Ardını oxu...
İtaliyanın "Atalanta" klubunun futbolçusu Ademola Lokman UEFA Avropa Liqasında həftənin futbolçusu seçilib.

"Report" xəbər verir ki, "Marsel"lə yarımfinal duelinin cavab matçında (3:0) 1 qol, 1 assist edən nigeriyalı yarımmüdafiəçi həftənin ən yaxşısı adını qazanıb.

Qeyd edək ki, Lokman bu mübarizədə “Roma”nın qapıçısı Mile Sviları üstələyib.
 
Ardını oxu...
Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.

"Cebhe.info" xəbər verir ki, turun açılış matçı tarixi derbi ilə əlamətdar olub. "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib. "Neftçi Arena"da oynanılan görüş "ağ-qaralar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. "Kəpəz" isə 35 xalla səkkizinci yerdə qalıb.

Qeyd edək ki, turun digər görüşləri mayın 11-12-də keçiriləcək.
 
Ardını oxu...
Növbəti mövsümə “Real Madrid”də başlayacağı gözlənilən Kilian Mbappenin PSJ ilə vidalaşacağı tarix açıqlanıb.

Fanat.az xəbər verir ki, məlumatı şəxsi “X” hesabı üzərindən tanınmış jurnalist və insayder Malik Traore yayıb.

Xəbərə görə, ulduz hücumçu komanda yoldaşları ilə mayın 12-də vidalaşacaq.

Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-nin uğurları üçün çalışır. Onun parislilərlə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub.
 
Ardını oxu...
“Sportico” idman biznes portalı dövrümüzün aparıcı futbol klublarının dəyəri ilə bağlı məlumatları dərc edib.

Ən bahalı komandaların reytinqində birinci yerdə İngiltərənin “Mançester Yunayted” klubu qərarlaşıb. Məlumata görə, Mançester klubunun dəyəri 6,2 milyard dollardır.

Dünyanın ən bahalı futbol komandalarının onluğuna həmçinin “Real Madrid” (6 milyard dollar), “Barselona” (5,2 milyard dollar), “Liverpul” (5,1 milyard dollar), “Bavariya” (4,8 milyard dollar), “Mançester Siti” (4,7 milyard dollar), PSJ (4 milyard dollar), “Arsenal” (3,9 milyard dollar), “Tottenhem” (3,49 milyard dollar) və “Çelsi” (3,47 milyard dollar) daxildir.
 
Ardını oxu...
Mayın 8-i futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında xoşagəlməz hadisə baş verib.
TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncədə keçirilən qarşılaşmanın final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüb.

İnsidentə səbəb isə matç zamanı “Qəbələ” futbolçularının təhqirə məruz qalması olub. Oyun başa çatandan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum çəkib. İnsident zamanı “Qəbələ”nin futbolçularından Ş.R və Ə.G ciddi xəsarət alıblar.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Ardını oxu...
“Qalatasaray” müqavilə ilə “Çelsi”yə məxsus olan vinger Hakim Ziyeşi almaq üçün onun anlaşmasındakı bəndi aktivləşdirib.

Fanat.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat paylaşıb.

Xəbərə görə, London klubu artıq müqaviləni təsdiq edən sənədi İstanbula göndərib.

31 yaşlı mərakeşli ötən ilin avqustunda “Qalatasaray”a icarəyə verilib. O, komandanın heyətində 21 oyun keçirib, 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Çelsi” Ziyeşi 2020-ci ilin yayında “Ayaks”dan 40 milyon avroya alıb. Futbolçu London klubunda 107 oyun keçirib, 14 qol vurub və 13 məhsuldar ötürmə edib.
 

Ardını oxu...


BMT Baş Assambleyası 25 may tarixini Ümumdünya Futbol Günü elan olunması barəsində qətnamə qəbul edib.

"Qətnamə layihəsi BMT-yə üzv olan 70-dən çox dövlət tərəfindən dəstəklənib.

Qətnamədə futbolun qlobal əhatə dairəsi və onun ticarət, sülh və diplomatiya da daxil olmaqla həyatın müxtəlif sahələrinə təsiri, idmanın əməkdaşlıq məkanı üçün sahib olduğu güc öz əksini tapıb.

Sənəd, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün futbol təşəbbüsünü dəstəkləyib.
PAYLAŞ:
Ardını oxu...
Qazaxıstanlı milyarder bu İngiltərə klubunun sahibi oldu
Qazaxıstanlı milyarder Mixail Lomtadze İngiltərənin futbol üzrə üçüncü divizionunda çıxış edən “Uikomb Uonderers” klubunun sahibi olub.

İndex.az BBC-yə istinadən xəbər verir ki, 5,7 milyard dollar sərvəti olan milyarderin şirkəti İngiltərə klubunun səhmlərinin 90 %-ni alıb.

Qeyd edək ki, “Uikomb Uonderers” 2023/2024 mövsümündə 10-cu yeri tutub. Komandaq meydana çıxdığı 46 turda 17 qələbə, 14 heç-heçə ilə yadda qalıb. Lomtadzenin sahibi olduğu klub 2000/2001 mövsümündə İngiltərə Kubokunda yarımfinala qədər irəliləyib.
 
Ardını oxu...
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasındakı çempionluq mübarizəsindən danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis komandasının çempion olacağına inandığını deyib:

“Bir həftə qaldı. 3 oyun, 9 xal…Biz çempion olacağıq. 6 və ya 7 xal qazansaq, “Arsenal” Premyer Liqanın qalibi olacaq. Top fərqinə çatmaq mümkün deyil. Biz heç-heçə edə bilmərik. “Arsenal” çox yaxşı oynayır. Ümid edirəm ki, çempionatın taleyini öz əlimizə alacağıq”.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında mövsümün bitməsinə 3 oyun qalmış Xosep Qvardiolanın komandası 82 xalla 2-cidir. Lider “Arsenal” “Mançester Siti”ni 1 xal qabaqlayır. “Şəhərlilər” “topçular”dan 1 matç az keçiriblər.
 
Ardını oxu...
"Formula 1" üzrə Çin Qran-prisində sprint yarışının qalibi bəlli olub.

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub.

Sprintdə ikinci yeri “Ferrari” komandasının sürücüsü, monakolu Şarl Lekler tutub. Üçüncü isə "Red Bull"dan meksikalı Serxio Peres olub.

Sabah Bakı vaxtı ilə saat 00:00-da əsas yarış keçiriləcək.
 
 
 

Dərnəgüldəki "Azpetrol"dan 10 litr benzin vurdum. Qısa bir məsafə getdikdən sonra maşın titrəməyə başladı. O dərəcədəki, düşündüm, bəlkə benzin yerinə dizel vurublar. Geri qayıdıb baxdım ki , ümumiyyətlə dizel pompası yoxdur. Ustalardan soruşdum, "benzin çox bərbad olduğu üçün baş verib" dedilər.

Bu barədə sosial şəbəkə istifadəçilərindən biri bildirib.

"Yanacaqdoldurma məntəqələrinə nəzarət edən hansısa bir qurum var? Bu kimi hallarda şikayət edib nəticə alaq ki, özbaşınalıqlar davam etməsin", - o qeyd edib.

Müştəri "Azpetrol"dan onunla əlaqə saxlanıldığını bildirib: "Əməkdaş gəldi, görüşdü. Deyir ki, gedək həmin məntəqədən nümunə benzin götürüb analizə göndərək, bizdə qatqı çıxmayacaq. Deyirəm, iki gün keçib, həmin benzin qalıb, ya yox, bəlli deyil, buyurun, mənim maşınımdan götürüb analizə göndərin. Razı olmadı. Qısacası, bir çox müəssisə kimi "Azpetrol"un da yola verməklə məşğul olduğu aydın oldu".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Referans.az
 

Dünyapress TV

Xəbər lenti