Ardını oxu...
Son günlər "Sabah”ın futbol akademiyası ilə bağlı söz-söhbət futbol ictimaiyyəti arasında geniş müzakirə olunur.

Məlum olduğu kimi, paytaxt klubunun akademiyası Adino Mustedanaqiçə tapşırılıb. Xorvatiyalı koordinator vəzifəsində çalışır. Onun gəlişindən sonra "Sabah”ın akademiyasında problemlər, qalmaqallar bir-birini əvəz etməkdədir.

Aşağı yaş qrupları üzrə komandalarda narazılıqlar yaranıb. Valideynlər bildirilər ki, Adino Mustedanaqiç yerli uşaqlara qarşı heç də xoş münasibət göstərmir. Özünün komandaya gətirmədiyi futbolçulara təzyiq edir, onları sıxışdırır. Nəticədə çox sayda istedadlı gənc və yeniyetmə futbolçu akademiyanı tərk etməli olub.

U-19 və əvəzedici komandada vəziyyət daha acınacaqlıdır. Nəticə baxımından heç bir önəm kəsb etməyən yarışlarda çıxış edən bu komandalara legionerlər cəlb olunub. Yerli oyunçular yox, məhz onlar meydana çıxırlar.

Publika.az Mustedanaqiçlə bağlı qalmaqla səbəb ola biləcək məlumat əldə edib. Xorvatiyalı mütəxəssisin transfer fırıldağı ortaya çıxıb.

Bildirilir ki, bir müddət əvvəl "Sabah” "Qəbələ”dən gənc futbolçu transfer edib və bu keçidə görə qarşı tərəfə 20 min manat ödənilib. Lakin transferlə bağlı maraqlı məqam var.

Adino Mustedanaqiçin nəzarəti ilə reallaşdırılan bu transferdəki vəsait "Sabah”ın büdcəsindən çıxsa da, gənc futbolçunun valideyni də xərcə düşüb. Ondan da bu keçidə görə 20 min manat alınıb. Yəni "Qəbələ”yə ödənilən vəsaiti, əslində uşağın valideyni verib.

Bəs "Sabah”ın büdcəsindən çıxan 20 min manat hara və ya kimin cibinə gedib? Suallarımızı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq. Onun cavabı belə oldu:

"Akademiyamızda bu cür halların baş verməsi mümkün deyil. Sorğunuzda konkret məlumatların yer almaması, məsələnin obyektiv şəkildə araşdırılmasını mümkünsüz edir. Klub olaraq, şəffaflıq prinsiplərinə sadiq qalaraq, hər zaman istənilən iddianı araşdırmağa hazırıq. Lakin bunun üçün konkret faktlar və sübutların təqdim edilməsi vacibdir”.

Ümumiyyətlə, Adino Mustedanaqiçin gəlişindən sonra "Sabah” akademiyasında vəziyyət heç də yaxşı deyil. "Vətən” Futbol Məktəbinin əsasında yaradılan akademiyada əvvəllər durum yaxşı idi. Valideynlər bura axışır, gənc futbolçular vəziyyətdən razılıq edirdilər. Bir müddət əvvəl ölkənin say-seçmə akademiyalarından biri olan "Sabah”da indi korrupsiya, rüşvətxorluqlar fonunda anarxiya hökm sürür.

Qeyd edək ki, "Qəbələ”dən "Sabah”a transferi qeyd edilən futbolçunun adı bizə məlumdur. Lakin onun gələcək karyerasına təsir etməmək və gənc futbolçunu təzyiqlərdən qorumaq üçün adını gizli saxlamaq məcburiyyətindəyik.
Ardını oxu...
İran çempionatının 25-ci turunda keçirilən “Traktor” - “İstiqlal” matçında qeydə alınan azarkeş sayı dünya mətbuatının gündəmini zəbt edib.

“Qafqazinfo” xəbər verir ki, Güney Azərbaycan təmsilçisinin ev matçını 120 min azarkeş izləyib.

Qeyd edək ki, “Səhənd” stadionunda keçirilən qarşılaşma Təbriz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Əlavə edək ki, rəqiblərindən bir oyun az keçirən “Traktor” 54 xalla turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyiciləri “Sepahan” 50 xalla ikinci, “Persepolis” isə 48 xalla üçüncüdür.
 
Ardını oxu...
Formula 1-də mövsümün 3-cü yarışı Yappniyada baş tutub.

Offsideplus.az xəbər verir ki, Suzuka trasında baş tutan yarışı “Red Bull”un pilotu Maks Ferstappen qazanıb. O, bu mövsümkü ilk qələbəsini qazanıb.

İkinci yeri “Maklaren”in pilotu Lando Norris, üçüncü yeri isə onun komanda yoldaşı Oskar Piastri tutub.
 
Ardını oxu...
Türkiyə “Fənərbağça"sının baş məşqçisi Joze Mourinyonun klubdakı gələcəyi təhlükə altına düşüb.

Teleqraf “HaberGlobal”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin Türkiyə Kubokunun 1/4 final mərhələsində “Qalatasaray”a 1:2 hesablı ev məğlubiyyətindən sonra rəqib komandanın baş məşqçisi Okan Buruka qarşı hərəkəti futbol dünyasında ən çox danışılan mövzulardan birinə çevrilib.

İspaniyanın AS nəşrinin məlumatına görə, “Fənərbağça” Mourinyonun müqaviləsini ləğv etmək üçün böyük təzminat ödəməli ola bilər. Onu istefaya göndərmək İstanbul nəhənginə 40 milyon avroya başa gələ bilər.

İddia olunur ki, “Fənərbağça” rəhbərliyinin bəzi üzvləri yolverilməz hərəkətlər etdiyi və klubun imicinə xələl gətirdiyi üçün 62 yaşlı baş məşqçinin istefaya göndərilməsini istəyir. Yekun qərarı klub prezidenti Ali Koç verəcək.

“Fənərbağça” baş verənlərlə bağlı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsinin qərarını gözləyir. Mourinyonun hərəkətləri "aqressivlik" kimi qiymətləndirilib və o, reqlamentin 44-cü maddəsinə əsasən 5-10 matç arası cəza ilə üzləşə bilər.

Qeyd edək ki, Joze Mourinyo "Fənərbağça" - "Qalatasaray" oyunundan sonra Okan Burukun burnunu sıxıb. Məsələyə İntizam Komitəsinin iclasında baxılacaq.
 
Ardını oxu...
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Fənərbağça”nın baş məşqçsi Joze Mourinyonu 3 oyunluq cəzalandırıb.

Portuqaliyalı mütəxəssis Türkiyə Kubokunun 1/4 finalında “Qalatasaray”la oyundan sonra rəqib həmkarı Okan Burukun burnundan yapışdığına görə diskvalifikasiya olunub.

Məlumata görə, İntizam Komitəsi Burukun “Fənər”in baş məşqçisini təxribata çəkdiyini əldə əsas tutaraq, Mourinyoya ağır cəza verməyib.

Yada salaq ki, qalmaqalla başa çatan oyunda “Qalatasaray” 2:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib./teleqraf

Ardını oxu...
  

UEFA Madrid "Real"ının futbolçuları Kilian Mbappe, Antonio Rüdiger və Daniel Sebalyos haqqında qərarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yer alıb. Məlumata görə, futbolçular Çempionlar Liqasının 1/8 final oyununda "Atletiko" ilə görüşdə (1:0, 4:2 pen.) qeyri-adekvat davranışda ittiham olunublar.

Qərara əsasən Rüdigerə 40 min avro cərimə və 1 oyunluq şərti diskvalifikasiya (UEFA turnirlərində), Mbappeyə 30 min avro cərimə + 1 oyunluq şərti diskvalifikasiya, Sebalyosa isə 20 min avro cərimə (diskvalifikasiya olmadan) kəsilib.

Şərti diskvalifikasiya 1 il ərzində təkrar qayda pozuntusu halında aktivləşəcək.


Ardını oxu...
 

"Fənərbağça" klubu sosial şəbəkə hesabında "Qalatasaray"a qarşı oyundan (1:2) sonra yaşananlara aydınlıq gətirib.

"Sarı-lacivərtlər" Joze Mourinyonun rəqib komandanın baş məşqçisi Okan Burukun burnunu sıxdığı epizodu belə şərh edib:

"Məcburi açıqlama.

Dünən oyundan sonra hakimlərin əlini sıxmaq bəhanəsini ilə hakimlərə görüşən baş məşqçimiz Joze Mourinyonun yanına gələn, əl-qol hərəkətləri və ifadələrlə baş məşqçimizi təhrik edən, polis xəttini keçəndən sonra hörmətsizcəsinə əl hərəkəti göstərməyə cürət edən Okan Buruk barədə açıqlama veririk.

Baş məşqçimiz O.Burukun təxribatına cavab olaraq bir anlıq onun burnuna toxundu və həmin şəxs məsələni şişirdərək özünü yerə atdı.

Planlı olaraq həddini aşaraq etdiyi təxribatlardan sonra bu planın davamı olaraq özünü "güllələnmiş" refleksi ilə peşəkarcasına yerə atan bu şəxsin hörmətsiz ifadə və hərəkətləri görüntülərdə öz əksini tapır.

Burnuna toxunulan adamın yerə yıxılıb, saniyələr boyu qıvrılmasının mənasız və aktyorluq olduğu bütün camiəyə bəllidir.

Bu şəxsin futbolçu olduğu zamandan bəri özünü yerə atmasının baş məşqçilik karyerasında da davam etdiyi, bu reaksiyanın xarakterinə uyğun bir hərəkət olduğu bəllidir.

İyrənc təxribat və sonra yaşananlara əlaqədar dəyərləndirmənin tək tərəfli yox, səbəb-nəticə bağlantısı ilə edilməsi gərəkir". (Offsideplus.az)

Ardını oxu...
Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları start götürüb.
Günün ilk matçında "Araz-Naxçıvan" "Qarabağ"ı qonaq edib.

Matç Naxçıvan təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Kuboku

Yarımfinal mərhələsi, ilk oyunlar

2 aprel

17:00 Araz-Naxçıvan – Qarabağ 1:0

Qol: Felipe Santos, 28 (pen.)

Baş hakim: Elçin Məsiyev

“Liv Bona Dea Arena”
 
Ardını oxu...
  

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir.

Musavat.com Offsideplus.az-a istinadən xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Qarabağ"ı qəbul edir. Hazırda davam edən matçın 27-ci dəqiqəsində Ağdam klubunun qapısına penalti təyin edilib.

Buna hiddətlənən Qurban Qurbanov 2 dəfə dördüncü hakimə yaxınlaşıb və uzun mübahisə edib. Hirsi soyumayan baş məşqçi epizodun təkrarını izlədiyi planşeti ayaq zərbəsi ilə param-parça edib.

Həmin anları sizə təqdim edirik:

 

 

 
 
 

Dünyapress TV

Xəbər lenti