Fevral 22-də baş tutan məhkəmə dinləməsində Feyziyev ailəsinin vəkili Milli Cinayət Agentliyinin zəruri prosedurlara əməl etmədiyini və mülklərin qanunsuz yolla əldə edildiyini mübahisələndirmək üçün əsaslı dəlillərin olmadığını iddia edib.
Məhkəmə martın 8-də vəsatəti rədd edib. Britaniyanın Transparency International təşkilatı qərarı alqışlayıb və indi Milli Cinayət Agentliyinin daşınmaz əmlakın “cinayət yolu ilə əldə edilmiş gəlirlər”lə əldə edildiyini sübut etmək imkanı olduğunu vurğulayıb. “Azərbaycan kimi dövlətlərdə vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqləri nəzərə alsaq, Böyük Britaniyaya daxil olan cinayət və korrupsiyadan əldə olunan hər hansı şübhəli gəlirlərin mümkün qədər təqib edilməsi çox vacibdir. Hökumət hüquq-mühafizə orqanlarını iqtisadi cinayətlərin düzgün araşdırılması üçün lazım olan resurslarla təmin etməli və Birləşmiş Krallığın çirkli pulların sığınacağı roluna son qoymalıdır”, Transparency International nümayəndəsi Stiv Qudriç deyib.
Böyük Britaniyanın Milli Cinayət Agentliyi bundan əvvəl Cavanşir Feyziyevin ailə üzvlərinin hesablarındakı 20 milyon dollardan artıq məbləği “Azərbaycan landromatı” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə qanunsuz əldə edildiyini iddia edərək dondurmuşdu. 2022-ci ilin yanvarında “Westminster Magistrates” məhkəməsi pulların qanuni biznes əməliyyatlarından əldə edildiyini göstərən sənədlərin “tamamilə uydurma olduğunu və hesabları təşkil edən şəxslərin çirkli pulların yuyulması fəaliyyətlərini ört-basdır etmək üçün hazırlandığını” göstərən sübutlara istinad edərək dondurulmuş məbləğin 7 milyondan dollardan artıq bir hissəsinin müsadirə edilməsinə qərar verib.
OCCRP-nin 2017-ci ildə dərc edilən “Azərbaycan landromatı” araşdırma yazılarında Cavanşir Feyziyevə məxsus olduğu iddia edilən iki şirkətə çirkli pulların yuyulması mexanizmi ilə 138 milyon dollar vəsait daxil olduğu qeyd edilir. 2023-cü ildə Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə mükafatlandırılan Cavanşir Feyziyev bugünədək verdiyi açıqlamalarda hər hansı çirkli pulların yuyulması və ya başqa qanunsuz əməllərlə əlaqəsi olduğunu qəti şəkildə inkar edib. Məhkəmə prosesi davam etdikcə, bu iş maliyyə cinayətlərinə qarşı mübarizədə və qlobal maliyyə sistemlərinin bütövlüyünün qorunmasında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayır.
Ölkədə dərman bazarında hökmranlıq edən “Avromed”in bazarı inhisara alması səbəbindən bu gün Azərbaycanda dərmanların qiyməti nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə xeyli bahadır. “Avromed”ə rəhbərlik edən deputat Cavanşir Feyziyevdir, apteklərə mal paylayan yenə həmin şirkətdir, bahalığın, inhisarın baiskarı da onlardır, prezidentin tənqidlərini qulaqardı edən də biznesmen-deputatdır. Məlumat üçün cumhuriyyet.az olaraq bildirək ki, b həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi. 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb. Cavanşir Feyziyevin ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş.
Cavanşir Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisidir. Bu şirkətin Şəkidə yerləşən dördulduz ”Şəki Saray Hotel”in direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb. Əlavə olaraq cumhuriyyet.az bildirir ki, Cavanşir Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan “Tabaterra” şirkəti¬nin siqaret zavodunun direktorudur. Sumqayıt Kimya Sə¬naye Parkının rezid¬enti olaraq fəaliyyətə başlayan müəssisədə 8 ədəd istehsal xətti fəaliyyət gös¬tərir ki, bunların illik istehsal həcmi 14 milyard ədəd siqa¬ret təşkil edir. Ha¬zırda müəssisədə həm “Tabaterra” şirkətinə məxsus brendlər, həm də dünyanın ən böyük istehsalçıları olan “British Am¬erican Tobacco”, “Ja¬pan Tobacco İnternat¬ional” və “İmperial Tobacco” kimi şirkə¬tlərə məxsus beynəlx¬alq brendlər istehsal olunur.
Elman Cavanşir 2021-ci ildə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarıldığı zaman “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti təsis edir. Nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşir, Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçən şirkət Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizini alıb. Xatırladaq ki, Elman Cavanşir in də adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalında hallandırılmışdı. “The Evening Standard” qəzeti yazmışdı ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan Feyziyev ailəsi üzvlərindən biri də Elman Cavanşirdir, onun bank hesabında 1 milyon funt sterlinqdən bir az çox vəsait aşkar edilmişdi.

hurriyyet.az
 
 
 

Ardını oxu...
Gəncə Dövlət Universitetindən nə qədər şikayət olunsa da, əlaqədar qurumlar heç bir tədbir görmədiyinə görə rektor Yusif Yusibovun özbaşınalığı pik həddə çatıb. Rektor beş il tamam olmamış qardaşının hesabına Maliyyə Nazirliyinin Yoxlama Komissiyasını gətirib öz korrupsiya əməllərini qanuniləşdirir.

Bu iddialar GUNDEMİNFO.AZ-a daxil olan şikayətlərdəndir.

Bir qrup müəllim tərəfindən redaksiyamıza gömndərilən iddialarla bağlı yazını bir sıra qeyri-etik məqamlarını ixtisar etməklə sizlərə təqdim edirik.


- Rektor işçiləri şənbə və bazar günləri də işə gəlməyə məcbur edir, həmin günlər işə gəlməyən əməkdaşları yoxlatdırıb maaşlarını kəsdirir.

Universitetin əməkdaşlarının maaşı ən aşağı səviyyədədir. Gəncə Dövlət Unversitetinin tələbələrinin sayı Gəncədəki digər universitetlərin tələbələrindən çoxdur. Buna baxmayaraq Gəncədəki digər universitetlərdə olan əmək haqqı GDU-dan qat-qat çoxdur. Alt qruplarda yığılan milyonlarla pulun hara getdiyi naməlumdur.

Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir, universitetdə adi dəftərxana ləvazimatları, kağız, marker belə verilmir, bu məqsədlə ayrılan pullar mənimsənilir. Dərslərdə markeri tələbələr pul yığıb özləri alırlar. Universitetin keçirdiyi tenderlər qanuni şəkildə yoxlansa bu universitetin respublikada ən böyük korrupsiya yuvası olduğu aşkar olunar.

Müəllimlərin maaşları artırılmır, universitetdə heç kim öz işi ilə məşğul deyil. Hərə əlinə bir siyahı alıb yoxlama aparır, bir dərsdə beş altı dəfə müxtəlif adamlar girib yoxlama aparır, tədris prosesi tam iflic vəziyyətindədir.

Təsəvvür edin ki, professorun dərsinin keyfiyyətini, onun sənədlərini 7000-10000 manat civarında rüşvət müqabilində işə təzə götürülmüş uşaqlar yoxlayır.
75 yaşlı, işə çəkələtlə gələn prorektor Gülsüm Fətəliyeva dərsin ortasında dərsə girir, əlindəki siyahı üzrə höcələyə-höcələyə adları oxuyub tələbələri adba-ad yoxlayır. Dərsin də bütün vaxtı gedir. Görəsən qrup nümayəndəsi, tyutor, dekan müavini nə üçündür?

Rektor qorxur ki, birdən prorektor Şahin Xurşudov və dekanlar ondan xəlvət tələbələri aylığa buraxar, pul məsələsində rektoru aldadarlar. Ona görə qoca prorektoru göndərib təkrar-təkrar yoxlatdırır ki,onu haqq-hesabda aldatmasınlar. Rektorun qəbul saatı yoxdur, heç bir əməkdaş rektoru görə bilmir, çünki əməkdaşları qəbul etmir. Kabinetdən çölə çıxmır.

Vasif Həsənov hələ də universitetdə at oynadır, prorektorları belə saymır. Digər qardaşı isə Bərdə rayonunda qeyri-hökumət təşkilatlarının birində yüksək vəzifədə işləyir,amma buna baxmayaraq adı Gəncə Dövlət Universitetində də gedir, buradan da maaşını alır. Amma bu heç vaxt işə gəlməsə də tam maaşını verən Yusif Yusibov laborantların 270-300 manatına göz dikir, onların beş-altı dəqiqə işə geçikmək dəqiqələrini sayır. Universitetdə özü Rusiyada olub, burada texniki işçi və ya müəllim işləyən şəxslər onlarladır.

Universitet daha bir ilkə də imza atıb. Universitetin saytına baxanda məlum olur ki, 15 il bundan qabaq rəhmətə gedən universitet əməkdaşları hal-hazırda elmi iş aparır, hətta uğurlu elmi nəticəər əldə ediblər. Fəxrəddin Süleymanov, Cəlal Zeynalov, Nurəddin Əliyev, Mayıl Mustafayev, Maya Rəhimova 10 -15 il bundan qabaq rəhmətə gediblər. Amma onlar Yusif Yusibovun qabaqçıl iş təcrübəsi nəticəsində dirilib gəlib universitetin elmi-tədqiqat işlərinə sanballı töhfələr verirlər. http://rif.gdu.edu.az/?page_id=358 Lingə baxın, hər şey oradan açıq-aydın görünür. İqtisadiyyat fakültəsinin saytı bərbad gündədir, rəhmətə gedən adamlar burada da elmi iş aparır,Menecment və turizm kafedrasında isə kafedra, onun əməkdaşları haqqında məlumat belə yoxdur. http://iif.gdu.edu.az/?page_id=4951 Filologiya fakültəsinin bəzi kafedralarında da vəziyyət belədir, müəllimlər haqqında heç bir məlumat yoxdur. http://filologiya.gdu.edu.az/?page_id=226 Bu sayta ümumi nəzarəti erməni qardaşlar və Təhsildə Keyfiyyətin Təminatı şöbəsinin müdiri, sabiq icra başçısı Elmar Vəliyevin yaxın qohumu İsmayıl İsmayılov həyata keçirir. Bunların özlərini gördüyü işin səviyyəsi budur, amma bunlar da gəlib kollektiv üzvlərində nöqsan axtarır,dərsə davamiyyəti yoxlayır, imtahanları bunlar götürür. Dərsi deyən müəllim qalır kənarda, bütün imtahanları "hərşeyşünas" İsmayıl İsmayılov götürür.

Gundeminfo.az olaraq qarşı tərəfi də dinləməyə hazırq.
Ardını oxu...
“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən verməyib, qəbuluna yazılmaq üçün bir ay qabaqdan Elm və Təhsil Nazirliyinə müraciət etdim. Mənə həm yazılı, həm də şifahi bildirildi ki, müraciətim qeydə alınıb, qəbul üçün növbə siyahısında 40-cı vətəndaşam. Qəbul günü çatdı, nazir gəldi, ancaq baxdım ki, adım siyahıda sürüşüb 82-yə gedib çıxıb. Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi. Saat 10-da qəbul başladı. Adamları bir-bir otaqdan çıxarıb, qəbul otağına yola salırdılar. Günortaya yaxın qapıları açıb necə deyərlər, bizi “azad etdilər”, qəbul otağına yola saldılar, otağa daxil olanda gördük ki, nazir yoxdur, dedilər, biz sektor müdirləriyik, nə sözünüz varsa, bizə deyin”.

Kamil Qasımov qəbula girməkdən imtina edib.

Bəs o, nazirlə niyə görüşmək istəyirdi? Nazirə hansı sözü var idi?

Deyir, illərdir ki, övladlarının təhsil aldığı 32 saylı orta məktəbdə bilgisayar və idman fənləri keçirilmir. Buna görə illərdir ki, valideynlər həm Gəncə Təhsil İdarəsinə, həm də Elm və Təhsil Nazirliyinə müraciət edir. Ancaq hələ də məktəbdə nə idman zalı, nə də bilgisayar otağı qurulub:

“Övladımın biri dördüncü, digəri altıncı sinif şagirdidir. İdman zalı olmadığına görə hər il qış aylarında idman fənnini çöldə keçirlər. 21-ci əsrdə uşaqların kompüterdən anlayışı sıfırın altındadır. Məktəbdə kompüter dərsləri də keçirilmir, çünki kompüter otağı yoxdur. Nazirə bunları deyəcəkdim, bir valideyn olaraq xahiş edəcəkdim ki, heç olmasa növbəti təhsil ilində uşaqlar məktəbə gedəndə orada idman zalı, kompüter otağı olsun”.

Şikayətçinin sözlərinə görə, məktəbdə idman zalının və kompüter otağının yaradılması üçün uzun müddətdir ki, həm Gəncə Şəhər Təhsil İdarəsinə, həm də Elm və Təhsil Nazirliyinə müraciət edib. Vətəndaş hesab edir ki, tədris olunmayan hər iki fənn məktəblilər üçün vacibdir:

“Başqa ölkələrdə fəaliyyət göstərən təhsil müəssisələrində uşaqların sağlamlığı önə çəkilir, ən çox da bu fənnə diqqət yetirilir, hətta ən çox dərs saatı idmana və əmək dərslərinə ayrılır. Bizdə isə idman, əmək, kompüter dərslərinə lazımsız bir şey kimi yanaşılır”.

Kamil Qasımov nazirdən həm də məktəbin ərazisindəki qoca ağacın kəsilməsini xahiş edəcəkdi. Deməsinə görə, valideynlər və məktəb rəhbərliyi məktəblilər üçün həyati təhlükəyə çevrilmiş qoca ağacın kəsilməsi üçün uzun müddətdir ki, aidiyyəti qurumlara müraciət edirlər, ancaq nəticəsiz qalır.

Gəncə – Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, aprelin 19-da Elm və Təhsil naziri Emin Əmrullayev Samux rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşlar müəllimlərin işə qəbulu, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və Təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlarla görüşdə nazirliyin başqa vəzifəli şəxsləri də olublar və vətəndaşları dinləyiblər.

Kamil Qasımov deyir, martın 29-da Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov da Gəncədə yerləşən Gəncə Sukanal İdarəsinin inzibati binasında Gəncə, Samux, Kəlbəcər və digər rayonlardan olan vətəndaşların yalnız bir qismini qəbul edib, qapı arxasında gözləyən digər vətəndaşlar bir də xəbər tutublar ki, Zaur Mikayılov məkanı çoxdan tərk edib.

Bir neçə il əvvəl Prezident İlham Əliyev keçirdiyi müşavirədə məmurlara tapşırıq verib ki, daimi olaraq regionlarda vətəndaşları qəbul edib, dinləsinlər. Hər ay müxtəlif qurumların rəhbərləri bölgələrdə vətəndaş qəbulu həyata keçirirlər. Məmurlar bu vətəndaş qəbullarını səmərəli hesab etsələr də, vətəndaşlar məmur qəbullarının formal olduğunu bildirirlər.

dia-az.info

Ardını oxu...
" "Araz" supermarket şəbəkəsində, (Buzovnadan Maştağaya gedəndə yolun sağ tərəfində 2 ci Araz) müştərilər belə aldadılır...." Dia-az.info bildirir ki, bu xəbərdarlıqla "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Qalib Hüseynov adlı istifadəçi çıxış edib.

Ardını oxu...

Narazı vətəndaş daha sonra bildirir: " "Nemiroff" arağı vitrin qiyməti 21.99 azn olduğu halda kassada 25, 39 azn qiymətinə müştəriyə satılır.

Diqqət verilmədiyi halda satılır...

Ardını oxu...
Ardını oxu...

Uzun sürən şikayətdən sonra isə eyni yox deyib minnətlə 22 manata hesablayarıq deyirlər.

Bununla bağlı özlərinə də, "antiinhisar"a da şikayətimi video və qəbzləri də göndərmişəm. Sizlər də diqqətli olun..."
 
Ardını oxu...
Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) sədri Röyal Sarıməmmədovun icra başçısı təyin olunacağı ilə bağlı məlumatlar yayılıb.

TEREF AzFakt.com saytına istinadən xəbər verir ki, 2013-cü ildən Pirallahı rayonunda icra başçısı vəzifəsini tutan Vasif İmanovun başqa bir rayona icra başçısı təyinatı gözlənilir. Vasif İmanovun yerinə Pirallahı icra başçısı olmaq istəyənlər sırasına rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Röyal Sarıməmmədovun da qoşulduğu iddia edilir.

Son aylarda isə müxtəlif media orqanlarında Röyal Sarıməmmədovun haqqında daynmadan müsbət yazılar yazılmasıda onun bu planının bir parçası olduğu deyilir.

Bildirək ki, Röyal Sarıməmmədov Pirallahı rayonunda hazırkı icra başçısı Vasif İmanovun ən yaxın adamlarından biri sayılır. Belə ki, Pirallahı rayonunda torpaq, ev və obyekt tikintisinə Röyal Sarıməmmədov nəzarət etdiyi iddia edilir.

Qeyd edək ki, Röyal Sarıməmmədov iki il öncə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olması ilə ölkə mətbuatının gündəminə gəlmişdi. Həmin tender müsabiqəsinin şərtlərinə görə Dövlət Sosial Təminat Xidməti tərəfindən Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin təşkili məqsədilə 130 kv metr qeyri-yaşayış obyekti üçün Röyal Sarıməmmədova ildə 24 960 manat (ayda 2080 manat) ödənilib.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq...
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, “Qobu Park-3” yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib.

Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydalarına riayət olunmur. Lakin məsələ ictimailəşdikdən sonra binanın həyətində, azyaşlıların mütəmadi oynadığı ərazidə qazılan quyunun ətrafına təhlükəsizlik lenti çəkilib.

Eyni zamanda, hadisə yerindən “İctimai” TV-nin hazırladığı reportajda binada əyilmənin aidiyyatı qurumların nümayəndələri tərəfindən adi hal kimi təqdim edilməsi də diqqət çəkir. Belə ki, Lökbatan Mənzil İstismar Sahəsinin rəis müavini Xaqani Həsənov bildirib ki, yaşayış massivində 26-cı binada iki blok arasında “bir balaca” fərq yarandığı üçün bərkitmə işləri aparılır: “Bunun qarşısını almaq məqsədilə, gələcəkdə problemlər yaranmasın deyə maili müstəvi şəklində bərkitmə işləri aparılır”.

Onu da xatırladaq ki, bundan əvvəl eyni problem “Qobu Park-1” və “Qobu Park-2” yaşayış massivində də yaşanıb. “Qobu Park-3”-ün tikintisində isə problem daha əvvəldən mövcud idi. Diqqətli oxucular xatırlayar ki, həmin yaşayış kompleksində binaların üstü tam tollanmamış açılışı edilmişdi və ölkə başçısı da həmin açılışa dəvət edilmişdi\Sonxeber.az

Yenicag.az-a açıqlamasında yeni tikilən yaşayış binalarının təhlükəsizlik baxımından nə qədər dözümlü olduğu ilə bağlı fikirlərini səsləndirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc deyib ki, hesablamalar dəqiq aparılmalı, materiallar keyfiyyətli olmalıdır ki, sürüşmə-əyilmə, vaxtından öncə aşınma kimi təhlükəli vəziyyət yaranmasın.

Onun sözlərinə görə, əgər lazımi qurumlar və strukturlar öz vəzifəsini qanunauyğun şəkildə icra edərsə, mənfi hallarla qarşılaşma ehtimalı ən aza endirilə bilər.

“Ölkəmizin seysmik zonada yerləşdiyini nəzərə alsaq, yaşayış binalarında yaşana biləcək hər hansı təhlükə yüzlərlə, bəlkə də minlərlə insanın həyatı bahasına başa gələ bilər. Yaxın müddət ərzində seysmikliyin artacağına dair proqnozlar mövcuddur. Belə olduğu təqdirdə, çoxmərtəbəli binaların dözümlülüyünə diqqət daha çox artırılmalıdır. Həmçinin indiyə qədər müəyyən səhvlər varsa, mütləq aradan qaldırılmalıdır”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, sözügedən məsələlərin araşdırılması və qarşısının alınması üçün bir neçə dəfə komissiyanın yaradılması barədə təkliflər irəli sürülüb:

“Aidiyyatı qurumlarla yanaşı ictimaiyyət nümayəndələrindən təşkil olunacağı bu komissiya mənfi tendensiyaların qarşısını ala bilər. Tikinti üzrə qurumlar heç bir halda qayda pozuntusuna göz yummamalıdır. Yerindəcə həmin tikintiyə rəhbərlik edən şəxs cəzalandırılmalıdır”.

O, barəsində danışılan problemlərin bir çox zaman tikinti materiallarının keyfiyyətsizliyi, eyni zamanda, mühəndis-layihə işlərinin lazımi tələbləri qarşılamadığı hallarda baş verdiyini vurğulayıb:

“Hesablamalar dəqiq aparılmalı, materiallar keyfiyyətli olmalıdır ki, sürüşmə-əyilmə, vaxtından öncə aşınma kimi təhlükəli vəziyyət yaranmasın. Ən azından qardaş Türkiyənin yaşadığı acı praktika bizlər üçün nümunə olmalıdır. Lazımi tədbirlər görülməzsə, çox təəssüf ki, həmin taleyi biz də gözləyirik”.
 
Ardını oxu...
Sabirabad rayonu Poladtuğay kənd sakinləri- Hüseynov İntizam, Sayılov Cavid, Fərəcov Nizami, İsayev Qəşəm, İsayev Qalib, Sayılov Balahüseyn, Əsədov Rasim, Rəsulov Şahin, Əliyev Şirzad və digər şəxslər kəndlərində baytar həkimin olmamasından şikayətçidirlər.
Faktinfo.az saytına göndərilən şikayət məktubunda qeyd edilir ki,Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafında maraqlı tərəf kimi görünməyib.Əks təqdirdə 2022-ci ildən Sabirabad rayonu Poladtuğay kəndində baytar həkim məntəqəsi ləğv edilməzdi.

Şikayətçilər bildirirlər ki,2022-ci ilə qədər kənddə baytar həkim olub və onlar mütəmadi olaraq baytar həkimin imkanlarından istifadə ediblər. Elə ki, bu ştat ləğv olunub,kənd sakinlərinin iri və xırda buynuzlu heyvanları tədricən tələf olmağa başlayıb.Hazırda mənfi fəsadları qiymətləndirən kənd sakinləri hesab edirlər ki,Kənd Təsərrüfatı Nazirliyi rayonlarda insanlarının rifah halının yaxşılaşdırılmasında,heyvandarlığın inkişafında maraqlı tərəf kimi çıxış etmək istəyirsə, kəndləri,o cümlədən Sabirabadın Poladtuğay kəndini baytar həkimlə təmin etməlidir.

Kənd sakinləri onu da qeyd edirlər ki,son illər ətin qiymətinin qalxmasının səbəblərindən biri də baytar həkimlərin ixtisara salınması,onların regional idarələrdə cəmləşdirilməsidir. Bu səbəbdən də xırda və iri buynuzlu heyvanların tələf olma faizi artıb.

Eləcə də,Sabirabad rayonu Poladtuğay kənd sakinləri Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovdan bu məsələni diqqətdə saxlamasını,zamanla yol verilmiş səhvin aradan qaldırılmasını xahiş edirlər.

Faktinfo.az
 
Ardını oxu...
Heç bir təhlükəsizlik qaydalarına əməl etmədən “West Town” şirkəti fəhlələrin həyatını təhlükəyə atır.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, binanın yüksək mərtəbəsindən qum tökülür, fəhlənin həyatı isə risk altındadır. Baş verəcək hər hansı bədbəxt hadisədən qorunmaq üçün isə heç bir qaydaya əməl etmir.

Buna görə də baş verəcək hər hansı hadisədən onu heç nə sığortalamır.

Görüntülərdən də təhülkəsizlik qaydalarına əməl olunmadığının, işçilərin kaska belə taxmadığının bir daha şahidi oluruq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Videomaterialı təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti